Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-116/2023 01.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Astara rayon İcra Hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsi X5, Astara rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin nümayəndəsi X2, qanuni nümayəndə (anası) Qanuni nümayəndə və yetkinlik yaşına çatmayan şəxs X8 iştirakları ilə, X8 - (15 avqust 2007-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, subay, natamam orta təhsilli, Astara şəhəri Qum küçəsi 20 saylı evdə qeydiyyatda olmaqla hazırda Astara şəhəri S.Vurğun küçəsi 207 saylı evdə yaşayan) Astara rayon İcra Hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü haqqında verdiyi vəsatətə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon İcra Hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası 15 avqust 2007-ci il tarixdə Astara şəhərində anadan olmuş, Astara şəhəri Qum küçəsi 20 saylı evdə qeydiyyatda olmaqla hazırda Astara şəhəri S.Vurğun küçəsi 207 saylı evdə yaşayan yetkinlik yaşına çatmayan X8 qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü haqqında vəsatət vermişdir İş materiallarına əsasən cinayətin subyekti olmayan 15 avqust 2007-ci təvəllüdlü X13 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə külli miqdarda, yəni 1393,256 qram çəkidə psixotrop maddə olan metamfetamin və 245 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuan və 270 qram çəkidə narkotik vasitə olan həşiş qətranı qanunsuz olaraq əldə edib daşıyaraq evində gizlətmiş, daha sonra tanışı X3 ilə həmin narkotik vasitələri qanunsuz sataraq birlikdə qazanc əldə etmələri barədə razılaşmış, bu niyyətlə 2022-ci ilin noyabr ayının əvvəllərində təxminən saat 01 radələrində Astara şəhəri İ.Kaverin küçəsində yerləşən “X16 Kompleksi”nin yaxınlığında satış məqsədilə külli miqdarda, yəni 80,273 qram çəkidən narkotik vasitə olan heroin və 2,309 qram çəkidə psixotrop maddə olan metamfetamini Şahmar Mirzəyevə satmış, qalan 1390,947 qram çəkidə psixotrop maddə metamfetamin, 245 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 270 qam çəkidə narkotik vasitə həşiş qətranını özündə saxlamış, BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən Astara RPŞ-nin əməkdaşları ilə birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 09 noyabr 2022-ci il tarixdə saat 11:10-da onun yaşadığı ünvan 1 ünvanında yerləşən evə keçirilən baxış zamanı evin həyətyanı sahəsində yerləşən yarımtikilidən Şahmar Mirzəyevlə aralarında olan razılaşmaya əsasən satış məqsədilə yaşadığı evində saxladığı ümumi təmiz çəkisi 1380,0 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 245,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 270,0 qam olan narkotik vasitə həşiş qətranı, daha sonra həmin gün saat 12:50-dəüzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,947 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin iş üzrə Aatara rayon polis şöəbsinin istintaq bölməsi tərəfindən araşdırma aparılmış və toplanmış materiallar üzrə 07 iyun 2023-cü il tarixli qərarla yetkinlik yaşına çatmayan X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.4-cü maddəsinə əsasən, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda həmin əməli törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmaması səbəbindən rədd edilmiş, toplanmış materiallar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi məsələsinin həll edilməsi məqsədi ilə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilmişdir. Buna görə də həmin komissiya tərəfindən X8 qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi məsələsinin mümkünlüyü barədə vəsatət verilmişdir. Aparılmış ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası üzrə rəylər, habelə digər ibtidai araşdırma sənədləri ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə dindirilən X13 ifadə verərək göstərdi ki, anası ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Bakı şəhərində yerləşən Aviasiya və avtomobil nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxuyur. 09 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində mülki geyimdə olan şəxslər həyət qapısına gəlib, özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra yaşadığı ünvanda baxış keçiriləcəyi barədə qərarla anası Gülşən Ağayevlə birlikdə tanış olmuş, yaşadıqları ünvanda baxış keçiriməsinə razılıq verilməsi barədə anasının ərizəsindən sonra video çəkilişlə baxış keçirilərkən ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunsuz əşya, maddə varsa təqdim etsin. Bu təklifdən sonra həyətin giriş qapısından irəlidə yarım tikilidə divara söykənmiş qapı və pəncərə ilə velosipedin dayandığı yerdə qoyduğu sellofan torbada olan narkotik maddələri götürüb təqdim etmiş və bildirmişdir ki, torbada narkotik maddələr var. Selofan torbanın içərisinə baxıldıqda içərisində bir ədəd selofan torbada qurudulmuş marixuana, bir ədəd bükülüdə tiryək və plasmas qutunun içərisində iki ədəd bükülüdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin narkotiklər elekton tərəzidə çəkilmişdir. Metamfetamin 1 kiloqram, 420 qram, tiryək 270 qram və marixuana 270 qram çəkidə olmuş və selofan torbaya qoyularaq qablaşdırılmış, torbanan üstü möhürlənmiş və imzalanmışdır. Həmin maddələri ona Əhəd adlı Lənkəran sakininin gecə vaxtı gəlib verdiyini demişdir. Həmin narkotik maddələri deyilən yerə qoyduqdan sonra Şahmar adlı Lənkəranlı gəlib götürəcəkmiş və ona bunun müqabilində müəyyən qədər pul veriləcəkmiş. Sonra Astara rayon polis şöbəsinə gəlmişlər, şöbədə otaqların birində ona müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə anasının və vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Sonra ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya varsa, təqdim etsin. Bundan sonra əynindəki şalvarının sağ yan cibində gizlətdiyi selofan bükümdə metamfetamini və «Samsung» markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu, yaşadığı ünvanda aşkar edilmiş narkotik maddənin bir hissəsi olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə əşya aşkar olunmamışdır. Təqdim etdiyi selofan büküm elektron tərəzidəçəkilərək metamfetamin olan büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş və imzalanmışdır. Lakin, yaşadığı evə baxış və üzərində şəxsi axtarış keçirilən zaman polislərə aşkar olunmuş narkotik vasitələri Əhəd adlı şəxsdən aldığını bildirsə də, Əhəd adlı şəxsdən heç nə almamışdır. Belə ki, həmin narkotik vasitələri onun mərhum nənəsi X1 adlı şəxsdən almışdır. Nənəsi Cəvahir narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O həmin şəxdən bir dəfə narkotk almışdır. Belə ki, 2022-ci ilin yay aylarında, dəqiq tarix yadında deyil, nənəsi ona bir nəfərin vatsap nömrəsini verib demişdir ki, Əhəd adlı şəxsdir, həmin şəxs narkotik gətirəcəkdir, gedib ondan həmin narkotiki alsın. O da həmin şəxslə vatçapla danışdıqdan sonra gecə saat 02 radələrində Qamışovka deyilən yerdə Astara rayonu Kakalos kəndinin girişində ora gedib onunla görüşmüşdür. O, ora atasına məxsus Vaz-2107 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Nənəsi ona Əhədlə tək gedib görüşməyi tapşırmış, Əhədin maşınının nömrəsini də ona demiş, BMW markalı maşın olmuşdur. Lakin hazırda həmin maşının dövlət qeydiyyat nişanı yadından çıxmışdır. Onlar həmin yerə demək olar ki, eyni vaxtda çatmışlar. O, Əhəddən nənəsinə çatası bağlamanı götürüb gətirərək nənəsinə vermişdir. Orada çoxlu sayda narkotik olmuşdur. Nənəsi ona demişdir ki, onları Lənkəran rayon sakini Şahmar adlı şəxsə verəcəkdir. Nənəsi ona tapşırmışdır ki, bundan ailə üzvlərindən kiminsə xəbəri olmasın, o da heç kimə, o cümlədən anası Gülşənə də deməmişdir. Mərhum nənəsi Cəvahirin ona deməsinə görə o, narkotik vasitələri əsasən Şahmarın vasitəsi ilə satdırmışdır. O həmin Şahmar adlı şəxsi tanımamış, onu ilk dəfə tutulandan sonra polis şöbəsində görmüşdür. Sadəcə olaraq onunla bir-iki dəfə telefonda xatırlamadığı nömrəsi ilə vatçap vasitəsi ilə danışmışdır. Nənəsi Cəvahirin ona verdiyi narkotik vasitələri o, Astara şəhərində yerləşən İdman Kompleksinin yaxınlığında işıq dirəyinin dibinə qoymuşdur. Əhəd isə narkotikin pullarını nənəsinin verdiyi nömrəsini xatırlamadığı karta vurmuşdur. Pulun bir hissəsini əvvəl, qalan hissəsini isə naroktikləri satdıqdan sonra vurmuşdur. O da həmin pulları çıxarıb gətirib nənəsinə vermişdir. O, nənəsinin tapşırığı ilə həmin Əhəd adlı şəxsin xatırlamadığı kartına da pul vurmuşdur. Nənəsi bu ilin yay ayında rəhmətə getdikdən sonra onun evdə qalan narkotikini həmin Şahmar adlı şəxsə satmağı qərara almışdır. Çünki mərhum nənəsi Cəvahir sağlığında ona demişdir ki, həmin narkotikləri yalnız Şahmara satmaq üçün verərsən, çünki Şahmar yaxşı ağzıbütöv adamdır. Nənəsi öldükdən sonra isə həmin narkotikləri o satmaq istəmişdir. Bunun üçün vatçap vasitəsi ilə Şahmara 2022-ci ilin noyabr ayının əvvəllərində zəng edib demişdir ki, onda narkotik vasitələr var əgər istəyirsə, ona sata bilər. Şahmar onun kim olduğunu soruşduqda ona Cəvahirin nəvəsi olduğunu, nənəsinin isə öldüyünü demişdir. Şahmar əvvəlcə ona inanmaq istəməmiş, o, Şahmara nənəsi ilə arasında olan hər şeyi danışdıqdan sonra Şahmar ona inanmışdır. Şahmar da onunla razılaşıb ondan el arasında patı adlanan, metamfetamin və kakos adlanan heroin istəmişdir. Mərhum nənəsinə narkotikin satışında köməklik etdiyinə görə onların növlərini və adlarını bilmişdir. Şahmarın istədiyi metamfetamini və heroini ona 1500 manata satacağını demişdir. Şahmar da razılaşdıqda sonra pulun yarısını əvvəlcə, qalanını isə onları satdıqdan sonra ona verəcəyini demişdir. O, Şahmara istədiyi heroini və metamfetamini bir neçə günə ona verəcəyini demişdir. Bir neçə gün sonra, noyabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamır, o, yenidən vatçap vasitəsi ilə Şahmara zəng edib karta pul atmasını istəmişdir. Şahmar da həmin gün 500 manat pulu karta atdıqdan sonra o da heroini və metamfetamini hazırlamışdır. Gecə saat 00-01 radələrində bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetaminin sellofan torbanın içərisinə qoyub Astara şəhər İdman kompleksinin yaxınlığındakı dirəyin dibinə qoyub evə gəlmişdir. Şahmara da vatçap vasitəsi ilə zəng edib heroini və metamfetamini qoyduğu yeri demişdir. Bir qədər sonra Şahmar ona vatçap vasitəsi ilə zəng edərək onları oradan götürdüyünü demişdir. O da həmin vaxt Şahmara demişdir ki, evdə yenə narkotik vasitə var, nə vaxt istəsə, desin satıb birlikdə pul qazanmaqçün ona versin. O da onunla razılaşmışdır. Lakin polis əməkdaşları tərəfindən tutulduqlarına görə qalan narkotik vasitələri sata bilməmişdir. Yaşadığı evdə narkotik vasitə saxlamağından və narkotik vasitə satmağından anasının, digır ailə üzvlərindən və tanışlarından heç kimin məlumatı olmamışdır. Həmin hadisədən sonra hərəkətinin yanlış olduğunu dərk etmiş, əməlindən peşiman olmuşdur. Anası və ana nənəsi ona yalvarıb and veriblər ki, narkotikdən uzaqlaşsın. O da artıq bu yoldan əl çəkib, hazırda peşə məktəbində təhsil alır və gələcəkdə halal yolla dolanmağı qarşısına məqsəd qoymuşdur. Məhkəmədən onu ailəsindən ayırmamağı xahiş edir. Söz verir ki, bir daha narkotiklə məşğul olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsinin tələblərinə əsasən on altı yaşı tamam olmuş şəxs həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulan qanunsuz olaraq narkoitik vasitələri, psixotrop maddələri və ya onların perkursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər. İstintaq materiallarından da göründüyü kimi X13 15 avqust 2007-ci il təvəllüdlü olmaqla, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsdir və qeyd olunan cinayətin subyekti hesab olunmur. X13 qanuni nümayəndəsi vasitəsilə 01 iyun 2023-cü il tarixdə Astara rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onun barəsində istintaq olunan cinayət işi üzrə icraata xitam olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.4-cü maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında Astara rayon İcra Hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsi X9 göstərdi ki, yetkinlik yaşına çatmayan X13 barəsində olan materiallar komissiyaya daxil olduqdan sonra onun davranışı, keçirdiyi həyat tərzi, məktəbli kimi dərsə davamiyyəti, daimi münasibətdə olduğu həmyaşıdlarının dairəsi, ailədə, məktəbdə və qonşularla münasibəti araşdırılmış, bunun üçün onun həmyaşıdları, təhsil aldığı məktəbin müəllimləri və qonşulrla söhbətlər aparılmış, onun cəmiyyət üçün təhlükəli olmadığı, həmin vaxta kimi hər hansı bir hüquq pozuntusuna yol vermədiyi müəyyənləşdirilmişdir. Baş vermiş hadisədən sonra onun təlim-tərbiyəsində dönüş yaranmış, barəsində həmin müddət ərzində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya hər hansı bir təqsirləndirici məlumat daxil olmamışdır. Qeyd olunanlara əsasən onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmədən də islah etmək imkanı olduğu aşkarlanmışdır. Sadaladıqlarına görə hesab edir ki, X8 barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsindən ötrü yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsinin daha məqsədəmüvafiqdir. Məhkəmə iclasında Astara rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin nümayəndəsi X6 ifadəsində göstərdi ki, 15 avqust 2007-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan X13 təbiətən sakit, mehriban, barəsində hər hansı bir təqsirləndirici material olmayan bir şəxs kimi tanınmışdır. Yol verdiyi hərəkət Səyid Ağayevin yetkinlik yaşına çatmayan dövründə baş vermişdir. Baş vermiş hadisədən sonra onun təlim-tərbiyəsində dönüş yaranmış, barəsində həmin müddət ərzində yetkinlik yaşına çatmayanların işləri üzrə bölməyə hər hansı bir təqsirləndirici məlumat daxil olmamışdır. Bu səbəbdən də onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə zərurət olmadığını, bundan sonra ona daim nəzarəti həyata keçirməkdən ötrü lazımi tədbirlərin görüləcəyini qeyd etməklə, barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsindən ötrü Səyid Ağayevin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsinin daha məqsədəmüvafiq olduğunu bildirdi. Məhkəmə iclası zamanı qanuni nümayəndə, yetkinlik yaşına çatmayan X8 anası Qanuni nümayəndə göstərdi ki, oğlu Səyid Ağayevin təlim-tərbiyəsi ilə özü və ailə üzvləri məşğul olmuşdur. Səyid xarakteri etibarı ilə sakit uşaq olmuş, həmyaşıdları ilə daim yaxşı münasibətdə olmuş, qonşulardan onun barəsində heç vaxt şikayət olmamış, böyüklərə hörmətlə yanaşmışdır. Lakin, oğlu Səyid tam dərk etmədən belə bir hərəkətə yol vermişdir. Həmin hadisədən sonra onun təlim-tərbiyəsində dönüş yaranmışdır. Buna görə də Səyidin yetkinlik yaşına çatmadığını, etdiyi hərəkətin cinayət oduğunu bilmədiyinə görə belə bir hadisənin baş verdiyni, bu səbəbdən də onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə zərurət olmadığını, bundan sonra ona daim nəzarəti həyata keçirməkdən ötrü onun tərəfindən də tədbirlərin görüləcəyini, ona görə də məhkəmədən barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsindən ötrü yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsini xahiş etdi. İşə əlavə olunmuş sənədlərdən görünür ki, yetkinlik yaşına çatmayan X13 barəsində 07 iyun 2023-cü il tarixdən əvvəl və sonrakı vaxtlarda hər hansı bir təqsirləndirici material komissiyaya və bölməyə daxil olmamışdır. «Uşaq hüquqları haqqında» BMT-nin 20 noyabr 1989-cu il tarixli konvensiyasının 40-cı maddəsinin 3-cü bəndində göstərilir ki, iştirakçı dövlətlər cinayt qanunvericiliyni pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, prosedurlar, orqanlar və müəssisələr yaradılmasına, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə təhqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsinə çalışırlar. Həmin Konvensiyanın 40-cı maddəsinin 4-cü bəndində göstərilir ki, uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı proqramları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlarda məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uyğun olsun. Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin icrasına aid minimal standart qaydalarının (Pekin qaydaları) 3-cü hissəsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə təhqiqatı yetkinlik yaşına çatmayanın mənafeyinə cavab verməli və yetkinlik yaşına çatmayanın iştirak etməsinə və öz nöqteyinəzərini ifadə etməsinə imkan verən anlaşma şəraitində həyata keçirilməlidir. Həmin Qaydaların 18.2-ci maddəsində isə göstərilir ki, heç bir yetkinlik yaşına çatmayan işinin şəraiti buna bəraət vermirsə, valideynlərinin nəzarətindən tam və ya qismən çıxarıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435-1.9.2-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə yol verməyən səbəblər aşkar edildiyi və ya onu göstərilən müəssisəyə göndərmədən islah etmək imkanının olduğun təsdiq edən hallar müəyyən edildiyi hallarda, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün materialların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə beynəlxalq və ölkədaxili qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq, yetkinlik yaşına çatmayan X8 qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə yol verməyən səbəblərin, yəni onun barəsində əvvəllər və hadisə baş verdikdən sonra hər hansı bir təqsirləndirici materialların olmamasını, törətdiyi əməldən hazırda peşiman olmasını, oxuduğu məktəbdə təhsilini davam etdirmək arzusunda olduğunu, təlim-tərbiyəsində dönüş yarandığını, məhkəmə prosesində iştirak edən prosessual şəxslərin Səyid Ağayevin barəsində olan materialların tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsindən ötrü yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi haqqında rəylərini, onu göstərilən müəssisəyə göndərmədən islah etmək imkanının olduğunu təsdiq edən halları nəzərə alaraq onun tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün materialların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsini məqsədəmüvafiq hesab edir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. 15 avqust 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan X13 barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün materiallar yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilsin.
2. Qərarın icrası Astara rayon İcra Hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına və Astara rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə həvalə edilsin.
3. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hakim: Zamin İbrahimov