Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-116/2025 07.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Azərbaycan Respublikasının Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 20 iyul 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 2,169 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “DAF” markalı, 77MX674/99YH674 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində yerləşən sürətlər panelinin üzərində olan 1 qutu nəm salfet paketinin içərisindəki salfetlərə bükülmüş şəkildə 2 bükümdə gizlədib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən 20 iyul 2025-ci il tarixdə, saat 18 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, ailəsi, nəvələri və yaşlı anası ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2 ildir ki, “DAF XF 460 FT” markalı “77MX674/99YH674” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində sürücülük edərək Beynəlxalq yük daşımalar ilə məşğul olur. İdarə etdiyi nəqliyyat vasitəsi sahibkar Səxavət Qasımova məxsusdur. İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasına aparılması üçün “kahı” yükünü nəqliyyat vasitəsinə yükləyərək Azərbaycan Respublikasına yola düşmüşdür. İdarə etdiyi “DAF XF 460 FT” markalı “77MX674/99YH674” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il saat 18 radələrində “Cənub-Astara” gömrük postu ərazisinə keçərək idxal yoxlama xəttinə daxil olmuşdur . Bu zaman gömrük əməkdaşı onunla şifahi sorğu–sual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşduğunu, o isə bildirmişdir ki, idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmet olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq edilmişdir, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin üzərində 1(bir) qutu sulu salfet paketinin içərində olan 2 (iki) salfet ədədə bükülmüş formada 2(iki) ədəd sellofan paketdə açıq yaşıl rəngli narkotik vasitə marixuana aşkar edilmişdir. Daha sonra nəqliyyat vasitəsinin kabinasında sərnişin oturacağının üzərindəki döşəyin altındakı boşluqda (bir) qutu kağız falqa aşkar edilmişdir . Aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan 2 (iki) ədəd sellofan paket onun və hal şahidlərinin iştirakı ilə gömrük inspektoru tərəfindən götürülərək elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılmışdır. Sonda bu barədə sənədlər tərtib edilmiş, iştirakçılar sənədləri imzalamışlar.Sualları cavablandıraraq nəqliyyat vasitəsinin kabinasında aşkar olunmuş narkotik vasitə marixuananın ona məxsus olduğunu, İran İslam Respublikasında olarkən taksi sürücüsü həmin narkotik vasitə olan marixuananı ona istifadə etmək məqsədi ilə hədiyyə etdiyini bildirmişdir. Narkotik vasitə marixuanadan son vaxtlar xəstəliyi ilə bağlı ağrıları olduğu üçün qəbul etməyə başlamışdır.Son sözündə bu hadisədən çox peşiman olduğunu ,utandığından heç kimin üzünə baxa bilmədiyini, bir daha belə səhfə yol verməyəcəyini,himayəsində iki nəvəsinin və yaşlı anasının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını,xəstəliyini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq o Astara Gömrük İdarəsi “Cənub- Astara” gömrük postunda idxal xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirir. Həmin gün saat təqribən 18 radələrində adını sonradan bildiyi Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF XF 460 FT” markalı “77MX674/99YH674” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşaiyət edən sənədlərə əsasən “kahı” yükü apararkən yükü apararkən, Astara Gömrük İdarəsi “Cənub-Astara” gömrük postuda yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olduğunu qeyd etmişdir. Gömrük nəzarəti zamanı “DAF XF 460 FT” markalı “77MX674/99YH674” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulduğunu, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra sürücünün hərəkətləri şübhə doğurduğundan onun idarə etdiyi nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Hal şahidlərinin iştirakı ilə yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin üzərində 1(bir) qutu sulu salfet paketinin içərində olan 2 (iki) salfet ədədə bukulmuş formada 2(iki) ədəd sellofan paketdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar etmişlər. Daha sonra yoxlama davam etdirdiyini, nəqliyyat vasitəsinin kabinasında-sərnişin oturacağının üzərindəki döşəyin altındakı boşluqda narkotik vasitə istifadə edilməsi məqsədilə istifadə olunması ehtimal olunan 1(bir) qutu kağız falqa aşkar etmişlər. Sürücü Təqsirləndirilən şəxs həmin sellofan paketə baxış zamanı paketin içərisində açıq yaşıl rəngli maddənin narkotik vasitə marixuana olduğunu,ağrıları olduğundan şəxsi istifadəsi üçün İranda taksi sürücüsündən aldığını etiraf etmişdir.Yoxlama zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar imzaları ilə gördüklərini təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, Astara şəhərində yaşadığını, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Astara Gömrük İdarəsi yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işlədiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə Astara Gömrük İdarəsinin inspektoru Anar onu və onunla birlikdə fəhləlik edən X10 İdarəsinin Cənub-Astara gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttinə çağıraraq, AR vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF XF 460 FT” markalı “77MX674/99YH674” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini bildirmiş və onların də hal şahidi qismində iştirak etməklərini təklif etmişdir. Razılaşaraq hal şahidliyi etmişlər.İlk öncə Astara Gömrük İdarəsinin inspektoru Anar müəllim Təqsirləndirilən şəxs ilə şifahi şəkildə sorğu-sual apardığını üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmaması barədə soruşduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını, daha sonra Astara Gömrük İdarəsinin inspektoru Anar müəllim tərəfindən AR vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edildiyini qeyd etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin üzərində 1(bir) qutu sulu salfet paketinin içərində olan 2 (iki) salfet ədədə bukulmuş formada 2(iki) ədəd sellofan paketdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar etmişlər. Daha sonra yoxlama davam etdirilmiş, nəqliyyat vasitəsinin kabinasında-sərnişin oturacağının üzərindəki döşəyin altındaki boşluqda 1(bir) qutu kağız falqa aşkar etmişlər. Yoxlamalar tam başa çatdıqdan sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “DAF XF 460 FT” markalı “77MX674/99YH674” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 2 (iki) ədəd sellofan paket əməkdaşlar tərəfindən götürülərək zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə sənədlər tərtib edildidən sonra sənədlərlə tanış olub imzaladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək işin yuxarıda sadalanan xüsusatlarını bir daha təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla yoxlayıb təhlil etmişdir. İş materiallarında olan sənədlər: “Astara” Gömrük İdarəsində tərtib edilmiş (iş vərəqi 7-10) 20 iyul 2025-ci il tarixli “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə gedən ““DAF” markalı, 77MX674/99YH674 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin gömrük nəzarəti qaydasında yoxlanılması zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə kabinədə yerləşən sürətlər panelinin üzərində olan 1 qutu nəm salfet paketinin içərisində salfetlərə bükülmüş şəkildə gömrük nəzarətindən gizlədilmiş 2 bükülüdə, ümumilikdə 2,169 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilmiş, qeyd edilən maddələr götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə gördüklərini təsdiqləmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş (iş vərəqi 35-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 21 iyul 2025-ci il tarixli 19/303 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş polietilen paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,012 qram və 1,157 qram ümumi təmiz çəkisi 2,169 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidir. Ekspertiza tədqiqatına 0,1 qramı qurudulmuş marixuana sərf edilmiş, qalıq 2,069 qram təşkil etmişdir. İş materiallarına əlavə olunmuş (iş vərəqi 89-91), «marixuana narkotik vasitənin aşkar olunduğu nəm salfet qutusuna baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli, ********* nömrəli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı gizlətdiyi nəm salfetlər üçün nəzərdə tutulmuş qutudur. Həmin qutu yaşıl rəngli polietilen materialdan ibarətdir. Narkotik vasitə olan marixuananın istifadəsi üçün nəzərdə tutulmuş “smoking” adlı 1 ədəd qutu olan falqa qəhvəyi rəngli kağız qutudan ibarətdir. İş materiallarında olan (iş vərəqi 92-93) 23 iyul 2025-ci il tarixli “Əşyanın maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında” qərardan görünür ki, iş üzrə ekspertiza tədqiqatından əvvəl çəkisi 2,169 qram təşkil edən, 0,1 qramı tədqiqata sərf edilmiş, qalıq çəkisi 2,069 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi, Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın gizlətdiyi nəm salfet üçün nəzərdə tutulmuş 1 ədəd qutu və narkotik vasitə olan marixuananın istifadəsi üçün nəzərdə tutulmuş “smoking” adlı 1 ədəd qutu olan falqa maddi sübut qismində tanınaraq xx.xx.2025-ci il tarixli “Predmetin saxlanc üçün təhvil verilməsi barədə” protokolla cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (İş vərəqi 114-115) “Respublika Narkoloji Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4775 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. Narkotik vasitələrə qarşı abstinensiya əlamətləri və potoloji meyl formalaşıb. Narkotik vasitələrin qəbulundan psixi və fiziki aslılıq vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDOMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər prosessual sənədlər: İş materillarına əlavə olunmuş (iş vərəqi 51-52) «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materillarına əlavə olunmuş (iş vərəqi 66-67) «Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından olan (iş vərəqi 118) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1970-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına elavə olunmuş (iş vərəqi 99) Astara RİHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Rəsulov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1058 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə olunmuş X3 şəxsiyyət vəsiqəsindən və Təqsirləndirilən şəxs doğum haqqında şəhadətnaməsindən görünür ki, X1 Sadıq Hüseyn oğlunun anasıdır və onun himayəsində Astara şəhəri Səməd Vurğun (M.Əzizbəyov) küçəsi, ev 54 də yaşayır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 159 saylı xasiyyətnamədən görünür ki, xx xxxx 1970-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Astara şəhər İnzibati ərazi dairəsi üzrə nümunəvi sakin kimi saciyələnir. İş materiallarına elavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Astara Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli 18-1-26/3-3190/2025 saylı arayışdan görünür ki, Astara şəhər sakini, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Astara rayon X2 şöbəsinə “Arterial hipertenziya 2 mərhələ. Sağ böyrəkdə mikrolitlər, sol böyrəkdə konkrementlər. Xroniki prostatit” xəstəliklərindən əziyyət çəkir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Baxılan iş üzrə sübutlar müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsivasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun narkotik vasitəsi olan qurudulmuş marixuananı Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Gömrük İdarəsinin “Cənub Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməşi tamamilə sübuta yetirildi. Qanunvericiliyə istinadlar: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir: «Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır». İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarında olsa da, 2,069 qram marixuana narkotik vasitəsini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyi baxımından da düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi, törətdiyi əməli etiraf edərək peşimanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə tərəfindən cəzanı yüngüllüəşdirən hallar kimi nəzərə alınmış hallarla yanaşı Təqsirləndirilən şəxs CM-nin 206.2-ci maddəsinin predmetini təşkil edən 2,069 qr narkotik vasitə olan marixuananın həcminin az olmasını, narkotik vasitənin yalnız şəxsi istehlak məqsədi üçün gətirməsini məhkəmə diqqətəlayiq hal hesab edir və qeyd edilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətinin və törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla onun cəmiyyətdən təcrid edilməsi zərurətini aradan qaldırır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə nümunəvi səciyyələndirilməsini, xəstəliklərdən əziyyət çəkməsini və himayəsində yaşlı anasının olmasını, ailənin yeganə qazanc gətirəni olması kimi ayrı ayrı halları, həmçinin bu halların məcmusunu müstəsna hallar kimi nəzərə alır . «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Əməllərin kriminallaşdırılmasında Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizmcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi öz növbəsində onları əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onun islah olunacana dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi Cinayət Məcəlləsinin fundamental pirinsiplərindən olan ədalət və humanizim pirinsipləri baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmənin fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan daha sərt cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə hesab edir ki, cinayətin məqsədi və motivi, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışları ilə bağlı hallar habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci mаddəsi tətbiq edilməli və оna təqsirli bilindiyi mаddənin sanksiyasında nəzərdə tutulandan da daha yüngül cəza təyin olunması məqsədəuyğun hesаb olunmalıdır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. -cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; -cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə əsas verən və şəxsiyyətini müsbət xarakterizə edən, eyni zamanda, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alıb barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tətbiqini və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulandan da daha yüngül cəza cərimə cəzasının təyin edilməsini mümkün və məqsədəuyğun hesab edir. Cərimə cəzası təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğu nəzərə alır və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 2,069 qram marixuana narkotik vasitəsi, narkotik vasitə marixuananın gizlətdiyi nəm salfet üçün nəzərdə tutulmuş 1 ədəd qutu və narkotik vasitə olan marixuananın istifadəsi üçün nəzərdə tutulmuş “smoking” adlı 1 ədəd qutu olan falqa təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən 2,069 qram marixuana narkotik vasitəsi, narkotik vasitə marixuananın gizlətdiyi nəm salfet üçün nəzərdə tutulmuş 1 ədəd qutu və narkotik vasitə olan marixuananın istifadəsi üçün nəzərdə tutulmuş “smoking” adlı 1 ədəd qutu olan falqa hökm qanuni qüvəsini aldıqdan sonra məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxsdan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,069 qram marixuana narkotik vasitəsi, narkotik vasitə marixuananın gizlətdiyi nəm salfet üçün nəzərdə tutulmuş 1 ədəd qutu və narkotik vasitə olan marixuananın istifadəsi üçün nəzərdə tutulmuş “smoking” adlı 1 ədəd qutu olan falqa iş üçün sübuti əhəmiyyəti olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-116/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-116/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver