Məhkəmə qərarları › İş №1(018)-117/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-117/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-117/2025 16.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Müdafiəçilər - Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun iştirakları ilə, 05 avqust 2005-ci ildə Əfqanıstan İslam Respublikasının Ləğmən vilayətində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Əfqanıstan İslam Respublikasının Ləğmən vilayətində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2n, xx xxxx 1999-cu ildə Əfqanıstan İslam Respublikasının Ləğmən vilayətində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Əfqanıstan İslam Respublikasının Ləğmən vilayətində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasına gəlmək üçün vizası olmadığından, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 30 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşən 15-ci sərhəd zastavasının 9-cu sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbayan Respublikası istiqamətində keçdikdən sonra, həmin gün, saat 12:05-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşən 15-ci sərhəd zastavasının 9-cu sahəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən təxminən 15 metr məsafədə saxlanılmışlar. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafları, şahidlərin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Əfqanıstan İslam Respublikası vətəndaşıdır, ölkəsində yaşayış səviyyəsinin aşağı olması səbəbindən 2021-ci il tarixdə qeyri-rəsmi yolla Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına getmiş, İran İslam Respublikasının Tehran şəhərində təxminən 4 il yaşamışdır. Orada yaxın dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə tikintidə usta işləmişdir. Son bir ildə İranda vəziyyət çətinləşdiyindən onlar Azərbaycan Respublikasına gəlməyə qərar vermişlər. Bunun üçün Tehrandan Raşit şəhərinə oradan isə İran İslam Respublikasının Astara şəhərinə gəlmiş, Astara şəhərində telefonlarındaki “Google.Map” mobil tətbiqinin vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçmək üçün hərəkətə başlamış, həmin mobil tətbiqdən istifadə edərək 30 aprel 2025-ci il tarixdə saat təxminən 11 radələrində Azərbaycan Respublikası ərazisinə keçmişlər. Daha sonra təxminən 12:05 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. O, sadəcə Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində sərhədi qanunsuz olaraq keçmişlər, onlarla birlikdə digər şəxslər olmamış, məqsədi Azərbaycanda yaşamaq və işləmək olmuşdur. O, tanışı Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə heç kimin köməyindən istifadə etmədən “Google Map” mobil tətbiqinin vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Hazırda əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Əfqanıstan İslam Respublikası vətəndaşıdır, ölkəsində yaşayış səviyyəsinin aşağı olması səbəbindən 2021-ci il tarixdə qeyri-rəsmi yolla Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasın getmiş, İran İslam Respublikasının Tehran şəhərində təxminən 4 il yaşamışdır. Orada yaxın dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə tikintidə usta isləmişlər. Son bir ildə İranda vəziyyət çətinləşdiyindən onlar Azərbaycan Respublikasına gəlməyə qərar vermişlər. Bunun üçün Tehrandan Raşit şəhərinə oradan isə İran İslam Respublikasının Astara şəhərinə gəlmiş, Astara şəhərində telefonlarındaki “Google.Map” mobil tətbiqinin vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçmək üçün hərəkətə başlamış, həmin mobil tətbiqdən istifadə edərək 30 aprel 2025-ci il tarixdə saat təxminən 11 radələrində Azərbaycan Respublikası ərazisinə keçmişlər. Daha sonra təxminən 12:05 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. O, sadəcə Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində sərhədi qanunsuz olaraq keçmişlər, onlarla birlikdə digər şəxs olmamış, məqsədi Azərbaycanda yaşamaq və işləmək olmuşdur. O, tanışı Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə heç kimin köməyindən istifadə etmədən “Google Map” mobil tətbiqinin vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Hazırda əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən N №-li hərbi hissənin əməliyyat-axtarış şöbəsinin rəisi, polkovnik-leytenantı X7 ifadəsində göstərmişdir ki, 30 aprel 2025-ci il tarixdə saat 10:00-dan 13:45-dək sərhəd naryadının üzvü əsgər Şahid ilə birlikdə sərhəd zastavasının 10-cu sahəsində “Müşahidə Məntəqəsi” sərhəd naryadına təyin olunmuşlar. Onlar xidməti təşkil edən zamanı saat 12:05 radələrində Sərhəd Zastavasının rabitə növbətçisi onlara sərhəd zastavasının 9-cu sahəsində 2 nəfər şəxsin dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozduqlarını müşahidə etdiyi barədə məlumat vermişdir. Onlar dərhal həmin istiqamətə doğru hərəkət etmiş və 2 nəfər sərhəd pozucusunu həmin ərazidə saxlamışlar. Bundan sonra saxlanılmış şəxslər mayor Amid Ağayevin rəhbərliyi altında 15-ci sərhəd zastavasına aparılmışdır. İlkin filtirasiya tədbirləri zamanı həmin şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Onlar xidməti ərazidə olarkən digər şəxslərin hərəkətini müşahidə etməmişlər, həmçinin saxlanılan şəxslərin “Dayan!” komandasına tabe olmuşlar. Şahid DSX-nin N №-li hərbi hissənin 15-ci sərhəd zastavasının atıcısı, əsgər Şahid məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı şahid X5 ifadəsi ilə eyni məzmunlu vermiş olduğu ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2025-ci il tarixli Qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə cinayət işi başlanılması və icraata qəbul olunaraq istintaqının aparılması qərara alınmışdır. N nömrəli hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 30 aprel 2025-ci il tarixli, 3- 38/2-16/1615/25 nömrəli məktubundan və 15-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra edən baş leytenant Cavid Babayevin 30 aprel 2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:05 radələrində 15-ci sərhəd zastavasının 9-cu sahə istiqamətində 2 nəfər sərhəd pozucusunun İran İslam Respublikasından Azərbaycan Respublikasına hərəkəti müşahidə olunmuşdur. Əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat təqribən 12:05 radələrində sol cinah 9-cu sahədə 142 nömrəli sərhəd nişanından 350 metr sağa, dövlət sərhəd xəttindən 15 metr aralı, MÇ-dən 75 metr içəridə 2 nəfər sərhəd pozucusu saxlanılmışdır. 30 aprel 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Əfqan X2 rayonunun Qapıçıməhəllə kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasının 9-cu sahəsində saxlanıldığı ərazini göstərərək bildirdilər ki, dövlət sərhədini pozduqları ərazidir və həmin yeri əl işarələri ilə qeyd etdilər. Qeyd olunan yer 142 nömrəli sərhəd nişanından təxminən 350 metr sağa, dövlət sərhəd xəttindən 15 metr aralı, mühəndis texniki çəpərdan 75 metr içəridə yerləşən ərazidir. Ərazi meşəlik və kolluq relyefə malikdir. Hadisə yeri olan 9-cu sahədə aparılmış baxış zamanı dövlət sərhədinən mühəndis-texniki çəpərinə gedən yoldakı kolluqlarda müəyyən qədər əzilmələr aşkar edilmişdir. İş materiallarında olan 01 may 2025-ci il tarixli anket məlumatlarının dəqiqləşdirilməsi haqqında qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 təvəllüdünün “xx.xx.1999-cu il” olaraq tanınması və oxunması qərara alınmışdır. İş materiallarında olan 01 may 2025-ci il tarixli anket məlumatlarının dəqiqləşdirilməsi haqqında qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 təvəllüdünün “xx.xx.2005-ci il” olaraq tanınması və oxunması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 01 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 01 may 2025-ci il tarixdə, saat 11:15-dən tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 01 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 01 may 2025-ci il tarixdə, saat 12:15-dən tutulmuşdur. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-213/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-212/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-381/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 30 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il il tarixli 4(009)-379/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 30 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. X6 xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 haqqında “Giriş-çıxış və qeydiyyat” İAMAS sitemində məlumat mövcud deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin özünün ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun törətdiyi əməllər Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun əslində sərhədi qanunsuz keçməklə Azərbaycan dövlətinə təslim olmaq niyyətində olduğunu, cinayəti törətmədiyini, cinayətə cəhd etdiyini qeyd etməsinə münasibətdə bildirir ki, təqsirləndirilən şəxs hazırki ifadəsini verməklə özünümüdafiə etməyə çalışmış, cəzasını yüngülləşdirmək məqsədi güdmüşdür. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun əməllərindən səmimi peşmanlıq hissi keçirmələrini, Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun himayəsində azyaşlı uşaqlarının olmasını cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun islah olunmaları yalnız onların cəmiyyətdən təcrid edilmələri yolu ilə mümkün olduğundan onlara müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlu Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlu 30 aprel 2025-ci il tarixdən tutulmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzalarının əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmalı, həmçinin onların barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlu xarici ölkə vətəndaşı olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Əfqan Mohammadəmı̇ n Momı̇ nxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2nun hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2nun hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar