Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-119/2023 27.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Boli oğlunun iştirakları ilə, xx xxxx 1992-ci ildə Astara rayonu Səncərədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Səncərədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 13 aprel 2023-cü il tarixdə barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -8,805 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 11 aprel 2023-cü il tarixdə, saat 18:30-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Astara rayonu Artupa kəndində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi -8,805 qram narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi iləelan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara rayonu Səncərədi kəndində qeydiyyatda olmaqla orada ailəsi ilə birlikdə yaşayır. Təxminən 6 ay müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Kristal Abşeron” tikinti şirkətində fəhlə kimi işləyir. 08 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhərində iş yerinin yaxınlığında tanımadığı bir şəxsdən 30 manata bir bükümdə qurudulmuş marixuana almışdır. 11 aprel 2023-cü il tarixdə saat 18 radələrində özünə məxsus “Ford Transit” markalı, “**-KB-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə tikinti materialları almaq məqsədilə Astara şəhərinə gəlmiş, Artupa kəndində yolda avtomobili saxlamış, həmin vaxtı bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmiş, o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb masanın üzərində qoymuşdur. Sonra təhqiqatçı tərəfindən 01 (bir) ədəd şəffaf sellofan bükümünün içərisinə baxış keçirilmiş, kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır. Himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Məhkəmədən ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. 11 aprel 2023-cü il tarixdə Astara rayonu Səncərədi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar tərkibinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu 11 aprel 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Astara rayonu Artupa kəndinə getmiş, orada Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatmış və Təqsirləndirilən şəxs özünü təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, və Təqsirləndirilən şəxs razılığı ilə onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada təhqiqatçısı Samir Rəsullu tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Talehin üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra aşkar edilmiş həmin büküm iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanışahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Astara Rayon Polis Şöbəsinin CAB-nin rəisinin müavinin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 11 aprel 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 11 aprel 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, 11 aprel 2023-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 9.5 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş 1 (bir) bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni Bakı şəhərindən yalnız üzdən tanıdığı şəxsdən 30 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2023-cü il tarixli, 19/450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Astara rayon Səncərədi kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....’’ sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: – 8,805 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsindən isə görünür ki, qurudulmuş marixuana təmiz çəkisi 8,805 qramdır, cəmi tədqiqata 0,05 qram sərf edilmiş və 8,755 qram qurudulmuş marixuana qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 12 aprel 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 17 aprel 2023-cü il tarixli, 446 nömrəli rəyindən götünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 1665,0 qram olmuş, tədqiqatdan sonra qalan təmiz çəkisi 8,805 qram olan, tədqiqatdan sonra qalıq çəkisi 8,755 qram qalan qurudulmuş marixuana axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 8,755 qram qalan qurudulmuş marixuana saxlanılmasından üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 1 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 22 aprel 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan 11 aprel 2023-cü il tarixli “Cinayət törətməsinə şühbə yarandıqda şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə saat 19:20 şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 13 aprel 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 13 aprel 2023-cü il tarixdə saat 13:00-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o azad edilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Səncərədi kəndində yaşayır. Onun himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 13 aprel 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 08 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixə kimi olan 2 gün müddəti ona təyin edilən cəzadan çıxmağı əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq çəkisi 8,755 qram qalan qurudulmuş marixuana məhv edilməsini, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini, hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini,cəzanın əvvəlinin 27 iyul 2023-cü il tarixdən hesablanmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şühbəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsən. Onun cəzanın əvvəli 27 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək, «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq çəkisi 8,755 qram qalan qurudulmuş marixuana məhv edilsin. Videoçəkilişin aparıldığı 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-119/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-119/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver