Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-119/2024 09.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X22 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Xüsusi qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 xüsusi ittiham qaydasında Astara Rayon Məhkəməsinə vermiş olduğu şikayətə iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında məhkəməyə şikayət edərək şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X13 "Space" televiziya kanalına və "Tik-tok" vasitəsi ilə verdiyi mübahisələrində ona böhtan atıb, yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan məlumatları "Space" televiziya kanalı və "Tik-tok" vasitəsi ilə yaymış, şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, X1 şəhər sakini X7 oğlu X11 ilə 2019-cu ildə rəsmi nikaha daxil olaraq evlənmişlər və onun valideynlərinin evinə gəlin köçmüşdür. Birgə nikahlarından 02 uşaqları anadan olmuşdur. Altı il o, Orxanın valideynlərinin evində yaşamış. Yoldaşı olan Orxan Babayev 04 mart 2024-cü il tarixdə Ələt dəniz limanında vəfat etmişdir. O, TİR şoferi olub, reysdən gələndə vəfat edibdir. Ölümünün səbəbi də "Narkotiklərdən istifadə"yə görə qeyd edilmişdir. Barəsində şikayət yazdığı X19 "Space" televiziya kanalı və "Tiktok" vasitəsi onun ünvanıma böhtan ataraq onu az ağır və ağır cinayətdə ittiham edərək onun şərəf və ləyaqətini alçaltmışdır.Barəsində şikayət yazdığı X13 "Space" televiziya kanalında və "Tik-tok" vasitəsi ilə verdiyi müsahibələrində ona böhtan ataraq qeyd etmişdir ki, güya o, onların evində yaşayarkən evdə yerləşən seyfin içindən müxtəlif vaxtlarda ümumilikdə 42000 manat məbləğində pulu oğurlamış. O, eyni zamanda verdiyi müsahibələrində onu onun oğlu və onun həyat yoldaşı olan Orxan Babayevi öldürməklə bağlı məlumat yaymışdır. Daha dəqiq desə onu yalan olduğunu bilə-bilə az ağır və ağır cinayət törətməkdə ittiham etmişdir. T.Babayeva müsahibələrində qeyd etdiyi halları ona sübut etmək, dəlillərini məhkəməyə təqdim etmək barədə fikirləşməlidir. Bunun vaxtı yetişib və T.Y.Babayeva nəhayət ki, bunu başa düşməlidir. Barəsində şikayət yazdığım Babayeva Tacı və onun ailə üzvləri olan Babayev Qəribxan, Babayev Anar, Babyeva Tacı və Babayeva Günay öz hərəkətlərinə cavab verməli olduğunun fərqinə varmır və məsuliyyət hissini itirməyinə şübhə etmirəm. Əks halda o, öz üzərinə “çəkisindən” qat-qat ağır olan “öhdəlik" götürməzdi. Ona da şübhə etmirəm ki. T.Babayeva tərəfindən həmin müsahibələrin bu səpgidə və bu dərəcə iyrənc formada verilməsinin müəyyən qüvvələrin əli var. Təbii ki, həmin müsahibələrə görə cavabı T.Babayeva verməlidir. Böhtançı hər bir halda hərəkətlərinə cavab verməlidir. Mən isə qanunun tələblərinə əsasən ancaq özümə aid pozulmuş hüquqlarımın müdafiəsi, T.Y.Babayevanın cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması ilə əlaqədar məhkəməyə müraciət edir. O, isə qanunun tələblərinə əsasən ancaq özümə aid pozulmuş hüquqlarımın müdəfiəsi T.Y.Babayevanın cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması ilə ǝlaqədar məhkəməyə müraciət edir. Bundan başqa T.Y.Babayevanın əməllərinə şərait yaradan, onun ailə üzvləri olan Balev Anar, Babyeva Tacı və Babayeva Günay "Tik Tok" sosial şəbəkəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayaraq onu az ağır və ağır cinayətdə ittiham edərək onun şərəf və ləyaqətimi alçaltmışdır. Bunu şikayətinə əlavə etdiyi CD diskədə əlavə etmişdir. Davam etməklə bildirir ki, T.Y.Babayeva verdiyi müsahibələrinin böhtan xarakterli olduğunu özü də başa düşməmiş deyil. Bununla belə o, həmin müsahibə ilə və eləcə də cinayət üzvləri arasında onun əleyhimə apardığı təbliğatla onu biabır etmək, alçaltmaq və cəmiyyətdə hörmətdən salmaq məqsədini güdür. Bununla əlaqədar kimlərinsə ona sifariş verirsi də istisna deyil. T.Y.Babayeva və sifarişçilər (əgər varsa) qarşılarına qoyduqları çiməqsədlərə qismən də olsa nail olmuşlar. Çünki həmin böhtan xarakterli məlumatlara onu tanıyan şəxslər inanmasa da, hər bir halda cəmiyyətdə təsirsiz qalmır. Qeyd edirəm ki, T.Y.Babayevanın həyat yoldaşı olan X6 məni hədələyərək guaki, onun onlardan pul oğurladığını, mərhum həyat yoldaşını onun öldürdüyünü bildirirək böhtan atmışdır. T.Y.Babayevanın və onun ailə üzvləri olan Babayev Anar, Babyeva Tacı və Babayeva Günay mediada onun əleyhinə verdiyi müsahibələri o, da əsəbi vəziyyət yaratdığından səhhəti də onu narahat edir. Ona görə də xüsusi ittiham qaydasında şikayət yazmaqla aidiəti üzrə Astara rayon məhkəməsinə müraciət edirəm. Azərbaycan Respublikası Ali Məməsi Plenumunun 14 may 1999-cu il tarixdə qəbul etdiyi "Şərəf və ləyaqətin məüdafəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 7 saylı qərarının 5-ci maddəsində göstərilir ki, "başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yazılan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər".Bununla da həqiqətə uyğun olmayan məlumatlar verilərək T.Y.Babayevanın və onun ailə üzvləri olan Babayev Anar, Babyeva Tacı və Babayeva Günay yazdıqlarının yalan olduğunu bilə-bilə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş şərəf və ləyaqətini ləkələyən, ailəsini nüfuzdan salan məlumatları qəsdən yayaraq böhtan atmışdır.Şərəf və ləyaqətimi ləkələyən, şərəf və ləyaqətimi qəsdən alçaltmaq məqsədi daşıyan məlumatları X13 və onun ailə üzvləri olan X2 Günay Qərixan qızı və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, X13, X14, X12 və X9 mənim barəmdə dərc edilmiş yazıların təkzib edilməsi və ondan rəsmi üzr istənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Xüsusi qaydasında şikayət vermiş şəxs X5 şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsi, X13 və onun ailə üzvləri olan X2 Günay Qərixan qızı və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, X13, X14, X12 və X9 mənim barəmdə dərc edilmiş yazıların təkzib edilməsi və ondan rəsmi üzr istənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X13, X2 Günay Qərixan qızı və X9 məhkəmənin hazırlıq iclaslarına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azdlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, xüsusi ittihamçı X5 tərəfindən tərtib edilən şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan normalarının tələblərinə cavab vermir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi əks olunmalıdır. Bundan əlavə, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməli olduğu təqdirdə, bununla bağlı xüsusi ittihamçı şikayət ərizəsində göstərilən halları təsdiq edən sübutları, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin onu təhqir etməsi və ya böhtan atması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Bundan başqa xüsusi ittihamçı X5 məhkəmənin hazırlıq iclasına təkrar olaraq gəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X13, X2 Günay Qərixan qızı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-119/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-119/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver