Məhkəmə qərarları › İş №1(018)-12/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-12/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-12/2023 02.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsininhakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Astara rayonu, Lovayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilməmiş, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, bu cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -1,230 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 08 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Astara rayonu, Pensər kəndində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 05 ədəd siqaretin gümüşü kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri: -0,401 qr, -0,164 qr, -0,212 qr, - 0,196 qr və -0,257 qram olmaqla ümumi təmiz çəkisi -1,230 qram narkotik vasitə olan heroin onun əynində olan qara rəngli paltonun sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara rayonu, Kijəbə qəsəbəsində ailə üzvüləri ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə etmədiyi günlərdə bədənində güclü ağrılar olur. 10 ildən artıqdır ki, Lənkəran Rayonlararası Narkoloji Dispanserində narkomaniya xəstəsi kimi qeydiyyatdadır. 08 oktyabr 2022-ci il tarixdə, səhər saat 10 radələrində Lənkəran şəhərinə getmiş, oradakı 5 nömrəli tam orta məktəbin yaxınlığında əvvəllər narkotik vasitə əldə etdiyi şəxsdən 15 manata, 5 ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitə olan heroin bükümlərini “Tromodol” dərmanı qutusunun içərisinə yerləşdirib qutunu əynində olan qara rəngli paltosunun sol yan cibinə qoyub, avtobusla Astara rayonu, Kijəbə qəsəbəsinə qayıtmışdır. Yolda, Astara rayonu, Pensər kəndinə çatdığı zaman aldığı narkotik vasitə olan heroini istifadə etmək məqsədilə avtobusdan enmiş və həmin vaxt saat 14 radələrində Astara rayonu, Pensər kəndində yolun kənarında olduğu zaman, bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və həmin səbəbdən də onu Astara RPŞ-nə dəvət etmişlər. Onlara etiraz etməmiş, birlikdə polis şöbəsinə gəlmişlər. Orada o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah olunmuş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya varsa təqdim etməyini təklif etdikdən sonra o, əynində olan qara rəngli paltonun sol yan cibindən 01 ədəd “Tromodol” dərman qutusunu çıxarıb masanın üzərində qoymuşdur. Sonra təhqiqatçı “Tromodol” dərman qutusuna baxış keçirdikdə onun içərisində olan 5 (beş) bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroin kütlələrini aşkar etmişdir. Üzərindən aşkar olunan 5 (beş) ədəd bükümdə narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmış, müvafiq sənədləşdirilmə aparılmış, ona ucadan oxunmuş, o da həmin sənədlərin düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən çox peşman olmuşdur. Himayəsində 1 nəfər azyaşlı uşaq olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham onun özünün etirafından əlavə cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 oktyabr 2022-ci il tarixdə Astara Rayon Polis Şöbəsinə Astara rayonu Kijəbə qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması və həmin tarixdə, günorta saatlarında Astara rayonu Pensər kəndində olacağı barədə məlumat daxil olmuş və bu məlumat ilə əlaqədar tərkibinə onunda daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 08 oktyabr 2022-ci il tarixdə, təxminən saat 13-14 radələrində onlar avtomobillə Təqsirləndirilən şəxs avtobusla gəlib enməli olduğu Astara rayon Pensər kəndində - avtobus dayanacağının olduğu əraziyə getmişlər. Onlar Təqsirləndirilən şəxs avtobusdan enib piyada hərəkət etdiyini görərək dərhal ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla Astara Rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Orada şöbənin təhqiqatçısı İsa Vəlizadə tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Sonra isə onun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli paltonun sol yan cibindən 01 ədəd “Tromodol” dərman qutusunu çıxarıb masanın üzərində qoymuşdur. Daha sonra iştirakçılar tərəfindən “Tromodol” dərman qutusuna baxış keçirdikdə onun içərisində olan 5 (beş) bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlələri aşkar edilmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilərək, ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq, möhürlənmişdir. Sonra müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş protokol ucadan oxunmuş, prosses iştirakçıları da həmin sənədlərin düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı X3 və X7 şahid X8 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəisinin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 08 oktyabr 2022-ci il tarixli qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən,“Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 08 oktyabr 2022-ci il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli paltosunun sol yan cibindən “Tromodol” dərmanı qutusunun içərisində olan 5 (beş) bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 1.5 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş 5 (beş) bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlələri həmin gün səhər saatlarında Lənkəran şəhərində 5 saylı orta məktəbin yaxınlığında əvvəllər narkotik vasitə əldə etdiyi şəxsdən 15 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2022-ci il tarixli, 19/1068 saylı rəyində qeyd olunur ki,tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 (beş) büküm narkotik vasitə heroinə bənzər kütlələr və 2 (iki) list üzərinə tramadol yazılmış həblər....’’ sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: – 0,401 qr; – 0,164 qr; – 0,212 qr; – 0,196 qr; -0,257 qram: ümumi təmiz çəkisi: 1,230 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər; Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin ümumi təmiz çəkisi 1,230 qramdır, cəmi tədqiqata hər obyekt üzrə 0,04 qram olmaqla toplam 0,2 qram sərf edilmiş və 1,030 qram heroin qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 09 oktyabr 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 10 oktyabr 2022-ciiltarixli, 1061 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin TSEK-nin verdiyi məlumata əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 1,230 qram olmuş, tədqiqata sonra qalan 1,030 qram narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən video çəkilişin qeydə alındığı 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 1,030 qram narkotik vasitə olan heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən video çəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 17 oktyabr 2022-ci il tarixli tələbnamə-arayışdan və Astara Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi olduğuna görə Təqsirləndirilən şəxs cinayətin residivinə görə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 08 oktyabr 2022-ciil tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə“həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10);hesabedilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinəəsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi iləəlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinəəsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən vəağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). MəhkəməTəqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin cinayət işi üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan 1,030 qram narkotik vasitə olan heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 08 oktyabr 2022-ci il tarixdən hesablanmasını, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərcini təşkil edən 60 (altmış) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan təmiz çəkisi qalan 1,030 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD diskinin maddi sübut kimi cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinəödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar