Məhkəmə qərarları › İş №1(018)-12/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-12/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-12/2025 08.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Elsəvər oğlunun və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər Zərərçəkmiş şəxs “Azərterminalkompleks” Birliyinin İnfrastruktur və inkişaf idarəsinin Anbar işinin təşkili şöbəsinin inspektoru vəzifəsində işləməklə Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim edilmiş, hazırda işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Elsəvər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Elsəvər oğlu öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs “Azərterminalkompleks” Birliyi üzrə 15 yanvar 2024-cü il tarixli, 5600/008Ş nömrəli əmrlə Birliyin İnfrastruktur və inkişaf idarəsinin anbar işinin təşkili şöbəsinin inspektoru vəzifəsinə təyin edilməklə, Birlik üzrə 11 mart 2024-cü il tarixli, 3-33-5600/135Ş nömrəli əmrlə Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim olunaraq, Zərərçəkmiş şəxs “Azərterminalkompleks” Birliyinin 06 aprel 2024-cü il tarixli, 3-33-5600/000033Ş nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərterminalkompleks” Birliyinin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsi haqqında Əsasnaməyə əsasən, Azərbaycan Resublikası Konstitusiyası, qanunlarına və digər normativ aktlara riayət edilməsini təmin etmək, birliyin rəhbərliyi tərəfindən verilən əmr və sərəncamları, eləcə də idarə və şöbə rəisinin tapşırıqlarını yerinə yetirmək, birliyin anbar fəaliyyətinin təşkil olunmasında iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə 19 iyun 2023-cü il tarixdən 25 may 2024-cü il tarixədək olan dövr ərzində gömrük əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən saxlanca qəbul edilərək ünvan 2 ünvanında yerləşən Astara müvəqqəti saxlanc anbarında saxlanılmaqla Zərərçəkmiş şəxs sahibliyində olan və saxlanılması üçün ona etibar edilmiş malları, o cümlədən cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250 (20 ampula)”, cəmi dəyəri 15 manat olan 30 həb “Lyrover 75”, cəmi dəyəri 130 manat olan 1 qutu “Argi plus”, cəmi dəyəri 8 manat olan 1 qutu “Pedia Best”, cəmi dəyəri 22 manat olan 1 qutu “Omega 3”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 35 manat olan 60 həb “Prebagalin”, cəmi dəyəri 32 manat olan 2 qutu “Vitamin D3”, cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 60 manat olan 50 həb “Maxandolin (oxymetholene)”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 50 manat olan 10 ampula “Nandrodec (Nandrolone Decanoate)”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250” dərman preparatlarını, cəmi dəyəri 20 manat olan 1 ədəd geyim dəstini, cəmi dəyəri 1400 manat olan 1 ədəd “İphone 14 midnight 128 gb” mobil telefonu, cəmi dəyəri 60 manat olan 20 qutu “Kent nanotek infina”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 120 manat olan 40 qutu “göy Marlboro edge gold”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent (qara) - Kent silver nanotek 2.0”, cəmi dəyəri 120 manat olan 40 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 15 manat olan 10 qutu “Manchester qara/Manchester nano black”, cəmi dəyəri 45 manat olan 30 qutu “Cavallo qara/Cavallo tony frank”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent nazik/Kent silver nanotek 2.0”, cəmi dəyəri 120 manat olan 30 qutu “Winston Xs (black)/Winston Xs silver”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent 4 nazik/Kent silver nanotek 2.0”, cəmi dəyəri 60 manat olan 10 qutu “Marlboro/Marlboro flavor code”, cəmi dəyəri 35 manat olan 10 qutu “Cavallo qara/Cavallo tony frank”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/Cavallo clip and Go”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/Cavallo blue wings”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro göy Edge gold”, cəmi dəyəri 40 manat olan 10 qutu “Winston/Winston compact plus”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent Nanotek infina”, cəmi dəyəri 100 manat olan 20 qutu “Marlboro gold ağ qalın”, cəmi dəyəri 50 manat olan 10 qutu “Marlboro gold ağ nazik”, cəmi dəyəri 68 manat olan 17 qutu “Winston XS/Winston XS silver”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro gold edge”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X7”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent Nanotek infina”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent silver nanotek 2.0”, cəmi dəyəri 140 manat olan 20 qutu “Marlboro touch gray”, cəmi dəyəri 40 manat olan 10 qutu “Winston Xs/Winston Xs silver”, cəmi dəyəri 60 manat olan 10 qutu “Kent 1 nazik/Kent nano 1”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/X7”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro edge gol nazik”, cəmi dəyəri 105 manat olan 35 qutu “X10”, cəmi dəyəri 30 manat olan 20 qutu “Cavallo by Tony by Frank”, cəmi dəyəri 160 manat olan 40 qutu “Winston Winston white”, cəmi dəyəri 100 manat olan 20 qutu “Kent HDİ 4”, cəmi dəyəri 15 manat olan 10 qutu “X7”, cəmi dəyəri 30 manat olan 20 qutu “Cavallo Pure”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X7”, cəmi dəyəri 126 manat olan 18 qutu “Marlboro touch gray”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X7” markalı tütün məmulatlarını 2024-cü ilin mayiyun ayları ərzində istintaqa məlum olmayan şəraitdə anbardan çıxarmaqla satış məqsədilə istintaqla müəyyən edilməyən yerdə şəxsiyyəti istintaqa məlum olmayan, cinayətdən xəbərsiz ayrıayrı şəxslərə satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs sahibliyində olmaqla, ona etibar edilmiş cəmi 4.061 (dörd min altmış bir) manat olan əmlakı vahid niyyətlə mənimsəmə yolu ilə talamış, həmin hərəkətləri ilə malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil edilməsi, gömrük ödənişlərinin alınmasının təmin olunması, malların gömrük dəyərinin düzgün müəyyən olunmasına nəzarət sisteminin təşkilinə dair Zərərçəkmiş şəxs fəaliyyətini pozmaqla hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Elsəvər oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələri ilə verilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən xx.xx.2024-cü ilədək Zərərçəkmiş şəxsndə müxtəlif vəzifələrdə işləmişdir. Gömrük orqanlarında sonuncu vəzifəsi “Azterminalkompleks” Birliyinin İnfrastruktur və inkişaf idarəsinin Anbar işinin təşkili şöbəsinin inspektoru olmuşdur. 2023-cü ilin oktyabr ayından Astara gömrük idarəsinə təhkim olunaraq həmin idarənin ərazisində olan Birliyin anbarında xidmət aparmışdır. Orada xidmət növbəli olmuşdur. Əməkdaşların sayından asılı olaraq bir əməkdaş bir neçə gün xidmətdə olur, digər günlər isə həmin əməkdaşın istirahət günləri hesab olunur. İş vaxtı 09:00-dan 18:00-dək olmuşdur. Xidməti vəzifələrinə gömrük inspektorları tərəfindən vətəndaşlardan götürülərək saxlanca qəbul olunmuş malları qəbul edərək həmin malların Birliyin qeyd etdiyi anbarında saxlancını, qorunmasını, salamatlığını təmin etməkdən ibarət olmuşdur. Son dövrlərdə maddi vəziyyəti ilə bağlı çox çətinliklər yaşamış, bir müddət sonra çıxılmaz vəziyyətə düşmüşdür. Bir qədər fikirləşdikdən sonra bu vəziyyətdən çıxış yolu kimi anbarda saxlanılan bir sıra tez zamanda satıla biləcək malları götürüb müxtəlif şəxslərə satmaqla əldə etdiyi pul vəsaiti hesabına problemlərini həll etməyi fikirləşmişdir. Bu məqsədlə o, 2024-cü ilin may və iyun aylarında iki dalbadal növbə zamanı o, anbarda olan müxtəlif markalı siqaretləri, dərman vasitələrini, bir ədəd geyim dəsti və bir ədəd “İphone 14 midnight 128 GB” markalı mobil telefonu iki dəfəyə götürmüşdür. O, götürdüyü malların tərkibinə baxmamış, toplu şəkildə malları götürüb çantasına yerləşdirmiş, gömrük ərazisindən çıxdıqdan sonra isə götürüdüyü malların tərkibinə baxmışdır. Bu zaman götürdüyü malların tərkibində pregabalin adlı dərman vasitələrinin də olduğunu görmüşdür. O, əvvəlcədən həmin dərman vasitələrinin tərkibində güclü təsir edən maddələr olduğunu bildiyi üçün onları satmaq istəmədiyindən pregabalin adlı dərman vasitələrini zibilliyə atmışdır. Götürdüyü digər vasitələri ilə hazırda adlarını xatırlamadığı çoxsaylı müxtəlif şəxslərə satmışdır. Həmin malların içərisində daha çox siqaretlər üstünlük təşkil etdiyi üçün həmin siqaretləri əsasən siqaret çəkənlərə blok şəklində 15-20 manata satmışdır. Gömrük orqanı tərəfindən saxlanca qəbul edilmiş mobil telefonların İMEİ nömrələri qeydiyyatda olduğundan həmin mobil telefonu hər hansı Azərbaycan Respublikası vətəndaşının adına qeydiyyatdan keçirtmək olmur, həmin mobil telefonu yalnız sahibi gömrükdən təhvil alıb gömrük orqanının saxlanılmış mallarının siyahısından çıxarıldıqdan sonra qeydiyyatdan keçirdə bilər, digər hər hansı Azərbaycan Respublikası vətəndaşının həmin mobil telefonu qeydiyyatdan keçirtməsi isə mümkün deyildir. Qeydiyyatdan keçirilməmiş mobil telefonun isə istifadəsi qeyri-mümkündür. Belə olan halda o, götürdüyü mobil telefonu müxtəlif şəxslər vasitəsilə tapdığı hazırda adını xatırlamadığı Azərbaycan əsilli X1 vətəndaşına 400 manata satmışdır. O, cavabdeh olduğu anbardan götürdüyü malların satışından ümumilikdə təxminən 2.000 manat pul əldə etmişdir. O, götürdüyü malları satıb maddi problemlərini qismən həll etdikdən sonra özü rəhbərliyə məruzə etmişdir. Bundan sonra barəsində araşdırma aparılmağa başlanmışdır. Anbardan götürdüyü malların siyahısını əks etdirən xx.xx.2024-cü il tarixli aktda və qiymətini əks etdirən xx.xx.2024-cü il tarixli rəydə əks olunmuş mallar onun tərəfindən anbardan götürülmüş mallardır. Rəydə hər hansı markalı siqaretin qarşısında malın miqdarı sütununda yazılmış say həmin siqaretin bir giləsinin sayını bildirir. Rəydə isə həmin rəqəm qutu kimi nəzərə alınıb hesablanma aparılmışdır. Belə olan halda hesablanmış ümumi 44.082 manat pul vəsaiti real qiymətləri əks etdirmir. Ayrılıqda hər malın təyin edilmiş qiymətini düzgün hesab edir. Digər məsələlərlə bağlı hər hansı etirazı yoxdur. Anbardan götürdüyü malları satdığı şəxslərin həmin malların mənbəyi barədə məlumatı olmamışdır. Anbardan götürdüyü bir ədəd geyim dəstini xatırlamadığı şəxsə 20 manata satmışdır. Anbardan götürdüyü malların qiymətini əks etdirən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmiş qiymətlərlə razıdır. Həmin rəydə göstərilmiş qiymətlərdə olan malları birliyin anbarından götürərək satmışdır. Hazırda tutduğu əməldən peşmandır, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin nümayəndəsi olaraq Komitəyə dəymiş ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 1996-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşı, 2024-cü ilin mart ayından “Azterminalkompleks” Birliyinin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinin baş inspektoru vəzifəsində xidmət göstərir, xx.xx.2024-cü il tarixdən isə həmin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edir, gömrük xidməti mayoru xüsusi rütbəsini daşıyır. Rəhbərlik etdiyi şöbə brokerlərin işinə, anbara, tərəziyə və digər məsələlərə nəzarət edir. Şöbənin 66 əməkdaşı vardır. Təqsirləndirilən şəxs isə Birliyin İnfrastruktur və inkişaf idarəsinin əməkdaşı olsa da, rəhbərlik tərəfindən onun rəhbərlik etdiyi şöbəyə təhkim olunmuşdur. Hüseynin vəzifəsi Astara gömrük idarəsinin əməkdaşları tərəfindən saxlanılmış malların anbara qəbul edilməsi, onların uyğun şəraitdə saxlanılmasını və salamatlığının təmin edilməsi, zəruri olduqda müvafiq sənədlər əsasında aidiyyatı şəxsə təhvil verilməsindən ibarət olmuşdur. Hüseynin təhkim olunduğu anbarda xidmət növbəli şəkildə qurulmuşdur. Anbarda xidmət növbəli şəkildə təşkil olunur. Ümumi qaydaya əsasən, anbarda 3 əməkdaş xidmət göstərir. Hadisə zamanı Təqsirləndirilən şəxs, Şahid2 və Pərvin Həziyev xidmət aparan əməkdaşlar olmuşlar. Əməkdaşlar 24 saatlıq növbələrlə xidmət aparmışlar. Hadisə baş verən dövrdə Pərvin Həziyev məzuniyyətdə olmuş, xidmət Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən növbəli şəkildə aparılmışdır. Təlimata əsasən, əməkdaşlar bir-birilərinə növbəni təhvil verərkən hər hansı sənədləşmə işləri aparılmamışdır. Anbarda olan mallar il ərzində bir neçə dəfə həm əməkdaşların özləri, həm də yoxlama aparan komissiyalar tərəfindən sayılmış salamatlığı müəyyən edilmişdir. Anbara mallar Astara gömrük idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair akt əsasında qəbul edilir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında anbar əməkdaşı Şahid2 onunla mobil telefon əlaqəsi saxlayaraq Təqsirləndirilən şəxs ona mobil telefonda şəxsi ehtiyacları ucbatından anbardan təxminən 60-70 blok siqaret, bir ədəd mobil telefon, bir neçə qutu da dərman preparatı və bir ədəd idman geyim dəstini götürdüyünü bildirmişdir. O da bu barədə dərhal rəhbərliyə məruzə etmişdir. Bundan sonra anbarda olan malların ümumi siyahısı onlara təqdim edilmiş, o da Şahid2 və digər əməkdaşı Nicat Əsədovla birlikdə anbar olan malları sayıb əllərində olan ümumi siyahı ilə müqayisə etmişlər. Nəticədə anbarda olan əskik olan malların siyahısını tərtib edərək aktlaşdırmışlar. Daha sonra onlar raportla aktı rəhbərliyə təqdim etmişlər. Ardınca Təqsirləndirilən şəxs barəsində xidməti yoxlama aparılmışdır. Xidməti yoxlamanın sonrakı gedişi barədə hər hansı məlumatı olmamışdır. Onun, Şahid2 və Nicat Əsədovun iştirakları ilə tərtib edilmiş aktda göstərilən dərman preparatlarının və siqaretlərin qarşısında “Malın miqdarı”sütununa uyğun gələn qrafada olan ədədlər siqaret və dərman həbinin bir ədədini göstərir. Məsələn, hər hansı siqaretin qarşısında yazılmış 400 ədəd ümumilikdə 400 gilə siqaretin, yəni bir qutuda standart olaraq 20 gilə siqaret olması nəzərə alındıqda, 20 qutu, bir blokda da 10 qutu olması nəzərə alındıqda, 2 blok siqaretin sayım zamanı anbarda aşkar edilmədiyini göstərir. Dərman vasitələrinin sayı eyni qaydada göstərilmişdir. Yəni aktda hansısa dərman vasitəsinin qarşısında 30 ədəd yazılmışdırsa, bu sayım zamanı anbarda 30 ədəd həbin aşkar edilmədiyini göstərir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edib oxşar məzmunlu ifadə verərək əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs anbarda olan malları götürməsi barədə əvvəlcədən məlumatı olmamışdır. O, bu barədə yalnız sonuncunun özü ona məlumat verdikdən sonra bilmişdir. Hüseyn ona malları nə vaxt, hansı qaydada və neçə dəfəyə götürməsi barədə məlumat verməmiş, yalnız şəxsi ehtiyaclarına görə malları götürüb satdığını və etiraf edəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinin əməkdaşları tərəfindən Astara müvəqqəti saxlanc anbarına baxış keçirilməsi və saxlanca götürülmüş malların mövduluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 20 ampula “Testosterone Enanthate 250 (20 ampula)”, 30 həb “Lyrover 75”, 1 qutu “Argi plus”, 1 qutu “Pedia Best”, 1 qutu “Omega 3”, 10 ampula “Testosterone Enanthate 250”, 60 həb “Prebagalin”, 2 qutu “Vitamin D3”, 20 ampula “Testosterone Enanthate 250”, 10 ampula “Testosterone Enanthate 250”, 20 ampula “Testosterone Enanthate 250”, 50 həb “Maxandolin (oxymetholene)”, 10 ampula “Testosterone Enanthate 250”, 10 ampula “Nandrodec (Nandrolone Decanoate)”, 10 ampula “Testosterone Enanthate 250” dərman preparatları, 1 ədəd geyim dəsti, 1 ədəd “İphone 14 midnight 128 gb” markalı mobil telefon, 20 qutu “Kent nanotek infina”, 10 qutu “Marlboro Edge gold”, 40 qutu “göy Marlboro edge gold”, 10 qutu “Kent (qara) - Kent silver nanotek 2.0”, 40 qutu “Marlboro Edge gold”, 10 qutu “Manchester qara/Manchester nano black”, 30 qutu “Cavallo qara/Cavallo tony frank”, 10 qutu “Kent nazik/Kent silver nanotek 2.0”, 30 qutu “Winston Xs (black)/Winston Xs silver”, 10 qutu “Kent 4 nazik/Kent silver nanotek 2.0”, 10 qutu “Marlboro/Marlboro flavor code”, 10 qutu “Cavallo qara/Cavallo tony frank”, 10 qutu “Cavallo/Cavallo clip and Go”, 10 qutu “Marlboro Edge gold”, 10 qutu “Cavallo/Cavallo blue wings”, 10 qutu “Marlboro Edge gold”, 10 qutu “Marlboro göy Edge gold”, 10 qutu “Winston/Winston compact plus”, 10 qutu “Kent Nanotek infina”, 20 qutu “Marlboro gold ağ qalın”, 10 qutu “Marlboro gold ağ nazik”, 17 qutu “Winston XS/Winston XS silver”, 10 qutu “Marlboro gold edge”, 10 qutu “Ağ X7”, 10 qutu “Kent Nanotek infina”, 10 qutu “Kent silver nanotek 2.0”, 20 qutu “Marlboro touch gray”, 10 qutu “Winston Xs/Winston Xs silver”, 10 qutu “Kent 1 nazik/Kent nano 1”, 10 qutu “Cavallo/X7”, 10 qutu “Marlboro edge gol nazik”, 35 qutu “X10”, 20 qutu “Cavallo by Tony by Frank”, 40 qutu “Winston Winston white”, 20 qutu “Kent HDİ 4”, 10 qutu “X7”, 20 qutu “Cavallo Pure”, 10 qutu “Ağ X7”, 18 qutu “Marlboro touch gray”, 10 qutu “Ağ X7” markalı tütün məmulatları həmin tarixdə Astara müvəqqəti saxlanc anbarına keçirilmiş baxış zamanı aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 17 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsindən alınmış mütəxəssis rəyindən görünür ki, 40 manat olan 20 ampula “Testosterone Enanthate 250 (20 ampula)”, cəmi dəyəri 15 manat olan 30 həb “Lyrover 75”, cəmi dəyəri 130 manat olan 1 qutu “Argi plus”, cəmi dəyəri 8 manat olan 1 qutu “Pedia Best”, cəmi dəyəri 22 manat olan 1 qutu “Omega 3”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 35 manat olan 60 həb “Prebagalin”, cəmi dəyəri 32 manat olan 2 qutu “Vitamin D3”, cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 40 manat olan 20 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 60 manat olan 50 həb “Maxandolin (oxymetholene)”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250”, cəmi dəyəri 50 manat olan 10 ampula “Nandrodec (Nandrolone Decanoate)”, cəmi dəyəri 20 manat olan 10 ampula “Testosterone Enanthate 250” dərman preparatlarının, cəmi dəyəri 1400 manat olan 1 ədəd “İphone 14 midnight 128 gb” mobil telefonun, cəmi dəyəri 60 manat olan 20 qutu “Kent nanotek infina”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 120 manat olan 40 qutu “göy Marlboro edge gold”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent (qara) - Kent silver nanotek 2.0”, cəmi dəyəri 120 manat olan 40 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 15 manat olan 10 qutu “Manchester qara/Manchester nano black”, cəmi dəyəri 45 manat olan 30 qutu “Cavallo qara/Cavallo tony frank”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent nazik/Kent silver nanotek 2.0”, cəmi dəyəri 120 manat olan 30 qutu “Winston Xs (black)/Winston Xs silver”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent 4 nazik/Kent silver nanotek 2.0”, cəmi dəyəri 60 manat olan 10 qutu “Marlboro/Marlboro flavor code”, cəmi dəyəri 35 manat olan 10 qutu “Cavallo qara/Cavallo tony frank”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/Cavallo clip and Go”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/Cavallo blue wings”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro Edge gold”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro göy Edge gold”, cəmi dəyəri 40 manat olan 10 qutu “Winston/Winston compact plus”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent Nanotek infina”, cəmi dəyəri 100 manat olan 20 qutu “Marlboro gold ağ qalın”, cəmi dəyəri 50 manat olan 10 qutu “Marlboro gold ağ nazik”, cəmi dəyəri 68 manat olan 17 qutu “Winston XS/Winston XS silver”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro gold edge”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X7”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent Nanotek infina”, cəmi dəyəri 30 manat olan 10 qutu “Kent silver nanotek 2.0”, cəmi dəyəri 140 manat olan 20 qutu “Marlboro touch gray”, cəmi dəyəri 40 manat olan 10 qutu “Winston Xs/Winston Xs silver”, cəmi dəyəri 60 manat olan 10 qutu “Kent 1 nazik/Kent nano 1”, cəmi dəyəri 15 manat olan 10 qutu “Cavallo/X7”, cəmi dəyəri 30 manat olan 10 qutu “Marlboro edge gol nazik”, cəmi dəyəri 105 manat olan 35 qutu “X10”, cəmi dəyəri 30 manat olan 20 qutu “Cavallo by Tony by Frank”, cəmi dəyəri 160 manat olan 40 qutu “Winston Winston white”, cəmi dəyəri 100 manat olan 20 qutu “Kent HDİ 4”, cəmi dəyəri 15 manat olan 10 qutu “X7”, cəmi dəyəri 30 manat olan 20 qutu “Cavallo Pure”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X7”, cəmi dəyəri 126 manat olan 18 qutu “Marlboro touch gray”, cəmi dəyəri 15 manat olan 10 qutu “Ağ X7” markalı tütün məmulatlarının ümumi dəyəri 4.041 manat təşkil edir. Mütəxəssislər tərəfindən 1 ədəd geyim dəstinə qiymət qoyulması mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs “Azərterminalkompleks” Birliyinin 06 aprel 2024-cü il tarixli, 3-33-5600/000033Ş nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərterminalkompleks” Birliyinin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsi haqqında Əsasnamədən görünür ki, şöbənin əməkdaşları Azərbaycan Respublikası Konstitusiyası, qanunlarına və digər normativ aktlara riayət edilməsini təmin etmək, birliyin rəhbərliyi tərəfindən verilən əmr və sərəncamları, eləcə də idarə və şöbə rəisinin tapşırıqlarını yerinə yetirmək, birliyin anbar fəaliyyətinin təşkil olunmasında iştirak etmək və digər vəzifələri daşıyırlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair aktların surətlərindən görünür ki, 19 iyun 2023-cü il tarixdən 25 may 2024-cü il tarixədək olan dövr ərzində müxtəlif fiziki şəxslərdən gömrük sərhədindən keçirilən 20 ampula “Testosterone Enanthate 250 (20 ampula)”, 30 həb “Lyrover 75”, 1 qutu “Argi plus”, 1 qutu “Pedia Best”, 1 qutu “Omega 3”, 10 ampula “Testosterone Enanthate 250”, 60 həb “Prebagalin”, 2 qutu “Vitamin D3”, 20 ampula “Testosterone Enanthate 250”, 10 ampula “Testosterone Enanthate 250”, 20 ampula “Testosterone Enanthate 250”, 50 həb “Maxandolin (oxymetholene)”, 10 ampula “Testosterone Enanthate 250”, 10 ampula “Nandrodec (Nandrolone Decanoate)”, 10 ampula “Testosterone Enanthate 250” dərman preparatları, 1 ədəd geyim dəsti, 1 ədəd “İphone 14 midnight 128 gb” markalı mobil telefon, 20 qutu “Kent nanotek infina”, 10 qutu “Marlboro Edge gold”, 40 qutu “göy Marlboro edge gold”, 10 qutu “Kent (qara) - Kent silver nanotek 2.0”, 40 qutu “Marlboro Edge gold”, 10 qutu “Manchester qara/Manchester nano black”, 30 qutu “Cavallo qara/Cavallo tony frank”, 10 qutu “Kent nazik/Kent silver nanotek 2.0”, 30 qutu “Winston Xs (black)/Winston Xs silver”, 10 qutu “Kent 4 nazik/Kent silver nanotek 2.0”, 10 qutu “Marlboro/Marlboro flavor code”, 10 qutu “Cavallo qara/Cavallo tony frank”, 10 qutu “Cavallo/Cavallo clip and Go”, 10 qutu “Marlboro Edge gold”, 10 qutu “Cavallo/Cavallo blue wings”, 10 qutu “Marlboro Edge gold”, 10 qutu “Marlboro göy Edge gold”, 10 qutu “Winston/Winston compact plus”, 10 qutu “Kent Nanotek infina”, 20 qutu “Marlboro gold ağ qalın”, 10 qutu “Marlboro gold ağ nazik”, 17 qutu “Winston XS/Winston XS silver”, 10 qutu “Marlboro gold edge”, 10 qutu “Ağ X7”, 10 qutu “Kent Nanotek infina”, 10 qutu “Kent silver nanotek 2.0”, 20 qutu “Marlboro touch gray”, 10 qutu “Winston Xs/Winston Xs silver”, 10 qutu “Kent 1 nazik/Kent nano 1”, 10 qutu “Cavallo/X7”, 10 qutu “Marlboro edge gol nazik”, 35 qutu “X10”, 20 qutu “Cavallo by Tony by Frank”, 40 qutu “Winston Winston white”, 20 qutu “Kent HDİ 4”, 10 qutu “X7”, 20 qutu “Cavallo Pure”, 10 qutu “Ağ X7”, 18 qutu “Marlboro touch gray”, 10 qutu “Ağ X7” markalı tütün məmulatları gömrük əməkdaşları tərəfindən müvəqqəti saxlanca götürülmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Lakin məhkəmə törədilən əməllərin tövsifi məsələsində aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs həmin əməllərinin Cinayət Məcəlləsinin 179.2.3 -cü maddəsi ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır.Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CMin 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu mənimsəmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, CM-nin 308.1ci maddəsi üzrə təqsirli bilinməsinə dair hissə ittihamdan xaric edilməlidir. Bununla da məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməsi hissəsi isə əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərin Cinayət Məcəlləsinin həmin maddəsi ilə tövsif edilməsi hissəsi düzgündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Cinayət Məcəlləsinin həmin maddəsi ilə tövsif edilməli və Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən həmin maddələr üzrə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş xidməti sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Azərterminalkompleks” Birliyi üzrə 15 yanvar 2024-cü il tarixli, 5600/008Ş nömrəli əmrlə Birliyin İnfrastruktur və inkişaf idarəsinin anbar işinin təşkili şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, Birlik üzrə 11 mart 2024-cü il tarixli, 3-33-5600/135Ş nömrəli əmrlə Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim olunmuşdur. İş materiallarına əlavə olunmuş “Elektron Prokurorluq” İnformasiya Sistemindən əldə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş “Elektron Prokurorluq” İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsaslanan təqrirdən görünür ki, Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanası”publik hüquqi şəxsi və “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində qeydiyyatda yoxdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı (xx.xx.2019cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2) uşaqları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı uşağının olması, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2-1-ci bəndində göstərilmişdir ki, “Cinayətlərin məcmusuna daxil olan cinayətlərə görə islah işləri cəzası təyin edildikdə, cəzalar tamamilə və ya qismən toplanılmaqla qəti cəzanın təyin edilməsi zamanı məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə tutulması müəyyən edilmiş məbləğlərin (faizlərin) toplanılmasına yol verilmir”. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hazırki iş üzrə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 179.2.3-cü maddəsində əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz)) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübut yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Elsəvər oğluna elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilsin və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Elsəvər oğlu Azərbaycan Respublikası CM-nin 179.2.3 -cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyrikommersiya təşkilatlarında rəhbər vəzifə tutma, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Elsəvər oğlunun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən evi gecə saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Elsəvər oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Elsəvər oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Elsəvər oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar