Məhkəmə qərarları › İş №1(018)-120/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-120/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-120/2024 05.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Beyləqan rayon Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,məhkumluğu olmayan ,ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib xx.xx.2024-cü il tarixdə tibb işçiləri üçün keçirilən attestasiyadan onu keçirəcəyi adı ilə aldadaraq Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 15:13-də cinayətdən xəbərsiz arvadı Şahid1 istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7388-5958-0999 saylı kart hesabına göndərilən 4000 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki , Astara rayon sakini Ağaboli Yusifovu təxminən 5-6 ildir tanıyır və aralarında səmimi münasibət olmuşdur. Həmin müddətdə ailəvi olaraq bir-birinin evinə gedib gəlmişlər. O, 2023-cü ilin dekabr ayının ortalarında şəxsi işi ilə əlaqədar cənub zonasına gələrkən həmin vaxt Ağabolinin həyat yoldaşı yataq xəstəsi olduğuna görə onlara baş çəkməyə getmişdir. Həmin vaxt onların evində olarkən Ağabolinin tibbi bacısı işləyən qızı Zərərçəkmiş şəxs da orada olmuşdur. Zərərçəkmiş şəxs imtahan vermək üçün hazırlaşdığını, lakin anası xəstə olduğu imtahana hazırlaşa bilmədiyini demişdir. O da həmin onu imtahandan keçirməkdə köməklik edə biləcəyini bildirmişdir. O, buna görə onlardan 5000 manat pul verməsini istəmişdir. Onlar da onun təklifi ilə razılaşmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək bankdan 4000 manat pul götürə bildiyi üçün ona da 4000 manat pul verə biləcəyini demişdir. Dekabr ayında Ağaboli ona zəng edərək imtahanın vaxtı məlum olduğunu ona demişdir. Bundan sonra o, pulu göndərmək üçün ondan kart nömrəsi istəmişdir. O da həmin vaxt üzərində olan, həyat yoldaşı Şahid1 Şakir qızına məxsus "xxxx"a aid kartın şəklini atmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında həmin kart hesabına Zərərçəkmiş şəxs 4000 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs imtahandan keçirmək üçün heç bir tanışı olmamış, sadəcə olaraq onları inandırmaq üçün Xəyaləyə və Ağaboliyə yalandan demişdir ki, güya onun Xəyaləni imtahandan keçirmək üçün çoxlu tanışları var. 2024-cü ilin fevral ayının ortalarında Xəyalənin attestasiya imtahanı olmuşdur. Xəyalənin imtahandan kəsildiyini bilmişlər. Həmin vaxt Xəyalə ona iradını bildirdikdə, narahat olmamasını demişdir. Bundan sonra onlar ondan ayrılıb Astara rayonun getmişlər. Bundan sonra Xəyalə hər dəfə onunla danışaraq imtahandan onu keçirməyini istəmişdir. O isə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Ağaboli onunla danışarkən qızını imtahandan keçirə bilmədiyini, onlardan aldığı 4000 manat pulu da qaytaracağını demişdir. Lakin pulu olmadığına görə onların pulunu qaytara bilməmişdir. Daha sonra əməlindən peşman olduğunu, dəymiş ziyanın artıq tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsinə oxşar ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımışdır. Belə ki, təxminən 4-5 ildir Elşadın atası Ağaboli ilə münasibəti yaranmış və həmin şəxs onlara ailəvi gəlib getmişdir. Onun attestasiyaya hazırlaşdığını evə qonaq gələn Elşad da bilmişdir. Söhbət zamanı anası xəstə olduğu üçün attestasiyaya hazırlaşa bilmədiyini demişdir. Həmin vaxt Elşad, tanışının olduğunu, onu attestasiyadan keçirə biləcəyini bildirmişdir. O da Elşadın təklifi ilə razılaşmış və bankdan kredit götürə bilsə, xəbər edəcəyini demişdir. Bir neçə gün sonra o, Lənkəran şəhərinə gedib oradan Bank of Bakunun filialından 5750 manat kredit götürmüşdür. Bankdan kredit götürdükdən sonra həmin pulun 1750 manatı anasının müalicəsi üçün lazım olduğundan Elşadla danışaraq ona 4000 manat göndərə biləcəyini demişdir. Elşad da onunla razılaşmışdır. Dekabr ayında imtahanın vaxtı məlum olduqdan sonra Ağaboli bu barədə Elşada demişdir. Bundan sonra Elşad ona həyat yoldaşı Şahid1 "xxxx"a aid kartının şəklini atmışdır. O da xx.xx.2024-cü il tarixdə günorta saatlarında atası Ağaboli ilə birlikdə yaşadığı Maşxan kəndindən Astara şəhərinə gəlib "xxxx"ın bankomatından Şahid1 məxsus 4169-7388- 5958-0999 saylı kartına 4000 manat pul göndərmişdir.. xx.xx.2024-cü il tarixdə onun attestasiya imtahanı olmuşdur. İmtahandan bir gün əvvəl Elşadla danışaraq ertəsi gün imtahan olacağını demişdir. İmtahan verdikdən sonra saat 15 radələrində cavablar çıxmış və o, imtahandan kəsilmişdir. Onun imtahandan kəsildiyini yanlarında olan Elşad da bilmişdir. Elşada iradını bildirdikdə, narahat olmamasını, düzəldəcəyini demişdir. Bundan sonra onlar ayrılıb Astara rayonuna gəlmişlər. Hər dəfə Elşadla danışdıqda isə müxtəlif bəhanələr gətirərək düzəldəcəyini demişdir. Lakin o, həmin pulu kredit götürdüyündən və işdən də çıxdığına görə kreditin aylıq ödənişini ödəyə bilmədiyindən Elşaddan pulu tələb etmişdir. Lakin Elşad onun zənglərinə cavab vermədiyi üçün onun barəsində şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur.Bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclas zalında dindirilmiş şahid X1 ifadəsi zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərər alınaraq iştirakı təmin etmək mümkün olmayan Şahid1 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzin foto şəklinə baxış keçirilərkən xx.xx.2024-cü il tarixdə saat 15:13-də Astara şəhəri H.Əliyev prospekti 71 ünvanında yerləşən million elektron ödəmə sistemi vasitəsi ilə H**** Ş**** Ş**** qızı adlı şəxsin 416973******0999 saylı nömrəsinə 4000 manat pul göndərildiyi müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Şahid1 təqdim etdiyi "xxxx" ASCyə məxsus karta baxış keçirilərkən onun “Cashback” kartı olması və 16 rəqəmli şifrəsinin **********580999 rəqəmlərindən ibarət olması müəyyən olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə əməmliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində saxlanılaraq Astara RPŞ-ya gətirilərək MSY-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş və Astara RPŞ-nin MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, onunla barışmış, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın ümumi məbləği 4000 (dörd min) manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar