Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-120/2025 28.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Masallı rayonu Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, üç uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, Goranboy rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən tanışlarının vasitəsi ilə sonuncunun oğlu Şahid2 ordu sıralarından təxris etdirməklə əlilliyə görə təqaüd düzəltdirəcəyini bildirib, inandıraraq etibarını qazandıqdan sonra yalandan vəd verib aldatmaqla 18 noyabr 2023-cü il tarixdə, saat 19:17-də Zərərçəkmiş şəxs2 Goranboy rayonu, Civəzadə küçəsində yerləşən marketdəki “MilliÖn” ödəmə terminalından M***** C***** R***** oğlunun "xxxx" ASC tərəfindən verilmiş 416973******6876 saylı saylı debit kartına köçürdüyü 4000 (dörd min) manat, 06 dekabr 2023-cü il tarixdə, saat 13:04-də Zərərçəkmiş şəxs2 Goranboy rayonu, Zeyvə kəndində yerləşən “Çinar” marketdəki “MilliÖn” ödəmə terminalından M***** C***** R***** oğlunun "xxxx" ASC tərəfindən verilmiş 416973******6876 saylı saylı debit kartına köçürdüyü 2000 (iki min) manat və 12 mart 2024-cü il tarixdə, saat 17:06-də Zərərçəkmiş şəxs2 Goranboy rayonu, Səfikürd kəndində yerləşən “Al” marketdəki “MilliÖn” ödəmə terminalından M***** C***** R***** oğlunun "xxxx" ASC tərəfindən verilmiş 416973******1034 saylı saylı debit kartına köçürdüyü 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Astara rayonu, Səncərədi kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən tanışlarının vasitəsi ilə dəfələrlə başqa şəxsləri işə düzəltdiyini bildirib, inandıraraq etibarını qazandıqdan sonra sonuncunun tanışı X5 hospitalda tibb bacısı vəzifəsinə düzəldəcəyinə yalandan vəd verib aldatmaqla, 30 noyabr 2024-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Zərərçəkmiş şəxs1 Aytən Malıyevanın istifadəsində olan nömrəsi istintaqa məlum olmayan "xxxx" ASC-yə məxsus bank kartından Astara rayonu ərazisindən nömrəsi istintaqa məlum olmayan "xxxx" ASC-yə məxsus debit bank kartına köçürdüyü 3.500 (üç min beş yüz) manat və Zərərçəkmiş şəxs1 30 noyabr 2024-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda istintaqa məlum olmayan bank kartına Astara rayonu ərazisindən köçürdüyü 500 (beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintağı zamanı dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 1984-cü il tarixdə Masallı rayonunda anadan olmuş, evlidir, 3 övladı var. Əvvəllər hərbidə işləmişdir. Şahid2 ilə o, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tanış olmuş, tanışlıq vaxtı Şahid2 ona Qarabağda Antiterror əməliyyatlarında iştirak etməsini, həmin vaxt xəsarət almasını danışmış, o isə Pərvinə hərbi hospitalda tanışlarının olmasını və həmin tanışlarının vasitəsilə Pərvini təxris etdirib əlilliyə görə təqaüd almasında köməklik etməyi vəd vermişdir. Bunun müqabilində Şahid2 atası Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla cəmi 8000 manat pul almışdır. Aldığı pulları öz ehtiyacları üçün xərcləmişdir.Daha sonra şikayət etdiklərini görüb Zərərçəkmiş şəxs2 6000 manat pulu geri qaytarmışdır. Hazırda ona iki min manat borcu qalmışdır. 2000 manatı ən yaxın zamanda qayataracaqdır. Zərərçəkmiş şəxs1 ilə olan məsələdə isə o əvvəllər Zərərçəkmiş şəxs1ı tanımamışdır onunla Əfqan adlı adamın vasitəsilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 tanışı Şahid1 işə düzəltməsi üçün onunla əlaqə saxlamışdır. Bunun qarşılığında o 4000 manat pul tələb etmiş və Zərərçəkmiş şəxs1 ona bir müddət sonra 4000 manat pulu vermişdir.Həmin pullarıda öz ehtiyaclarına xərcləmişdir.Söz verdiyi kimi Aytəni işə düzəldə bilməmişdir.Barəsində şikayət olduqdan bir müddət sonra Tərlanın ona verdiyi 4000 manatı qaytarmışdır. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, himayəsində azyaşlı uşaqların olduğunu, bir epizod üzrə ziyanı tam ödədiyini, digər epizod üzrə səkkiz min ziyandan altı minin ödədiyini,15 gün ərzində qalan iki min ziyanıda tam ödəyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid2 onun oğludur. 2023-cü ilin noyabr ayında Qarabağda Antiterror əməliyyatlarında hərbi qulluqçu qismində iştirak edən oğlu Şahid2 yaralanaraq Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hospitalına yerləşdirilmiş, oğlu Pərvin hospitalda olarkən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, tanışlıq zəminində Təqsirləndirilən şəxs yalandan oğlu Pərvinə əlilliyə görə pensiya çıxmasında köməklik edə biləcəyini bildirmişdir. Bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs ilə özü əlaqə saxlayaraq danışmışdır. Təqsirləndirilən şəxs telefon vasitəsilə onunla danışan zaman vədlər verib onun etibarını qazandığından onunla razılığa gəlmişdir. Təqsirləndirilən şəxs bu işi düzəltməsi üçün ondan 8000 manat pul istəmişdir.. O kredit götürərək həmin məbləği hissə -hissə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onları aldadaraq verdiyi vədlərə əməl etməmişdir. Bu günədək vurduğu ziyandan 6000 manat ona geri qaytarmış,lakin 2000 manatı isə qaytarmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, tanışı Şahid1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına tibb bacısı düzəltmək istəyən zaman, tanışı Əfqan ona Masallı rayon sakini Təqsirləndirilən şəxs məsləhət bilərək danışa biləcəyini demiş, ona Cəfərin mobil nömrəsini vermiş, o da mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Cəfər ona işə düzəlmək istəyən Aytənin sertifikatını istəmiş, o da sertifikatın fotoşəkilini göndərdikdən sonra Cəfər uyğun olduğunu demiş, sonra da onlar 27 noyabr 2024-cü il tarixdə Bakı şəhərindəki 8 noyabr metrosunun yanında görüşmək qərarına gəlmişlər. O və Aytən deyilən tarixdə Cəfərlə görüşmüş, Cəfər işi həll edəcəyi müqabilində 4000 manat məbləğində pul vəsaiti lazım olacağını demiş, onlar, razılaşmışlar. Astara rayonuna qayıdan zaman 4000 manat online kredit götürmüş və həmin pul vəsaitini Təqsirləndirilən şəxs göndərmişlər. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmişdir.Bu səbəbdən barəsində polisə şikayət etmişdir.Şikayət etdikdən sonra 4000 manatın 1500 manatını onun özünə 1000 manatını Şahid1 digər 1500 manatı isə müstəntiq vasitəsilə geri qaytarmışdır. O həmin 4000 manatı bankdan götürmüşdür və bu iş üçün əlavə xərclərdə çəkmişdir. Bu səbəbdən şikayətçidir və barışıq ərizəsi verməyəcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımamış, onunla Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış olmuşdur. Təqsirləndirilən şəxs onu Hərbi qospitalda tibb bacısı olaraq işə düzəldəcəyi barədə vəd vermişdir. Bu səbəbdən tanışı Zərərçəkmiş şəxs1 kredit götürərək ona 4000 manat pul vermişdir. Təqsirləndirilən şəxs vəd verdiyi işi düzəltməmişdir. Pul Təqsirləndirilən şəxs onun kartı ilə atılmışdır. Bu səbəbdən barəsində polisə şikayət olunmuşdur.Bir müddət sonra Təqsirləndirilən şəxs hissə hissə vurduğu ziyanı, yəni 4000 manatı qaytarmışdır. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq işi yerində keçirilən təlim ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini elan edilərək tədqiq edilmişdir. Şahid2 ifadəsi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (səhifə 112) əməliyyat nömrəsi **********, terminal nömrəsi 00405 olan, xx.xx.2023-cü il tarixdə saat 19:17:28-də Goranboy rayonu, Civəzadə küçəsindəki Milliön ödəmə terminalından alınmış olan qəbzdən görünür ki, M***** C***** R***** oğlunun 416973******6876 saylı kartına 4000 manat pul köçürülməsi edilmişdir. İş materiallarında olan (səhifə 113) əməliyyat nömrəsi **********, terminal nömrəsi 1571 olan, xx.xx.2023-cü il tarixdə saat 13:04:41-də Goranboy rayonu, Zeyvə kəndindəki “Çinar” marketdəki eManat ödəmə terminalından alınmış olan qəbzdən görünür ki, M***** C***** R***** oğlunun 416973******6876 saylı kartına 2000 manat pul köçürülməsi edilmişdir. İş materiallarında olan (səhifə 114) əməliyyat nömrəsi **********, terminal nömrəsi 00654 olan, xx.xx.2024-cü il tarixdə saat 17:06-da Goranboy rayonu, Səfikürd kəndindəki “AL” marketdəki Milliön ödəmə terminalından alınmış olan qəbzdən görünür ki, M***** C***** R***** oğlunun 416973******1034 saylı kartına 2000 manat pul köçürülməsi edilmişdir. İş materiallarında olan (səhifə 206) 22 sentyabr 2025-ci il tarixli qəbzə baxış keçirilməsi haqqında protokoldan görünür ki, əməliyyat nömrəsi ********** olan, terminal nömrəsi 00405 olan qəbzdə xx.xx.2023-cü il tarixdə saat 19:17-də Goranboy rayonu, Civəzadə küçəsindəki Milliön ödəmə terminalından M***** C***** R***** oğlunun 416973****6876 saylı "xxxx"-ın debit kartına 4000 manat, əməliyyat nömrəsi ********** olan, terminal nömrəsi 1571 olan qəbzdə xx.xx.2023-cü il tarixdə saat 13:04-də Goranboy rayonu, Zeyvə kəndindəki “Çinar” marketdəki Milliön ödəmə terminalından M***** C***** R***** oğlunun 416973****6876 saylı "xxxx"-ın debit kartına 2000 manat, əməliyyat nömrəsi ********** olan, terminal nömrəsi 00654 olan qəbzdə xx.xx.2024-cü il tarixdə saat 17:06-də Goranboy rayonu, Səfikürd kəndindəki “AL” marketdəki Milliön ödəmə terminalından M***** C***** R***** oğlunun 416973****1034 saylı "xxxx"-ın debit kartına 2000 manat pul köçürməsi müəyyən edilmişdir. İş materiallarında olan (səhifə 208-217) cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş "xxxx"-ın debit kartlarına edilmiş pul köçürmələrinə dair 03 ədəd müvafiq qəbzlər işin faktiki hallarını müəyyən etməkdən ötrü mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan (səhifə 157-158) xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə aparılmışdır. Aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona oğlu Pərvinə təqaüd düzəldəcəyi vədi verərək ondan 8000 manat pul almasını, vədini yerinə yetirmədiyini və onu aldatdığını bildirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 8000 manat pul aldığını etiraf etmişdir. Digər prosessual sənədlər; İş materiallarında olan (səhifə 133) Goranboy RPŞ-nın İB-nin müstəntiqi, polis kapitanı Rəcəb Cəbrayılov tərəfindən qəbul edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (səhifə 163) Goranboy RPŞ-nın İB-nin müstəntiqi, polis kapitanı Rəcəb Cəbrayılov tərəfindən qəbul edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. İş materiallarında olan (səhifə 177-178) polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Məmmədov X4 RPŞ-nin MSY-dən 16:00-da azad edilmişdir. İş materiallarında olan (səhifə 60) Astara RPŞ-nın İB-nin müstəntiqi, polis baş leytenantı İbrahim Abdullayev tərəfindən qəbul edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (səhifə 80) Astara RPŞ-nın İB-nin müstəntiqi, polis baş leytenantı İbrahim Abdullayev tərəfindən qəbul edilmiş təqsirləndirilən şəxsə ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ittiham elan olunmuşdur. İş materiallarında olan (səhifə 91-92) qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və dərhal Astara RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan (səhifə 187-188) 21 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham olunmuşdur. İş materiallarında olan (səhifə 102-103) Astara RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı İbrahim Abdullayev tərəfindən qəbul edilmiş cinayət işlərinin bir icraata birləşdirilməsi, icraata qəbul edilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir. Cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir. ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş, ********* saylı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan (səhifə 46) DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (səhifə 97) Masallı RİHB-nın Həsənli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 494 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhərində yaşayır, ailə üzvləri arvadı- X1, qızları xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X2r. İş materiallarında olan (səhifə 98) Masallı RİHB-nın Həsənli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü yoldaşları yanında səmimi və mehriban aparmış, xoşxasiyyətlidir, xeyir və şər işlərində iştirak etmişdir. Onun barəsində Masallı RİHB-nın Həsənli kənd ərazi nümayəndəliyinə şikayət tərkibli ərizə daxil olmamışdır. İş materiallarında olan (səhifə 162) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 31 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 8.000 manat məbləğində maddi ziyandan 6.000 manat məbləğində pul vəsaiti ödəmiş, hazırda da 2.000 manat məbləğində maddi ziyan qalmışdır. İş materiallarında olan (səhifə 207) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 4.000 manat məbləğində maddi ziyan ödənilmişdir. Lakin onunla barışmamışdır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı şahid ifadələri, zərərçəkmişlərin ifadələri, baxış protokolları, maddi sübut tam şəkildə təhlil edilib bir-biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrar və xeyli miqdarda ələ keçirməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Qanunvericilik; Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə olaraq başa düşülür. Bu əməllər təkrar törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunur, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.2.4-cü maddəsi ilə tövsif olunur və dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı bir epizod üzrə tam və digər epizod üzrə qismən əsas hissəsini ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, yüngülləşdirici halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan əməliyyat nömrəsi **********, terminal nömrəsi 00405 olan qəbz, əməliyyat nömrəsi **********, terminal nömrəsi 1571 olan qəbz və əməliyyat nömrəsi ********** olan, terminal nömrəsi 00654 olan qəbz maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:30-dan saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan əməliyyat nömrəsi **********, terminal nömrəsi 00405 olan qəbz, əməliyyat nömrəsi **********, terminal nömrəsi 1571 olan qəbz və əməliyyat nömrəsi **********, terminal nömrəsi 00654 olan qəbz iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-120/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-120/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver