Məhkəmə qərarları › İş №1(018)-122/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-122/2025

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-122/2025 17.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan, barəsində xx.xx.2026-cı il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Şamil oğlunun etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu RPİ-nin cərimə meydançasında saxlanılan “KİA RİO” markalı avtomobilin özünə məxsus olmasını bildirərək 1600 (bir min altı yüz) manat pul müqabilində satacağına yalan vəd verib aldadaraq, bu məqsədlə 23 avqust 2023-cü il tarixdə saat 17-18 radələrində Abşeron rayonu, Mazasır qəsəbəsində yerləşən “Rəvan” şadlıq sarayının qarşısında 700 (yeddi yüz) manat, 2023-cü ilin sentybar ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməmiş ayı-ayrı tarixlərdə və vaxtlarda Masazır qəsəbəsində yerləşən “Araz market”-in qarşısında 350 (üç yüz əlli) manat, Masazır qəsəbəsində yerləşən “Duz gölü” restoranının qarşısında 400 (dörd yüz) manat alıb, habelə istintaqla müəyyən edilməmiş bank kartına köçürülmüş 150 (bir yüz əlli) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 Şamil oğluna vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1600 (bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Şahid3 idarə etdiyi avtomobillə 14 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Ələt-Astara yolunun Astara rayonu, Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsinə gəldikdən sonra yolun sağ kənarında ətrafı dəmir tordan çəkilmiş çəpərlə əhatə olunan, başqa saxlanc yeri olan Zərərçəkmiş şəxs2 Firudin oğluna məxsus otlaq sahəsinə dəmir toru kəsmək yolu ilə qanunsuz daxil olub sonuncuya məxsus olan 1100 (bir min bir yüz) manat dəyərində qara rəngli, yerli cinsli, 1 yaşlı, təmiz əti 80 (səksən) kiloqram olan bir baş düyəni və 1200 (bir min iki yüz) manat dəyərində, qara rəngli, yerli cinsli, təmiz əti 80 (səksən) kiloqram olan, erkək cinsli dananı gizli olaraq talayıb zərərçəkmiş şəxs Cəbrayıl İməməliyevə ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 178.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayə tutduğu evdə yaşayır. Zərərçəkmiş şəxs1 Şamil oğlu onun həmkəndlisidir, uzaq qohumluq münasibətləri vardır, aralarında heç bir ədavət və ya düşmənçilik münasibətləri yoxdur, münasibətləri normal olmuşdur. O, 2023-cü ilin yaz aylarında Zərərçəkmiş şəxs1 dostuna “KİA RİO” markalı avtomobili 5500 manata satmışdır. 2023-cü ilin yay aylarında Ələddinə Sabunçu Rayon Polis İdarəsinin avtomobil dayanacağında saxlanılan əzilmiş vəziyyətdə olan dostu Elmir adlı şəxsə məxsus KİA RİO markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili göstərib Elmirin həmin avtomobili 5000 manata satmaq istədiyini bildirmiş, Ələddin həmin avtomobili 2000 manata almaq istədiyini dedikdə isə bu təklifi ilə razılaşmamışdır. 2023-cü ilin avqust ayında idarə etdiyi “Opel Astra” markalı avtomobilinin sürətlər qutusunda nasazlıq yarandığına görə həmin avtomobili təmir etmək üçün pul lazım olmuş, pulu olmadığına görə Ələddindən 600 (altı yüz) manat borc pul verməsini xahiş etmişdir. Ələddin isə özündə pul olmadığını demiş, İlkin adlı dostundan 700 manat pul alacağını, həmin pulun 600 manat hissəsini ona verəcəyini, qalan 100 manat pulu isə özünə götürəcəyini bildirmiş və borcu geri qaytararkən 700 manat pulu İlkinə onun ödəməsini təklif etmişdir. O da pula ehtiyacı olduğu üçün Ələddinin bu təklifini qəbul etmişdir. Həmin gün, hal-hazırda xatırlamadığı tarixdə adına “Leo bank”-dan götürdüyü bank kartına 700 manat göndərilmiş, o, həmin pulun 100 (bir yüz) manat hissəsini Ələddinin verdiyi “Kapital Bank”-dan götürülmüş bank kartına göndərmişdir. Bundan təxminən iki ay sonra Ələddin ona zəng edib Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 ünvanına çağırmış, Ələddinlə görüşüb söhbət edərkən Ələddin və sonuncunun dostu İlkin borc aldığı 700 manat pulu geri qaytarmağını tələb etmişlər. Həmin şəxslərə maddi imkanının pis olduğu üçün borcunu qaytara bilmədiyini dedikdə Ələddin cibindən 1700 manat pul çıxarıb İlkinə vermiş, ona isə İlkindən alıb verdiyi 700 manat pulun sələm olmasını, əvəzində 700 manatla yanaşı 1000 manat da faiz ödəməsini demiş və 1700 manat qaytarmalı olduğunu demiş, məcbur qalıb Ələddinin bu sözləri ilə razılaşmışdır. Lakin, sonradan Ələddinin verdiyi bank kartına birinci dəfə 50 (əlli) manat, ikinci dəfə 30 (otuz), sonuncu dəfə 50 (əlli) manat olmaqla ümumilikdə 130 (bir yüz otuz) manat pul göndərmişdir. Qalan pulu isə maddi vəziyyəti pis olduğuna görə Ələddinə qaytara bilməmişdir. Ələddin də dəfələrlə zəng edib İlkindən borc alıb verdiyi pulu geri qaytarmağını tələb etmiş, pulu qaytarmadıqda isə barəsində şikayət etmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 istintaqa yalan ifadə vermişdir. Belə ki, o, 2023-cü ilin avqust ayında Sabunçu RPİ-nin müvəqqti duracağında olan “KİA RİO” markalı avtomobili 3500 manata satacağımı deməmiş, bu adla orada ilkin olaraq 700 manat beh, sonrakı vaxtlarda isə 900 manat almamışdır. Ələddin ona verdiyi borc pulu geri ala bilmədiyinə görə barəsində həqiqətə uyğun olmayan ərizə, izahat və ifadələr vermişdir. Bundan başqa, Şahid3 Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Şahid3 özünə məxsus olan “Azsamant” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə səyyari meyvə alveri ilə məşğul olmuş, o da Abbasəliyə Astara rayonundan mandarin və feyxoa meyvəsinin yığılıb satılmasında köməklik göstərmişdir. Buna görə də dəfələrlə Abbasəli ilə birlikdə Astara rayonuna gəlib-getmişdir. 13 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində Şahid3la birlikdə Bakı şəhərində yerləşən Meyvəli bazarından Abbasəlinin idarə etdiyi “Ford” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Astara rayonuna meyvə almaq üçün gəlməyə başlamışlar, saat 15 radələrində Astara rayonuna çatmışlar. Həmin gün hava yağışlı olduğuna görə Astara rayonu, Artupa kəndində yerləşən Abbasəlinin qaynanasının evində qalmışlar. Səhəri gün, yəni 14 oktyabr 2024-cü il tarixdə axşam saatlarına qədər yağış yağmağa davam etdiyinə görə meyvə ala bilməmişlər və həmin gün saat 21 radələrində yaşadıqları evə qayıtmağa başlamışlar. Buna görə də də Abbasəli yaşadığı evə qayıtmağı və gedərkən yolun kənarında olan otlaq sahələrindəki mal-qaradan oğurlayıb satmaq üçün özləri ilə aparmağı təklif etmiş, o da Abbasəlinin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Ələt-Astara yolunun Astara rayonu, Ərçivan qəsəbəsindən keçən hissəsində Abbasəlinin idarə etdiyi Ford markalı avtomobillə hərəkətdə olan zaman yolun kənarında dəmir torla əhatə olunmuş çəpərin içərisindəki otlaq sahəsində mal-qaranın otlamasını görmüşlər, Şahid3 avtomobili yolun kənarında saxlamış və birlikdə həmin çəpərə yaxınlaşıb ipi kəsərək otlaq sahəsinə daxil olmuşlar. Həmin otlaq sahəsində otlayan qara rəngli bir baş dişi cinsli və bir baş erkək cinsli dananı tutub əvvəlcədən özləri ilə apardıqları iplə bağlamış və avtomobilin yanına aparmışlar. Oğurladıqları iki baş heyvanı avtomobilin arxa oturacağının yerinə mindirib Abşeron rayonuna getmişlər. İlk olaraq iki baş dananı Məhəmmədi kəndində yaşayan Samir adlı şəxsin yaşadığı evin həyətinə aparmışlar, lakin, Samir sonradan onların dediyi qiymətlə razılaşmadığına görə həmin henyvanları Məhəmmədi kəndində yaşayan Hüseynbala adlı şəxsə məxsus “CC market” adlı mağazanın qarşısına aparmışlar. Hüseynbala həmin heyvanlara baxıb xoşuna gəldiyinə görə almış və məbləğini xatırlamadığı pul vermişdir. Abbasəli həmin heyvanları satmaları nəticəsində əldə etdiyi puldan yol və yemək xərclərini çıxdıqdan sonra qalan pulu bərabər şəkildə bölmüşlər. Həmçinin, o, ifadəsində göstərmişdir ki, 14 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Astara rayonu, Ərçivan kəndi ərazisində yerləşən otlaq sahəsindən iki baş dananın oğurlanmasında Şahid3la birlikdə oğurlamış, oğurluq etməkdə onlara başqa heç kim köməklik göstərməmişdir. Hazıra törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Firudin oğlu ifadəsində göstərmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız yaşadığı evin həyətində yerləşən tövlədə 10 (on) baş inək, düyə dediyi 1 baş dişi cinsli dana və bir baş erkək cinsli dana saxlamış və bu yolla ailəsini dolandırmışdır. Hər gün səhər saatlarında həmin heyvanları Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində “Ərçivan körpüsü” adlı körpünün yaxınlığında yerləşən özünə məxsus olan otlaq sahəsinə otlamaq üçün buraxmış, axşam saatlarında isə həyətinə aparıb orada olan tövlədə saxlamışdır. Özünə məxsus olan otlaq sahəsi əkin sahəsinin yaxınlığında yerləşdiyinə görə arabir otlaq sahəsinə gedib mal-qaraya nəzarət də edir. 14 oktyabr 2024-cü il tarixdə Astara rayonu, Kakalos kəndində yaşayan bacısının evinə qonaq getdiyinə görə özünə məxsus olan otlaq sahəsinə otarmaq üçün buraxdığı 12 baş inəyi yaşadığı evin həyətinə gətirə bilməmişdir. 15 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində mal-qaranın otladığı otlaq sahəsinə gedib baxarkən oraya otlamaq üçün buraxdığım 12 (on iki) mal-qaradan 10 baş inəyin yerində olmasını, bir baş dişi cinsli və bir baş erkək cinsli dananın orada olmamasını görmüşdür. Buna görə də əvvəlcə həmin heyvanları axtarmış qonşu əkin sahələrinə və otlaq sahələrinə baxmış, lakin tapa bilməmişdir. Bu səbəbdən də özünə məxsus olan iki baş iribuynuzlu malqaranın itməsi barədə 15 oktyabr 2024-cü il tarixdə Astara rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Astara RPŞ-də həmin heyvanların Şahid3 və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasının müəyyən edilməsi bildirilmişdir. Hazırda ona məxsus oğurlanmış heyvanlar önun özünə qaytarılmış və dəymiş maddi ziyan ödənilmişdir.Şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Şamil oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illər əvvəldən həmkəndlisi kimi tanıyır, aralarında hər hansı ədavət və ya düşmənçilik münasibətləri, mübahisə və münaqişələri olmamışdır. 2023-cü ilin avqust ayında Abşeron rayonu, Masazır kəndində yerləşən “Duz gölü” restoranında olan zaman Təqsirləndirilən şəxslə dost məclisində rastlaşmış, həmin vaxt Kəmaləddin ona “Kia Rio” markalı avtomobili olduğunu və satmaq istədiyini bildirərək almasını təklif etmişdir. O, həmin avtomobili 3500 (üç min beş yüz) manata almaq üçün razılaşmışdır. Lakin razılaşmaya əsasən o, ilkin beh kimi ödəniş etməli olduğunu və avtomobili təhvil alanda isə yerdə qalan ödənişi etməyi öhdəsinə götürmüşdür. Buna görə Kəmaləddinlə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən cərimə meydançasına getmiş və oradan Kəmaləddinin göstərdiyi “KİA RİO” markalı avtomobilə baxmış, həmin gün yaşadığı ünvanda ilkin beh kimi Kəmaləddinə 700 (yeddi yüz) manat pul vermişdir. Ancaq bir neçə gün sonra Kəmaləddin avtomobili cərimə meydançasından çıxara bilmədiyini və digər sənədləşmə işlərinə görə ondan 2023-cü ilin sentyabr ayının ortalarına qədər Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hissə-hissə 900 manat pul almışdır. Ümumilikdə isə Təqsirləndirilən şəxs onu “KİA RİO” markalı avtomobili satmaq adı ilə aldadıb 1600 (bir min altı yüz) manat pulunu almışdır. Bu günədək ona dəymiş maddi ziyan ödənilməmişdir. Əksinə məhkəməyə gedib-gəlməklə əlavə maddi ziyana da məruz qalmışdır. Şikayətçidir. Barəsində ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bildiyinə görə 2023cü ilin avqust ayında İbrahimov X6 rayonu, Masazır kəndində yerləşən “Duz gölü” restoranında olan zaman Təqsirləndirilən şəxslə dost məclisində rastlaşmış, həmin vaxt Kəmaləddin Ələddinə “Kia Rio” markalı avtomobili olduğunu və satmaq istədiyini bildirərək almasını təklif etmişdir. O, həmin avtomobili 3500 (üç min beş yüz) manata almaq üçün razılaşmışdır. Lakin razılaşmaya əsasən o, ilkin beh kimi ödəniş etməli olduğunu və avtomobili təhvil alanda isə yerdə qalan ödənişi etməyi öhdəsinə götürmüşdür. Buna görə Kəmaləddinlə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən cərimə meydançasına getmiş və oradan Kəmaləddinin göstərdiyi “KİA RİO” markalı avtomobilə baxmış, həmin gün yaşadığı ünvanda ilkin beh kimi Kəmaləddinə 700 (yeddi yüz) manat pul vermişdir. Ancaq bir neçə gün sonra Kəmaləddin avtomobili cərimə meydançasından çıxara bilmədiyini və digər sənədləşmə işlərinə görə ondan 2023-cü ilin sentyabr ayının ortalarına qədər Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hissə-hissə 900 manat pul almışdır. Ümumilikdə isə Təqsirləndirilən şəxs “KİA RİO” markalı avtomobili satmaq adı ilə aldadıb Zərərçəkmiş şəxs1 1600 (bir min altı yüz) manat pulunu almışdır. Həmin pulu Zərərçəkmiş şəxs1 özü vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Mil qəsəbə sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Təqsirləndirilən şəxs ona Astara rayonundan mandarin və feyxoa meyvəsinin yığılıb satılmasında köməklik göstərmişdir. Buna görə də dəfələrlə onunla birlikdə Astara rayonuna gəlib-getmişdir. 13 oktyabr 2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhərində yerləşən “Meyvəli” bazarından idarə etdiyi “Ford” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə Astara rayonuna meyvə almaq üçün gəlməyə başlamış, saat 15 radələrində Astara rayonuna çatmışdır. Həmin gün hava yağışlı olduğuna görə Astara rayonu, Artupa kəndində yerləşən qaynanasının evində qalmış, səhəri gün, yəni 14 oktyabr 2024-cü il tarixdə axşam saatlarına qədər yağış yağmağa davam etdiyinə görə meyvə ala bilməmişlər və həmin gün saat 21 radələrində yaşadığı evə qayıtmağa başlamışlar. Buna görə də də Kəmaləddin yaşadıları evə qayıdarkən yolun kənarında olan otlaq sahələrindəki mal-qaradan oğurlayıb satmaq üçün özləri ilə aparmağı təklif etmiş, o da Kəmaləddinin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Ələt-Astara yolunun Astara rayonu, Ərçivan qəsəbəsindən keçən hissəsində idarə etdiyi Ford markalı avtomobillə hərəkətdə olan zaman yolun kənarında dəmir torla əhatə olunmuş çəpərin içərisindəki otlaq sahəsində mal-qaranın otlamasını görmüşlər. Buna görə avtomobili yolun kənarında salxamış və Kəmaləddinlə birlikdə həmin çəpərə yaxınlaşıb ipi kəsərək otlaq sahəsinə daxil olmuşlar. Həmin otlaq sahəsində otlayan qara rəngli bir baş dişi cinsli və bir baş erkək cinsli dananı tutub əvvəlcədən özləri ilə apardıqları iplə bağlamış və avtomobilin yanına aparmışlar. Oğurladıqları iki baş heyvanı avtomobilin arxa oturacağının yerinə mindirib Abşeron rayonuna getmişlər. İlk olaraq iki baş dananı Məhəmmədi kəndində yaşayan Samir adlı şəxsin yaşadığı evin həyətinə aparmışlar. Lakin, Samir sonradan onun dediyi qiymətlə razılaşmadığına görə həmin heyvanları Məhəmmədi kəndində yaşayan Hüseynbala adlı şəxsə məxsus “CC” market adlı mağazanın qarşısına aparmış, Hüseynbala həmin heyvanlara baxıb ümumilikdə 840 manata almışdır. O, satdığı heyvanları Məhəmmədi qəsəbəsində yerləşən Hüseynbalanın fermasına aparmışdır. Hüseynbaladan aldığı 840 manat puldan Kəmaləddinə 400 manat pul vermişdir. 14 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Ələt-Astara yolunun Astara rayonu, Ərçivan qəsəbəsindən keçən hissəsində yolun kənarında otlaq sahəsindən oğurladıqları heyvanlardan biri qara rəngli, erkək cinsli, təmiz əti 50-60 kq çəkisində, digər qara rəgli, dişi cinsli, təmiz əti 30-40 kq çəkisində dana olmuşdur. Həmin heyvanları Təqsirləndirilən şəxslə birlikdə oğurlamış, oğurluq etməkdə onlara heç kim köməklik göstərməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməmiş,onun ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işininin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 13 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılaraq icraatında ibtidai istintaqın davam etdirilməsi, ayrılmış cinayət işinin ********* nömrə altında istintaq edilməklə, ********* nömrəli cinayət işindən zəruri istintaq materiallarının surətinin çıxarılaraq həmin işə əlavə edilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Astara rayonu Ərçivan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 Firudin oğluna məxsus otlaq sahəsində dəmir toru kəsmək yolu ilə qanunsuz daxil olub sonuncuya məxsus olan 1100 manat dəyərində qara rəngli, yerli cinsli, 1 yaşlı, təmiz əti 80 kiloqram olan bir baş düyənin və 1200 manat dəyərində, qara rəngli, yerli cinsli, təmiz əti 80 kiloqram olan erkək cinsli dananı gizli olaraq talaması aşkar edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. “Maddi sübutun qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, maddi sübut kimi tanınmış bir ədəd erkək cinsli və bir ədəd dişi cinsli dana Zərərçəkmiş şəxs2 Firudin oğluna təqdim edilmiş, təqdim olunmuş heyvanların ona məxsus olmasını bildirmiş, buna görə də həmin heyvanlar Zərərçəkmiş şəxs2a təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs2 Firudin oğlu tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənildiyindən şikayətinin olmadığı bildirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 14 mart 2025-ci il tarixli 19/102 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş 1 yaşlı təmiz çəkisi 80 kiloqram olan yerli cinsli dişi dananın orta bazar qiyməti 1100,00 manat, 1 baş 1 yaşlı təmiz çəkisi 80 kiloqram olan yerli cinsli ərkək dananın orta bazar qiyməti 1200,00 manat müəyyən olunmuşdur. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, BKC\LGL\3885\25 nömrəli məktubla daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə, saat 15:56 dəqiqədə Astara rayonu, Səncərədi kəndi ərazisində, saat 16:08 dəqiqədə Ərçivan qəsəbəsi ərazisində, 17:59 dəqiqədə Məçitməhəllə kəndi ərazisində, 18:35 dəqiqədə Seləkəran kəndi ərazisində, 19:07 dəqiqədən 23:17 dəqiqəyədək Seləkəran, Ərçivan kəndləri ərazisində, xx.xx.2024-cü il tarixdə saat 02:15 dəqiqədən həmin gün saat 19:33 dəqiqəyədək Astara rayonunun müxtəlif yerlərində istifadə olunması, saat 19:3 dəqiqədən 21:59 dəqiqəyədək istifadə olunmaması, saat 21:59 dəqiqədə Ələt-Astara yolunun Masallı rayonu, Gəyəçöl kəndi ərazisində, 22:00 dəqiqədə Masallı rayonu, Təklə kəndi ərazisindən keçən hissəsində, 23:45 dəqiqədə Salyan rayonu, Yenikənd kəndi ərazisində, xx.xx.2024-cü il tarixdə 00:03 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-27-ci kilometrliyində, 00:38 dəqiqədə Binəqədi rayonunda yerləşən Şəki restoranının yaxınlığında, 00:57 dəqiqədə Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində, 02:27 dəqiqədə Digah kəndi ərazisində istifadə edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində tutulmuş və MSY-ə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirlən şəxs Quliyev X5 RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 15 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi, iş üzrə əməl CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 178.1-ci maddələrinə tövsif edilməsi və ibtidai istintaqın CM-nin həmin maddələri ilə davam etdirilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə axtarışda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhərində tutularaq Astara RPŞnin İstintaq Bölməsinə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 20 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 20 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Astara RPŞ-nin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvəsində saxlanılması, cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə Təqsirləndirilən şəxs ifadəsində “Zərərçəkmiş şəxs1 "KİA RİO" markalı avtomobili 3500 (üç min beş yüz) manata satmaq adı ilə aldadıb 1600 (bir min altı yüz) manat pulunu ələ keçirmədiyini, İbrahimovdan 700 manat borc pul istədiyini, sonuncunun da həmin pulu tanışı Şahid1 alıb onun bank kartına köçürməsini, aldığı pulun 130 (bir yüz otuz) manat hissəsini qaytardığını bildirməsinin” Təqsirləndirilən şəxs özünü müdafiə kimi qiymətləndirilməsi, ilkin təhqiqat materiallarında Zərərçəkmiş şəxs1 Şamil oğluna 1700 (bir min yeddi yüz) manat maddi ziyan vurulması göstərilsə də, aparılmış istintaqla ona 1600 (bir min altı yüz) manat maddi ziyanın vurulmasının müəyyən edilməsinin nəzərə alınması, bəzi istintaq sənədlərində iş üzrə təqsirləndirilən şəxs X1 adının səhvən "Kamaləddin" kimi yazılsa da, lakin bütün istintaq sənədlərində adı "Kəmaləddin" kimi oxunması, iş üzrə Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, "hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokollar və həmin protokol əlavə edilmiş fotocədvəl, üzləşdirmə protokolları, "Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında" xx.xx.2024-cü il tarixli protokol və və həmin protokola əlavə edilmiş fotocədvəl, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 19:102 nömrəli rəyi, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, BKCVLGLA3885/25 nömrəli məktubla daxil olmuş CD disk, həmin diskdən çıxarılmış zəruri məlumatlar CD diskə baxış keçirilməsi haqqında protokol, eləcə də işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Astara rayon Məhkəməsinin 1(018)-122/2025 saylı xx.xx.2026-cı il tarixli Qərarından görünür ki, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 etap olunması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılması qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində tutularaq Astara RPŞ-nin MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 Şamil oğlundan 700 manat borc pul götürməsinə və cəmi 500 manat borclu qalmasına münasibətdə qeyd edir ki, bu ifadəsi ilə Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq, özünümüdafiə etmək istəmişdir. Belə ki, şahid ifadələri ilə bir daha təsdiq edilmişdir ki, Quliyev X2 Ələddin Şamil oğlunun 1600 manat pulunu aldadaraq ələ keçirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 4-cü bəndinə əsasən dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərrəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; CM-in 59.1.12 və 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirildiyi epizod üzrə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 Firudin oğlunun ondan heç bir şikayəti olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirildiyi epizod üzrə zərərçəkmişlə barışıq əldə edilməməsini, zərəçəkmişin ondan şikayətçi olmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməklə islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya, CMnin 178.1-ci maddəsi ilə isə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək istintaq dövründə tutulduğu 3 gün cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli məhkəmə istintaqı dövründə tutulduğu 13 fevral 2026-cı il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs2 Firudin oğluna məxsus yerli cinsli, 1 yaşlı, bir baş düyənin və qara rəngli, yerli cinsli erkək cinsli dananın Zərərçəkmiş şəxs2 Firudin oğluna qaytarılması, Zərərçəkmiş şəxs1 Şamil oğluna dəymiş 1600 manat ziyanın ödənilmədiyi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcinin ayrılmış iş üzrə Astara rayon Məhkəməsinin 1(018)-82/2025 saylı 11 dekabr 2025-ci il tarixli Hökmü ilə digər təqsirləndirilənlərdən tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (yüz otuz iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına çevrilməklə Azərbaycan Respublikası CM-nin 66.2 –ci maddəsi rəhbər tutulmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdən 15 iyun 2025-ci il tarixədək təqsirləndirlən şəxs qismində saxlandığı 02 gün müddət, 19 sentyabr 2025-ci il tarixdən 20 sentyabr 2025-ci il tarixədək təqsirləndirlən şəxs qismində saxlandığı 01 gün müddət olmaqla, cəmi 3 gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış yerli cinsli, 1 yaşlı, bir baş düyənin və qara rəngli, yerli cinsli erkək cinsli dananın Zərərçəkmiş şəxs2 Firudin oğluna qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs1 Şamil oğluna dəymiş 1600 manat ziyanın ödənilmədiyi nəzərə alınsın. İş üzrə maddi sübut – 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 12 (on iki) saat hüquqi yardım göstərildiyinə görə Müdafiəçi 132 (yüz otuz iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar