Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-125/2024 05.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Astara rayon Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, Astara rayon Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Astara rayonu Pensər kəndində şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs burun nahiyyəsindən qəsdən bir dəfə yumruqla zərbə vuraraq ona burun sümüyünün yerini dəyişməyən sınığı, sağ göz qapaqları-gözaltı, sol gözaltı nahiyyələrində qançırlar, sağ qaş nahiyyəsində sıyrıqla müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17-18 radələrində velosipedi ilə Siyakü kəndində yaşayan qızı Zeynəbin evinə gedirmiş. Həmin vaxt yolda tanışı, Pensər kənd sakini Valehlə rastlaşmışdır. Valeh ona birlikdə oturub araq içməyi təklif etmişdir. O da əvvəlcə işi olduğu üçün təklifini qəbul etməmişdir. Lakin Valeh israr edərək onunla oturmağı təkid etmişdir. O da bundan sonra razılaşmışdır. Həmin vaxt Valehin əlində pomidor, xiyar, pendir, çörək və iki ədəd birdəfəlik plastik sətkan olmuşdur. Valeh ona, mağazadan araq almağı tapşırmış, o da yaxınlıqda yerləşən “Oba” marketə gedib oradan 2 manat 80 qəpiyə kiçik həcmli araq almışdır. Bundan sonra onlar Pensər kəndində təpə istiqamətdə heç kim olmayan bir yerə getmişlər. Orada daşın üzərində süfrə açıb yeyib içməyə başlamışlar. Bir qədər sonra Valeh yoldan Təngərüd kənd sakini Ziyadın keçdiyini görüb onu da dəvət etmişdir. Bundan sonra hər üçü içməyə başlamışlar. Bir qədər sonra Valeh Ziyadın nə vaxtsa Ərçivanlıların ünvanına söyüş söydüyünü demişdir. O, Ziyada nəyə görə söyüş söydüyünü demişdir. Həmin vaxt Ziyad ona yaxşı elədiyini deyərək onun ünvanına da söyüş söymüşdür. O, Ziyada söyüş söyməməyini desə də, söyüşlərinə davam edərək onunla tutaşmışdır. Həmin vaxt hər ikisi sərxoş vəziyyətdə olmuşlar. Bu zaman o, Ziyadı yumruq zərbələri ilə vurmuşdur. Ziyadı vurduqdan sonra burnu qanamışdır. Bu zaman Valeh aralarına girib onları ayırmışdır. Bundan sonra o, oradan durub evə getmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Astara rayonu Pensər kəndində köhnə qəbirstanlıq deyilən yerin yaxınlığından piyada keçərkən tanışı Valeh onu görüb səsləmişdir. Şahid1 təxminən 9 ildir tanımış və aralarında səmimi münasibət olmuşdur. Valeh də, o da mütəmadi olaraq spirtli içki qəbul edirmişlər. Valeh onu səslədikdə ona tərəf getmişdir. Bundan sonra Valeh ona, onlarla birlikdə yeyib-içməyi təklif etmişdir. Yuxarı qalxdıqda Valehin günbəzin yanında digər tanışları, Ərçivan qəsəbə sakini Elçinlə daşların üzərində süfrə açıb araq içdiyini görmüşdür. Bundan sonra o da onlarla oturub yeyib içmişdir. Bir qədər sonra Elçin ondan Ərçivanlıların ünvanına söyübsöymədiyini soruşmuşdur. Həmin vaxt sərxoş olduğu üçün Elçinin onunla danışığı xoşuna gəlməmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Həmin vaxt Elçin onu yumruq zərbələri ilə vurmuşdur. Zərbənin təsirindən onun burnu qanamışdır. Bu zaman Valeh onları ayırmışdır. Qan içində olduğunu görüb DİN-in 102 xidmətinə zəng etmişdir. Daha sonra o, polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 232 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində – burun sümüyünün yerini dəyişməyən sınığı, sağ göz qapaqları-gözaltı, sol gözaltı nahiyyələrində qançırlar, sağ qaş nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilrdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur, hal-hazırda isə məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını, bir daha ona yaxınlaşmayacağını qeyd edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, onun tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39,43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-125/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-125/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver