Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-125/2025 18.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, təqsirləndirilən şəxs X6 Changızın və onun müdafiəçisi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə İran İslam Respublikasının İsfahan şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, sürücü işləmiş, İran İslam Respublikasının İsfahan şəhəri, Xani- İsfahan məhəlləsi ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X6 Changız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, X6 Changız 30 iyul 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibindəki klonazepam psixotrop maddəsinin təsiredici miqdarı xeyli miqdarda, 0,134 qram təşkil edən 67 ədəd “Clonazepam 2” həbini qanunsuz olaraq əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə onlardan 2 konvalyutda və 1 konvalyut kəsiyində cəmi 45 həbi idarə etdiyi “MACK RW613-1” markalı, “90AH293/90AH294” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində kabinada sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altında ona məxsus qara rəngli sellofan paketin içərisində, 1 konvalyut kəsiyində 14 həbi kabinada ona məxsus ağ rəngli idman ayaqqabısının sağ tayının içliyinin alt hissəsində, 1 konvalyut kəsiyində 8 həbi isə kabinada ona məxsus içərisinə sənədlərin qoyulduğu 1 ədəd tünd-qırmızı rəngli portmanatın içərisində gömrük nəzarətindən gizlədərək idarə etdiyi nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 30 iyul 2025-ci il tarixdə saat 12 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə aparılmış gömrük yoxlaması zamanı sözügedən psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı xeyli miqdarda, 0,134 qram təşkil edən 67 ədəd “Clonazepam 2” həbi gizlədildikləri yerdən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə ifadə verən təqsirləndirilən şəxs X6 Changız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, İran İslam Respublikası, İsfahan şəhərində ailəsilə birllikdə yaşayır. Evlidir, bir övladı var. Təqribən 24 ildir ki, sürücü işləyir. Ölkələrarası yük daşımaları ilə məşğul olur. Azərbaycan Respublikasında birinci dəfədir ki gəlir. Bundan öncə İraq Respublikasına yük daşımışdır. Ondan aşkar edilərək götürülmüş “Clonazepam” dərmanlarını ayrı-ayrı vaxtlarda İsfahan şəhərində apteklərdən əldə etmişdir. Həmin dərmanları başında olan miqren ağrıları ilə əlaqədar olaraq qəbul edir, həmin dərmanlar ağrıkəsici kimi ağrılarının kəsilməsində ona köməklik edir. Həmin dərmanlara dair resepti vardır. Bu dərmanları hara gedirsə üzərində götürür. 30 iyul 2025-ci il tarixdə İran İslam Respublikasından Bakı şəhərinə “Polad rulon” yükü gətirirmiş. Səfəri uzun olduğuna görə İrandan Azərbaycana gələrkən həmin dərmanları da üzərində götürmüşdür. Onların bir hissəsini ayaqqabının içərisinə, bir hissəsini portmanatına qoymuş, onları da idarə etdiyi “MACK RW613-1” markalı “90AH293/90AH294” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasına qoymuşdur. Bundan başqa həmin dərmanlardan bir hissəsini də qara rəngli sellofan paketin içərisinə qoyub kabinada-sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altına qoymuşdur. Dərmanları bir neçə yerə qoymağında səbəb onun yaddaş problemi olması ilə bağlıdır. xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına, Astara Gömrük İdarəsində posta, idxal yoxlama xəttinə daxil olmuşdur. Orada xidmət aparan gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin, o cümlədən narkotik vasitələr və qadağan olunmuş maddələrin olub-olmamasını soruşmuş, o isə öz növbəsində üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin, həmçinin narkotik vasitələr və qadağan olunmuş maddələrin olmadığını bildirmişdir. Bundan sonra gömrük işçisi ona idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq edəcəyini bildirmiş, o da etiraz etməmişdir. Daha sonra iki nəfər şəxs də dəvət edilərək yoxlamaya başlamışdırlar. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasındasərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altına əvvəlcədən qoyduğu ona məxsus qara rəngli sellofan paketin içərisində 2 konvalyutda və 1 konvalyut kəsiyində olmaqla, 1 konvalyutda 20 ədəd, digər konvalyutda 17 ədəd, konvalyut kəsiyində isə 8 ədəd olmaqla ümumilikdə 45 ədəd “Clonazepam 2” həblərini, kabinada ona məxsus ağ rəngli idman ayaqqabısının sağ tayının içliyinin alt hissəsinə qoyduğu 1 konvalyut kəsiyində 14 ədəd “Clonazepam 2” həblərini, kabinada ona məxsus içərisinə sənədlərin qoyulduğu 1 ədəd tündqırmızı rəngli portamanatın içərisinə qoyduğu 1 konvalyut kəsiyində 8 ədəd “Clonazepam 2” həblərini aşkar etmişdirlər. Həmçinin, nəqliyyat vasitəsinin sol tərəfində yerləşən, nəqliyyat vasitəsinə məxsus avadanlıqları qoymaq üçün nəzərdə tutulmuş yeşikdə ona aid göy rəngli sellofan paketin içərisinə yerləşdirdiyi 1 konvalyutda 9 ədəd üzərində “Diphenoxylate Minoo” yazısı əks olunmuş həbləri aşkar etmişdirlər. Bundan sonra hal şahidlərinin iştirakı ilə üzərində şəxsi yoxlama aparılmış, lakin heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Həmin maddələri o gizlətməmişdir, sadəcə olaraq yadından çıxmasın deyə müxtəlif yerlərə yerləşdirmişdir. Qeyd olunan psxiotrop maddələri şəxsi istifadəsi məqsədilə gətirmişdir, gün ərzində 1 yaxud 2 həb istifadə edir. Son sözündə Azərbaycana ilk dəfə gəldiyini,burada bu dərmanların qadağan olduğunu bilmədiyini bu səbəbədən bəyan etmədiyini ,əməlindən peşman olduğunu, bir daha belə səhfə yol verməyəcəyini, ailənin yeganə qazanc gətirəni olmasını, xəstəliyini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq Astara Gömrük İdarəsi Astara keçid məntəqəsində nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirir. Həmin gün saat 12 radələrində şəxsiyyəti ona sonradan məlum olan İran İslam Respublikası vətəndaşı X6 Changız idarə etdiyi “MACK RW613-1” markalı “90AH293/90AH294” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına yükü müşayiət edən sənədlərə əsasən “polad rulon” yükü gətirərkən, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparmışdır. Sorğu-sual zamanı şəxsin üzərində, əşyalarında və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, həmin şəxs isə öz növbəsində üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Sürücünün cavabları və hərəkətləri şübhə doğurduğu üçün X6 Changızın idarə etdiyi “MACK RW613-1” markalı “90AH293/90AH294” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında-sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından sürücüyə məxsus qara rəngli sellofan paketin içərisində gömrük nəzarətindən gizlədilmiş şəkildə 2 konvalyutda və 1 konvalyut kəsiyində olmaqla, 1 konvalyutda 20 ədəd, digər konvalyutda 17 ədəd, konvalyut kəsiyində isə 8 ədəd olmaqla ümumilikdə 45 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxətli naməlum həblər aşkar etmişdir. Bundan sonra yoxlama davam etdirilmiş, nəqliyyat vasitəsinin kabinasında olan sürücüyə məxsus ağ rəngli idman ayaqqabısının sağ tayının içliyinin alt hissəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 konvalyut kəsiyində 14 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxətli naməlum həblər, kabinada sürücüyə məxsus içərisində sənədlərin qoyulduğu 1 ədəd tünd-qırmızı rəngli portamantın içərisində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 konvalyut kəsiyində 8 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxətli naməlum həbləri aşkar etmişdir. Bundan sonra yoxlama davam etdirilmiş, nəqliyyat vasitəsinin sol tərəfində yerləşən, nəqliyyat vasitəsinə məxsus avadanlıqları qoymaq üçün nəzərdə tutulmuş yeşikdə sürücüyə aid göy rəngli sellofan paketin içərisində 1 konvalyutda 9 ədəd üzərində “Diphenoxylate Minoo” yazısı əks olunmuş naməlum həbləri aşkar etmişdir. Daha sonra idarə rəhbərliyinin qərarı əsasında X6 Changiz məlumatlandırıldıqdan sonra vüzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparmış, lakin hər hansı qanunsuz, şübhəli predmetlər aşkar edilməmişdir. Həmçinin nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan da keçirilmiş, lakin heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra aşkar edilmiş naməlum həblər, həblərin gizlədildiyi portmanat və idman ayaqqabısının sağ tayı araşdırma ilə əlaqədar qablaşdırılaraq götürülmüşdür. Yekunda müvafiq sənədləşmə aparılaraq tərəfindən protokollar tərtib edilmiş, tərcüməçi çağırılaraq məzmunu X6 Changıza izah olunmuş, bundan sonra X6 Changız, o və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Astara Gömrük İdarəsi yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Ramal adlı gömrük işçisi onu və onunla birlikdə fəhləlik edən Cəmili yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət edərək bildirmişdir ki, şəxsiyyəti onlara sonradan məlum olan İran İslam Respublikası vətəndaşı X6 Changızın idarə etdiyi “MACK RW613-1” markalı, “90AH293/90AH294” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə və şəxsin üzərinə yoxlama həyata keçirəcək, onlar də yoxlamada hal şahidi kimi iştirak etsinlər. Onlar da əməkdaşla razılaşmışdırlar. Daha sonra onların iştirakları ilə yoxlamalara başlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında-sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından sürücüyə məxsus qara rəngli sellofan paketin içərisində gizlədilmiş şəkildə 2 konvalyutda və 1 konvalyut kəsiyində olmaqla, 1 konvalyutda 20 ədəd, digər konvalyutda 17 ədəd, konvalyut kəsiyində isə 8 ədəd olmaqla ümumilikdə 45 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxətli naməlum həblər, kabinada olan sürücüyə məxsus ağ rəngli idman ayaqqabısının sağ tayının içliyinin alt hissəsində gizlədilmiş şəkildə 1 konvalyut kəsiyində 14 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxətli naməlum həblər, kabinada sürücüyə məxsus içərisində sənədlərin qoyulduğu 1 ədəd tünd-qırmızı rəngli portamantın içərisində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 konvalyut kəsiyində 8 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxətli naməlum həbləri aşkar edilmişdir. Bundan sonra yoxlama davam etdirilmiş, nəqliyyat vasitəsinin sol tərəfində yerləşən, nəqliyyat vasitəsinə məxsus avadanlıqları qoymaq üçün nəzərdə tutulmuş yeşikdə sürücüyə aid göy rəngli sellofan paketin içərisində 1 konvalyutda 9 ədəd üzərində “Diphenoxylate Minoo” yazısı əks olunmuş naməlum həblər aşkar olunmuşdur. Bundan sonra şəxsin üzərində şəxsi yoxlama aparılmış, lakin hər hansı qanunsuz, şübhəli predmetlər aşkar edilməmişdir. Həmçinin nəqliyyat vasitəsi ərazidə yerləşən stasionar rentgen qurğusundan da keçirilmiş, lakin heç bir qanunsuz predmet olmadığı müəyyən olunmuşdur. Yoxlamalar tam başa çatdıqdan sonra aşkar edilmiş həblər, portmanat və idman ayaqqabısının sağ tayı onların işitrakları ilə gömrük əməkdaşı tərəfindən götürülmüş, qablaşdırılmışdır. Yekunda müvafiq sənədləşmə aparılaraq protokollar tərtib edilmiş, o da tanış olub imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək işin yuxarıda sadalanan xüsusatlarını bir daha təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq protokollarını, ekspertiza rəylərini və digər sübutları aşağıdakı ardıcıllıqla yoxlayb təhlil etmişdir. İş materiallarında olan digər sübutlar: İş materiallarına əlavə edilmiş (səh 86) 31 iyul 2025-ci il tarixli sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı X6 Changız xx.xx.2025-ci il tarixdə, idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına gəlmişdir, daha əvvəl Azərbaycan Respublikasının gömrük sərhədinnən keçməmişdir. İş materiallarında olan (səhifə 14-17) 30 iyul 2025-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə protokoldan görünür ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında-sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından sürücüyə məxsus qara rəngli sellofan paketin içərisində gömrük nəzarətindən gizlədilmiş şəkildə 2 ədəd konvalyutda və 1 ədəd konvalyut kəsiyində olmaqla, 1 konvalyutda 20 ədəd, digər konvalyutda 17 ədəd, konvalyut kəsiyində isə 8 ədəd olmaqla ümumilikdə 45 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxəttli naməlum maddə aşkar edilmişdir. Bundan sonra yoxlama davam etdirilmiş, nəqliyyat vasitəsinin kabinasında olan sürücüyə məxsus ağ rəngli idman ayaqqabısının sağ tayının içliyinin alt hissəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 ədəd konvalyut kəsiyində 14 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxəttli naməlum maddə aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş, nəqliyyat vasitəsinin kabinasında sürücüyə məxsus içərisində sənədlərin qoyulduğu 1 ədəd tünd-qırmızı rəngli portamantın içərisində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 ədəd konvalyut kəsiyində 8 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxəttli naməlum maddə aşkar edilmişdir. Bundan sonra yoxlama davam etdirilmiş, nəqliyyat vasitəsinin sol tərəfində yerləşən, nəqliyyat vasitəsinə məxsus avadanlıqları qoymaq üçün nəzərdə tutulmuş yeşikdə sürücüyə aid göy rəngli sellofan paketin içərisində 1 ədəd konvalyutda 9 ədəd üzərində “Diphenoxylate Minoo” yazısı əks olunmuş naməlum maddə aşkar edilmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxsın idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasından sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından sürücüyə məxsus qara rəngli sellofan paketin içərisindən aşkar edilmiş 45 (qırx beş) ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxəttli naməlum maddə, nəqliyyat vasitəsinin kabinasında olan sürücüyə məxsus ağ rəngli idman ayaqqabısının sağ tayının içliyinin alt hissəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 ədəd konvalyut kəsiyində 14 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxəttli naməlum maddə, nəqliyyat vasitəsinin kabinasında sürücüyə məxsus içərisində sənədlərin qoyulduğu 1 ədəd tündqırmızı rəngli portamantın içərisindən gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 ədəd konvalyut kəsiyində 8 ədəd üzərində “Clonazepam 2” sözləri yazılmış birxəttli naməlum maddə və nəqliyyat vasitəsinin sol tərəfində yerləşən, nəqliyyat vasitəsinə məxsus avadanlıqları qoymaq üçün nəzərdə tutulmuş yeşikdə sürücüyə aid göy rəngli sellofan paketin içərisində 1 ədəd konvalyutda 9 ədəd üzərində “Diphenoxylate Minoo” yazısı əks olunmuş naməlum maddə götürülmüş, araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan (səhifə 82-84) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 iyul 2025-ci il tarixli 6/2622 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “203645 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi 67 ədəd Clonazepam, 9 ədəd Diphenoxylate 3...” yazısı və imzalar olan paketdəki, -üzərində “Clonazepam 2 01029 112” əmtəə göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 67 ədəd ağ rəngli həblər psixotrop maddə olan – klonazepam tərkibli həblərdir və ümumilikdə 67 ədəd həbdə klonazepam təsiredici maddəsinin ümumi miqdarı 0,134 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən 1 həbdə 0,002 qram klonazepam olmaqla). Üzərində “Diphneoxylate Minoo (diphenoxylate)” əmtəə göstəricisi olan konvalyutdaki 9 ədəd ağ rəngli həblərin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Qeyd: Klonazepam tərkibli həblər- 67 ədəd, tədqiqata sərf edildi 3 həb, qalıq 64 həb. Diphneoxylate tərkibli həblər- 9 ədəd, tədqiqata sərf edildi 1 həb, qalıq 8 həb. Digər prosessual sənədlər; İş materiallarında olan (səhifə 39-40) 30 iyul 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, İran İslam Respublikası vətəndaşı X6 Changız Azərbaycan Respulikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (səhifə 114-115) 31 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X6 Changız Azərbaycan Respulikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (səhifə 140-144) həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 4(004)-593/2025 saylı qərarından görünür ki, İran İslam Respublikası vətəndaşı X6 Changız barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 30 iyul 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (səhifə 159) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, İran İslam Respublikası vətəndaşı X6 Changızın məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan (səhifə 186-187) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respulika Narkoloji X7 X5-Narkoloji Tibbi yoxlama tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5753 nömrəli rəydən görünür ki, X6 Changızda psixotrop tərkibli dərman vasitəsi olan “Clonazepamdan” istifadə etmə halları müəyyən olunur. Lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında (səhifə 145-146) olan 01 avqust 2025-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan məlum olur ki, tərkibindəki klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı xeyli miqdarda, 0,134 qram təşkil edən 67 ədəd “Clonazepam 2” həbi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra Clonazepam 2” həblərindən geriyə 64 ədəd qalması nəzərə alınmışdır. Psixotrop tərkibli dərmanların gizlədildiyi 1 ədəd ağ rəngli idman ayaqqabısının sağ tayı və 1 ədəd tünd-qırmızı rəngli portmanat cinayətin törədilməsində vasitə olduqlarından maddi sübut kimi tanınmışlar. İş üzrə maddi sübutlar saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı şahid ifadələri, , baxış protokolları, maddi sübut tam şəkildə təhlil edilib bir-biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 Changız psixotrop maddələri ayaqqabısının altında, nəqliyyat vasitəsinin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirmişdir. Təqsirləndirilən şəxsin bilmədiyinə görə bəyan etməməsi onu məsuliyyətdən azad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2016-cı il tarixli plenum qərarındanda göründüyü kimi malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Odur ki, təqsirləndirilən şəxs X6 Changız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Qanunvericilik: Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ümumi dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır; Həmin qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Sübutların təhlilindən və qiymətləndirilməsindən sonra məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 Changızın törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. X6 Changızın əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında X6 Changızın təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cinayətlərin məcmusu üzrə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X6 Changızın ilk dəfə cinayət törətməsini, törətmiş əməldən səmimi peşmanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X6 Changızın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hazırkı iş üzrə hesab edir ki, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66.2cı maddəsinə əsasən X6 Changıza cinayətlərin məcmusu üzrə təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, X6 Changıza təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X6 Changız xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alır və təqsirləndirilən şəxs X1 ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra “Clonazepam 2” həblərindən geriyə 64 ədəd psixotrop tərkibli dərman, psixotrop tərkibli dərmanların gizlədildiyi 1 ədəd ağ rəngli idman ayaqqabısının sağ tayı və 1 ədəd tünd-qırmızı rəngli portmanat hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat pul X6 Changızdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əşya mövcud deyil. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Changız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 Changıza qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X6 Changız cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 30 iyul 2025-ci il tarixdən hesablansın. X6 Changız barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X6 Changız ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra “Clonazepam 2” həblərindən geriyə 64 ədəd psixotrop tərkibli dərman, psixotrop tərkibli dərmanların gizlədildiyi 1 ədəd ağ rəngli idman ayaqqabısının sağ tayı və 1 ədəd tünd-qırmızı rəngli portmanat hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat X6 Changızdən alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X6 Changız əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum X6 Changızə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-125/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-125/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver