Məhkəmə qərarları › İş №1(018)-127/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-127/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-127/2023 13.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakları ilə, xx xxx 1993-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə tanışı Şahid1 20.262 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz alaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün, saat 15 radələrində Astara şəhərində yerləşən Heydər Əliyev parkında 2 ədəd kibrit quutusunda ümumi təmiz çəkisi 10,490 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı tanışı Şahid2 80 manata satmış, daha sonra 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Şahid2 Astara şəhəri 01 saylı rnəktəbin qarşısında Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Astara RPŞ- nin inzibati binasına gətirilmiş və həmin tarixdə Şahid2 üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri - 5,224 qram və 5,266 qram olmaqla ümumi təmiz çəkisi 10.490 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə saat 18:20-də Astara şəhəri Heydər Əliyev prospektində şaxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə üzərində saxlayaraq daşıdığı 2 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda çəkilər: - 5.309 qram və 4,463 qram olmaqla ümumi təmiz çəkisi 9,772 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, təqsirli deyil. Şahid2 narkotik satmamış, onunla birlikdə narkotik vasitədən istifadə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onun tərəfindən törətdiyi cinayətə görə məsuliyyəti və cəzadan yayınmaq üçün özünü müdafiə etmək məqsədilə uydurulmuşdur. Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan işin halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, işin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Astara şəhəri Azərbaycan küçəsi ev 109-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayırmış, evlidir, rəsmi olaraq hər hansı bir yerdə işləmir, bir neçə aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış, 24 aprel 2023-cü il tarixdə, saat 13 radələrindəAstara şəhərində “9 mərtəbəli” binanın yanındakı ara küçədə Təbriz adlı şəxsdən hər biri 30 manat olmaqla 120 manata 4 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almış, təxminən bir-iki saat sonra Astara şəhərində Heydər Əliyev parkında, yəni İcra Hakimiyyətinin yerləşdiyi parkda tanışı Şahid2 ilə görüşmüş və iki ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanam Aqilə 80 manata satmış, qalan iki qutuda olan narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün saxlamış, 28 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Astara şəhəri Heydər Əliyev prospekti ilə evə gedərkən bir neçə mülki geyimli şəxs yaxınlaşmış, özlərinin polis əməkdaşları olduğunu bildirib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə gətirmişlər, Polis Şöbəsində polislər tərəfindən videoçəkiliş vasitəsilə Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub olmadığını soruşmuş, o da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olan və bir neçə gün öncə tanışı Təbrizdən aldığı, içərisində qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutularını otaqda olan masanın üzərinə qoymuş, həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və bükümdə olan kütlənin nəşə, yəni qurudulmuş marixuana olduğunu bildirmiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş iki ədəd kibrit qutusuna baxış keçirilmiş və baxış zamanı bu kütlənin nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, daha sonra araşdırma məqsədilə qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 28 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanda yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onlann prekursorlarmı əldə etməsi, saxlaması, daşıması və satması və həmin tarixdə, saat 18 radələrində Astara şəhəri Heydər Əliyev prospektində olacağı barədə onun icraatına məlumat daxil olmuş, bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 28 aprel 2023-cü il tarixdə, təxminən saat 18 radələrində şöbənin digər əməkdaşları - Şahid5 və Şahid4 ilə birlikdə avtomobillə Orxanın olacağı Astara şəhəri Heydər Əliyev prospektinə getmişlər, gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamışlar, bu zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər və dərhal yaxınlaşaraq, özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bu səbəbdən üzərində şəxsi axtarış keçirməli olduğunu bildirərək onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara RPŞ-və gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Elnur Məmmədova həvalə olunmuş, sonra isə Elnur Məmmədov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ardınca vəkil və digər şəxslərin iştirakı ilə videoçəkilişlə Orxanın üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı Elnur Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Orxan də əynində olan qara gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Orxanın üzərində aşkar edilmiş qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 12.1 qram olması müəyyən edilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra həmin kütlələr iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmiş, bundan sonra təhqiqatçı Elnur Məmmədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar həmin protokola imza etmilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Ağabala oğlu Şahid3 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış, lakin davamlı istifadəçisi deyil, hərdən bir istifadə edir. 24 aprel 2023-cü il tarixdə Astara şəhərində Heydər Əliyev parkında, yəni İcra Hakimiyyətinin yerləşdiyi parkda tanışı Təqsirləndirilən şəxsla görüşmüş və Orxandan 80 manata iki kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almış, həmin gecə o qutudakılardan birindən bir qədər götürüb siqaretə doldurub çəkmiş, qalanını da sonra çəkmək üçün özündə saxlamışdır. 28 aprel 2023-cü il tarixdə saat 17 radələrində “PlayStation” (pleysteyşn) oynamaq üçün “PlayStation” kluba getmiş, bu zaman Astara şəhər 01 nömrəli məktəbin yaxınlığında bir neçə polis əməkdaşı ona yaxınlaşmış, polis əməkdaşlarını gördükdə qaçmaq istəmiş, lakin onu saxlamış polis şöbəsinə gətirmişlər. Polis şöbəsində polislər tərəfindən videoçəkiliş vasitəsilə müdafiəçi Novruz Hacızadənin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı Elnur Məmmədov ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub olmadığını soruşmuş, o da əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən özünə məxsus olan və bir neçə gün öncə tanışı Təqsirləndirilən şəxs aldığı, içərisində qurudulmuş marixuana kütləsi olan 2 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutularına təhqiqatçı tərəfindən baxış keçirilmiş və baxış zamanı üzərindən aşkar edilərək götürülmüş iki ədəd kibrit qutusuna baxış keçirilmiş və baxış zamanı kibrit qutularında olan kütlənin qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və 15,8 qram olması müəyyən edilmiş, daha sonra təhqiqatçı kibrit qutualrında olan marixuananı kimdən əldə etməsini soruşmuş, o, cavab olaraq kibrit qutularında olan nəşəni 3-4 gün əvvəl dostu Təqsirləndirilən şəxs 80 manata aldığını demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 13 aprel 2023-cü il tarixdə Astara şəhərində dəniz kənarı ərazidən bir bükümdə narkotik vasitə qurudulmuş marixuana tapmış, tapdığı marixuananı götürüb Astara şəhərində yaşadığı evə aparıb həyətdə yerləşən yarımtikilidə saxlamış, həmin narkotik vasitədən istifadə etmək və istəyən olsa tanıdığı şəxslərə satacağını fikirləşmişdir. 24 aprel 2023-cü il tarixdə həmin marixuanadan tanışı, Astara şəhər sakini Təqsirləndirilən şəxs 4 ədəd kibrit qutusunu 120 manata satmışdır. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Astara şəhəri ərazisində yol ilə hərəkətdə olan zaman polis əməkdaşları yaxınlaşaraq onu saxlamış, daha sonra isə onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Astara RPŞ-də polis əməkdaşları vəkil Feyruz Əmənullayevin iştirakı və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan 3 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kütlələr götürülərək qablaşdırılmış, şifahi sorğu zamanı yaşadığı evin həyətində yerləşən yarım tikilidə də narkotik vasitə saxaldığını və təqdim edə biləcəyini bildirdiyi üçün polis əməkdaşlarının iştirakı və video çəkiliş vasitəsilə yaşadığı evin həyətyanı sahəsində olan yarım tikilidə 1 ədəd kisənin içərisində saxladığı 6 bükümdə narkotik vasitə qurudulmuş marixuananı baxış zamanı polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2023-cü il tarixli, 19/496 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 (iki) ədəd kibrit qutusunda kütlələr" sözlər və imzalar olan zərfdəki, 2 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi: -5,309 qr; -4,463 qram: ümumi təmiz çəkisi: -9,772 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərilərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 (iki) ədəd kibrit qutusunda kütlələr" və "Şahid2 üzərindən götürülmüş 2 ədəd kibrit qutusunda marixuana" sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 4 ədəd kibrit qutusunda olan marixuanalar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata sərf edildi 0,1 qram, qalıq 9.672 qramdır. İşdə olan Azərbavcan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən ambulator məhkəmə-narkoloji ekspertizası”nın 01 may 2023-cü il tarixli, 490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.. İşdə olan Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarekterizə olunur. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 738 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. İş materiallarında olan AZ-İV N 907178 npmrəli xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Astara rayonunda anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra, 2 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi: -5,259 qr; -4,413 qram: ümumi təmiz çəkisi: - 9,672 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra, 2 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi: -5,259 qram və -4,413 qram: ümumi təmiz çəkisi: -9,672 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar