Məhkəmə qərarları › İş №1(018)-127/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-127/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-127/2024 05.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci il ildə Astara rayonu, Asxanakəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, işsiz, Astara rayonu, Asxanakəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki,Təhqiqat orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Astara rayonu Çayoba kəndində ara yolda Təqsirləndirilən şəxs ilə tanışı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruqla bir dəfə zərbə vuraraq, onu yerə yıxması nəticəsində sonuncuya sağ qaş nahiyəsində əzilmiş yara, sağ almacıq, alın, sağ diz qapağı nahiyələrində sıyrıqlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Astara rayonu Çayoba kəndində “Ceyran” kafe adlanan yerdə keçirilən, qonşu Asxanakəran kəndində yaşayan Elxanın oğlunun kiçik toy şənliyinə dəvət olunduğundan həmin toy şənliyində iştirak etmişdir.Motlayataq kənd sakini Zərərçəkmiş şəxs da toy şənliyində iştirak etdiyini görmüşdür. Saat 21:30 radələrində ara yolla evlərinə qayıdarkənkən Zərərçəkmiş şəxslə yolda rastlaşmışdır, Raminə yaxınlaşaraq , “iki nəfərə taksi sifariş edib bir yerdə gedək” deyə təklif etmişdir. Ramin ona pulu olmadığını bildirmişdir.Bu səbəbdən də aralarında mübahisə olmuş və yumruqla bir dəfə Raminin sağ göz nahiyəsindən zərbə vurmuşdur. Raminin zərbədən yerə yıxılmışdır. Dava-dalaş ani baş verdiyini və bitdiyini, 2-3 dəqiqə davam etdiyini göstərmişdir. Daha sonra əməlindən peşman olduğunu, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı Motlayataq kənd tam orta məktəbində müəllim işləyir, xx.xx.2024-cü il tarixdə Astara rayonu Çayoba kəndində “Ceyran” kafe adlanan yerdə keçirilən, qonşu Asxanakəran kəndində yaşayan Elxanın oğlunun kiçik toy şənliyində iştirak etmişdir. Toyda tanıdığı qonşu Asxanakəran kənd sakini Təqsirləndirilən şəxsda iştirak etdiyini görmüşdür. Evə qayıdarkən yolda Təqsirləndirilən şəxsla rastlaşmış və Etibar ona yaxınlaşaraq “iki nəfərə taksi sifariş edib bir yerdə gedək təklif etmişdir. Ona pulunun olmadığını bildirmişdir. Bu səbəbdən də aralarında baş verən mübahisə zamanı Etibar yumruqla bir dəfə onun sağ göz nahiyəsindən zərbə vurmuşdur, zərbədən yerə yıxılmışdır. DİN-in 102 xidmətinə zəng vurub döyülməsi barədə məlumat vermişdir.Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmiş və bu barəddə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2024cü il tarixli 321 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində – sağ qaş nahiyəsində əzilmiş yara, sağ almacıq, alın, sağ diz qapağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, şikayət vermiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını, bir daha ona yaxınlaşmayacağını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs şikayət vermiş şəxslə barışmasını, onun tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39,43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar