Məhkəmə qərarları › İş №1(018)-127/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-127/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-127/2025 16.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 23 iyul 2025-ci il tarixdə, saat 19:15 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs boşanmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı 2021-ci il təvəllüdlü qızı Rabia Ağayevanın gözünün qarşısında, sonuncunun ağlamasına və anasını vurmaması ilə bağlı yalvarışlarına məhəl qoymayıb, xüsusi iztirab verdiyini dərk etməklə, xüsusi amansızlıqla Zərərçəkmiş şəxs üz nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr vuraraq sol almacıq, göz qapaqları, gözaltı nahiyəsində qançırlar kimi dərəcəsi təyin olunmayan, sol almacıq sümüyünün xətti sınığı kimi zərərçəkmiş şəxsin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 2015-ci ildə Astara rayon sakini olan Zərərçəkmiş şəxs ilə tanış olmuşlar, bir müddət sonra onunla münasibətləri yaxınlaşmış və onlar 2016-cı ildən etibarən qeyri rəsmi olaraq birlikdə yaşamağa başlamışlar. Gülnaz ilə 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və 2021-ci ildə həmin nikahdan Rabiyə adında qız övladları olmuşdur. Gülnaz ilə 1-2 dəfə dalaşmış və onu vurmuşdur. Gülnaz ilə evləndikdən sonra da ara-sıra aralarında davalar olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Gülnaz ilə aralarında uşağı dənizə aparmaq ilə bağlı mübahisə yaranmışdır. Axşam saat 19 radələrində yaşadığı ünvana gəlmişdir. Gəldikdən sonra hamama girmiş və çimmişdir. Bu zaman qapı çırpılmış və duş almağı bitirməmiş nə olduğunu öyrənmək üçün çıxmışdır. Bu zaman Gülnaz onu və qızı Rabiyəni dənizə aparmadığı üçün narazılıq etməyə başlamışdır. O isə Gülnaza səbrli olmasını, çimib çıxdıqdan sonra danışacağını demişdir və hamama qayıtmışdır. Çimib çıxdıqdan sonra Gülnaz yenə onunla deyinməyə davam etmiş və nalayiq ifadələr işlətmişdir. Qızı Rabia da davadalaş yerində olmuşdur, qorxmuşdur. Gülnüz onunla mübahisə etdikcə qızı Rabia qışqırmış və ağlamışdır. Gülnazın bu hərəkətinləri onu əsəbiləşdirmiş və mübahisəni dayandırması üçün əlinin arxa hissəsi ilə Gülnazın üz nahiyəsindən vurmuş, həmin zərbə Gülnazın qaş nahiyəsinə dəymişdir. Bundan sonra Gülnaz qışqırmağa başlamış və daha sonra əlinə külqabını götürmüşdür. O isə külqabını onun əlindən alaraq kənara atmışdır. Bundan sonra Gülnazın qardaşıgilin içəri daxil olduğunu görmüş, pəncərədən tullanaraq köynəyini geyinib Astara rayonu, Ərçivan qəsəbəsinə getmişdir. Həmin hadisədən sonra polis əməkdaşları gələrək onu Astara RPŞ-yə dəvət etmişlər. Mübahisə zamanı evdə o, Gülnaz və 4 yaşlı qızı Rabiyə olmuşdur. Gülnazı vurmağını qızı Rabiyə görmüşdür. Ama Gülnazı dediyi kimi döyməmiş, bir dəfə əlinin tərsi ilə vurmuşdur. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə Astara rayon sakini olan Təqsirləndirilən şəxs ilə tanış olmuşlar, bundan sonra onunla münasibətləri yaxınlaşmış və qeyri rəsmi olaraq birlikdə yaşamağa başlamışlar. Rafiq ilə 2020-ci il tarixdə ailə həyatı qurmuş və 2021-ci ildə həmin nikahdan Rabiyə adında qız övladları olmuşdur. Hələ Rafiq ilə evlənməzdən əvvəl onunla aralarında münaqişələr olmuş və bu münaqişələr zamanı Rafiq onu döymüş və təhqir etmişdir. Evləndikdən sonra qeyd olunan hallar daha da artmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında qızı Rabiyə dənizə getmək istəmişdir. Bununla bağlı saat 12 radələrində yoldaşı Rafiqə Whatsapp mobil tətbiqetməsində yazmış və dənizə gedə biləcəkləri barədə soruşmuşdur. Rafiq getməyəcəyini bildirmiş və o, bir gün əvvəl Rafiqin dənizə getdiyini gördüyü üçün dünən getmişdin deyə yazmışdır. Bundan sonra Rafiq ilə aralarında söz-söhbət yaranmış və Rafiq onu nalayiq ifadələrlə söyərək təhqir etməyə başlamışdır. Rafiq ona “sən görərsən, mənə sənə göstərəcəm” demişdir. Bundan sonra Rafiqi blok etmişdir. Axşam saat 19:15 radələrində Rafiq evə gəlmiş və onlar dəhlizdə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Rafiq onu təhqir etmiş və o, Rafiqə artıq boşanacağını bildirmişdir. Bundan sonra Rafiq onun saçından tutub itələmişdir. Onların dalaşmasından 4 yaşlı qızı Rabia qorxaraq ağlamağa başlamış, o, qızını qucaqlamışdır ki, ağlamasın. Lakin, Rafiq Rabianın qorxub qışqırmasına və ağlamasına məhəl qoymamış, arxadan onun saçlarından tutmuş və üzü üstə yerə yıxmışdır. Rafiq ona ardıcıl olaraq baş nahiyəsindən zərbələr endirməyə başlamış, başından çoxsaylı zərbələr endirdikdən sonra o, qalxmağa çalışmış və bu zaman başını qaldırdıqda Rafiq onun sol göz nahiyəsindən yumruq zərbəsi endirmişdir. O həmin zərbədən sonra özünü tamam halsız hiss etmişdir. Həmin vaxt Rafiq əlini onun ağzına salaraq əli ilə dartmağa başlamış və ona “sənin ağzını cıracam” demişdir. O, möhkəm qışqırmış və bu zaman Rafiq ona “sən niyə belə edirsən, yaxınlıqda polislər var, eşidəcəklər” demiş və onun ağzını əli ilə bağlamışdır. Rafiq digər əli ilə masanın üzərindən onun başına vurmaq məqsədilə külqabını götürmüş və o həmin vaxt bütün gücünü toplayaraq qapıya tərəf qaçmışdır. Çatıb qapını açdıqda qardaşı Əlinin qapıda olduğunu görmüşdür. Rafiq onun qardaşının gəldiyini görüb pəncərədən özünü çölə atmış və qaçmışdır. O, həmin gün qardaşı Əli ilə birlikdə Astara mərkəzi xəstəxanasına getmiş və Rafiq tərəfindən döyülməsi barədə məlumat vermişdir. 23 iyul 2025-ci il tarixdə baş verən münaqişə 4 yaşlı qızı Rabiyənin gözü qarşısında baş vermişdir, Rafiq onu döymüşdür. Rabia qorxudan ağlamış, qışqırmışdır. Ağlayaraq Rafiqə onu döyməməsini deymişdir, lakin, Rafiq Rabiaya məhəl qoymamışdır. Münaqişə zamanı o, qapıya qaçdıqda isə qardaşı Əli qapıda olmuşdur. 23 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs onun üz nahiyyəsindən çoxsaylı zərbələr vurmuş, sol almacıq sümüyünün xətti sınığı, sol almacıq-göz qapaqları-gözaltı nahiyəsində qançır həmin zərbələr nəticəsində əmələ gəlmişdir. Rafiq onu dəfələrlə döymüşdür. Aralarındakı narazılıqların əsas səbəbi isə Rafiqin anasına məxsus evdə başqa qadınla yaşaması, onu aldatması olmuşdur. Dəfələrlə ondan boşanmaq istəmiş, Rafiq boşanmaq istədiyi üçün onu döymüş, boşanmağa qoymamışdır. Sonuncu məhkəmə iclasında isə zərərçəkmiş məhkəməyə yazılı ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, onu bağışladığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilənlə ayrılmaq istəmədiyini, azyaşlı övladının atasına bağlı olduğunu bildirmiş, təqsirləndirilən barəsində yüngül cəza təyin edilməsini xahişşş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs qonşuluqda yaşayır. O, 2016-cı ildə Astara rayonu, Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və bir evdə yaşamağa başlamışdır. Gülnazın üz nahiyyəsində tez-tez xəsarətlər görsə də, səbəbini soruşduqda evdə işləyərkən və ya yıxılaraq xəsarət aldığını demişdir. Sonuncu dəfə isə, 23 iyul 2025-ci il tarixdə, saat 19:30 radələrində həyətdə təsərrüfat işləri ilə məşğul olarkən bacısı Gülnazın evindən səs-küy gəldiyini eşitmiş, onun yaşadığı evin qapısına getdikdə Gülnaz həyəcanla qapını açmışdır. Gülnazın sol gözü şişmişdir, əyin-başı da pis gündə olmuşdur. Evə nəzər saldıqda görmüşdür ki, Rafiq pəncərədən tullanıb qaçmışdır. Bacısından nə baş verdiyini soruşduqda demişdir ki, Rafiq onu yumruqla döymüş, sol gözünə və bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Bundan sonra bacısı Gülnazla birlikdə Astara RMX-yə getmiş, orada Gülnaza tibbi yardım göstərilmişdir. Xəstəxanada hadisə barədə məlumat vermişlər və oraya polis əməkdaşları gəlmişdir. Münaqişənin hansı səbəbdən baş verdiyini bilmir, sadəcə həmin vaxt bacısının qışqırığını eşidib həyətinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, hadisə qısqanclıq zəminində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi faktına görə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqı aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 Lənkəran rayonlararası “MTE və PA Birliyi”nin Zona Mərkəzinin 24 iyul 2025-ci il tarixli, 195 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində sol almacıq sümüyünün xətti sınığı, sol almacıqgöz qapaqları gözaltı nahiyəsində qançır, sol süd vəzisi nahiyəsində 1-11 dərəcəli termiki yanıq yarasının izi, sol said, sol üst göz qapağı nahiyələrində çapıq toxumaları aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sol almacıq sümüyünün xətti sınığı, sol almacıq-göz qapaqları gözaltı nahiyəsindəki qançır, sol üst göz qapağı nahiyəsində çapıq toxuması (əzilmiş yara) bərk küt əşyanın (əşyaların) təsirindən, sol süd vəzisi nahiyəsində termiki yanıq yarasının izi yüksək hərarətin (qaynar maye) termiki təsirindən, sol said nahiyəsində çapıq toxuması (kəsilmiş yara) isə kəsici əşyanın təsirindən törənmişlər, müddəti sol almacıq sümüyünün xətti sınığı, sol almacıq-göz qapaqları gözaltı nahiyəsində qançır müayinədən bir gün əvvələ, sol süd vəzisi nahiyəsində termiki yanıq yarasının izi müayinədən 1-2 ay əvvələ, sol üst göz qapağı, sol said nahiyələrində çapıq toxumaları isə müayinədən 1,5 ildən artıq əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sol almacıq sümüyünün xətti sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, sol said, sol üst göz qapağı nahiyələrində çapıq toxumaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sol almacıq-göz qapaqları gözaltı nahiyəsində qançır, sol süd vəzisi nahiyəsində 1-11 dərəcəli termiki yanıq yarasının izi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Mobil telefona baxış keçirilməsi barədə” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında saat 12:02-dən etibarən dənizə gedilməsi ilə bağlı mübahisənin yaranması, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs nalayiq ifadələrlə Zərərçəkmiş şəxs söyüb təhqir etməsi, “sənin başına oyun açaram and olsun tək allah” məzmunlu müsaj göndərməsi müəyyən edilmiş, qeyd olunan mesajlar kamera vasitəsilə şəkli çəkilməklə protokola əlavə olunmuşdur. Bundan başqa baxış zamanı Gülnar Ağayevanın qollarında və sifət nahiyyəsində döyülmə izləri ilə olan fotoşəkillər müəyyən olunmuşdur. Gülnar Ağayeva şifahi sorğu zamanı qeyd olunan xəsarətləri həyat yoldaşı Təqsirləndirilən şəxs dəqiq xatırlamadığı tarixdə döyərək yetirdiyini bildirmişdir. “Baxış keçirilməsi barədə” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evi bir mərtəbəlidir, evin giriş qapısı taxta materialındandır. Giriş qapısından sağ tərəfdə hamam, sol tərəfdə yataq otağı, üzbəüz isə dəhliz yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs evin giriş qapısının qarşısını təqdim edərək bildirdi ki, münaqişə orada başlamış və dəhlizdə davam etmişdir. Təqsirləndirilən şəxs evin giriş qapısının qarşısında, hamamın qapısının yanında onun saçlarından tutmuş və dəhlizə tərəf itələmiş, o dəhlizdə yıxılmış, Təqsirləndirilən şəxs onun başına zərbələr vurmuş, ağzına əlini salıb cırmaq istəmiş, həmçinin yumruqla sol göz nahiyyəsinə vurmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 25 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 25 iyul 2025-ci il tarixdə, saat 17:30-dan tutulmuş hesab olunmuşdur. “Astara Rayon Məhkəməsinin” 4(018)-41/2025 saylı, 27 iyul 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin 25 iyul 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş 04 avqust 2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. “Təqsirləndirlən şəxsə yenidən ittiham edilməsi haqqında” 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Namayəndəliyindən verilmiş 11 avqust 2025-ci il tarixli 176 saylı arayışdan görünür ki, Ağayev X8 rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla arvadı-X7 və oğlu- X1 ibarət ailə tərkibi vardır. AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CMin 127.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, bir dəfə əlinin tərsi ilə zərərçəkmişi vurmasına münasibətdə isə məhkəmə qeyd edir ki, təqsirləndirilənin belə bir ifadə verməsi özünü müdafiə kimi qiymətlədirilməlidir. Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş Zərərçəkmiş şəxs ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutumuş cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, məhkəmə, şəxsin müəyyən müddətə cəmiyyətdən tam təcrid edilməsinin onun islah olunması üçün kifayət edə biləcəyini hesab edir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 25 iyul 2025-ci il tarixdən tutulmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 25 iyul 2025-ci il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, maddi ziyan, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 25 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 10 (on) saat hüquqi yardım göstərildiyinə görə Müdafiəçi 110 (yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar