Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-128/2024 14.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1965-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Siyaku kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 may 2014-cü il tarixdə, saat 07 radələrində Rusiya Federasiyasının Sverdlovsk şəhərində yerləşən və özünün icarədarı olduğu “4 saylı tərəvəz anbarının” ərazisində olan zaman həmin bazara rəhbərlik edən Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətlərinə kütləvi etirazlarını bildirməklə bazara nəzarəti ələ keçirmək istəmələri ilə bağlı etiraz edən şəxslərə, əsasəndə Tacikistan vətəndaşlarına haqlarını tələb etmələrindən ötrü məsləhətlər vermiş, bazarda olan digər vətəndaşları da etiraz edən iştirakçılara qoşulmağa vəhəmin vaxt öz xidməti vəzifələrini yerinə yetirməklə asayişi qoruyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla kütləvi iğtişaşlar törətməyə çağırışlar etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 1994-cü ildə Rusiya Federasiyası, Sverdlovsk şəhərinə getmiş, orada "xxxx" MMC-də subiçarəçi kimi işləmiş, həmin vaxtı bazar Rusiya Federasiyası vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus olmuş, həmkəndlisi Şahid1 ilə birlikdə bazarda anbar icarəyə götürüb meyvə-tərəvəzin topdan satışı ilə məşğul olmuşlar. Bazarda işləyən vaxtı X6 də orada onun icarəçisi olduğundan münasibəti çox yaxşı olmuş, 2008-ci il tarixdə ticarət naziri işləyən Konteyevin adamları qanunsuz olaraq bazara daxil olub Rusinanı və yaxın adamlarını bazardan qovmuşlar və Lazarevi də bazara direktor müavini təyin etmişlər. Ondan sonra Konteyevin adamları onu da sıxışdırdıqlarına görə Azərbaycan qayıtmiş, bir müddət Astara rayonunda qaldıqdan sonra ona zəng vurub anbarını yandırdıqlarını bildirmişlər, xəbəri alandan dərhal sonra Sverdlovsk şəhərinə qayıtmış, 2009-cu ilin may ayına kimi anbarını 3 dəfə yandırmışlar. Sonradan Konteyevin adamlarının bazarı ələ keçirdiklərini və sonuncuya məxsus "xxxx" MMC-nin idarəçiliyinə götürdüklərini eşitmiş, sonra Azərbaycan Respublikasına qayıtmış, Astaraya qayıtdıqdan sonra Əsabəddin ona zəng vurub Rusinanın bazarı yenidən özünə qaytaracağını bildirdiyini və onların da Rusinanın yanında olacaqları təqdirdə bazarın 12% səhmini alacaqların demiş, həmin səhmin qarşılığında o və Əsabəddinin birlikdə 35000000 rubl miqdarında pul verməklərini istəmuş, onlar da razılaşaraq həmin məbləği Rusinaya vermişlər. O və Əsabəddin həmin vaxtı gündəlik olaraq Rusina ilə birlikdə olmuş, Rusina 17 aprel 2013-cü il tarixdə yenidən bazara nəzarəti ələ keçirmış, onlar da bazarda öz işlərini bərpa etmiş, ancaq ayın sonunda Rusina onları yanına çağırıb bazardakı aylıqları yığmamağı bildirmiş, səbəb də Konteyevin şirkəti ilə müqavilə bağlamaq lazım olduğunu görsətmiş, hər ikisi məcbur qalıb "xxxx" MMC-nin rəhbərliyini tapmış, görüşə getmiş, həmin şirkətin icraçı direktoru X4 və vəkil X5 ilə görüşmüşlər, ancaq müqavilə bağlaya bilməmişlər. Daha sonra da Rusina onların bazarda işləməyinə mane yaratdığından, verdikləri pulu qaytarmadığından Rusina ilə gündəlik mübahisələrə başlamışlar, bazarı tamamilə 27 aprel 2013-cü il tarixdə tərk etmişlər, ancaq sonradan oraya Əsabəddinlə gedib ticatərlə məşğul olmağa davam etmişlər. Həmin müddətdən başlayaraq Rusinaya verdikləri pulu geri verməsini tələb etmişlər, Rusina da arabir ona və Əsabəddinə 5-10 min rubl məbləğində pul vermiş, təxminən 1 il müddətdinə prosesler eyni formada davam etmişdir. 30 may 2024-cü il tarixdə, saat 7-8 radələrində bazara gələndə yenə çox sayda adamlar orada olmuş, belə ki, gündəlik olaraq bazara təxminən 500000 nəfərə yaxın adam giriş-çıxış etmiş, orada taciklərin sayı çoxluq təşkil etdiyindən, onların çoxu araba işi ilə məşğul olduğundan hər gün demək olar ki, mübahisələri yaranmış, o, Əsabəddin və yanında işləyən qohumu Şahid2la birlikdə oraya getdikdə taciklərin yenə birləşib səs-küy yaratdıqlarını, bazar rəhbərliyinə qarşı çıxdıqlarına görmüşlər. Taciklər bazar rəhbərliyi tərəfindən iş haqlarının kəsilmələrinə görə qəzəblənmiş, buna görə də bazara rəhbərliyi ələ keçirmək üçün birləşmiş, o da elə pulunu almaq üçün şərait yarandığını düşünmüş, fürsətdən istifadə edərək taciklərə bazar rəhbərliyinə qarşı daha da aqressiv şəkilə çıxmalarına, ətrafda olan tacikləri də özlərinə cəlb etmələri barədə çağırışlar etmiş, yəni, taciklərə haqlarını deməli olduğumu bildirmiş, həm də bazarda gündəlik olaraq çox sayda insanlar olduğundan polis əməkdaşları və başqa dövlət qurumlarının nümayəndələri nəzarət üçün ərazidə gəzmişlər. O, taciklərə həmin hakimiyyət nümayəndələrinin tələblərinə tabe olmamaqla bağlı da çağırışlar etmiş, taciklər də onun sözlərindən təsirlənib daha da aqressivləşmişlər, ancaq orada nə iştirak etmiş, nə də ki, nəyəsə ziyan vurmuş, orda olan zaman mitinqdə iştirak edən şəxslərin zorakılıq, talanlar, hər hansısa bir yanğınlar və yaxud əmlak məhv edilməsi ilə müşaiyət olunan hərəkət etmələrini görməmiş, sonradan da çıxıb getmiş, ertəsi gün də taciklər eyni qaydada hərəkətlərinə davam etdiklərini görmüş və əvvəlki gün bazara məxsus əmlaklara maddi ziyan vurduqlarını eşitmişdir. O və Əsabəddin axşam radələrində Rusina ilə vaxt edib görüşmüş, sonuncu onlara pulu tam qaytaracağına söz verərək Azərbaycana qayıtmalı olduqlarını bildirmiş, onlar da razılaşmış, 2014-cü ilin iyun ayının ortalarında Əsabəddin ilə birlikdə sonuncunun qardaşı qızının toy mərasiminə görə Azərbaycana qayıtmışlar. Onlar Astara rayonunda olan zaman Rusina yenə pulu geri qaytarmadığına görə o, 2014-cü ilin iyul ayında oraya getmiş, təxminən 1 ay müddətdində Sverdlovsk şəhərində qalmış, ancaq, həmin vaxt bazara getməmiş, Rusina ilə görüşdükdə ona narahat olmamağını və ilin sonunda pulu tam geri verəcəyini bildirmiş, o da yenə Rusinaya inanaraq Azərbaycana qayıtmış, təxminən 9-10 gün sonra onun kütləvi iğtişaş təşkil etməyinə görə axtarışa verildiyini eşitmiş, ancaq, nə kütləvi iğtişaşda iştirak etmiş, nə də ki, elə bir hadisəni təşkil etmişdir. Sadəcə orada taciklərə bazar rəhbərliyinə qarşı gəlmələrində müəyyən çağırışlar etmiş, lazım gələrsə oradakı polis əməkdaşlarına da tabe olmamaqla bağlı fikirlər vermişdir. 2014-cü ilin noyabr ayında bilet alıb Rusiya Federasiyasına getmək istədikdə Bakı hava limanında axtarışda olduğunu bildirmişlər və getməməyini məsləhət görmüşlər. O vaxtdan sonra da barəsində cinayət işinin aparıldığını bildiyindən oraya qayıtmamış, 2016-cı ildə də Rusina vəfat etdiyindən pulunu geri ala bilməmişdir. Həmin vaxt Əsabəddinlə birlikdə bazara getmişlər, yanlarında qohumları Nahid də olmuş, giriş qapısından içəri daxil olduqda orada taciklərin bir yerə yığışıb bazar rəhbərliyinə qarşı mitinq etdiklərini görmüş, o da Rusinaya qarşı qəzəbli olduğundan taciklərin yanında iştirak etməmək şərti ilə rəhbərləri Farid Haydarova daha da irəli getmələri məsləhətini vermiş, ətrafda olan taciklərə də qoşulmağa çağırış etmişdir. Hazırda hadisənin üzərindən on ildən artıq vaxt keçmişdir. Həmin vaxtdan oradan çıxıb Azərbaycana qayıtmış və hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Həmin vaxtdan Rusiya Federasiyasına getməmişdir. Hadisələr zamanı özünün də əmlakları əldən çıxmış və maddi ziyanları olmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən ona mərhəmət göstərilib azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin ediləcəkdir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 1994-cü ildə Rusiya Federasiyası, Sverdlovsk şəhərinə getmiş, oradakı "xxxx" MMC-də subiçarəçi kimi işləməyə başlamış, yəni o və qohumu Təqsirləndirilən şəxs bazada böyük anbarları icarəyə götürüb topdan meyvə-tərəvəz satışı ilə məşğul olmuşlar. Həmin vaxtı bazar Rusiya Federasiyası vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus olmuş, bazarda işləyən vaxtı X6 də orada onun icarəçisi olduğundan münasibəti çox yaxşı olmuş, 2008-ci ildə ticarət naziri işləyən Konteyevin adamları qanunsuz olaraq bazara gəlmişlər, Rusina ilə yaxın adamlarını bazardan qovmuşlar, həmin vaxtı Konteyevin adamları onu və Həbibullanı sıxışdırdıqlarına görə hər ikisi Azərbaycan Respublikasına qayıtmışlar. Bir müddət Astara rayonunda qaldıqdan sonra Həbibullaya və ona zəng vurub anbarlarının yandırıldığını demişlər, onlar xəbəri alandan sonra Sverdlovsk şəhərinə qayıtmışlar. Sonra Konteyevin adamları bazarı ələ keçirdiklərini və sonuncuya məxsus "xxxx" MMC-nin idarəçiliyinə götürdüklərini eşitmiş, Həbibulla bir müddət sonra Azərbaycan Respublikasına qayıtmış, o isə Sverdlovsk şəhərində işlərini həll etmək üçün qalmış, bir müddət sonra Rusina ona bazarı yenidən özünə qaytaracağını bildirmiş, onların hər ikisinin Rusinanın yanında olacaqları təqdirdə bazarın 12% səhmini müəyyən bir məbləğ qarşılığında onlara verəcəyini demiş, o da razılaşmış, zəng vurub Həbibullaya məlumat vermiş, həmin səhmin qarşılığında o, Həbibulla birlikdə 35000000 rubl miqdarında pulu Rusinaya vermiş, həmin vaxtı gündəlik olaraq Rusina ilə birlikdə olmuşlar. Rusina 17 aprel 2013-cü il tarixdə yenidən bazara nəzarəti ələ keçirmiş, o və Həbibulla da bazarda öz işlərini bərpa etmişlər. Ancaq ayın sonunda Rusina onları yanına çağırıb bazardakı aylıqları yığmamağı bildirmiş, səbəb də Konteyevin şirkəti ilə müqavilə bağlamaq lazım olduğunu görsətmiş, o və Həbibulla məcbur qalıb "xxxx" MMC-nin rəhbərliyini tapmışlar, onlarla görüşə getmişlər, həmin şirkətin icraçı direktoru X4 və vəkil X5 ilə görüşmüşlər, ancaq müqavilə bağlaya bilməmişlər. Daha sonra da Rusina onların bazarda işləməyinə mane yaratdığından, verdikləri pulu qaytarmadığından Rusina ilə gündəlik mübahisələrə başlamışlar, bazarı tamamilə 27 aprel 2013-cü il tarixdə tərk etmişlər, ancaq sonradan oraya Əsabəddinlə gedib ticarətlə məşğul olmağa davam etmişlər. Həmin müddətdən başlayaraq Rusinaya verdikləri pulu geri verməsini tələb etmişlər, Rusina da arabir ona və Həbibullaya 5-10 min rubl məbləğində pul vermiş, təxminən 1 il müddətdinə prosesler eyni formada davam etmişdir. 30 may 2024-cü il tarixdə, səhər saat 7-8 radələrində bazara gələndə yenə çox sayda adamlar orada olmuş, belə ki, gündəlik olaraq bazara təxminən 500000 nəfərə yaxın adam giriş-çıxış etmiş, orada taciklərin sayı çoxluq təşkil etdiyindən, onların çoxu araba işi ilə məşğul olduğundan hər gün demək olar ki, mübahisələri yaranmış, o, Həbibulla və yanlarında satıcı kimi işləyən qohumları Şahid2la birlikdə bazara getdikdə taciklərin yenə birləşib səs-küy yaratdıqlarını, bazar rəhbərliyinə qarşı çıxdıqlarına görmüşlər. Taciklər bazar rəhbərliyi tərəfindən iş haqlarının kəsilmələrinə görə qəzəblənmiş, buna görə də bazara rəhbərliyi ələ keçirmək üçün birləşmişlər. Əlavə olaraq gündəlik orada polis əməkdaşları və ərazidəki müəyyən dövlət qurumularının əməkdaşları nəzarət üçün gəlmişlər, taciklər mitinq eləyən zaman həmin əməkdaşalar da orada olmuşlar, Həbibulla da elə pullarını almaq üçün şərait yarandığını düşünmüş, fürsətdən istifadə edərək taciklərə bazar rəhbərliyinə qarşı daha da aqressiv şəkildə çıxmalarına, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olamamağa, ətrafda olan tacikləridə özlərinə cəlb etmələri barədə çağırışlar etmiş, yəni, onlara haqlarını deməli olduqlarını bildirmiş və nəticədə Həbibullanın sözlərindən təsırlənib daha da aqressivləşmişlər. Taciklərə istər bazarda, istərsə də həmin hadisədə rəhbərliyi Farid Haydarov adlı şəxs etmiş, onlar orada olan zaman Həbibulla heç nəyə ziyan belə vurmamış, mitinqdə iştirak edən şəxslərin zorakılıq, talanlar, hər hansısa bir yanğınlar və yaxud əmlak məhv edilməsi ilə müşayiət olunan hərəkət etmələrini görməmişlər və sonradan da çıxıb getmişlər. Əlavə olaraq yanlarında uzun müddətdir ki, dostluq müansibətləri olan və həmin vaxt bazarın girişində avtoyuma məntəqəsini icarəyə götürüb işlədən Şahid3 da olmuşdur. Həbibulla axşam radələrində Rusina ilə vaxt edib görüşmüş, sonuncu onlara pulu tam qaytaracağına söz verərək Azərbaycana qayıtmalı olduqlarını bildirmiş, onlar da Rusina ilə razılaşmışlar, 2014-cü ilin iyun ayının ortalarında Həbibulla ilə birlikdə qardaşı qızının toy mərasiminə görə Azərbaycana qayıtmışlar. Astara rayonunda olan zaman Rusina yenə pullarını geri qaytarmadığına görə Həbibulla 2014-cü ilin iyul ayında oraya getmiş, təxminən 1 ay müddətdində Sverdlovsk şəhərində qalmış, Həbibulla mütəmadi olaraq gedən prosesləri ona zəng vurub bildirmiş, Rusina Həbibullaya narahat olmamaqlarını, ilin sonunda pullarını tam geri verəcəyini bildirmiş, Həbibulla də yenə inanaraq Azərbaycana qayıtmış, təxminən 9-10 gün sonra Həbibulla kütləvi iğtişaş təşkil etməyinə görə axtarışa verildiini bilmiş, ancaq, Həbibulla nə kütləvi iğtişaşda iştirak etmiş, nə də ki, elə bir hadisəni təşkil etmiş, sadəcə orada taciklərə bazar rəhbərliyinə qarşı gəlmələrində müəyyən çağırışlar etmiş və lazım gələrsə oradakı hakimiyyət nümayəndələrinə də tabe olmamaqla bağlı fikirlər vermişdir. Sonradan da onlar Rusiya Federasiyasına getməmişlər və 2016-cı ildə də Rusina vəfat etdiyindən sonuncudan pullarını geri ala bilməmişlər. Hadisə baş verən zaman Həbibulla və qohumları Nahid ilə birlikdə gündəlik iş fəaliyyətləri üçün bazara getmişlər, giriş qapısından içəri daxil olduqda orada taciklərin bir yerə yığışıb bazar rəhbərliyinə qarşı mitinq keçirdiklərini görmüşlər, Həbibulla da Rusinaya qarşı qəzəbli olduğundan onların yanında iştirak etməmək şərti ilə rəhbərləri Farid Haydarova daha da irəli getmələri məsləhətini vermuş, hakimiyyət nümayəndələrinə tabe olmamağı bildirmiş, ətrafda olan taciklərə də qoşulmağa çağırış etmişdir. Onlar Azərbaycan Respublikası vətəndaşları olduqları üçün onları Rusiyada istər yerli millət, istərsə də digər dövlətlərdən olan millətlər orada olmaqlarını istəməmişlər, həmin şəxslər Rusinanın yanında yer almışlar, onların Rusinaya verdikləri pulu da verməmək üçün belə bir şərait yaradıb guya Həbibullanın kütləvi iğtişaş təşkil etdiyini və özü də iştirak etdiyini bildirmişlər, hansı ki, yuxarıda qeyd etdiyi kimi Həbibulla sadəcə orada müəyyən formada çağırışlar etmişdir. Onlar orda olan zaman mitinqdə iştirak edən şəxslərin zorakılıq, talanlar, hər hansısa bir yanğınlar və yaxud əmlak məhv edilməsi ilə müşayiət olunan hərəkət etmələrini görməmiş və Həbibullanın belə bir göstərişi olmamışdır. Ertəsi gün isə bazara məxsus əmlaklara maddi ziyan vurduqlarını eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2006-ci ildən 2014-cü ilə kimi olan müddət ərzində Rusiya Federasiyası, Sverdlovsk şəhərindəki "xxxx" MMC-də topdan meyvə-tərəvəz satışı ilə məşğul olan qohumları Təqsirləndirilən şəxs və Şahid1 yanında satıcı kimi işləmiş, həmin vaxtı bazar Rusiya Federasiyası vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus olmuş, 2008-ci il tarixdə ticarət naziri işləyən Konteyevin adamları qanunsuz olaraq bazara daxil olub Rusina və yaxın adamlarını bazardan qovmuşlar. Həmin vaxtı Konteyevin adamları Həbibulla və Əsabəddini sıxışdırdıqlarına görə onlar məcbur qalıb Azərbaycan Respublikasına qayıtmışlar. Bir müddət Astara rayonunda qaldıqdan sonra Həbibullaya və Əsabəddinə zəng vurub anbarlarını naməlum şəxslərin yandırdıqlarını bildirmişlər, onlar xəbəri alandan sonra Sverdlovsk şəhərinə qayıtmışlar, Həbibulla bir müddət sonra Azərbaycan Respublikasına qayıtmış, Əsabəddin isə Sverdlovsk şəhərində işlərini həll etmək üçün qalmış, həmin müddət ərzində Rusina Əsabəddinə bazarı yenidən özünə qaytaracağını bildirərək hər ikisin Rusinanın yanında olacaqları təqdirdə bazarın 12% səhmini onlara verəcəyini demiş, onlar da Rusina ilə razılaşmışlar, həmin işin müqabilində 35000000 rubl miqdarında pulu Rusinaya vermişlər, sonradan gündəlik olaraq Rusina ilə birlikdə olmuşlar. Rusina 17 aprel 2013-cü il tarixdə yenidən bazara nəzarəti ələ keçirmiş, Əsabəddin və Həbibulla da bazarda öz işlərini bərpa etmiş, o da onların yanında yenidən satıcı kimi işləməyə başlamış, ancaq ayın sonunda Rusina hər ikisini yanına çağırıb bazardakı aylıqları yığmamaqlarını bildirmiş, səbəb də Konteyevin şirkəti ilə müqavilə bağlamaq lazım olduğunu görsətmiş, Həbibulla və Əsabəddin məcbur qalıb "xxxx" MMC-nin rəhbərliyini tapmışlar, görüşə getmişlər, həmin şirkətin icraçı direktoru X4 və vəkil X5 ilə görüşmüşlər, ancaq müqavilə bağlaya bilməmişlər, daha sonra da Rusina Həbibullagilin bazarda işləməklərinə mane yaratdığından və verdikləri pulu qaytarmadığından X1 ilə gündəlik mübahisələrə başlamışlar və bazarı tamamilə 27 aprel 2013-cü il tarixdə tərk etmişlər, ancaq sonradan bazara müəyyən ticarət fəaliyyəti ilə məşğul olmaqlarından ötrü geri qayıtmışlar, o da Həbibullagilin yanında satıcı kimi işləməyə davam etmişdir. 30 may 2024cü il tarixdə, səhər saat 7-8 radələrində o, Həbibulla və Əsabəddin bazara gələndə yenə çox sayda adamlar orada olmuş, belə ki, gündəlik olaraq bazara təxminən 500000 nəfərə yaxın adam giriş-çıxış etmiş, orada taciklərin sayı çoxluq təşkil etdiyindən, onların çoxu araba işi ilə məşğul olduğundan hər gün demək olar ki, mübahisələri yaranmış, onlar oraya getdikdə taciklərin yenə birləşib səs-küy yaratdıqlarını, bazar rəhbərliyinə qarşı çıxdıqlarına görmüşlər. Taciklər bazar rəhbərliyi tərəfindən iş haqlarının kəsilmələrinə görə qəzəblənmiş, buna görə də bazara rəhbərliyi ələ keçirmək üçün birləşmişlər. Gündəlik orada polis əməkdaşları və ərazidəki müəyyən dövlət qurumularının əməkdaşları nəzarət üçün gəlmişlər, taciklər mitinq eləyən zaman həmin əməkdaşlar da orada olmuşlar, Həbibulla da elə pullarını almaq üçün şərait yarandığını düşünmüş, fürsətdən istifadə edərək taciklərə bazar rəhbərliyinə qarşı daha da aqressiv şəkilə çıxmalarına, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa, ətrafda olan tacikləridə özlərinə cəlb etmələri barədə çağırışlar etmiş, yəni, taciklərə haqqlarını deməli olduqlarını bildirmiş, taciklər də Həbibullanın sözlərindən təsirlənib daha da aqressivləşmişlər, ancaq orada Həbibulla nə iştirak etmiş, nə də ki, hər hanısa bir şeyə ziyan vurmuşdur. Taciklərə istər mitinqdə, istərsə də bazarda rəhbərliyi tacik Farid Haydarov etmiş, onlar orda olan zaman mitinqdə iştirak edən şəxslərin zorakılıq, talanlar, hər hansısa bir yanğınlar və yaxud əmlak məhv edilməsi ilə müşayiət olunan hərəkət etmələrini görməmişlər, sonradan da çıxıb getmişlər, ertəsi gün də taciklər eyni qaydada hərəkətlərinə davam etdiklərini görmüşlər və bazardakı əmlaklara maddi ziyan vurduqlarını eşitmişlər. Əsabəddin və Həbibulla axşam radələrində Rusina ilə vaxt edib görüşmüşlər, Rusina onlara pulu tam qaytaracağına söz verərək Azərbaycana qayıtmalı olduqlarını bildirmiş, onlar da Rusina ilə razılaşmışlar. 2014-cü ilin iyun ayının ortalarında onlar birlikdə Əsabəddininin qardaşı qızının toy mərasiminə görə Azərbaycana qayıtmışlar, sonradan da Həbibulla və Əsabəddin mütəmadi olaraq Rusinadan pulu almaq üçün müəyyən hərəkətlər etsələr də heç bir nəticəsi olmamış və 2016-cı ildə də Rusina vəfat etdiyindən pullarını geri ala bilməmişlər. Həmin vaxt Əsabəddin və Həbibulla ilə birlikdə gündəlik işləri üçün bazara getmişlər, giriş qapısından içəri daxil olduqda orada taciklərin bir yerə yığışıb bazar rəhbərliyinə qarşı mitinq keçirdiklərini görmüşlər, Həbibulla da Rusinaya qarşı qəzəbli olduğundan taciklərin yanında iştirak etməmək şərti ilə rəhbərləri Farid Haydarova daha da irəli getmələri məsləhətini vermiş, hakimiyyət nümayəndələrinə tabe olmamağı bildirmiş, ətrafda olan taciklərə də qoşulmağa çağırış etmişdir. Həmin vaxt yanlarında orada avtoyuma məntəqəsi icarəyə işlədən azərbaycanlı Şahid3 da olmuşdur. Həbibulla və Əsabəddin Azərbaycan Respublikası vətəndaşları olduqları üçün Rusiyada istər yerli millət, istərsə də digər dövlətlərdən olan millətlər orada olmaqlarını istəməmişlər, həmin şəxslər Rusinanın yanında yer almışlar, onların Rusinaya verdikləri pulu da verməmək üçün belə bir şərait yaradıb guya Həbibullanın kütləvi iğtişaş təşkil etdiyini və özü də iştirak etdiyini bildirmişlər, hansı ki, yuxarıda qeyd etdiyi kimi Həbibulla sadəcə orada müəyyən formada çağırışlar etmişdir. Onlar orda olan zaman mitinqdə iştirak edən şəxslərin zorakılıq, talanlar, hər hansısa bir yanğınlar və yaxud əmlak məhv edilməsi ilə müşayiət olunan hərəkət etmələrini görməmişlər. Ertəsi gün isə bazara məxsus əmlaklara maddi ziyan vurduqlarını eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində 17 avqust 2014-cü il tarixdə dindirilmiş mərhum Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası, Sverdlovsk şəhərindəki "xxxx" MMC-nin sahibi olmuş, rəhbərliyi müddətində N.V. Balakin ilə tanış olmuş, bir müddət 4 saylı tərəvəz bazasında nəzarətçi işləmiş, Təqsirləndirilən şəxs uzun müddətdri ki, tanımış, X7 və Lazarev Serqey ilə münasibətləri olmuş, kütləvi iğtişaşlarda iştirak üçün onlar tərəfindən cəlb edilə biləcəyini güman etmişdir. Münaqişə zamanı Zahirov Həbib iştirak etmiş, eyni zamanda tərəvəz bazasının işçilərinə qarşı olan və Şestakov, Kopılov və Fətəliyevin maraqlarına uyğun hərəkət edən etnik mənsubiyyətinə görə bölünmüş müxtəlif dəstələrə - tacik və azərbaycan dəstələri ilə danışmışdır. X3 “Arbuzka” adlanan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 4 saylı tərəvəz bazasının yanında yerləşən ticarət nöqtəsi olmuşdur. Az tanıdığı şəxslərdən ona Z.Z.X2 və Fətəliyev Asif ilə yaxın münasibətləri olması məlum olmuş, sonuncular ona müraciət edərək cinayət iştirakçılarının hərəkətlərinin ödənilməsi üçün pul götürmələrini bildirmiş, Z.Z.Mşvidobadze kütləvi iğtişaşları Həbibə pul verirərəı maliyyələşdirmişdir. Həbib və Asif tərəfindən ona qarşı ediləcək hərəkətlərdən qorxmuş, Həbib ilə onun arasında şəxsi yoldaşlıq münasibətləri olmuş, bazanın fəaliyyətinin dayandırılması ilə əlaqədar Həbib gəlir mənbəyindən məhrum olmuş, ona görə də Həbibin ona qarşı şəxsi qərəzli münasibətləri artmış, Həbib qazanc mənbəyindən məhrum olmağında onu təqsirli hesab etməsini güman etmişdir. Həbib kinli insan olduğunu, aqresiya göstərməyə meyilli olduğunu, həmçinin azərbaycanlılar arasında müəyyən təsir gücünə malik olduğunu, özünə qarşı Həbib tərəfindən zor tətbiq edilməsindən qorxduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir.
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.
2. Astara rayon İHB-nın Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 4(018)-38/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxala müddətinin əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 4(018)-39/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəsini alanadək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət, yəni 14 iyun 2024-cü il tarixdən 14 oktyabr 2024-cü il tarixə kimi 04 (dörd) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası çəkilmiş (icra edilmiş) hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və barəsində hökm qanuni qüvvəsini alanadək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin İbrahimov