Məhkəmə qərarları › İş №1(018)-129/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-129/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-129/2024 16.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1995-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Astara rayonu Ərçıvan qəsəbəsində birgə yaşadıqları evdə Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq, sonuncuya başın təpə nahiyəsindəki yumşaq toxumaların əzilməsi hemotoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ildə Ərçıvan qəsəbə sakini Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi evlənmiş. Astara rayonu ərçivan qəsəbəsində valideynlərinə məxsus evdə yaşayırlar. Bir azyaşlı uşaqları vardır. Günellə evlənməmişdən əvvəl Astara şəhər sakini X1 ilə görüşürmüş. Günellə evlənəndən sonra Gülnazla görüşməkdə davam edirmiş. Hətta bir uşaqları da dünyaya gəlmişdir. Bu səbəbdən də aralarında ailə münasibətləri zəmnində narazılıq yaranmışdır Şübhələnirdi ki, Günel ondan gizlin telefonda anası ilə əlaqə saxlayır, üç gün bundan əvvəl o, telefonu Güneldən almış, anası ilə səs danışıqlarına qulaq asanda, məlum oldu ki. Günelin anası Gülbəniz ona qarğış edir. Həmçinin Günel də onun ünvanına xoşagəlməz sözlər deyir. Bununla əlaqədar Genellə aralarında mübahisə oldu. Lakin heç bir dava-dalaş olmadı. Buna baxmayaraq Günel anası ilə telefon əlaqəsi saxlamaqda davam edirdi. xx.xx.2024-cü il tarixdə saat 15 radələri olardı evdə olduqları vaxt Günel dedi ki, bir daha Gülnazla görüşməsin, ailəni qoruyaq, onun dedikləri onu qıcıqlandırdı, buna görə də aralarında yenidən baş verən mübahisə zamanı əsəbiləşib bir dəfə yumruqla Günelin baş nahiyəsinə zərbə vurmuş. xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələrində evə gələndə görmüş ki, Günel uşaqla evdə yoxdur. Başa düşmüş ki, o ancaq anası evinə gedə bilər. Saat 02 radələri olardı o, Günelin anasının evinə yaxınlaşıb qapını döymüş, heç kim qapını açmadı, o, oradan evimə qayıtmış. Dava-dalaş zamanı evlərində kənar şəxs olmayıb. Dava-dalaş 3-4 dəqiqə davam etmişdir. Əməlindən peşmanlıq çəkir və Zərərçəkmiş şəxs ilə barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur. O, barəsində olan işinin icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2020-ci ildə Ərçivan qəsəbə sakinı Təqsirləndirilən şəxs ilə qeyri rəsmi evlənmiş. Bir azyaşlı uşaqları vardır. Rafiqlə evlənəndən sonra məlum oldu ki, o əvvəllər Astara şəhər sakini X1 ilə də görüşürmüş. Onunla evlənəndən sonra da Gülnazla görüşməkdə davam edirdi, hətta bir övladları da olub. Bu səbəbdən də aralarında ailə münasibətləri zəmnində narazılıq yarandı, mübahisələri oldu. Üç gün bundan əvvəl Rafiq telefonunu ondan aldı, anası ilə telefonda danışıqlarına qulaq asdı və dedi ki, ananla danışanda anan ona qarğış edib, sən də xoşagəlməz sözlər demisən. Buna görə aralarında mübahisə oldu. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində evdə olduqları vaxt o, Rafiqə deyib ki, Gülnazla görüşməsin, ailəni qoruyaq, o isə ona dedi ki, heç vaxt Gülnazdan ayrılmayacaq onunla görüşməkdə davam edəcək. Yenə də aralarında baş verən mübahisə zamanı Rafiq yumruqla bir dəfə baş nahiyəmdən zərbə vurdu və telefonu ondan aldı. Saat 19 radələrində Rafiq evdən getdi. Telefonu olmadığından həm də Rafiqin qorxusundan qaynar xəttə zəng edə bilmədi. Anasının toya getdiyini bilirdi. xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələri olardı o, yatmamışdı, Rafiq evdə yox idi, düşündü ki, Gülnazın yanına gedib Fürsətdən istifadə edib yaxınlıqda yaşayan anasının yaşadığı evə getdi. Saat 02 radələri olardı anası toydan gəldi. Əri Rafiqin onu döyməsini anasıns bildirdi.Təxminən 15-20 dəqiqədən sonra anamın telefonu ilə 102 qaynar xəttə zəng vurub əri tərəfindən döyülməyi barədə məlumat vermişdir. Dava-dalaş zamanı evimizdə kənar şəxs olmayıb. Dava-dalaş 3-4 dəqiqə davam etdi. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur, dəymiş zərər ödənilib, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli 328 N№-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində başın təpə nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hemotoması aşkar edilmişdir Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YUNGUL zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan`Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Ərçivan qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyindən Astara RPŞ-nə təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materialında olan Astara rayon Mərkəzi xəstəxanasından Astara RPŞ-nə təqdim olunmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs ərizədə göstərmişdir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş zərər ödənilib, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar