Məhkəmə qərarları › İş №1(018)-13/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-13/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-13/2023 07.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 24 gün müddətində azadlığın məhdudlaşıdırması cəzasına məhkum edilmiş, Astara rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi 11 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Astara şəhəri ərazisində həmin şəhər sakini X2 şəxsi istehlak miqdarından artıq miqdarda -0,413 qram çəkidə narkotik vasitə olan heroini 20 manat qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 sentyabr 2022-ci il tarixdə, saat 20:00-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Astara şəhəri, H.Aslanov küçəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə təmiz çəkisi -0,413 qram olan narkotik vasitə heroin onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi iləelan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. 2013-cü ildən bəri narkotik vasitə olan heroindən istifadə edir, bir neçə dəfə də psixotrop maddə olan metamfetamindən istifadə etmiş, narkomandır. Adətən istifadəsi üçün narkotik vasitə olan heroini Astara şəhər sakini, uzun müddətdir ki, tanıdığı X2 alır. 21 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Firudinlə görüşmüş və ondan 20 manat dəyərində 1 qramdan da az çəkidə narkotik vasitə olan heroin almış, bir qədərini istifadə etmişdir. Həmin gün, yəni 21 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evinin yerləşdiyi küçə ilə paralel yerləşən H.Aslanov küçəsində piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmışdır. O, avtomobildən düşən şəxslər özlərini təqdim edərək, Astara RPŞ-nin əməkdaşları olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuna görə onu Astara RPŞ-nə dəvət etmişlər. Onlara etiraz etməyib, birlikdə Astara RPŞ-nə gəlmişlər. Polis şöbəsinin inzibati binasında o, ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Daha sonra onun üçün dəvət edilən müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlandıqda təhqiqatçı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin kütləsini çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsindən ötrü 01 ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçi və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşman olmuş, birdəfəlik narkotik vasitə istifadəsindən uzaqlaşmışdır. Himayəsində olan 2 nəfər azyaşlı uşağı özü tək tərbiyə edir, bu işdə yalnız yaşlı anası pensiyası ilə ona köməklik edir. Bütün bunları nəzərə alıb məhkəmədən ona mümkün qədər yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Çünki azadlıqdan məhrum edilərsə himayəsində olan 2 nəfər azyaşlı uşağı tamamilə sahibsiz qalacaqlar. Ailədə yeganə qazanc gətirən şəxsdir, ondan başqa heç kəs ailəyə qazanc gətirmir. Tutulduqdan sonra nə qədər alçaq iş tutduğunu başa düşmüş, bir daha cinayət törətməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham onun özünün etirafından əlavə cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən X8 ifadəsində göstərdiki, o, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 21 sentyabr 2022-ci il tarixdə Astara RPŞ-nə Astara şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat ilə əlaqədar tərkibinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar 21 sentyabr 2022-ci il tarixdə, təxminən saat 20 radələrində avtomobillə Təqsirləndirilən şəxsın ola biləcəyi ehtimal olunan Astara şəhəri, S.Vurğun küçəsinə gəlmişlər. Onlar Təqsirləndirilən şəxs piyada küçədə hərəkət edərək S.Vurğun küçəsinə paralel olan H.Aslanov küçəsinə keçdiyini görüb, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı Elnur Məmmədov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, dəvət edilmiş vəkil və digər iştirakçıların iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm aşkar edilib götürülmüş, həmin bükümün içərisinə baxış keçirən zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin gün günorta vaxtı Firudin adlı şəxsdən 20 manata aldığını, bir qədərini istifadə etdiyini, bir qismini üzərində saxladığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılmış, polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X5 da əsasən şahid X8 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləridə, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin CAB-ın rəis müavinin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 21 sentyabr 2022-ci il tarixli qərarlarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi lə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 21 sentyabr 2022ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünürki, həmin həmin tarixdə saat 21:15-dən saat 21:25-dək Astara RPŞ-də xidməti otaqlarının birində video çəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək içində heroin olduğunu bildirmişdir. Həmin bükümə baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd bükümün içində spesifik iyə malik olan, yumşaq formada, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə vardır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan narkotik vasitə heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrdən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləni 21 sentyabr 2022-ci il tarixdə günorta vaxtı Astara şəhəri Kaverin küçəsində Firudin adlı şəxsdən 20 manata əldə etdiyini, bir qismini istifadə etdiyini, digər qismini isə öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən “məhkəmə-kimyəvi ekspertiza”üzrə verilmiş 22 sentyabr 2022-ciiltarixli, 19/1009 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, - tədqiqata təqdim edilmiş üzərində «Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,413 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0,413 qram olmuş, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,363 qram təşkil edir. Adı çəkilən Mərkəzin 22 sentyabr 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünürki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən “məhkəmə-kimyəvi ekspertiza”üzrə verilmiş 18 oktyabr 2022-ci il tarixli, 19/1029 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərlərində “X4 məxsus 20 büküm heroin və 23 büküm metamfetamin. Rəy N-19/1007....” və “Təqsirləndirilən şəxs məxsus 1 büküm heroin Rəy N-19/1009...” sözlər və imzalar olan bir ədəd paketdəki və bir ədəd zərfdəki ümumilikdə sayı 21 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxs tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 994 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən “polinarkomaniya” xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,413 qram olan, tədqiqatdan sonra qalan 0,363 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,363 qram narkotik vasitə heroin saxlanılmas ıüçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 01 ədəd DVD diski cinayər işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 12 oktyabr 2022-ci il tarixli tələbnamə-arayışdan və Astara Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmünün, Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 24 gün müddətində azadlığın məhdudlaşıdırması cəzasına məhkum edilmiş, Astara rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi 11 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən qəsdən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci iltarixdə, şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyinə görə həbsdən azad olunmuşdur. Cinayət işinin materiallarında olanAstara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Himayəsində 2 nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olanAstara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” 25 iyun 2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinəəsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi iləəlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaaşdırılması növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini,o cümlədən cəzanı yüngülləşdirən halları – cinayət əməlini etiraf etməklə, peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildiki, Təqsirləndirilən şəxs hazırda Astara və Lənkəran rayonlarının kəndlərində xadiməlik etməklə ailəsini dolandırır və Astara şəhəri, S.Vurğun küçəsi, 15A saylı evin, 19 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara şəhəri, S.Vurğun küçəsi, 15A saylı evin, 19 saylı mənzilini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 23 sentyabr 2022-ci il tarixdə “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixə kimi olan 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət 04 (dörd) gün çıxılmaqla,qalan azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış təmiz çəkisi 0,363 qram narkotik vasitə heroin təşkil edir. Məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasınıda müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini,ekspertiza xərclərini təşkil edən 60 (altmış) manatpulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri, S.Vurğun küçəsi, 15A saylı evin, 19 saylı mənzilini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs “Polinarkomaniyadan” məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeriüzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,363 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diskin cinayət işinəəlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Astara rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: MübarizMəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar