Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-13/2025 22.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, X3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 avqust 1996-cı ildə Astara rayonu, Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki ,o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə tanışı Astara rayonu, Şiyəkəran kənd sakini Şahid3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 01 oktyabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Astara rayonu, Pəlikəş kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs1 1250 (bir min iki yüz əlli) manat dəyərində 3 yaşlı, qırmızımtıl rəngli, təxminən çəkisi 220 kq olan bir baş düyəni alıb, pulunu 05 oktyabr 2023-cü il tarixdə verəcəkləri ilə bağlı yalan vəd verib aldadaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 1250 (bir min iki yüz əlli) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 2023-cü ilin oktyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda Astara rayonu, Maşxan kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs3 850 (səkkiz yüz əlli) manat dəyərində 1 yaşlı, boz rəngli, təxminən çəkisi 120 kq olan bir baş erkək dananı, 1000 (bir min) manat dəyərində 2 yaşlı, qırmızı rəngli, təxminən çəkisi 150 kq olan bir baş inəyi və 400 (dörd yüz) manat dəyərində 5 aylıq, qırmızı rəngli, təxminən çəkisi 60 kq olan bir baş buzovu alıb, pulunu bir həftə ərzində verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 2250 (iki min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə tanışı Astara rayonu, Şiyəkəran kənd sakini Şahid3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2023-cü ilin oktyabr ayının axırlarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda Astara rayonu, Maşxan kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs8 800 (səkkiz yüz) manat dəyərində 4 yaşlı, qara rəngli, təxminən çəkisi 85 kq olan bir baş inəyi alıb, pulunu 20 gün ərzində verəcəkləri ilə bağlı yalan vəd verib aldadaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs8 800 (səkkiz yüz) məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdirlər. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 20 noyabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Astara rayonu, Maşxan kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs7 1700 (bir min yeddi yüz) manat dəyərində 2 yaşlı, sarı rəngli, təxminən çəkisi 200 kq olan bir baş inəyi və 1300 (bir min üç yüz) manat dəyərində 3 yaşlı, qara rəngli, təxminən çəkisi 180 kq olan bir baş inəyi alıb, pulunu heyvanları satdıqdan sonra verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə keçirib Zərərçəkmiş şəxs7 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 2023-cü ilin dekabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda Astara rayonu, Ərçivan qəsəbəsində, həmin qəsəbə sakini Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat dəyərində 4 yaşlı, semintal cinsli, təxminən çəkisi 400 kq olan bir baş inəyi alıb, pulunu 05 yanvar 2024-cü il tarixdə verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 2023-cü ilin dekabr ayının ortalarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda Astara rayonu, Vaqo kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs5 1275 (bir min iki yüz yetmiş beş) manat dəyərində 2 yaşlı, təxminən çəkisi 150 kq olan bir baş inəyi, 1820 (bir min səkkiz yüz iyirmi) manat dəyərində 3 yaşlı, təxminən çəkisi 140 kq olan bir baş inəyi, 1355 (bir min üç yüz əlli beş) manat dəyərində 2 yaşlı, təxminən çəkisi 160 kq olan bir baş inəyi, 1755 (bir min yeddi yüz əlli beş) manat dəyərində 3 yaşlı, təxminən çəkisi 135 kq olan bir baş inəyi, 1440 (bir min dörd yüz qırx) manat dəyərində 2 yaşlı, təxminən çəkisi 160 kq olan bir baş inəyi, 1080 (bir min səksən) manat dəyərində 4 yaşlı, təxminən çəkisi 180 kq olan bir baş inəyi, 1355 (bir min üç yüz əlli beş) manat dəyərində 2 yaşlı, təxminən çəkisi 155 kq olan bir baş inəyi və 1320 (bir min üç yüz iyirmi) manat dəyərində 2 yaşlı, təxminən çəkisi 165 kq olan bir baş inəyi alıb pulunu heyvanları satdıqdan sonra verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 11400 (on bir min dörd yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 19 dekabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Astara rayonu, Maşxan kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs4 1700 (bir min yeddi yüz) manat dəyərində 3 yaşlı, qırmızı rəngli, təxminən çəkisi 130 kq olan bir baş inəyi, 720 (yeddi yüz iyirmi) manat dəyərində 4 yaşlı, qara rəngli, təxminən çəkisi 80 kq olan bir baş inəyi, 1050 (bir min əlli) manat dəyərində 1 yaşlı, ala-boz rəngli, təxminən çəkisi 80 kq olan bir baş cöngəni və 130 (bir yüz otuz) manat dəyərində 4 aylıq, qara rəngli, təxminən çəkisi 30 kq olan bir baş buzovu alıb, pulunu heyvanları satdıqdan sonra verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 3600 (üç min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 24 dekabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Astara rayonu, Maşxan kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs2 700 (yeddi yüz) manat dəyərində 8 yaşlı, sarı rəngli, təxminən çəkisi 80 kq olan bir baş inəyi, 400 (dörd yüz) manat dəyərində 1 yaşlı, sarı rəngli, təxminən çəkisi 50 kq olan bir baş buzovu və 2000 (iki min) manat dəyərində 2 yaşlı, qırmızı rəngli, təxminən çəkisi 155 kq olan bir baş cöngəni alıb, həmin vaxt 100 manat məbləğində pulu verib özünə inandırmaqla qalan məbləği bir ay ərzində verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 3100 (üç min yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu, Maşxan kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün mal-qara alveri ilə məşğul olmuş, kənd sakinlərindən iri və xırda buynuzlu heyvanlar alıb satmışdır. Şahid3 təxminən 3 ildir tanımış, hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Şahid3 Astara rayonu Daşanda kəndindəndir. Elvin ilə mal-qara alveri edərkən tanış olmuş, həmin vaxtdan aralarında münasibət yaranmağa başlamış, hətta Elvin ona mal-qara daşımağı üçün öz avtomobillərini idarə etmək üçün vermiş, dəfələrlə Elvindən mal-qara alıb satmış, Şahid3 ona birlikdə mal-qara alveri etməyi təklif etmiş, aralarındakı razılaşmaya əsasən o, kənddən və digər kəndlərdən mal-qara alıb gətirib Elvinə vermiş, sonuncu da aparıb İmişli və Bərdə rayonlarında təşkil olunan heyvan bazarlarında satmışdır. bu minvalla müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən iribuynuzlu heyvanları nisyə alıb aparıb Elvinə vermiş, sonuncu da həmin heyvanları aparıb bazarlarda satdıqdan sonra gətirib heyvan sahiblərinin pullarını vermişdir. Onlar bir müddət bu qaydada işləsələr də, sonradan mal-qara sahiblərinin pullarını qaytara bilməmişlər. Belə ki, 20 noyabr 2023-cü il tarixdə Maşxan kənd sakini X1 3000 manat dəyərində 2 baş iribuynuzlu heyvan almış, həmin heyvanlar isə qohumu Zərərçəkmiş şəxs7 məxsus olmuşdur. 2023-cü ilin dekabr ayının əvvəllərindən sonuna kimi müxtəlif vaxtlarda Astara rayonu Lələkəpeştə kənd sakini Zərərçəkmiş şəxs5 8600 manat dəyərində 8 baş, 19 dekabr 2023-cü il tarixdə Maşxan kənd sakini Zərərçəkmiş şəxs4 1900 manat dəyərində 3 baş, 24 dekabr 2023-cü il tarixdə Maşxan kənd sakini Zərərçəkmiş şəxs2 3000 manat dəyərində 3 baş, dekabr ayınında əvvələrində Astara rayonu, Ərçivan qəsəbə sakini İbrahim adlı şəxsdən 2500 manat dəyərində 1 baş iribuynuzlu heyvan almış, aldığı heyvanları aparıb Elvinə vermiş, Elvin də aparıb İmişli və Bərdə rayonlarında təşkil olunan heyvan bazarlarında satmış, lakin əldə etdiyi pulları ona verməmiş, Elvindən heyvanların pullarını istədikdə ziyana düşdüyünə görə pulları qaytara bilmədiyini bildirmişdir. Bundan başqa Elvin 2023-cü ilin oktyabr ayının əvvəllərində ondan borca 35000 manat pul istəmiş, lakin 33000 manat pul vermiş, həmin pulları Elvinə Vaqo kənd məktəbinin yaxınlığında saat 13 radələrində vermiş, həmin vaxt yanlarında kimsə olmamış, 2 gün sonra Elvin yenə borca pul istəmiş, həmin gün təxminən saat 13 radələrində 15000 manat pulu aparıb Maşxan kəndində yerləşən “Sahil” ticarət mərkəzinin yanında görüşüb Elvinə vermiş, yanlarında kimsə olmamış, Elvindən 48000 manatını və kənd sakinlərindən aldığı heyvanların pulunu istədikdə pulu olmadığını, olanda verəcəyini demişdir. O, müəyyən vaxtlarda Elvin ilə, müəyyən vaxtlarda isə tək şəkildə satmaq üçün mal-qara almışdır. Belə ki, 01 oktyabr 2023-cü il tarixdə X2 məxsus qiyməti 1250 manat olan 1 baş düyəni, 2023-cü ilin oktyabr ayının əvvələrində Zərərçəkmiş şəxs3 məxsus qiyməti 850 manat olan 1 baş erkək dananı, qiyməti 1000 manat olan 1 baş inəyi, qiyməti 400 manat olan bir baş buzovu, 2023-cü ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs8 məxsus qiyməti 800 manat olan 1 baş inəyi, 20 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 məxsus olan qiyməti 1700 və 1300 manat olan 2 baş inəyi, 2023-cü ilin dekabr ayının əvvələrində Zərərçəkmiş şəxs6 məxsus qiyməti 2500 manat olan 1 baş inəyi, 19 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 məxsus qiyməti 720 və 1700 manat olan 2 baş inəyi, qiyməti 1050 manat olan 1 baş cöngəni, qiyməti 130 manat olan bir baş buzovu, 24 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus qiyməti 700 manat olan 1 baş inəyi, qiyməti 2000 manat olan 1 baş cöngəni, qiyməti 400 manat olan bir baş buzovu, 2023-cü ilin dekabr ayının ortalarında isə Zərərçəkmiş şəxs5 Ağamalı oğluna məxsus qiyməti 1275, 1820, 1355, 1755, 440, 1080, 1355 və 1320 manat olan 8 baş inəyi satmaq adı ilə almışdır. Lakin sonradan həmin şəxslərə aldıqları heyvanların pulunu ödəyə bilməmişdir. Buna görə həmin şəxslər barəsində polisə müraciət etmişdir. Hazırda 8 zərərçəkmiş şəxsdən 6-na dəymiş ziyanı tam olaraq ödəmiş, 2 zərərçəkmiş şəxsə isə qismən ödəniş etmişdir. Ümumlikdə zərərçəkmiş şəxslərə dəymiş 27860 manat ziyandan 24110 manat ödənilmişdir. Törətmiş olduğu əməldən peşiman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, himayəsində 1 az yaşlı uşağını olduğunu bildirib barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün ev təmiri edən ustaların yanında fəhləlik edir. Təqsirləndirilən şəxs həmkəndlisidir, Təqsirləndirilən şəxs mal-qara alveri və ət kəsib satmaqla məşğul olmuşdur. Anar ondan bir neçə dəfə iri buynuzlu heyvanlar alaraq satmış və pulunu geri ödəmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Anar yaşadığı evə gələrək ondan iri buynuzlu heyvan istəmiş, bu zaman Anara təsərrüfatında olan bir baş erkək dana, bir baş inək və onun balasını sata biləcəyini bildirmiş, həmin vaxt Anar həmin heyvanlara baxmaq istəmiş, Anarın istəyini nəzərə alaraq birlikdə yaşadığı evin yaxınlığındakı otlaq sahəyə getmişlər. Otlaq sahədə otlayan heyvanları göstərmiş, bu zaman Anar həmin heyvanları almaq istədiyini bildirmiş, Anara heyvanları 2500 manat pul məbləğində sata biləciyini demiş, lakin Anar onun dediyi qiymətlə razılaşmamış və həmin heyvanları 2250 manata almaq istədiyini bildirmiş, bu zaman bir baş erkəyi 850 manata, bir baş inəklə onun balasını isə 1400 manat satacağına dair razılaşmışlar. Anarla razılaşdıqdan sonra həmin heyvanları Anarın yaşadığı evin həyətyani sahəsinə sürərək aparmış,həmin vaxt Anar da onun yanında olmuş, heyvanları Anarın yaşadığı evin həyətyani sahəsinə apardıqda Anarın atası Natiq onları qarşılamış, Anar heyvanları ondan alandan sonra 1 həftə müddətində razılaşdığı miqdarda pul vəsaitini ödəyəcəyini demiş, Anara heyvanların qarşılığında 2250 manat pulu, ya da, həmin dəyərə bir baş cins inək və onun balasın verməsini təklif etmiş, Anar onun bu təklifi ilə razılaşmış, lakin Anar ona vəd verdiyi heyvanların pulunu ödəməmiş, bir müddət keçdikdən sonra Anarın ondan başqa da şəxslərdən də heyvanlarını satacağı adı ilə alıb aparmasını, lakin söz verdiyi pullarını geri ödəməməsini bilmişdir. Anarın ondan aldığı bir baş erkək dana 1 yaşlı olmaqla, boz rəngli, diri halda çəkisi təxminən 120 kq olmaqla, heç bir fiziki qüsuru olmamış və qiyməti 850 manat olmuş, digər bir baş inək isə 2 yaşlı olmaqla, qırmızı rəngli, diri halda çəkisi təxminən 150 kq olmaqla, heç bir fiziki qüsuru olmamış və qiyməti 1000 manat olmuş və bir baş buzov 5 aylıq olmaqla, qırmızı rəngli, diri halda çəkisi təxminən 60 kq olmaqla, heç bir fiziki qüsuru olmamış və qiyməti 400 manat olmuş, həmin heyvanları Anarın yaşadığı evin həyətyanı sahəsinə aparanda sonuncunun atası Natiq Nəbiyev orada olmuşdur. Anar ümumilikdə ona 2250 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyandan 1100 manat ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi olmadığın və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, Təqsirləndirilən şəxs mal-qara alveri və ət kəsib satmaqla məşğul olmuşdur. Anar dəfələrlə ondan mal-qara almış, sonradan gətirib pulu vermişdir. Beləcə Anara inamı yaranmışdır. Anar oğlu Turaldan 4 baş iribuynuzlu heyvan istəmiş, Tural da ondan bu barədə soruşduqda Anarın həmkəndlisi və qonşusu olduğunu nəzərə alaraq inanıb Turala həmin heyvanları verməsini demişdir. Tural da Anara xx.xx.2023-cü il tarixdə bir baş cöngə, iki baş inək və balası olan bir baş erkək buzov vermiş, heyvanların qiymətini 3600 manata razılaşmış, Anar heyvanları satıb pulunu gətirib verəcəyini demişdir. Heyvanları həyətdən sürüb aparmış, lakin Anar vəd verdiyi kimi həmin heyvanların pulunu gətirib verməmiş, sonradan Anar ondan başqa şəxslərin də heyvanlarını satacağı adı ilə onlardan alıb apardığını, lakin pullarını vermədiyini eşitmişdir. Həmin heyvanlar ona məxsus olsa da, Anara razılığı ilə oğlu Tural vermiş, 19 dekabr 2023-cü il tarixdə verilən heyvanlardan bir baş inək 3 yaşlı, qırmızı rəngli, diri halda çəkisi təxminən 130 kq olmaqla qiyməti 1700 manat olmuş, bir baş cöngə 1 yaşlı, ala-boz rəngli, xırda buynuzlu, diri halda çəkisi təxminən 80 kq olmaqla qiyməti 1050 manat olmuş, bir baş inək 4 yaşlı, qara rəngli, buynuzlu, diri halda çəkisi təxminən 80 kq olmaqla qiyməti 720 manat olmuş və bir baş buzov isə 4 aylıq, qara rəngli, diri halda çəkisi 30 kq olmaqla qiyməti 130 manat olmuşdur. Anar Turala heyvanları aparıb satandan sonra gətirib pullarını verəcəyini demiş, lakin heyvanları satmaq üçün kimə verəcəyini və ya kiminlə birlikdə satacağı barədə bir söz deməmişdir. Anar ona ümumilikdə 3600 manat məbləğində maddi ziyan vurmuşdur Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Astara rayonu, Vaqo kəndində ailəsi ilə birlikdə yaşayır, təsərrüfatında iribuynuzlu heyvanlar var və həmin heyvanları böyüdərək satır. Təqsirləndirilən şəxs tanışıdır, bügündək Anarla aralarında ədavəti və ya düşmənçili olmamış, Anarın qəssablıqla və mal-qara alveri ilə məşğul olduğunu bilmiş, bu səbəblə də aralarında münasibət yaranmışdır. Anara əvvəllər dəfələrlə iribuynuzlu və xırda buynuzlu heyvan satmış, satdıqdan sonra Anar aldığı heyvanların pulunu qısa zamanda ödəmiş, lakin Anar ondan 2023-cü ilin dekabr ayında aldığı heyvanların qarşılığı olan pulladan az bir hissəsini ödəsədə da, çox hissəsini ödəməmiş, 2023-cü ilin dekabr ayının ortalarında Anar ondan 2 gün ardıcıl olmaqla 8 baş inəyi almış, birinci dəfə gəldikdə ondan 2 yaşlı, qırmızı rəngli, çəkisi 150 kq olmaqla qiyməti 1275 manat, 3 yaşlı, qara rəngli, çəkisi 140 kq olmaqla qiyməti 1820 manat, 2 yaşlı, qara rəngli, çəkisi 155 kq olmaqla qiyməti 1355 manat və 3 yaşlı, sarı rəngli, çəkisi 135 kq olmaqla qiyməti 1755 manat olan 04 baş inəyi almış, ertsəi gün də qalan 03 baş inəyi almış, həmin heyvanların ümumi dəyəri 11400 manat olmuş, Anar həmin heyvanların pulundan ona hissə-hissə olmaqla ümumilikdə 2800 manatını odəmiş, lakin geridə qalan 8600 manatını ödəməmiş, heyvanlarının pulunu Anardan aldığı heyvanların pulunu istədikdə, bu zaman Anara heyvanları ona satdığını demiş və yenidən pulu verməsini tələb etmiş, 2023-cü ilin dekabr ayının ortalarında Anar ondan iri-buynuzlu heyvanları alərkən yanlarında Şahmar və Elsevər olmuş, heyvanları almaq üçün Anar ilk gün Şahmarın idarə etdiyi “Ford” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili ilə gelmiş, ertəsi gün isə Elsevərin idarə etdiyi “Atego” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili ilə gəlmiş, ancaq Elvin orada olmamış, ondan malqaranı Anar təkbaşına almışdır. Anarın ondan aldığı iri-buynuzlu heyvanların əlaməti cins heyvanlar olmuş, 2 yaşlı, qırmızı rəngli, çəkisi 150 kq olmaqla qiyməti 1275 manat, 2 yaşlı, qara rəngli, çəkisi 160 kq olmaqla qiyməti 1355 manat, 2 yaşlı, sarı rəngli, çəkisi 160 kq olmaqla qiyməti 1440 manat, 2 yaşlı, qara rəngli, çəkisi 155 kq olmaqla qiyməti 1355 manat, 2 yaşlı, qırmızı rəngli, çəkisi 165 kq olmaqla qiyməti 1320 manat, 3 yaşlı, sarı rəngli, çəkisi 135 kq olmaqla qiyməti 1755 manat, 3 yaşlı, qara rəngli, çəkisi 140 kq olmaqla qiyməti 1820 manat və 4 yaşlı, qırmızı rəngli, çəkisi 180 kq olmaqla qiyməti 1080 manat olan inəklər olmuşdur. Anar ona ümumilikdə 11400 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi olmadığın və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün qoyun-quzu alveri ilə məşğul olmuş, bundan başqa təsərrüfatında iribuynuzlu heyvanlar olmuş, onları böyüdüb satmış, Təqsirləndirilən şəxs onun tanışı olmuş, hər hansı bir ədavəti və düşmənçiliyi olmamış, Anar qəssablıqla və mal-qara alveri ilə məşğul olmuş, bu səbəbdən münasibəti yaranmış, Anara əvvəllər dəfələrlə iribuynuzlu və xırda buynuzlu heyvan satmış, satdıqdan sonra Anar aldığı heyvanların pulunu ən geci 3 günə gətirib vermiş, sonuncu dəfə Anar ondan 2023-cü ilin dekabr ayında gəlib 2500 manat dəyərində 01 baş inək heyvanı alıb aparmış, Anar həmin inəyin pulunu 05 yanvar 2024-cü il tarixdə verəcəyini demiş, lakin vəd etdiyi vaxtda inəyin pulunu verməmişdir. O, Şahid3 də mal-qara alverçisi kimi tanıdığı üçün zəng edib bu barədə soruşduqda, sonuncu Anardan hər hansı bir heyvan almadığını bildirmiş, bundan sonra Anara zəng edərək heyvanını satdığını deyərək pulunu da istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında satıb pulunu 05 yanvar 2024-cü il tarixdə verəcəyi adı ilə ondan 2500 manat dəyərində 01 baş inək almış və həmin zaman yanlarında hər ikisinin tanışı Elsevər olmuş, Anar ora Elsevərin idarə etdiyi “Atego” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili ilə gəlmiş və aldığı inəyi həmin avtomobilə yükləyib aparmış, Elvin yanlarında olmamış, ümumiyyətlə Elvin onun həyətindən mal-qara alıb aparmamış, mal-qaranı Anar təkbaşına almışdır. Həmin inək “Semintal” cinsindən olmaqla, 4 yaşında, diri halda çəkisi təxminən 400 kq olmaqla heç bir qüsuru olmamışdır. Anar ona ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi olmadığın və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin qismində tanınmış Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iş üzrə ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs şikayətçi olmadığını və səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs7 elan edilmiş ifadəsində göstərmişdir ki, təsərrüfatında iribuynuzlu heyvanlar olmuş, lakin həmin heyvanlara baxa bilmədiyi üçün hissəhissə hamısını mərhum əri Məstiəli Baxşiyev satmış, bundan sonra təsərrüfatlarında iki baş iribuynuzlu heyvan qalmış, qalan 2 baş iri buynuzlu heyvanl isə səhhətində problem olduğu üçün pul lazım olmuş, bu səbəblədə satmaq qərarına gəlmiş, özü sata bilmədiyi üçn qaynı oğlu X1 həmin iki baş heyvanı satmasını xahiş etmiş, bundan sonra Elburus da heyvanlar ondan alaraq 20 noyabr 2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs satmış, Anar həmin heyvanları Elburusdan 3000 manata almasına dair razılaşmış, lakin Anar həmin heyvanların pulunu satdıqdan sonra ödəyəcəyini bildirmiş, ancaq Anar verdiyi sözə əməl etməyərək Elburusdan aldığı heyvanların qarşılığı olan 3000 manat məbləğində pul vəsaitini ödəməmiş, həmin heyvanlardan bir başı erkək olmaqla 2 yaşlı, diri halda çəkisi 200 kq, sarı rəngli olmaqla heç bir fiziki qüsuru olmamış, ikici erkək heyvanın qiyməti təxminən 1700 manat olmuş, və sonuncu heyvanın isə dişi olmaqla, 3 yaşlı, 180 kq, qara rəngli olmaqla heç bir fiziki qüsuru olmamış və qiyməti isə təxminən 1300 manat olmuş, həmin heyvanlar ana bala olmuşdur. Anar ona ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsini iribuynuzlu heyvan alıb-satmaqla dolandırmış, Təqsirləndirilən şəxs həmkəndlisidir, Təqsirləndirilən şəxs mal-qara alveri və ət kəsib satmaqla məşğul olmuş, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Anar ona zəng edərək təsərrüfatında mal-qara olubolmadığını soruşmuş, və almaq istədiyini bildirmiş, Anara cavabında erkək və dişi heyvanlar olduğunu demiş, bundan sora Anar ertəsi gün gələrək baxacağını demiş, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı Maşxan kəndindəki heyvanları saxladığı sahədə olarkən Anar ora gələrək heyvanlara baxmış, orada otlayan heyvanlardan bir baş cöngəni, bir baş inək və onun balasını bəyənmiş və almaq istədiyini bildirmiş, həmin heyvanları 3100 manat məbləğində sata biləcəyini demiş, Anarla onunla razılaşmış, və heyvanların pulundan 100 manatını həmin vaxt ona vermiş, qalan 3000 manatını isə 1 ay müddətində, yəni xx.xx.2024-cü il il tarixədək verəcəyini bildirmiş, Anarın bu təklifi ilə razılaşmış, Anar əvvəllər də ondan inək alaraq aparmış və pulunu 1 ay müddətində gətirərək geri ödəmiş, Anarla razılaşdıqdan sonra heyvanları aparmaq üçün Anar ora həmkəndlisi Elsevər Əliyevi çağırmış, təxminən üzərindən bir saat keçdikdən sonra Elsəvər idarə etdiyi “Mercedes” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yük avtomaşını ilə oraya gəlmiş və Anara satdığı heyvanları həmin maşına yüklədikdən sonra Anarla birlikdə çıxaraq getmiş, Anar və Elsəvərin heyvanları hara apardığını bilməmiş, bir müddət keçdikdən sonra, Anar məndən başqa şəxslərin də heyvanlarını satacağı adı ilə onlardan alaraq apardığını, lakin həmin şəxslərin də pullarını vermədiyin bilmiş, Anara satdığı heyvanlardan bir baş cöngə 2 yaşlı, qırmızı rəngli, xırda buynuzlu, diri halda çəkisi təxminən 155 kq olmaqla qiyməti 2000 manat olmuş, digər bir baş inək 8 yaşlı, sarı rəngli, tək buynuzlu, diri halda çəkisi təxminən 80 kq olmaqla qiyməti 700 manat olmuş və sonuncu bir baş buzov isə 1 yaşlı, sarı rəngli, diri halda çəkisi 50 kq olmaqla qiyməti 400 manat olmuş, Anar ona aldığı heyvanları Elvinə Cəbiyevə verməsi ilə bağlı heç bir söz deməmiş, Anarın deməsinə görə ondan aldığı heyvanları təşkil olunmuş heyvan bazarlarına apararaq satacaq və bundan sonra əldə etdiyi pul ilə heyvanların qarşılığına dair əvvlcədən razılaşdıqları pul vəsaitini ödəyəcəyinə söz vermiş, lakin heyvanları satmaq üçün kimə verəcəyini və ya kiminlə birlikdə satacağı barədə bir söz deməmiş, Şahid3 tanısa da onun həyətinndən gəlib mal-qaranı Anar aparmış, Elvin onun həyətinə gəlməmişdir. Anar ona ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi olmadığın və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təqaüdçüdür, Təqsirləndirilən şəxs həmkəndlisidir, Təqsirləndirilən şəxs mal-qara alveri və ət kəsib satmaqla məşğul olduğunu bilmiş, daha öncələr Anar ondan bir neçə dəfə iri buynuzlu heyvanlar alaraq satmış və qarşılığında razılaşdıqları pul vəsaitini ödəmiş, hazırda təsərrüfatında 6 baş iribuynuzlu heyvan olmuş, 2023-cü ilin oktyabr ayında isə təsərrüfatında 8 baş iribuynuzlu heyvan olmuş, mal-qaranı hər gün sübh saat təxminən 5-6 radələrində evinin yaxınlığında olan otlaq sahəyə aparmış və axşam saat 18 radələrində heyvanları oradan həyətindəki tövləyə aparırmış, 2023-cü ilin oktyabr əvvəllərində təxminən günorta saat 13 radələrində Anarın işlədiyi ət mağazasının yanından keçən zaman Anar onu görmüş və heyvanının olub-olmadığını soruşmuş, Anara cavabında heyvanlarını otlatdığı sahəyə gələrək baxmasını demiş, Anarda ertəsi gün zəng edərək gələcəyini bildirmiş, ertəsi gün günorta saatlarında Anar ona zəng edmiş və sahəyə gəlmək istədiyini demiş, bu zaman Anara gələ biləcəyini bildirmiş və evdən çıxaraq heyvanların otladığı sahəyə getmiş, üzərindən bir qədər keçdikdən sonra Anar tanışı Elvin adlı şəxslə həmin otlaq sahəsinə ağ rəngli dövlət qeydiyyat nişanının xatırlamadığı “Qazel” markalı yük avtomaşını ilə gəlmiş və avtomobili Elvin idarə etmiş, Elvin və Anara təsərüfatımda olan heyvanlardan bir baş inəyi göstərmiş və 900 manata satmaq istədiyini demiş, bu zaman ona qiymətdə endirim etməsini istəmiş, istəyi nəzərə 100 manat endirim edəbiləcəyini lakin öncə bu barədə həyat yoldaşı ilə məsləhət etmək istədiyini bildirmiş, onun cavabından sonra Elvin və Anar oradan getmişlər, daha sonra oda otlaq sahədən ayrılaraq evə getmiş, evdə həyat yoldaşı Minəbacı ilə inəyi Anara 800 manata satmaq istədiyini məsləhət etmiş, yoldaşı bununla bağlı heç bir etiraz etməmiş, bir qədər keçdikdən sonra Anar ona yenidən zəng edərək nə qərara gəldiyini soruşmuş, Anara cavabında 100 manat hörmət edə biləcəyimi demiş, Anarda onun təklifi ilə razılaşmış, ertəsi gün heyvanlarını otlaq sahəsinə aparsada, Anarın seçdiyi inəyi həyətdə saxlamış ki, gələrək seçdiyi heyvanları təhvil alsınlar, günorta saatlarında Anar tanışı Elvinlə birlikdə “Qazel” markalı, dövlət qeydiyyat nişanını xatırmadığı avtomobil ilə yaşadığı evin həyətinə gəlmiş və heyvanı avtomobilin yük hissəsinə yerləşdirmiş, sonra çıxıb getmişlər. Üzərindən təxminən 20 gün keçdikdən sonra mən Anara zəng edərək razılaşdıqları pul vəsaitini ödəməsini istəmiş, Anarda cavabında narahat olmamasını pulu ən qısa zamanda ödəyəcəyini demiş, bir qədər sonra Anarın atası Natiqlə danışaraq vəziyyəti izah etmişdir. Anara satdığı bir baş inək dörd yaşlı, qara rəngli, 85 kq, dəyəri isə 800 manat olmuşdur. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi olmadığın və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamış, Anar əvvəllər ondan bir neçə dəfə iribuynuzlu heyvanlar alaraq satmış, satdıqdan sonrada əldə etdiyi pul vəsaiti ilə razılaşdıqları məbləğdə pulu ödəmiş, hazırda təsərrüfatında 5 baş iribuynuzlu heyvan olmuş, 2023-cü ilin oktyabr ayında isə təsərrüfatımda 6 baş iribuynuzlu iribuynuzlu heyvan olmuş, 01 oktyabr 2023-cü il tarixdə günorta saatlarında evdə olarkən Anar ona zəng edərək satmaq üçün bir baş iribuynuzlu heyvan istədiyini bildirmiş, cavabında Anara gələrək baxmasını demiş, üzərindən bir neçə saat keçdikdən sonra Anar tanışı Elvin adlı şəxslə birgə “Mercedes Atego” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili ilə gəlmiş, Anar tanışı Elvinlə yaşadığı evin həyətinə gəldikdən sonra ondan hansı heyvanı satmaq istədiyimi soruşmuş, bu zaman həyətində olan bir baş qırmızımtıl rəngdə düyəni göstərərək 1300 manat məbləğində pul vəsaiti qarşılığında satmaq istədiyini demiş, bundan sonra Anar heyvanı ondan 1200 manata almaq istədiyini bildirmiş, bu zaman 50 manat güzəşt etmiş və düyəni 1250 manata satacağını demiş, bundan sonra Anar ona hazırda pulunun olmadığını, 05 oktyabr 2024-cü il tarixdə düyənin qarşılığı olan 1250 manat pul vəsaitini ödəyəcəyini bildirmiş, onlarla razılaşmış, bundan sonra düyəni “Mercedes Atego” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomaşınına yükləyərək aparmış, ertəsi gün təcili pul lazım olduğundan Anara zəng edərək razılaşdıqları pul vəsaitini düzəldib-düzəltmədiyini soruşmuş, Anar cavabında pulu hələ düzəldə bilmədiyini demiş, bundan sonra dəfələrlə Anara zəng edərək pulunı tələb etsə də, hər dəfə Anar müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmış, 2023-cü ilin dekabr ayının sonlarında Anardan yenidən pulunu istəmək üçün Anarın işlədiyi Maşxan kəndində yerləşən ət satışı mağazasına getmiş, mağazada Anardan pulu istədikdə ondan aldığı düyənin puıunu verə bilmədiyini demiş və ona əlinə pul düşən kimi pulu ödəyəcəyini demişdir. Anar ondan aldığı 1baş iribuynuzlu heyvanı 01 oktyabr 2024-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı Astara rayonu, Pəlikəş kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gələrək almış və razılaşdıqları pul vəsaitini həmin 1 baş iri-buynuzlu heyvanı sataraq ödəyəcəyini demiş, inək 3 yaşlı, qırmızımtıl rəngli, diri halda çəkisi təxminən 220 kq olmaqla, heç bir fiziki qüsuru olmamış və qiyməti 1250 manat olmuşdur. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi olmadığın və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes Atego” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşımaqla məşğul olur, Təqsirləndirilən şəxs həmkəndlisidir, hal-hazirki vaxtadək aralarında hər hansı bir ədavət və düşmənçilik olmamış, 2023-cü ilin dekabr ayının müxtəlif vaxtlarında qonşusı Anar ona mobil telefon vasitəsi ilə zəng edərək birlikdə aldığı iribuynuzlu heyvanları gətirməyi xahiş edirmiş, Anarın xahişi ilə o müxtəlif vaxtlarda kənd sakinlərinin evinə gedərək iribuynuzlu heyvanları almış və Anarın həyətinə aparmış, əvvəlcə dekabr ayının əvvəllərində təxminən saat 10-11 radələrində Anarla birlikdə Astara rayonu Lələkəpeştə kəndində yaşayan Qafarın həyətinə getmiş, həmin vaxt Anar Qafardan təsərüffatında olan 4 baş iribuynuzlu heyvanı almış və onun idarə etdiyi yük maşınına yükləmiş, Anar həmin vaxt Qafardan aldığı heyvanların pullarını satdıqdan sonra verəcəyini demiş, Qafar da Anarın bu təklifi ilə razılaşırmış, Qafardan aldığı heyvanları Anarın həyətinə gətirərək düşürmüş, bundan sonra evinə getmiş, üzərindən təxminən iki gün keçdikdən sonra saat 15-16 radələrində Anarla birlikdə yenidən Qafarın yaşadığı evin həyətyanı sahəsinə getmiş, Anar yenidən oradan 3 baş iribuynuzlu heyvan götürərək avtomobilin yük yerinə yükləmiş, sonuncunun həmin vaxt Qafara pul verməsinin şahidi olmamış, həmin 3 baş heyvanı Anarın həyətinə gətirmiş, heyvanları avtomobildən boşaltdıqdan sonra oradan çıxaraq getmiş, bundan başqa, 2023-cü ilin dekabr ayının ortalarında təxminən saat 13 radələrində Anar ona zəng edərək Ərçivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs6 həyətinə çağırmış, daha öncədən də Zərərçəkmiş şəxs6 tanımış, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamış, idarə etdiyim “Mercedes Atego” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İbrahimin yaşadığı evə getmiş, həmin vaxt Anar İbrahimdən bir baş inək götürərək avtomobilə yükləmiş, Anar həmin vaxt İbrahim hər hansı bir məbləğdə pul verməmiş, lakin aralarında nə söhbət olduğunuda bilməmiş, bundan sonra o Anarla birlikdə həmin inəyi sonuncunun yaşadığı evin həyətinə aparmış, avtomobili boşaltdıqdan sonra evə getmiş, təxminən üzərindən 2-3 gün keçdikdən sonra, təxminən 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Anar ona zəng edərək istifadəsində olan avtomobil ilə Maşxan kəndində yerləşən sahəyə gəlməsini demiş, bundan sonra istifadəsində olan avtomobil ilə Anarın dediyi əraziyə getmiş, həmin əraziyə çatdıqdan sonra Anarın həmkəndliləri olan Famillə birlikdə söhbət etdiyini görmüş, daha sonra Anar həmkəndliləri Famildən 3 baş iribuynuzlu heyvan alaraq avtomobilə yükləmiş, Anarın həmin vaxt Famildən aldığı heyvanların pulunu veribvermədiyini isə bilməmiş, həmin heyvanları avtomobilə yüklədikdən sonra Anarla birlikdə sonuncunun yaşadığı evin həyətinə aparmış, heyvanları avtomobildən boşaltdıqdan sonra evə getmiş, Anarın dələduzluq yolu ilə Astara rayonu Vaqo kənd sakini Zərərçəkmiş şəxs5, Ərçivan qəsəbə sakini Zərərçəkmiş şəxs6, Maşxan kənd sakini Zərərçəkmiş şəxs2 və digər şəxslərin iribuynuzlu heyvanlarını ələ keçirməsi barədə hər hansı bir məlumatı olmamış, Anar hər dəfə heyvan gətirməyinə görə 20-30 manat pul vermiş, heyvanları sataraq əldə etdiyi pullardan ona heç bir məbləğdə pul verməmiş və ya bu barədə vəd də verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid3 tanımış, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamış, əvvəllər mal-qara alveri ilə məşğul olduqda münasibəti yaranmış, Təqsirləndirilən şəxs tanımış, hər hansı bir ədavətim və düşmənçiliyi olmamışdır. Anar əvvəllər Elvinlə birlikdə mal-qara alveri ilə məşğul olmuş, belə ki, Anar birlikdə işlədiyi vaxtlarda Elvinin “Mercedes Atego” markalı, dövlət qeydiyyat nişanınını bilmədiyi yük avtomaşınını idarə etməklə mal-qara daşımış, bildiyi qədər ilə Anarın Elvinə 4500 manat pul borcu yaranmış, Anar borcunun bir hissəsini vermiş, 2300 manatını isə borclu qalmış, 2023-cü ilin dekabr ayının ortalarında Anar Elvinə boğaz inək təklif etmiş, Anar həmin inəyin dəyərini 2800 manat hesablamış, aralarındakı razılaşmaya əsasən Anar 500 manat da əlavə verəcəkmiş, Elvin də qarşılığında bir baş dana verəcəkmiş, lakin Anarın 500 manatı olmadığına görə Elvin dananı verməmiş, nə zaman pul düzəldib gətirsə, həmin dananı ona verəcəyini demiş, Anar həmin inəyi həmkəndlisi Elsevərin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə gətirmiş, həmin vaxt orada tanışı Lənkəran rayonu, Parakənd kənd sakini Ruslan Mirzəzadə də olmuş və o, Anarla Elvinin arasında olan mal-qara alverinin şahidi olmamışdır. Bundan başqa 2024-cü ilin mart ayının əvvəllərində gecə saatlarında Ərçivan qəsəbəsində olarkən X5 zəng edərək evinə çağırmış, o, Elvinlə birlikdə İbrahimin evinə getmiş, onlar ora getdikdə orada İbrahim, Qafar Hüseynav, İdrac adlı şəxs və adlarını xatırlamadığı şəxslər olmuş, adlarını bilmədiyi şəxslər Elvindən Anara borclu olduğu 95000 manat pulu qaytarmasını istəmiş, Elvin də, Anarı aldatmadığını və borcu olmadığını bildirmiş, orada İdrac Elvindən iki baş erkək dana istəyərək satıb pulunu verəcəyini demiş, Elvin də müxtəlif vaxtlarda iki baş heyvanı vermişdir. O, Anarın biznes qurmaq adı ilə Elvinə pul verəcəyini bilməmişdir. Onlar görüşən zaman Elvinə qarşı kimsə hədə qorxu gəlməmiş, Elvinlə söhbət edərək Anara olan borcunu ödməsini tələb etmişlər. Elvin isə heç bir borcunun olmadığını bildirmiş, yəni orada hər hansı bir mübahisə və ya dava-dalaş olmamışdır. İşdə olan sənədlərdən görünür ki, Astara rayonu, Maşxan kənd sakini Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında Astara rayonunda Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə ümumilikdə 2250 manat dəyərində 3 baş iribuynuzlu heyvanını alıb, satdıqdan sonra pulunu verəcəyi barədə yalan vəd verib, aldadaraq dələduzluq etməsi faktına görə 16 avqust 2024-cü il tarixdə Astara RPŞ-nin İstintaq Bölməsində CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır. İşdə olan sənədlərdən görünür ki, Astara rayonu, Maşxan kənd sakini Təqsirləndirilən şəxs 2023-ci ilin dekabr ayı ərzində Astara rayonunda Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə edib 1900 manat dəyərində 3 baş iribuynuzlu heyvanını, 24 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib 3100 manat dəyərində 3 baş iribuynuzlu heyvanını alıb, satdıqdan sonra pulunu verəcəyinə vəd verib, aldadaraq təkrar dələduzluq etməsi faktına görə 20 may 2024-cü il tarixdə Astara RPŞ-nin İstintaq Bölməsində ********* nömrə altında CM-in 178.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır. İşdə olan sənədlərdən görünür ki, Astara rayonu, Maşxan kənd sakini Təqsirləndirilən şəxs 2023-ci ilin dekabr ayı ərzində Astara rayonunda Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edib 11400 manat dəyərində 8 baş inəyini alıb, satdıqdan sonra pulunu verəcəyinə vəd verib onları aldatması faktına görə 27 fevral 2024-cü il tarixdə Astara rayon prokuroru Əli Əliyev tərəfindən CMin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqın aparılması üçün Astara RPŞ-nin İB-nə göndərilmişdir. 20 may 2024-cü il tarixdə CM-in 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə başlanan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmış, cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 02 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, diri çəkisi 220 kq, 3 yaşlı, 1 baş düyənin 2023-cü ilin oktyabr ayı üzrə orta bazar qiyməti 1250 manat, diri çəkisi 120 kq, 1 yaşlı, 1 baş dananın 2023-cü ilin oktyabr ayı üzrə orta bazar qiyməti 850 manat, diri çəkisi diri çəkisi 150 kq, 2 yaşlı, 1 baş inəyin 2023-cü ilin oktyabr ayı üzrə orta bazar qiyməti 1000 manat, diri çəkisi diri çəkisi 60kq, 5 aylıq, 1 baş buzovun 2023-cü ilin oktyabr ayı üzrə orta bazar qiyməti 400 manat, diri çəkisi diri çəkisi 85 kq, 4 yaşlı, 1 baş inəyin 2023-cü ilin oktyabr ayı üzrə orta bazar qiyməti 800 manat, diri çəkisi 200 kq, 2 yaşlı, 1 baş inəyin 2023-cü ilin noyabr ayı üzrə orta bazar qiyməti 1700 manat, diri çəkisi 180 kq, 3 yaşlı, 1 baş inəyin 2023-cü ilin noyabr ayı üzrə orta bazar qiyməti 1300 manat, diri çəkisi 400 kq, 4 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 2500 manat, diri çəkisi 150 kq, 2 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1275 manat, diri çəkisi 140 kq, 3 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1820 manat, diri çəkisi 160 kq, 2 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1355 manat, diri çəkisi 135 kq, 3 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1755 manat, diri çəkisi 160 kq, 2 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1400 manat, diri çəkisi 180 kq, 4 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1080 manat, diri çəkisi 155 kq, 2 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1355 manat, diri çəkisi 165 kq, 2 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1320 manat, diri çəkisi 130 kq, 3 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1700 manat, diri çəkisi 80 kq, 4 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 720 manat, diri çəkisi 80 kq, 1 yaşlı, 1 baş cöngənin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 1050 manat, diri çəkisi 30 kq, 4 aylıq, 1 baş buzovun 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 130 manat, diri çəkisi 155 kq, 2 yaşlı, 1 baş cöngənin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 2000 manat, diri çəkisi 80 kq, 8 yaşlı, 1 baş inəyin 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 700 manat və diri çəkisi 50 kq, 1 yaşlı, 1 baş buzovun 2023-cü ilin dekabr ayı üzrə orta bazar qiyməti 400 manat olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2025-ci il təvəllüdlü Məhəmmədəli Nəbiyev adlı bir uşağı vardır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün tam etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlarla təkrarən (ümumilikdə 8 epizod üzrə) aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını - 27.860 manat pulu ələ keçirib ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti tam etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, öhdəsində bir azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını və iş üzrə 8 zərərçəkmiş şəxsdən 6-na vurulmuş maddi ziyanın tam, digər iki zərərçəkmiş şəxsə isə qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, iş üzrə cəzanı yüngülləşdirə halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini, qanuni, ədalətli və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş materiallarına əlavə olunmuş, 27 mart 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan, Astara Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Astara Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni 27 iyul 2024-cü il tarixədək uzadılmışdır. İşdə olan Astara Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qəmtimkan tədbiri ilə əvəz edilmiş və həbsdən azad edilmişdir. İşdə olan qətimkan tədbirinin seçilməsi haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədibiri ilə əvəz edilərək iş üzrə icraat dayandırılmış və axtarış elan edilmişdir. Cinayət işinə əlavə olunmuş 21 may 2025-ci il tarixli məktubdan görünür ki, тягсирляндирилян шяхс Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə tutularaq Lənkəran penitensiar kompleksinə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və о, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə zərərçəlmiş şəxslərə geri qalan ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilməldir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 86 (səksən altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 mart 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay və 20 may 2025-ci il tarixdən 22 iyul 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 02 (iki) gün, cəmi 06 (altı) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 04 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən evi gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 86 (səksən altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə zərərçəlmiş şəxsə geri qalan ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilsin Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-13/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-13/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver