Məhkəmə qərarları › İş №1(018)-130/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-130/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-130/2025 07.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1993-cü ildə Astara rayonu, Səlivə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Astara rayonu, Səlivə kəndində qeydiyyatda olan, xx.xx.2025-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, habelə qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və aşkar edilib götürülənədək üzərində saxlamışdır. Belə ki, o, 2025-ci ilin aprel ayında istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitki kollarının toxumlarını Astara rayonu, Səlivə kəndində yerləşən yaşadığı evin həyətyanı bağ sahəsində satış məqsədi olmadan əkib-becərərək onlara aqrotexniki qaydada qulluq etmiş, dibini yumşaltmış, gübrələmiş suvarma işləri aparmaqla qanunsuz olaraq tərkibində narkotik maddələr olan 5 (beş) ədəd çətənə (kannabis) bitkisini kultivasiya etmiş, 25 iyun 2025-ci il tarixdə saat 07:02 dəqiqədən 07:23 dəqiqəyədək qeyd olunan bağ sahəsinə onun razılığı əsasında Astara RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman 5 (beş) ədəd, ümumi təmiz çəkisi 260 (iki yüz altmış) qram təşkil edən, xeyli miqdarda yaş vəziyyətdə olan əkilib becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 8,929 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 01 sentyabr 2025-ci il tarixdə, saat 19:41 dəqiqədə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Şüvi kəndi ərazisində yolun kənarında dayanarkən saxlanılmış, üstü yoxlanılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi xeyli miqdarda -8,929 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Göstərilən xususatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, habelə digər ibtidai araşdırma sənədləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMin 234.1-ci və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, evlidir və 2 azyaşlı uşağı ilə birlikdə Astara rayonu, Slivə kəndində yaşayır. Bakı şəhəri, Türkan kəndində yerləşən daş karyerində işləyir. Son altı ayda narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 2025-ci ilin aprel ayında Astara rayonu, Səlivə kəndi ərazisində yerləşən özünə məxsus evin bağ sahəsində 5 (beş) ədəd marixuana toxumu əkmiş, məqsədi isə gələcəkdə öz istifadəsini təmin etmək olmuşdur. Həmin yerdə bitirdiyi çətənə kollarına su verərək qulluq etmişdir. 25 iyun 2025-ci il tarixdə saat 07 radələrində yaşadığı evdə olan zaman kiminsə onu çağırmasını eşidib həyətə düşmüş, bu zaman bir nəfər şəxsin polis xidməti geyim formasında, üç şəxsin isə mülki geyimdə olmasını görmüşdür. Həmin şəxslər Astara rayon polis şöbəsinin əməkdaşları olmasını bildirmişlər, yaşadığı evin həyətində çətənə kolları əkib-becərdiyi barədə məlumat daxil olmasını izah edərək oraya baxış keçirilməsinin vacibliyini izah etmişlər. O da həyətə və bağ sahəsinə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı bağ sahəsində meyvə ağaclarının arasında əkdiyi 5 ədəd çətənə kollarının yerini göstərmişdir.Həmin kollar iştirakçıların müşahidəsi ilə protokollaşdırılaraq götürülmüşdür.Bundan başqa 2025-ci ilin avqust ayının 20-22-də Astara rayonu, Səlivə kəndi ərazisində yolda piyada gəzən zaman yerdən bir ədəd kibrit qutusu tapmış, həmin qutunu açıb baxarkən içərisində qurudulmuş marixuana olmasını görmüş və kibrit qutusunu cibinə qoymuşdur. 01 sentyabr 2025-ci il tarixdə saat 19:40 radələrində tanışları X4 və Şahid7 ilə birlikdə Astara rayonu, Şüvi kəndi ərazisində “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman mülki paltarda olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər, Astara RPŞ-nin əməkdaşları olmasını bildirmişlər. Daha sonra polis əməkdaşları üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirmişlər, videoçəkiliş aparmaqla üstünün yoxlamağa başlamışlar. O da əynindəki şalvarı cibində saxladığı kibrit qutusunu içərisində olan qurudulmuş marixuana olmasını bildirmiş və təqdim etmişdir. Həmin kibrit qutusu açılıb baxıldıqda içərisində qurudulmuş marixuana olması müəyyən edilmiş, aşkar edilmiş qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, həmin zərfi bütün iştirakçılar kimi o da imzalamışdır. Əməlindən çox peşman olmasını və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə Astara rayonu, Səlivə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, Astara RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili Şahid6, PPXB-nin taqım komandiri Şahid4 daxil edilmişdir. Daha sonra 01 sentyabr 2025-ci il tarixdə, saat 19:41 dəqiqədə yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Şüvi kəndi ərazisində “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında adları şəxsiyyətləri onlara sonradan məlum olan Astara rayonu, Səlivə kənd sakini Şahid8 və Şüvi kənd sakini Şahid7 yanında saxlanılmışdır. Bundan sonra şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu üzərində narkotik vasitə marixuana olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri tərəfindən yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibində 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlədən başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Bafəddin oğlu ondan öncə dindirilən Şahid1 ifadəsinə oxşar ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə evinin önündə daş daşıyan zaman Təqsirləndirilən şəxs və Şahid8 birlikdə ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs ona kömək etmək istədiyini bildirmişdir. Bu zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb Astara rayon polis şöbəsinin əməkdaşları olmasını bildirmişlər, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirib saxlamışlar. Həmçinin videoçəkiliş aparılmaqla Turanla yanaşı onun və Azadın da üstünün yoxlanılacağını bildirmişlər. Bundan sonra ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulduqda Turan əynindəki şalvarın cibindən narkotik vasitə olmasını bildirmişdir. Buna görə də polis əməkdaşları Turanın üstünü yoxlamışlar və bir ədəd kibrit qutusunu tapmışlar, həmin qutu açılıb baxıldıqda içərisində narkotik vasitə nəşə olması müəyyən edilmişdir. Həmin narkotik vasitə tərəzidə çəkildindən sonra zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan başqa, videoçəkiliş aparılmaqla onun və Azadın üstünü yoxladıqda üzərilərindən narkotik vasitə, qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə, səhər saatlarında Turanın evində usta işləmişdir. Həmin gün saat 17 radələrinə krediti ödəmək məqsədilə Şüvi kəndinə getmişdir. Saat təxminən 19:30 radələrində Şüvi kəndi ərazisində avtomobil idarə edərkən gözünə qum dənəsinin düşməsinə görə avtomobili saxlayıb yaxınlıqda yaşayan Şahid7 gözünə baxmasını və qum dənəsini çıxarmasını xahiş etmişdir. Fərmail də gözünə baxıb ona yardım edərkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb Astara rayon polis şöbəsinin əməkdaşları olmasını bildirmişlər, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirib saxlamışlar. Həmçinin videoçəkiliş aparılmaqla Turanla yanaşı onun və Fərmailin də üstünün yoxlanılacağını bildirmişlər. Bundan sonra ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulduqda Turan əynindəki şalvarın cibindən narkotik vasitə olmasını bildirmişdir. Buna görə də polis əməkdaşları Turanın üstünü yoxlamışlar və bir ədəd kibrit qutusunu tapmışlar, həmin qutu açılıb baxıldıqda içərisində narkotik vasitə nəşə olması müəyyən edilmişdir. Həmin narkotik vasitə tərəzidə çəkildindən sonra zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan başqa, videoçəkiliş aparılmaqla onun və Şahid7 üstünü yoxladıqda üzərilərindən narkotik vasitə, qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 07 radələrində Astara RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mahir Tahirli, Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı X5, PPXB-nin polis nəfəri Şahid3, Astara rayon Bitki və Fomiqasiya Mərkəzinin rəisi Şahid9 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs çağırıb yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə şübhəli olmasını, buna görə də qeyd edilən ünvana baxış keçirilməsinin zəruriliyini izah etmişlər. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etiraz etməyərək bununla bağlı RPŞ-nə ərizə yazmışdır. Daha sonra Astara RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mahir Tahirli tərəfindən onun, Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı X1, PPXB-nin polis nəfəri Şahid3, Astara rayon Bitki və Fomiqasiya Mərkəzinin rəisi Şahid9 iştirakları ilə videoçəkiliş aparılmaqla həmin ünvana baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib-etməməsi soruşulmuş, Təqsirləndirilən şəxs da həyətyanı bağ sahəsində bağ sahəsində çətənə kolları əkməsini bildirmişdir. Baxış zamanı qamışların arasında 3 (üç) ədəd, ağacların arasından (xəndəkdə) 2 (iki) ədəd 10sm-dən 140 sm ölçülərdə, ümumilikdə 5 (beş) ədəd yaş halda kultivasiya edilmiş halda çətənə bitkisinə oxşar kollar aşkar edilmiş, həmin kök üstə olan bitkilər iştirakçıların köməkliyi ilə dartılıb yerindən çıxarılmışdır. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkiləri 2025-ci ilin aprel ayında şəxsi istifadəsi üçün əkdiyini, həmin bitkiləri əkməsindən ailə üzvlərinin və başqa şəxslərin məlumatının olmadığını, toxumları Bakı şəhərində daş karxanasında işləyən zaman almasını, bitkilərə qullaq göstərməsini, suvarmasını, dibini belləməsini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan şahidlər X5, Şahid3, Şahid4, Şahid6 və Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadələr təqsirləndirilən şəxsin və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan digər sübutların təhlili: İş materiallarında olan (cild İ səhifə 87-88) xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 07:02 dəqiqədən 07:23 dəqiqəyədək RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Rauf Mənsurzadə, RPŞ-nin KCQMQnun baş əməliyyat müvəkkili Şahid2, PPXB-nin polis nəfəri Şahid3, Astara rayon Bitki və Fomiqasiya Mərkəzinin rəisi Şahid9 iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs Astara rayonu, Səlivə kəndində yerləşən yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib-etməməsi soruşulmuş, Təqsirləndirilən şəxs da həyətyanı bağ sahəsində bağ sahəsində çətənə kolları əkməsini bildirmişdir. Baxış zamanı qamışların arasında 3 (üç) ədəd, ağacların arasından (xəndəkdə) 2 (iki) ədəd 10sm-dən 140 sm ölçülərdə, ümumilikdə 5 (beş) ədəd yaş halda kultivasiya edilmiş halda çətənə bitkisinə oxşar kollar aşkar edilmiş, həmin kök üstə olan bitkilər iştirakçıların köməkliyi ilə dartılıb yerindən çıxarılmışdır. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan (cild İ səhifə 160) xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Astara RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Mahir Tahirli tərəfindən tərtib xx.xx.2025-ci il tarixdə saat 07:02 dəqiqədən 07:23 dəqiqəyədək RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Rauf Mənsurzadə, RPŞ-nin KCQMQ-nun baş əməliyyat müvəkkili Şahid2, PPXB-nin polis nəfəri Şahid3, Astara rayon Bitki və Fomiqasiya Mərkəzinin rəisi Şahid9 iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs Astara rayonu, Səlivə kəndində yerləşən yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib-etməməsi soruşulmuş, Təqsirləndirilən şəxs da həyətyanı bağ sahəsində bağ sahəsində çətənə kolları əkməsini bildirmişdir. Baxış zamanı qamışların arasında 3 (üç) ədəd, ağacların arasından (xəndəkdə) 2 (iki) ədəd 10sm-dən 140 sm ölçülərdə, ümumilikdə 5 (beş) ədəd yaş halda kultivasiya edilmiş halda çətənə bitkisinə oxşar kollar aşkar edilmiş, həmin kök üstə olan bitkilər iştirakçıların köməkliyi ilə dartılıb yerindən çıxarılmışdır. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan (cild İ səhifə 35-37) xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında protokoldan məlum olur ki, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 01 sentyabr 2025-ci il tarixdə saat 19:41-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Astara RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Astara rayonu, Şüvi kəndi ərazisində “Niva” maraklı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında Astara rayonu, Səlivə kənd sakini Şahid8 və Şüvi kənd sakini Şahid7 yanında dayandığı zaman saxlanılmış, üstü yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusundan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, elektron tərəzidə çəkildikdə isə 11,88 qram çəkidə olması müəyyən edilmişdir. Bundan başqa, həmin vaxt Şahid8 və Şahid7 üstü yoxlanılarkən hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. İş materiallarında olan (cild İİ səhifə 01) xx.xx.2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 sentyabr 2025-ci il tarixdə saat 19:41-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Astara RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Astara rayonu, Şüvi kəndi ərazisində “Niva” maraklı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında Astara rayonu, Səlivə kənd sakini Şahid8 və Şüvi kənd sakini Şahid7 yanında dayandığı zaman saxlanılmış, üstü yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusundan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, elektron tərəzidə çəkildikdə isə 11,88 qram çəkidə olması müəyyən edilmişdir. Bundan başqa, həmin vaxt Şahid8 və Şahid7 üstü yoxlanılarkən hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. İş materiallarında olan (cild İ səhifə 90) Astara rayon Bitki və Fomiqasiya Mərkəzinin rəisi Şahid9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Astara RPŞ-nin əməkdaşları ilə birlikdə həmin tarixdə Astara rayonu, Səlivə kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə baxış zamanı aşkar edilərək götürülmüş narkotik tərkibli 05 (beş) ədəd çətənə kolları aşkar edilmiş, həmin kollar ərazidə şitil olaraq sonralar köçürmə yolu ilə əkilmiş və onlara aqrotexniki qaydada qulluq edilmiş, yəni suvarılmış, peyin verilmiş, dibləri alaq otlarından təmizlənmişdir. Aşkar edilmiş çətənə kollarının hündürlüyü 10-140 (on-bir yüz qırx) sm olmuşdur. İş materiallarında olan (cild İ səhifə 115-116) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli 19/265 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Astara rayonu, Səlivə kənd sakini Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd çətənə bitkisinə oxşar bitki ağacı...» sözlər və imzalar olan kisədəki ümumi sayı 05 ədəd, 10-140 sm hündürlükdə, yaş vəziyyətdə ümumi təmiz çəkisi 260,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisinin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: -Çətənə bitkisinin ümumi təmiz çəkisi 260,0 qram., cəmi tədqiqata sərf olundu- 0,25qram., qalıq 259,75 qram. İş materiallarında olan (cild İ səhifə 43-44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsi tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli 19/355 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözlər olan bir ədəd zərfdəki, digər zərfin içərisində 1 ədəd kibrit qutusunda təmiz çəkisi 8,928 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 8,929 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 8,829 qram. İş materiallarında olan (cild İ səhifə 157) 27 iyun 2025-ci il tarixli maddi sübutun tanınması və həlli barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki bağ sahəsindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd, 260,0 qram çətənə bitkisinin tədqiqatdan sonrakı 259,75 qram qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Astara rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan (cild İİ səhifə 09) 04 sentyabr 2025-ci il tarixli maddi sübutun tanınması və həlli barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8,929 qram narkotik vasitə qurudulmuş marixuananın 8,829 qram qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Astara rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan (cild İİ səhifə 63-81) cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə dindirilməsi zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə Astara rayonu, Səlivə kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinə baxış keçirilən və maddi sübut götürülən zaman çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməklə saxlanılmış. Əməliyyat-axtarış tədbirlərinin gedişatımn rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılmışdır. «Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd, 260,0 qram çətənə bitkisinin tədqiqatından sonrakı 259,75 qram qalığının xx.xx.2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Astara rayon polis şöbəsinin saxlanana təhvil veriliməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8,929 qram narkotik vasitə qurudulmuş marixuananın 8,829 qram qalığının xx.xx.2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Astara rayon polis şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan (cild İ səhifə 183 və cild İİ səhifə 56) Ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 380 nömrəli və xx.xx.2025-ci il tarixli, 484 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin gedişatını əks etdirən digər sənədlər: İş materiallarında olan (cild İ səhifə 91) 25 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhə edildiyinə görə tutma tətbiq olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 131) 26 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikas CM-in 237.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 154) təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 26 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (cild İ səhifə 18) 01 sentyabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə şübhə edildiyinə görə tutulma tətbiq olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 60) 02 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikas CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 75) 03 sentyabr 2025-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir, cinayət işinin istintaqı CM-nin 234.1 və 237.1-ci maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan (cild İ səhifə 243-244) Astara Rayon Məhkəməsinin 4(018)-48/2025 saylı 03 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (cild İ səhifə 178) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxdir. İş materiallarında olan (cild İ səhifə 170) Astara RİHB-nın Şuvi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 11 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə özünü taxşı aparır, birgə yaşayış qaydalarına mütəmadi olaraq əməl edir. Həmyaşıdları ilə mehriban dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs barəsində Şuvi İƏD üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı şikayət, irad və təklif daxil olmamışdır. İş materiallarında olan (cild İ səhifə 172) 19 mart 2014-cü il tarixli 923629 nömrəli nikah haqqında şəhadətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 14 mart 2019-cu il tarixdə 10 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan (cild İ səhifə 171) Astara RİHB-nın Şuvi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 489 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, anası – xx.xx.1965-cü il tarixdə anadan olmuş X2, arvadı – xx.xx.1990-cı il tarixdə anadan olmuş X6, qızı – xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 və oğlu – xx.xx.2015-ci il tarixdə anadan olmuş X8r. İş materiallarında olan (cild İ səhifə 173) şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş Rəhimzadə Nübarın atası Təqsirləndirilən şəxs, anası Məmmədova Rənadır. İş materiallarında olan (cild İ səhifə 174) şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş Rəhimli Tacirin atası Təqsirləndirilən şəxs, anası Rəhimova Rənadır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı şahid ifadələri, ekspert rəyləri, mütəxəssis rəyi, baxış və götürmə protokolları, maddi sübut, diskə baxış protokolları tam şəkildə təhlil edilib bir biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə , əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər.Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə - əkmə, yetişdirmə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilərək cinayət təqibinə xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 adlı 2 uşağı vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı hissəsində göstərilmişdir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər Amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci hissəsində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil. İş üzrə maddi ziyan yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməkdə, habelə qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmək, daşımaq və aşkar edilib götürülənədək üzərində saxlamaqda təqsirləndirilir. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 1.16-cı və 5.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarın 1.16-cı və 5.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, saxlanılması üçün Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış yaş vəziyyətində ümumi təmiz çəkisi 259.75 qr olan çətənə bitkisi və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,829 qram narkotik vasitə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 1.16-cı və 5.1-ci hissəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış yaş vəziyyətində ümumi təmiz çəkisi 259.75 qr olan çətənə bitkisi və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,829 qram narkotik vasitə - marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar