Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-131/2025 19.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçsi Astara rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayon məhkəməsinin 11 fevral 2025-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1000 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası ödənilməmiş, Astara rayonu Siyaku kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Astara rayonu, Siyaku kəndində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs övladı Zərərçəkmiş şəxs burun nahiyəsindən kəllə ilə qəsdən bir dəfə zərbə vuraraq, sonuncuya burun nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, evlidir. Zərərçəkmiş şəxs doğma oğludur. Mahiyyəti üzrə bildirmişdir ki, əvvəllərdə ailəsində bu tipli mübahisələr olmuşdur. 20 oktyabr 2025-ci il tarixdə yaşadığı evdə olmuşdur. Həmin gün saat 22 radələrində oğlu Orxan və arvadı Şükufə evə gəlmişlər. Arvadı ilə mübahisə zamanı oğlu Orxan həmin mübahisəyə müdaxilə etmişdir. Orxan ondan arxada olduğundan başı onun üz nahiyəsinə dəymişdir. Törətdiyi əməldən peşimandır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Özü və anası sitrus bağlarında fəhləlik edərək pul qazanırlar. Atası Təqsirləndirilən şəxs isə işləmir, spirtli içki aludəçisidir və evdə tez-tez səbəbsiz yerə mübahisə və münaqişə yaradır. Mahiyyəti üzrə bildirmişdir ki, 20 oktyabr 2025-ci il tarixdə axşam saatlarında həmişə kimi anası ilə işdən evə qayıtmışlar. Atası Zaur onlara evə gələrkən siqaret və spirtli içki almağı tapşırmışdır. Siqareti alsalar da ancaq spirtli içkini almamışlar ki, atası yenə içib evə dava salacaqdır. Evə gəldikdən sonra atası Zaur istədikləri alıb-almadıqlarını soruşmuş, o da atasına mağazada spirtli içki olmadığını bildirib, ancaq siqaret aldığını bildirmişdir. Atası Zaur onlara yalan danışdıqlarını və qəsdən almadıqlarını irad tutub pul istəmişdir. O və anası pul onlara lazım olduğundan ona pul vermək istəməmişlər. Buna görə atası onunla mübahisə etmiş və mübahisə zamanı başı ilə üz nahiyəsinə vurmuşdur. Atası Zaurun başı onun burnuna dəymiş və qan axmışdır. Qan kəsmədiyindən taksi ilə gecə saatlarında xəstəxanaya getmişlər. Hazırda atası ilə barışmadığını, atasının islah olunması üçün bir müddət həbsdə yatmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Lənkəran rayonlararası “MTE və PA Birliyi”nin Zona mərkəzindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 295 nömrəli məhkəmə tibb eksperti rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində burun nahiyəsində yara aşkar edildi. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Astara rayon İcra və Probasiya Şöbəsinin 19 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin 02 fevral 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə təyin edilmiş 1000 manat cərimə cəzası Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, cəzasını ümumi rejimli cəza çəkmə müəssəsində çəkməli və cəzasının əvvəli hökm elan olunduğu vaxtdan hesablanmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Astara rayon məhkəməsinin 11 fevral 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2025-cil tarixdən hesablansın. Hökmün icrası cərimə cəzasına münasibətdə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-131/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-131/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver