Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-132/2023 23.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Astara rayonu Seləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu Seləkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda tərkibində narkotik maddələr(komponentlər) olan narkotik tərkibli çətənə (kannabis) növünə aid bitki toxumlarıni Astara rayonu, Seləkəran kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq əkmiş, əkdiyi toxumlardan cücərmiş 03 ədəd çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, 12 iyun 2023-cü il tarixdə, saat 20 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı ümumi təmiz çəkisi-200,0 qram olan, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli 03 ədəd çətənə bitkiləri yaşadığı evin arxa tərəfində olan bostan sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi bir iş yeri yoxdur. Buna baxmayaraq ailədə yeganə gəlir gətirən şəxsdir. Fərdi qaydada Astara və Lənkəran rayonları ərazisində işləyib ailəsinin dolanışığını təmin edir. 20 ildən artiq müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir.Təxminən 4 il əvvəl,2019-cu ilin yay aylarında işləmək məqsədi ilə Bakı şəhərində Türkan qəsəbəsinə getmiş, qəsəbədə olan zaman, günorta saatlarında yolda piyada yeriyərkən yol kənarında sellofan büküm görmüş, həmin sellofan büküm diqqətini cəlb etdiyindən içərisinə baxmış və bükümün içərisində 3 ədəd çətənə bitki toxumunun olduğunu görmüşdür. Sonradan Astara rayonunda yerləşən yaşadığı evə gəldikdə həmin toxumları da özü ilə götürmüşdür. Fikirləşmişdir ki, toxumları əkib, çətənə kolu yetişdirər və gələcəkdə özü üçün qurudulmuş marixuana əldə edər. Sonradan ailə üzvlərinin və qonşularının çətənəbitkilərini görəcəyindən qorxub, çətənə toxumlarını əkməmişdir. Belə ki, 3 ədəd toxumu yaşadığı evdə gizlətmiş, 2023-cü ilin aprel ayında 3 ədəd toxumu həyətində əkmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, ailə üzvləri çətənə bitkilərini görsələr də nə olduğunu bilməzlər. 2023-cü ilin aprel ayının sonlarında, təxminən saat 15 radələrində 3 adəd çətənə bitkisinin toxumunu evinin həyətində əkmişdir. Bir neçə gün keçdikdən sonra bitkilərin torpaqdan cücərdiyini görmüşdür. Bundan sonra həmin bitkilərin ətrafinı alaq otlarından təmizləmiş, sonra isə bitkilərə su verərək qulluq etməyə başlamışdır ki, bitkilər yaxşı yetişsin. Bitkilərdən ikisi yaxşı inkişaf etsə də, biri nisbətdə zəif inkişaf etmişdir. 12 iyun 2023-cü il tarixdə, təxminən saat 20 radələrində yaşadığı evdə olan zaman həyətin giriş darvazasından səs gəldiyini eşitmişdir. Qapıya yaxınlaşdıqda 2 avtomobilin evinin qarşısında olduğunu, avtomobildən düşən şəxslərin içərisində polis əməkdaşlarının olduğunu görmüşdür. İlk öncə düşünmüşdür ki, kimsə şikayət etmiş və həmin səbəbdən də polislər evinə gəlmişlər. Polislərə yaxınlaşdıqda özlərini təqdim edib həyətində narkotik tərkibli bitkilərin əkilməsində şübhələrin olduğunu, həmin səbəbdən də evinin həyətinə baxış keçirmək istədiklərini demişlər. Artıq ifşa olunduğunu bilib,polislərin evinə baxış keçirmələrinə etiraz etməmiş və bu barədə ərizə ilə müraciət də etmişdir. Bundan sonra polislər həyətinə daxil olmuşlar, videoçəkilişdən istifadə edilməklə evinin həyətinə baxış keçirilmişdir. Baxış başlanan zaman həyətində narkotik tərkibli bitki olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. Həmin təklifdən sonra polisləri 3 ədəd çətənə bitkisini əkdiyi yerə aparıb, bitkiləri təqdim etmişdir. Baxışda mütəxəssis də iştirak edirmiş və mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənəbitkisi olduğunu, bitkilərə xüsusi qulluq göstərdiyini bir daha təsdiq etmişdir. Daha sonra çətənə bitkiləri kökündən çıxarılmış və iki ədəd zərfdə qablaşdırılaraq, həmin zərf möhürlənmişdir. Sonra isə zərfin üzərində müvafiq qeydlər aparilmiş, baxışda iştirak edən digər şəxslərlə birlikdə zərfin üzərində imzalarını çəkmişdir. Bundan sonra polislar onu avtomobilləri ilə Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Binaya daxil olduqda dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarini müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştiraki iləsənədlər tərtib edilmiş və həmin sənədləri imzalamışdır. Bundan sonra müdafiaçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməkə üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət törətdiyini başa düşür, əməlindən peşmandır. Himayəsində 2 azyaşlı uşağın olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Astara RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində xidmət edir. 12 iyun 2023-cü il tarixdə Astara rayonun Seləkəran kənd sakini X2 yaşadığı evin həyətyanı sahəsində narkotik təbiətli çətənəbitkilərini əkib becərməsi barədə şöbənin NMQ-nin əməliyyatçısı Şahid1 əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılmasını təmin etmak məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Ardınca 12 iyun 2023-cü il tarixdə saat 20 radələrində dəvət olunmuş X6in iştirakıilə əməliyyat qrupunun tərkibində xidməti avtomobillə Seləkəran kəndində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs ilə həyətinin qarşısında görüşüb gəlişlərinin səbəbini izah edib, həyətə baxişkeçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və evinin arxasında olan bağin içində çətənə bitkisinin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinin bağ sahəsinə video çəkiliş vasitəsi, dəvət olunmuş mütəxəssisin iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Bağda qarğıdalı və digər bostan bitkiləri əkilmiş, həmin bitkilərin arasında 3 ədəd, onlardan 2 ədədi təxminən 60 sm və 1 ədədi isətəxminən 20 sm hündürlüyündə narkotik təbiətli çətənə bitkisinə oxşar bitki aşkar etmişlər. Əməliyyat tədbirində iştirak edən X6 kolların çətənəkollari olmasını, kolların toxum vasitəsilə əkildiyini və kollara aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Aşkar edilmiş həmin bitkilər dartılıb yerindən çıxarılmış və ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 1 ədəd bağlamada yerləşdirilib,bağlamanın üzəri möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qurudulmuş marixuanadan istifadə edir, təxminən bir ay yarım əvvəl küçədə yerdən tapdığı çətənə toxumlarını gətirib həyətində əkmiş, toxumlar cücərib kol olduqdan sonra su verib, dibini yumşaldaraq alaq otlardan təmizləmiş, çətənətoxumlarının əkilməsində və çətənə kollarına qulluq edilməsində heç kim ona köməklik etməmiş, ailə üzvlərinin bostanda çətənə bitkisi olmasından məlumatı olmamış,bostani yalnız özü suvarır, bitkilər böyüdükdən sonra yarpaqlarını qırıb qurudub marixuana edəcəkmiş. Baxışın sonunda bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamani Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, narkotik təbiətli çətənə bitkisini öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədilə əkmiş, əvvəllər heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Astara RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 iyun 2023-cü il tarixdə Astara rayonun Seləkəran kənd sakini Təqsirləndirilən şəxs yaşadıği evin həyətyanı sahəsində narkotik təbiətli çətənə bitkilərini əkib becərməsi barədə icraatina əməliyyat məlumati daxil olmuşdur. Məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Bunun ardınca 12 iyun 2023-cü il tarixdə saat 20 radələrində dəvət olunmuş X6in iştirakı ilə əməliyyat qrupunun tərkibində xidməti avtomobillə Seləkəran kəndində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs ilə həyətinin qarşısında görüşüb gəlişlərinin səbəbini izah edib,yəni həyətdənarkotik təbiətli çətənə bitkiləri əkib-becərməsində şübhələrinin olmasını deyib, həyətəbaxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və evinin arxasında olan bağın içində çətənə bitkisinin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinin bağ sahəsinə video çəkiliş vasitəsi, dəvət olunmuş X6in iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Bağda bostan bitkiləri əkilmişdir, həmin bitkilərin arasında 2 ədəd təxminən 60 sm və 1 ədəd təxminən 20 sm hündürlüyündə narkotik təbiətli çətənə bitkisinə oxşar bitkilər aşkar etmişlər. X6 kolların çətənə kolları olmasını, kolların toxum vasitəsiləəkildiyini vəkollara aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Aşkar edilmiş həmin bitkilər iştirakçıların köməkliyi ilə dartılıb yerindən çıxarılmış və ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 1 ədəd bağlamada yerləşdirilib, bağlamanın üzəri möhürlənmişdir. Baxışın sonunda bu barədə protokol tartib olunmuş vo iştirakçılar tarəfindan imzalanmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə şöbəyə məlumat daxil olmamışdir. İş materialında olan məhkəmə-bioloji ekspertizasının 13 iyun 2023-cü il tarixli 19/646 N-li rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, "tədqiqata təqdim olunmuş üzərində «Astara rayonu Seləkəran kənd sakini X2 həyətyani sahəsindən aşkar olunmuş 3 (üç) adad çatana bitkisinə oxşar kütlələr...» sözlər və imzalar olan paketdəki, ümumi sayı 3 (üç)ədad,20-60 sm hündürlükdə, ümumi təmiz çəkisi 200,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur.Tədqiqata sərf edildi cəmi- 0,1 qram, qalıq 199.9 qramdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 16 iyun 2023-cü il tarixli, 644 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki,-“Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulunda yaranan Asılıliq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazirda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Astara RİHB-nın Suparibağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2023-ci il tarixli 759 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonun Seləkəran kəndində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Suparibağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2008-cü il təvəllüdlü X7 adlı övladları var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və himayəsində iki azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından X3 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 03 ədəd ekspertiza təhqiqatında sonra qalıq çəkisi 199.9 qram çətənə (kannabis) bitkisi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Selakəran kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 03 ədəd ekspertiza təhqiqatında sonra qalıq çəkisi 199.9 qram çətənə (kannabis) bitkisi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-132/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-132/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver