Məhkəmə qərarları › İş №1(018)-135/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-135/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-135/2023 15.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Astara rayonu, Balaca Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Balaca Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində bu cinayət işi üzrə “polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Lənkəran rayon məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -0,454 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 mart 2023-cü il tarixdə, saat 15:10-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Astara rayonu, Balaca Şahağacı kəndi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 02 ədəd qızılı rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,236 qram və -0,218 qram olmaqla ümumi təmiz çəkisi -0,454 qram olan narkotik vasitə heroin onun əynində olan boz rəngli gödəkcənin sağ yan cibindəki sellofan bağlamanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara rayonu, Balaca Şahağacı kəndində yaşayır. Təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir, narkomandır. 08 mart 2023-cü il tarixdə Lənkəran şəhər Mərkəzi Bazarının yaxınlığında tanımadığı bir şəxsdən 10 manata 2 ədəd bükümdə yarım qrama yaxın çəkidə narkotik vasitə olan heroin almışdır. Yaşadığı Astara rayonu, Balaca Şahağacı kəndində küçə ilə piyada gedərkən, yanında avtomobil dayanmış, avtomobildən düşən mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, onun razılığına əsasən onu Astara RPŞnin inzibati binasına gətirmişlər. Polis şöbəsində dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. İlkin olaraq təhqiqatçı ona üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. O, əynində olan gödəkcənin sağ yan cibindən sellofan bağlamaya bükülmüş 2 ədəd bükümdə narkotik vasitə olan heron çıxarıb, təqdim etmişdir. Bundan sonra təqdim etdiyi 2 ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən edildikdən sonra 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonra protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçi və baxışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Hazırda o, əməlində peşman olmuş, xəcalət çəkir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 08 mart 2023-cü il tarixdə Astara RPŞ-nə Astara rayonun Balaca Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat ilə əlaqədar tərkibinə onunda daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu 08 mart 2023-cü il tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs Astara rayonun Balağca Şahağacı kəndində yaşadığı evin yaxınlığında piyada küçədə gedən zaman ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs razılığı ilə onu Astara RPŞ-yə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, üzərində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. İlk əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan büküm çıxarıb, təqdim edib bildirmişdir ki, həmin bükümün içində heroin vardır. Həmin bükümə baxış zamanı müəyyən edilmişdir ki, sellofan bükümün içində 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş, spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr vardır. 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş kütlə ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin narkotik vasitə olan heroini 08 mart 2023-cü il tarixdə Lənkəran şəhərində, tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanışahid qismində dindirilmiş X3 oğlu da Şahid ilə eyni məzmunlu ifadə verməklə onin göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan Astara rayon polis şöbəsinin rəisinin müavinin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 08 mart 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 08 mart 2023-cü il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin gün, saat 16:10-dan saat 16:30-dək Astara RPŞ-də xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışın başlancağında Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan büküm təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin kütlədən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, həmin sellofan bükümə baxış zamanı içində 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş, spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin narkotik vasitə olan heroini 08 mart 2023-cü il tarixdə Lənkəran şəhərində, bazarın yaxınlığında tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 09 mart 2023-cü il tarixli, 19/278 nömrəli rəyindən görünür ki, “məhkəmə fiziki-kimyəvi ekspertiza” üzrə verilmiş 09 mart 2023-cü il tarixli, 19/278 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Əhmədov X5 üzərindən aşkar olunnmuş 02 (iki) ədəd bükümdə kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi: -0,236 qram; -0,218 qram; -ümumi təmiz çəkisi: -0,454 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Rəyin qeyd hissəsindən isə görünür ki, narkotik vasitə heroinin təmiz çəkisi 0,454 qramdır, cəmi tədqiqata 0,1 qram sərf edilmiş və 0,354 qram narkotik vasitə heroin qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 09 mart 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 09 mart 2023-cü il tarixli, 272 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir – Təqsirləndirilən şəxs Opioidlərin və Stimulyatorların qəbulundan yaranan Asılılıq sindromu (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,454 qram olmuş, tədqiqatdan sonra qalan 0,354 qram olan narkotik vasitə heroinin axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış tədqiqatdan sonra qalan 0,354 qram olan narkotik vasitə heroin saxlanılmasından üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 1 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BaşƏməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 19 aprel 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, təqsirləndirilən şəxs X4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Astara RPŞ-nin təhqiqatçısının 08 mart 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə saat 15:55-də “şübhəli şəxs kimi tutulmuşdur.” Cinayət işinin materiallarında olan Astara RPŞ-nin müstəntiqinin 10 mart 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 10 mart 2023-cü il tarixdə saat 11:10-da «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Kakolos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Balaca Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Kakolos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 10 mart 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixə kimi olan 2 gün müddəti ona təyin edilən cəzadan çıxmağı əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq çəkisi 0,354 qram olan narkotik vasitə heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini, hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini, onun Lənkəran rayon məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə barəsində, başqa cinayət işi üzrə, həbs qətimkan tədbiri seçilməsi nəzərə alınınmasını, cəzanın əvvəlinin 15 avqust 2023-cü il tarixdən hesablanmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şühbəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsən. Onun cəzanın əvvəli 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək, «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs barəsində bu cinayət işi üzrə seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq çəkisi 0,354 qram olan narkotik vasitə heroin məhv edilsin. Videoçəkilişin aparıldığı 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar