Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-136/2023 23.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi X2 və Astara rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmak haqqinda iltizam" qətimkan tədbiri seçilmis Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə, saat 13radələrində dayisi Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayışevinə qonaq getdikdən sonra evin yataq otağında olan dolabın içərisində pul olduğunu görüb, özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə,saat 15 radələrində yataq otağında olan dolabın içərisindən 400(dörd yüz) manat məbləğində pul, 150(yüz əlli) manat qiymətində 1 ədəd qızıl üzük və 100(yüz) manat qiymətində 1 cüt qızıl sırğanı götürüb Zərərçəkmiş şəxs ümumilikdə 650(altı yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə qanuni nümayəndəsi X2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ümumi orta təhsildən sonra, yəni 9-cu sinfi bitirəndən sonra ailəsinin maddi vəziyyəti ilə əlaqədar tam orta təhsil almamış, məktəbdən çıxıb işləməklə ailəsinin dolanışığına köməklik etməyə başlamışdır. Əsasən fərdi qaydada Astara və Lənkəran rayonları ərazisində tapdığı bacardığı işlərdə işləyir. Zərərçəkmiş şəxs onun dayısıdır,aralarinda qarəzli münasibət yoxdur, mütəmadi olaraq onlarin Astara səhar,Noriman Norimanov küçəsində yaşadıqları evə gedib-gəlir. xx.xx.2023-cü il tarixdə saat 13 radalərində yataq otağında Zərərçəkmiş şəxs azyaşlı uşaqlari ilə birlikdə olan zaman həmin otaqda olan dolabın içərisində, üst hissədə pul olduğunu görmüş, özünün və ailəsinin maddi vəziyyəti yaxşı olmadığından və pula ehtiyacı olduğundan həmin pulu gizli götürmək qərarına gəlmiş. Həmin gün saat 15 radələrində dayısı Zərərçəkmiş şəxs evində olan zaman onların gözündən yayınaraq pulun saxlanıldıği yataq otağına daxil olmuş, həmin vaxt pulun hansı dolabda saxlanıldığını bildiyi üçün bir başa həmin dolaba yaxınlaşaraq dolabın içərisində, üst hissəsində saxlanılan 4 ədəd 100 manatliq- 400 manat pulu ələ keçirmiş, həmçinin həmin vaxt orada içərisində qızil olan qutunu görmüş, həmin qızılları da qutunun içərisindən götürərək görməsinlər deyə cibinə qoymuşdur. Bir qədər evdə qaldıqdan sonra saat 17 radələrində dayısı Zərərçəkmiş şəxs evindən çıxmış, ünvan 4 evə gedən zaman həmin puldan 14 manatı mağazaya daxil olaraq özü üçün su və digər ərzaq malları alaraq istifadə etmiş, daha sonra yaşadıği evə gəlmiş, 350 manat pulu yaşadığı evin həyətində olan yarım tikilinin yanında gizlədərək üzərinə kərpiç qoymuş, 36 manatı isə cibinə xərclik kimi qoymuş,qızılları isə yaşadığı evin həyətində çəpərin yanında yer qazaraq orada gizlətmiş, həmin gün axşam saatlarında Astara şəhərinə gəzməyə çıxan zaman cibində olan 36 manat pulu da müxtəlif yerlərə xərcləmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yaşadıği ünvana gələrək onu polis şöbəsinə dəvət etmiş, onunla aparılan sorğu zamanı dayısı Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmiş, oğurluq zamanı əldə etdiyi 400 manat puldan geri qalan 350 manatı və qızılları təqdim edə biləcəyini bildirmişdir. Oğurluq etmək onun öz qərarı olmuş və təkbaşına dayısı Zərərçəkmiş şəxs evində olan zaman oğurluq etmişdir. Vurduğu zərəri ailəsinin köməyi ilə tam ödədiyini, cavan kimi səhv etdiyini, səhvi başa düşdüyünü bildirib ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ailə üzvlərilə birlikdə evdən çıxaraq Astara şəhərində yerləşən dəniz kənarı bulvara gəzməyə getmiş, saat 23 radələrində yaşadıği evə qayıtmış, evə qayıdan zaman evin qapı və pəncərələrində hər hansısa daxil olmaya aid iz olmasının şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində ona pul lazim olduğu üçün yataq otağımdakı dolabın içərisində, üst hissəsində pulu qoyduğu yerdən götürmək istəyəndə orada olmadığını görmüş, həmçinin qızılların da orada olmadığını görmüş, əvvəlcə bu barədə evdən maraqlanmış, bəlkə ailə üzvləri götürüb deyə onlardan maraqlanmış, lakin müsbət nəticə əldə edə bilməmişdir. Sonradan yaşadiği evdan 400 manat pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanın naməlum şəxs və ya şəxslər tərəfindan oğurlanması ona məlum olmuş, bu səbəbdən Astara RPŞ-yə gələrək bu barədə ərizə ilə müraciət etmiş, oğurluq hadisəsinin baş verməsini xx.xx.2023-cü il tarixdə saat 10 radələrində aşkar etmiş, hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsini güman etmişdir. Oğurlanmış 400 manat pul vəsaiti 4 ədəd 100 manatliq pul əskinasından ibarət olmuş, 1 ədəd qızıl üzük nazik və l ədəd (cüt) sırğa kiçik həcmli olmuşdur. Müraciəti əsasında araşdırma zamanı evindən oğurluğu bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən edildiyi məlum olmuşdur. Bacısı oğlu Təqsirləndirilən şəxs oğurladığı pulları və qızıl əşyaları təqdim etməklə tam həcmdə ödəmişdir. Ona vurulan zərər tam olaraq ödəndiyinə görə hazırda bacısı oğluna qarşı şikayət və tələbi yoxdur, ona cəza verilməməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X4 bildirdi ki, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 iyun 2023-cü il tarixdə icraatına daxil olmuş əməliyyat tapşırığına əsasən keçirilmiş bir sira əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən 400 manat pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızil sırğa dəstini sonuncunun bacısı oğlu, 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs oğurlaması barədə məlumat əldə etmiş, buna görə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək ifadəsinin alınmasından ötrü anası Aypara Novruzova ilə birlikdə onu polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs ilə aparilan şifahi sorğu zamanı və dindirlən zaman dayısı Zərərçəkmiş şəxs evindən oğurluq etməsini etiraf etmiş və oğurluq zamanı əldə etdiyi pulu və qızılları təqdim edə biləcəyini bildirdiyi üçün müstəntiq, polis kapitanı Samir Rəsullunun, Aypara Novruzva və özünün iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 4 ünvana getmiş, həmin vaxt Təqsirləndirilən şəxs ailəsilə birlikdə yaşadığı evin həyətində olan yarımtikilinin yanında gizlətdiyi 350 manat pulu, daha sonra çəpərin yanında yerə basdırdığı 1 ədəd çəhrayı rəngli qutunun içərisindəki 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğa dəstini təqdim etmiş, hadisə yerinin fotoları çəkilmiş, müstəntiq Samir Rəsullu tərəfindən həmin pul və qızıllar götürülmüş, protokol tərtib edilmiş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs dayısi Zərərçəkmiş şəxs evindən oğurladığı 400 manat puldan 50 manatını mağazalarda özü üçün xərclədiyini bildirmiş, X1 Muradzadənin pul və qızıl oğurlamasından məlumatı olmamış, Təqsirləndirilən şəxs pulu və qızılları ailə üzvlərinin xəbəri olmadan həyətdə gizlətmişdir. İş materialında olan "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, 1 ədəd 585 əyyarli, 1.60 qram çəkidə qızıl üzüyün orta bazar qiyməti 150 manat, İ ədəd 585 əyyarli, 1.10 qram çəkidə qızıl sırğa dəstinin orta bazar qiyməti 100 manatdır. Məhkəmə təqsirləndirilən şəxsi, zərər çəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcə də məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2023-ci il tarixli 151 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri, İ.Kaverin küçəsi ev 124-də yaşayır. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxs ilə barışıq əldə etməsini, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi subutların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (ay) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri, İ.Kaverin küçəsi ev 124-dü axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi subutların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-136/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-136/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver