Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-138/2023 29.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Astara rayonunda anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu Tüləküvan kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə 29 avqust 2023-cü il tarixdə, Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı, Astara rayon Ojakəran kəndində yerləşən, X3 məxsus kafenin otağında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəmnində mübahisəsi zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla iki dəfə qəsdən zərbə vurmuş, sonuncu müvazinətini itirərək sol əli qapıya dəymiş, nəticədə Zərərçəkmiş şəxs üst dodaq nahiyəsinin əzilmiş yara, sol gözaltı nahiyəsində qançır, sol əl, sağ said nahiyəsində sıyrıqlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayonu, Təngərüd kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında qərəzli münasibət olmamış, münasibətləri yaxşı olmuşdur. duğunu, 23 iyul 2023-cü il tarixdə saat 17 radələrində o, kafedə otaqlara nəzarət edən zaman Təqsirləndirilən şəxs olduğu otaqının qapısının bağlı olduğunu və içərisindən qız və oğlan səslərinin gəldiyini eşitmiş, o kafenin sahibi Ələddin Ağayevə zəng edib “Təqsirləndirilən şəxs otağının qapısı bağlıdır və səs gəlir” demişdir. Ələddin Ağayev ona “Kafedən onları çıxart, ora yeməkxanadır” dediyini, O da otağa yaxınlaşıb açarla qapını açmış, həmin vaxt Təqsirləndirilən şəxs ilə tanımadığı qız söhbət etmişlər, Təqsirləndirilən şəxs ona “niyə məni narahat edirsən” demişdir. O, da ona “müdriyyət tərəfindən göndərilmişəm, burda səs-küy salmayın” demişdir. Ondan sonra aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs onun üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, o da müvazinətini itirib əli qapıya dəyib xəsarət almışdır. O, Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Astara rayonu, Tüləküvan kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıdığını, onunla əvəllər aralarında qərəzli münasibət olmadığını, münasibətləri yaxşı olmuşdur. 23 iyul 2023-cü il tarixdə saat 16 radələrində o, tanışı Mətaim adlı qadınla birlikdə Astara rayonu Ojakəran kəndində yerləşən kafeyə gedib otaqların birində oturmuşlar. Otaqda kondisioner yandığı üçün qapını bağlmaq məcburiyyətində qalmışlar. Zərərçəkmiş şəxs icazə almadan otaqa daxil olub ona “qızla niyə burda oturubsan?” demiş, o da ona “çıx otaqdan, hörmətsizlik etmə” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyi üçün onun üz nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Daha sonra çıxıb kafedən getmişlər. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquq şəxsi Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 237 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- üst dodaq nahiyəsinin əzilmiş yara, sol gözaltı nahiyəsində qançır, sol əl, sağ said nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsvir hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayindən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-138/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-138/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver