Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-138/2025 10.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə xx.xx.1972-ci ildə Astara rayonu, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu Rüdəkənar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2025-ci il tarixdə saat 21:45 radələrində Astara rayonun Rüdəkənar kəndində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruqla qəsdən bir dəfə, sillə yumruq və təpiklə isə bədənin müxtəlif nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq, sonuncuya sol göz almasına yayılmış qansızma, sol göz qapaqaları-gözaltı, sol bazu nahiyələrinə qançırlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə ailəhəyatı qurduqdan sonra Astara rayonun Rüdəkənar kəndində əri və övladları ilə yaşadığını,xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evində olarkən, əri Əflatun bişirdiyiyeməkdən yeyib, spirtli içki də qəbul etdiyini, əri ilə aralarında olan söhbət zamanı “istəyirəmhəyətimizdəki inəklərdən birini satım, işləmək üçün Bakı şəhərinə gedim” deyə əri bildirməsini,“sən mənim üçün inək almamısan, həyətdəki inəyi sata bilmərsən” deyə ərinə bildirməsini, busəbəbdən də aralarında baş verən mübahisə zamanı əri onun üzərinə gələrək, sol göznahiyəsinə yumruqla qəsdən bir dəfə, sillə yumruq və təpiklə isə bədənin müxtəlif nahiyəsinəqəsdən bir neçə dəfə vuraraq onu döydüyünü, əri hər gün spirtli içki qəbul etdiyini, spirtli ickiqəbul edəndən sonra ona qarşı münasibəti dəyişdiyini, məcbur qalıb 102 xidmətinə müraciətedərək ərindən şikayət etdiyini,hadisə yaşadıqları Astara rayonun Rüdəkənar kəndindəki fərdievində baş verdiyini, hadisə 5-6 dəqiqə davam etdiyini, hadisə zamanı ətrafda kənar şəxslər olmadığını göstərmisdir.Hazırda barışmışlar və ona dəyən ziyan ödənilib, Təqsirləndirilən şəxs şikayəti olmadığını, onun barəsində cinayət təqibinə xitam verilməsini və bu barədə ərizəsinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək, zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs üzr istəyib onunla barışdığını, dəymiş zərəri ödədiyini, Zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində cinayət təqibinə xitam verilməsinə razı olduğunu və bununla bağlı ərizəsinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirib barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Lənkəran Rayonlararası "MTE və PA Birliyi"nin Zona Mərkəzindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 305No-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qizinin tibbi müayinəsizamani onun bədəni üzərində - sol göz almasına yayılmış qansızma, sol göz qapaqalari-gözaltı, sol bazu nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk kütəşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir vədərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜLzərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından, həmçinin Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında xahiş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 40.1-ci maddəsində göstərilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 41.4-cü maddəsində göstərilir ki, məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməldir. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması və ona qarşı şikayət və tələbinin olmamasına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərədə tutulmmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 41.4, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-138/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-138/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver