Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-139/2023 13.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzianın, Müdafiəçi, tərcüməçi X3 iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Əfqanıstan İslam Respublikasının Bəqram şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Bəqram şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1996-cı ildə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 06 avqust 1991-ci ildə Əfqanıstan İslam Respublikasının Laqman şəhərində anadan olmuş, X2 vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Laqman şəhərində qeydiyyatda olan hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Hevad Asadzianın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 işləmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Hevad Asadzia ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında N iyun N-cü il tarixdə saat N radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonunun Hamoşam kəndi ərazisində yerləşən 8-ci sərhəd zastavasının 4-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 işləmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Hevad Asadzia ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında N iyun N-cü il tarixdə saat N radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonunun Hamoşam kəndi ərazisində yerləşən 8-ci sərhəd zastavasının 4-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı Hevad Asadzia işləmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında N iyun N-cü il tarixdə saat N radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonunun Hamoşam kəndi ərazisində yerləşən 8-ci sərhəd zastavasının 4-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Əfqanıstan İslam Respublikasının Bəqram şəhərində yaşamışdır. təxminən 2 il əvvəl işləmək məqsədilə Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına getmiş, İran İslam Respublikasının Tehran şəhərində ayaqqabı fabrikində fəhlə kimi işləmiş, saxlanılmamışdan 1 həftə əvvəl ayaqqabı fabrikində birlikdə işlədiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Hevad Asadzia ilə Azərbaycan Respublikasıda işləmək qərarına gəlmişlər. Hevad Asadzianın təyyarə bileti almaq üçün maddi imkanı olmadığından Təqsirləndirilən şəxs2 və özünün isə sənədləri olmadığından İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz gəlmək üçün mobil telefonlarında “Google map” proqramından istifadə edərək 01 iyun N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan sərhəd ərazisinə getmişlər, N iyun N-cü il tarixdə saat N radələrində sərhədi qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər, bir müddət meşəlik ərazidə hərəkət etdikdən sonra uzaqdan yaşayış evlərini görmüşlər. Axşam saatlarında təxminən 23 radələrində hərbi qulluqçular tərəfindən saxlanılmışlar. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində yaşamışdır. Təxminən 8 ay əvvəl işləmək məqsədilə Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına getmiş, İran İslam Respublikasının Tehran şəhərində ayaqqabı fabrikində fəhlə kimi işləmişdir. Saxlanılmamışdan 1 həftə əvvəl ayaqqabı fabrikində birlikdə işlədiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Hevad Asadzia ilə Azərbaycan Respublikasıda işləmək qərarına gəlmişlər. Hevad Asadzianın təyyarə bileti almaq üçün maddi imkanı olmadığından Təqsirləndirilən şəxs1 və özünün isə sənədləri olmadığından İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz gəlmək üçün mobil telefonlarında “Google map” proqramından istifadə edərək 01 iyun N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan sərhəd ərazisinə getmişlər. N iyun N-cü il tarixdə saat N radələrində sərhədi qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər, bir müddət meşəlik ərazidə hərəkət etdikdən sonra uzaqdan yaşayış evlərini görmüşlər, axşam saatlarında təxminən təxminən 23 radələrində hərbi qulluqçular tərəfindən saxlanılmışlar. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Hevad Asadzia ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Əfqanıstan İslam Respublikasının Laqman şəhərində yaşamışdır. Təxminən 1 il əvvəl işləmək məqsədilə Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına getmiş, İran İslam Respublikasının Tehran şəhərində ayaqqabı fabrikində fəhlə kimi işləmişdir. Saxlanılmamışdan 1 həftə əvvəl ayaqqabı fabrikində birlikdə işlədiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Azərbaycan Respublikasıda işləmək qərarına gəlmiş, təyyarə bileti almaq üçün maddi imkanı olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə sənədləri olmadığından İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz gəlmək üçün mobil telefonlarında “Google map” proqramından istifadə edərək 01 iyun N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan sərhəd ərazisinə getmişlər. N iyun N-cü il tarixdə saat N radələrində sərhədi qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər, bir müddət meşəlik ərazidə hərəkət etdikdən sonra uzaqdan yaşayış evlərini görmüşlər, axşam saatlarında təxminən təxminən 23 radələrində hərbi qulluqçular tərəfindən saxlanılmışlar. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Hevad Asadzia Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində çəkir. N iyun N-cü il tarixdə saat 22 radələrində Astara rayonu Hamoşam kəndi yaxınlığında 3 nəfər şübhəli şəxsin olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumatla bağlı dərhal aidiyyəti üzrə məruzə etmiş, əməliyyat müvəkkili baş leytenant Şahid2la Astara rayonu Hamoşam kəndi istiqamətdə hərəkət etmiş, saat 23 radələrində Hamoşam kəndinin ətrafında həmin 3 nəfərə şəxsə yaxınlaşaraq saxlamışlar. Daha sonra saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları olamaları və qanunsuz olaraq dövlət sərhədini keçərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmələri ona məlum olmuşdur. Saxladıqları Əfqanıstan Respublikası vətəndaşları olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzianı sərhəd pozucuları kimi sərhəd naryadlarının müşayəti ilə sərhəd komendantlığına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DSXnin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar və digər sənədlər də sübut növü kimi qəbul edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 08 iyun N-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzia məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 iyun Ncü il tarixli “İnzibati qaydada tutma haqqında” protokollarından məlum olur ki, Təqsirləndirilən şəxs1 03 iyun N-cü il tarixdə saat 02:00-da, Hevad Asadzia 03 iyun N-cü il tarixdə saat 02:30-da və Təqsirləndirilən şəxs2 03 iyun N-cü il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun N-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 03 iyun N-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun N-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 03 iyun N-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun N-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 03 iyun N-cü il tarixdən hesablanmaqla Hevad Asadzia haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzianın Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 qeydiyyatdan keçməməsi, DSX ƏABİ-də və DTX-də adının keçməməsi, məhkumluğunun olmaması, orta təhsilli olması, subay, işsiz olmaları onların şəxsiyyətini səciyyələndirən hallardır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DSX-nin Sərhəd Qoşunları N nömrəli hərbi hisssənin komandiri polkovnik Xalid Əliyevin 03 iyun N-cü il tarixli məktubunda görünür ki, N iyun N-cü il tarixdə saat N radələrində hərbi hissənin 8-ci sərhəd zastavasının 4-cü sahəsindən Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X11 İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq dövlət sərhədini keçdikdən sonra saxlanılmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 iyun N-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X7 İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq keçdikləri yer Astara rayonu Minənbad kəndinin ərazisindəki N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 4-cü sahəsidir. Hadisə yerinə baxış zamanı sərhəd xəttindən mühəndis texniki çəpərinə doğru çoxlu sayda ayaq izləri aşkar olunmuşdur. ƏİR vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzia aşkar olunmuş izlərin onlara məxsus olduğunu bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSX-nin ƏABİ-dən əməliyyat tapşırığına verilmiş sorğuya cavabda göstərilmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzia ilə aparılmış filtirasiya tədbirləri zamanı onlar, Azərbaycan Respublikasına gəlməkdə məqsədlərinin işləmək olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olan məktubdan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşlarıı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzia həmin müəssisədə müalicədə olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olan sənəddən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzia Respublika Narkoloji mərkəzində müalicə olunmamışlar və qeydiyyatda durmurlar. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadziaya qarşı irəli sürülmüş ittiham tam sübuta yetmişdir. Onların əməlində cinayət tərkibi vardır və düzgün olaraq onlara Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzianın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzianın ilk dəfə az ağır cinayət əməlləri törətmələrini, əməllərini etiraf edib, peşman olmalarını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzianın barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzia xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-nin 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hevad Asadzianın cəzanın əvvəlinin 02 fevral N-cü il tarixdən hesablanmasını və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini, hər üçünün barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:
1. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 03 iyun N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın.
2. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 03 iyun N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın.
3. Əfqanıstan İslam Respublikası vətəndaşı Hevad Asadzia Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Hevad Asadzia cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 03 iyun N-cü il tarixdən hesablansın. Hevad Asadzia barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Hevad Asadzia əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov