Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-139/2024 04.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Tərcüməçi: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə İran İslam Respublikasının Rəşt şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsili, əvvəllər məhkum olunmamış, işsiz, İran İslam Respublikasının Rəşt şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1, 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının Rəşt şəhərində olarkən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 0,026 qram təşkil edən 1 ədəd bütöv dərman tableti və tablet parçası metadonu əldə edib saxlamış, İsrail Dövlətinin vətəndaşlığına qəbul olunaraq orada yaşamaq üçün İsrail dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmək məqsədi ilə 10 sentyabr 2024cü il tarixdə, saat 11 radələrində həmin xeyli miqdarda narkotik vasitəni üzərində daşımaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Armudlu kəndində yerləşən 12-ci sərhəd zastavasının 10-cu sahəsindən piyada hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçən zaman Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq keçirmiş, X10 15 metr arxada, mühəndis çəpərindən 3 metr içəridə, 136 nömrəli sərhəd nişanından 80 metr solda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək həmin gün saat 11:45 radələrində saxlanılmış, saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə təsir maddəsinin ümumi miqdarı 0,026 qram təşkil edən 1 ədəd bütöv dərman tableti və tablet parçası metadon aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 318.1, 206.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 04 noyabr 1983-cü ildə İran İslam Respublikasının Rəşt şəhərində anadan olmuş, hazırda İran İslam Respublikasının Rəşt şəhərində yaşamış, İran İslam Respublikasında olan siyasi rejimdən bezdiyi üçün və bu səbəbdən orada yaşamaq istəməməsi ilə bağlı fikirləri olduğuna görə İran İslam Respublikasının hüquq mühafizə orqanları tərəfindən bir neçə dəfə saxlanılmış, sonuncu dəfə saxlanılmasından sonra ayrı yaşayan valideynlərinin evlərinə getsə də, onlar tərəfindən qəbul edilməmiş, Azərbaycan Respublikası ilə İsrailin münasibətləri yaxşı olduğu üçün Azərbaycan Respublikasına gedib, oradan da İsrailə getmək və oranın vətəndaşlığını qəbul etmək qərarına gəlmişdir. Sərhədlər bağlı olduğundan mobil telefonunda olan “google map” proqramından istifadə edərək qanunsuz olaraq sərhədi 10 sentyabr 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, sərhədi qanunsuz keçdikdən təxminən 10 dəqiqə sonra 2 nəfər hərbi qulluqçu tərəfindən saxlanılmışdır. Üzərinə baxış keçirilən zaman şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüş şəffaf selofanın içərisindən 1 ədəd bütöv dərman tableti və tablet parçasını İran İslam Respublikasında olarkən Rəşt şəhərində dəqiq xatırlamadığı vaxt aptekdən almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 16-cı SZ-nın 3-cü qrupun komandirin müavini X7ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 06:30-dan saat 12:00-dək sağ cinah 12-1/1-2-ci sahələrdə “Gözətçi dəstə və sərhəd gözətçisi” xidmətinə naryad üzvü Şahid ilə təyin olunmuş, xidmətdə olarkən təxminən saat 11 radələrində zastavanın sağ cinah 10-cu sahədə X10 təxminən 15 mert aralı, mühəndis texniki çəpərindən 3 metr içəridə 1 nəfər görmüşlər, onu təlimatın tələblərinə uyğun olaraq saxlamışlar, daha sonra isə dərhal bu barədə rabitə vasitəsilə sərhəd zastavasına məlumat vermişlər. Məhkəmədə şahid X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 06:30-dan saat 12:00-dək sağ cinah 12-1/1-2-ci sahələrdə “gözətçi dəstə və sərhəd gözətçisi” xidmətinə naryad üzvü Şahid ilə təyin olunmuş, xidmətdə olarkən təxminən saat 11 radələrində zastavanın sağ cinah 10-cu sahədə X10 təxminən 15 mert aralı, mühəndis texniki çəpərindən 3 metr içəridə 1 nəfər görmüşlər, onu təlimatın tələblərinə uyğun olaraq saxlamışlar, daha sonra isə dərhal bu barədə rabitə vasitəsilə sərhəd zastavasına məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid X3 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin komandiri, polkovnik Əli Əliyevin 11 sentyabr 2024-cü il tarixli, 3-38/2-16-2781/24 nömrəli məktubundan görünür ki, 10 sentyabr 2024-cü il tarixdə saat 11:45-də 12-ci sərhəd zastavasının 10-cu sahəsində, 136 nömrəli əsas sərhəd nişanından təxminən 80 metr sola, X10 15 metr aralı, MTÇdən 3 metr içəridə 1 nəfər saxlanılmış, aparılan araşdırma zamanı məlum olmuşdur ki, saxlanılan sərhəd pozucusu 04 noyabr 1983-cü il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxsdur, baxış zamanı üzərindən “M20” 1 ədəd bütöv həb, 1 ədəd isə həmin həbin 4/1 hissəsi, 1 ədəd “Samsung-Duas” markalı smartfon tipli mobil telefon, 1 ədəd kəlbətin, 2 ədəd ev açarı və 1.200 000 İran İslam Respublikasına məxsus pul əskinasları aşkar olunaraq götürülmüşdür. İş materialında olan 10 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin Astara rayonu, Armudlu kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının 10-cu sahəsi olmaqla 136 nömrəli əsas sərhəd nişanından təxminən 80 metr sola, X10 15 metr aralı, MTÇ-dən 3 metr içəridir. Ərazi meşəlik və kolluq relyefə malikdir, mühəndis texniki çəpərdən dövlət sərhədinə gedən yolda kolluqların müəyyən qədər əzilməsi, həmçinin mühədis texniki çəpərin alt hissəsindəki məftillərin boşalması aşkar olundu. Həmin istiqamətdə saxlanılmış Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdiyi yeri göstərdi. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4585 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “üzərinə M 20” yazısı yazılmış dərman preparatı” yazıları olan bağlamanın içərəsində üzərində “M 20” göstəricisi olan bozumtul-qəhvəyi rəgli 1 ədəd bütöv dərman tableti və tablet parçası narkotik vasitə -metadondur, tərkibində metadon təsiredicisi maddəsinin ümumi miqdarı 0,026 qram (göstəricilərə əsasən bir tabletdə 0,02 qram) təşkil edir. Tədqiqata sərf edildi – 0,06 qram,qalıq -0.086 qramdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1, 234.1 və 206.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının müvafiq rəyi, eləcə də məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1, 234.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhıükə törətməyən, az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 234.1 və 206.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək, CM-nin 318.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə və 206.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materialında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus 1 200 000 İran İslam Respublikasına məxsus əskinasları, 1 ədəd “Samsung-Duas” markalı mobil telefon, 2 ədəd ev açarı və 1 ədəd kəlbətin saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər-hansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri, mobil telefon və ev açarı Təqsirləndirilən şəxs təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 0,086 qram metadon və bir ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 234.1 və 206.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 318.1–ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 206.2 –ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs, 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 0,086 qram metadon və 1 (bir) ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İTİ-nin saxlanc yerinə təhvil verilmiş 1 200 000 İran İslam Respublikasına məxsus əskinasları, 1 ədəd “Samsung-Duas” markalı mobil telefon və 2 ədəd ev açarı Təqsirləndirilən şəxs qaytarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-139/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-139/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver