Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-14/2024 24.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Astara şəhəri 1 saylı orta məktəbin müəllimi X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Fərhad oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi X2 və Astara rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 2009-cu ildə Astara rayonu, Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamamorta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Kolatan kəndində. qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Astara rayon Kakalos kəndindən keçən yolda həmin kənd sakini Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı sonuncunun üz nahiyəsinə qəsdən 2 dəfə yumruqla zərbə vurması nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılaraq sol mil sümüyünün sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 09 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Astara rayon Kolatan kəndində yerləşən evində oturduğu vaxt qohumu Cəfər onun istifadəsində olan mobil telefona zəng edib kəndlərində yerləşən “Aygün market’in yanma gəlməsini bildirmişdir. O, evdən çıxıb Cəfərin dediyi yerə getmiş, Cəfərlə görüşdükdən sonra təxminən 5-10 dəqiqə müddətində yolun kənarındakı oturacağın üzərində əyləşib “Aygün” marketin intenetinə qoşulmuşlar. Onlar orada oturan zaman “Aygün market” bağlandığından, Cəfərlə qərara gəlmişlər ki, gedib Kakalos kəndindəki marketdən içməyə bir şey alsınlar. Onlar yolun kənarı ilə Kakalos kəndinə gedərkən dostları Əli Məmmədova zəng edib, Kakalos kəndində yerləşən “Ay” marketə getdiklərini, onun da gəlməsini istəmişlər və o da Kakalos kəndində yerləşən evlərinin qarşısına çıxmış və onlara qoşulmuşdur. Onlar yolla gedərkən Fayiq qarşılarına çıxmiş, içkili olduğundan ayaq üstə dura bilmirmiş, Fayiq onlara “salam” vermiş və onlar da Fayiqə “salam” verib yollarına davam etmişlər. Onlar Kakalos kəndində yerləşən “Ay” marketə çatmış, üçüdə marketin içərisinə daxil olub bir neçə ərzaq məhsulları alaraq çölə çıxmış, marketdən çıxdıqdan sonra Kolatan kəndinə tərəf yola düşmüşlər. Onlar Kakalos kəndindəki yolla gedərəkən yolun kənar hissəsindən keçən qaz borusunun üzərində oturub, aldıqları məhsulları yeməyə başlamışlar. Onlar elə təzə oturmuşlar ki, Zərərçəkmiş şəxs anidən oraya gəlmiş, ona yaxınlaşmış, qəflətən onun sol əlindən tutub sinəsinə yumruq atmış və üz nahiyəsinə şillə ilə vurmuşdur. Fayiqin sərxoş vəziyyətdə olduğunu görüb, ona əhəmiyyət verməyərək, oradan uzaqlaşmışlar. Onlar təxminən 20-30 metr irəliləmişlər ki, Fayiq arxasıyca gəlib onu və ailə üzvlərini təhqir etmiş, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, o da əsəbiləşərək geriyə dönüb onun üzərinə yerimişdir. Fayiqdən nə səbəbə onu söydüyünü soruşmuş, o da “əcəb eləyirəm” deyə ifadə işlətmişdir. O, Fayiqin cavabından əsəbləşərək onun üz nahiyəsindən 2 dəfə yumruqla zərbə vurmuş, zərbə nəticəsində Fayiq yerə yıxılmış, Fayiq yerə yıxılanda sol qolunun üzərinə düşmüşdür. Həmin vaxt yanında olan dostları Cəfər və Əli onu sakitləşdirmiş, dostları ilə birlikdə yaşadığı kəndə yola düşmüşlər. Onlar, təhsil aldıqları Kakalos kənd məktəbinin qarşısında oturan zaman Fayiq yanlarından ötüb keçmişdir. Gec olduğunu düşünüb durub evlərinə getmişlər və sonradan Fayiqi görməmişdir. Səhərisi eşitmişdir ki, Fayiqin qolu sınmışdır və Fayiq deyib ki, onun zərbəsi nəticəsində yıxılıb qolu sınmışdır. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır. Cavanlığını, həmçinin Zərərçəkmiş şəxs onun ünvanına dediyi nalayiq sözlərdən əsələşib onu vurduğunu məhkəmənin nəzərə alıb ona mümkün qədər yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs Fərhad oğlu ifadəsində göstərdi ki, 09 sentyabr 2023-cü il tarixdə Bakı şəhərindən övladları anasıgillə yaşadığı evə qonaq gəlmişlər. O, da övladlarını görmək məqsədi ilə həmin gün saat 21 radələrində Astara rayon Kakalos kəndində yerləşən özünə məxsus yaşayış evindən çıxıb, eyni kənddə olan anasıgillə yola düşmüşdür. Həmin vaxt spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olmuş, Kakalos kəndi ərasindən keçən yolun kənarı ilə gedən zaman Xanəli ilə qarşılaşmışdır. Xanəlinin yanında Əli və Cəfər adlı dostları da olmuşdur. Sərxoş halda olduğundan heç bir səbəb olmadan əsəbiləşərək Xanəli və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. Onun sözündən əsəbiləşərək Xanəli üzərinə doğru gəlmiş, anidən ona yumruqla üz nahiyəsinə qəsdən 2 dəfə zərbə vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. O yerə yıxılan zaman sol qolunun üzərinə düşmüşdür. Mübahisə zamanı Xanəliyə heç bir zərbə vurmamış, həmin vaxt yanlarında olan Əli və Cəfər mübahisənin daha da böyüməməsi üçün Xanəlini sakitləşdirmişlər. Xanəli onu vurduqdan sonra dərhal dostları ilə oradan uzaqlaşmışlar. O da çətinliklə yerdən qalxmış və yuxarıda qeyd etdiyi ünvanına tərəf getmişdir. O, mübahisədən sonra qolunda ilkin olaraq heç bir ağrı hiss etməmiş, o, evə gəlmiş, həmin baş vermiş hadisəni evdəki ailə üzvlərinə bildirmiş və daha sonra əl-üzünü yuyub yatmışdır. O, səhər yuxudan oyandıqdan sonra sol əlində şiddətli ağrıların başladığını və həmin ağrıların dözülməz olduğundan həkimə müraciət etmək istəmişdir. X6 da onun ağrılı vəziyyətini görmüş və Xanəlinin anası Sevincə zəng edib, belə bir hadisənin baş verdiyini bildirmişdir. Çox keçmədən Sevinc və oğlu Xanəli onlara gəlmiş və birlikdə qonşuda olan sınıqçıya getmişlər. Sınıqçı ona qolunda qırıq olduğunu və həkimə müraciət etməli olduğunu demişdir. Onlar evə qayıtdıqdan sonra bacısı Gülnarə 103-ə zəng edib TTY-ın ünvana gəlməsini bildirmiş, daha sonra TTYS-ın avtomobili Kakalos kəndindəki ünvanına gəlmiş və həmin avtomobillə Astara RMX-na getmişlər. Astara RMX-da sol qolu rentgen müayinəsinə salınmış, müayinə nəticəsində 3 yerdən qırıq olduğu müəyyən olunmuş və müayinədən sonra həkim tərəfindən sol qoluma gips qoyulmuşdur. Gips qoyulduqdan sonra onlar Astara RMX-dan çıxıb Azərbaycan Respublika DİN-nin 102 xidməti zəng-mərkəzinə müraciət edib hadisə ilə bağlı məlumat vermişlər. Həmçinin ifadəsində qeyd etmişdir ki, mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə Xanəlini vuracaq vəziyyətdə olmamışdır. Hazırda Xanəli ilə barışmamışdır və qolunun müalicəsi ilə bağlı xərclərin ödənilməsini tələb edir, Xanəlidən şikayətçidir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Rövşən oğlu onunla eyni məktəbdə oxuyur və Zərərçəkmiş şəxs tanıyır. Fayiq onun həmkəndlisidir və ona qarşı qərəzli münasibətdə deyil. 09 sentyabr 2023-cü il tarixdə, təxminən saat 20 radələrində evdə olan zaman dostu Cəfər Quliyev ona zəng vurub, Xanəli ilə birlikdə Kakalos kəndinə gəldiklərini, onun da Kakalos kəndində olan “Ay” marketə onlarla birlikdə getmələrini istəmişlər. O da Kakalos kəndində yerləşən evininin qarşısına çıxmış və Xanəli ilə Cəfərə qoşulmuşdur. Onlar bir az getdikdən sonra Fayiq qarşılarına çıxmış, Fayiq möhkəm içkili olmuşdur. Fayiq onlara “salam” vermiş, onlar da Fayiqə “salam” verib yollarına davam etmişlər. Onlar Kakalos kəndində yerləşən “Ay” marketə çatmış, üçü də marketin içərisinə daxil olub bir neçə ərzaq məhsulları alaraq çölə çıxmış, marketdən çıxdıqdan sonra Kolatan kəndinə tərəf yola düşmüşlər. Onlar yolda gedərkən yolun kənar hissəsindən keçən qaz borusunun üzərində oturub, aldıqları məhsulları yeməyə başlamışlar. Onlar elə təzə oturmuşlar ki, Zərərçəkmiş şəxs anidən gəlib Xanəliyə yaxınlaşmış, Xanəlini və ailə üzvlərini təhqir etmişdir. Xanəli də ondan hansı səbəbdən onu və ailə üzvlərini təhqir etməsini soruşmuş, Fayiqdə heç bir səbəbi olmadığını bildirmişdir. Xanəli Fayiqin cavabını eşidən kimi əsəbiləşərək Fayiqin üz nahiyəsindən 2 dəfə yumruqla zərbə vurmuş, zərbənin təsirindən Fayiq yerə yıxılmışdır. O və dostu Cəfər Xanəlini mübahisəni daha da böyütməsin deyə sakitləşdirmiş və Xanəli Fayiqi döydükdən sonra yaşadıqları kəndə yola düşmüşlər. Onlar Kakalos kənd məktəbinin qarşısından keçərkən orada oturmaq üçün dayanmış, təxminən 20 dəqiqə orada oturmuşlar ki, Fayiq yanlarından gəlib keçmiş, həmin məqamda heç bir mübahisə baş verməmişdir. Onlar artıq gec olduğundan məktəbin qarşısından durub evə getmişlər. Ertəsi gün, yəni 10 sentyabr 2023-cü il tarixdə Fayiqin sol qolunun qırıldığını Xanəlidən öyrənmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin 16 sentyabr 2023-cü il tarixli, 299 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol mil sümüyünün sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının uyğunluğunu təmin etməlidir. İş materialında olan Astara rayon İHB-nın Kakalos kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun xx xxxxxx 2009-cu ildə anadan olmaqla yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşmanlıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddələrinin sanksiyası həddində islah işləri cəzası təyin eilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətinə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün ümumi rejimli çəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza- sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs islah işləri cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını,törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmanlıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq islah işləri cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq islah işləri cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bil) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 01 (bir) il sınaq müddəti tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bil) il müddətə islah işləri cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 01 (bir) il sınaq müddətinin əvvəli hökmün qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Zərərçəkmiş şəxs Fərhad oğluna ona vurulmuş zərər ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-14/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-14/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver