Məhkəmə qərarları › İş №1(018)-142/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-142/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-142/2023 12.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə 22 avqust 1975-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Rusiya Federasiyasının İrkutsk şəhəri, Lenin rayonu, Volqaqrad küçəsi, ev 23 ünvanında qeydiyyatda olmaqla Astara rayonu, Şahağacı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 11 aprel 2023-cü il tarixdə, saat 23 radələrində X3 məxsus Astara rayonu, Şahağacı kəndində yerləşən çayxanada həmin kənd sakini Zərərçəkmiş şəxs onunla mübahisə etməsindən hiddətlənib şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs alın nahiyəsinə zərbə vurmaqla ona alın nahiyəsində əzilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Astara rayonun Şahağacı kəndində ailəsi ilə birgə yaşayır. Əvvəllər evli olub boşanmış, həmin evlilikdən iki övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, balıqçılıqla məşğul olur. 11 aprel 2023-cü il tarixdə, axşam saatlarında Şahağacı kəndi ərazisindən keçən Pensər kənd çayın qırağında balıq tuturmuş, həmin gün axşam çayın qırağında qırmağı qoyaraq həmin çaydan biraz aralıda yerləşən Şahağacı kənd sakini Qismətə məxsus kafeyə pivə içmək üçün getmişdir. Kafeyə gedəndə saat təxminən 22 radələri olmuşdur, həmin kafedə bir bakal pivə sifariş verib kabinetə girib orada içmiş, sonra ikinci bakalı sifariş vermək üçün Qismətin yanma getmiş, həmin vaxt orada zalda Təqsirləndirilən şəxs, Nəsrddinin qardaşı Mais və Dani adlanan şəxsləri görmüşdür. Pivəni alıb kabinetə qayıtmış və pivə içməyə davam etmişdir. Təxminən bir saat orada oturmuş, saat təxminən 23 radələrində durub getməyə hazırlaşırmış, hesabı verməyə gedəndə zalda olan Təqsirləndirilən şəxs və Nəsrddinin qardaşı Maislə salamlaşmışdır. Dani adlı şəxs çıxıb getmişdir, Danini orada görməmişdir. Nəsrəddin və Mais onunla danışmamaqdan ötrü, onu özlərindən uzaqlaşdırmaq istəmişlər, Nəsrəddin və Mayisin onu özlərindən uzaqlaşdırmaq istəyi onun xoşuna gəlməmiş, buna görə sözlə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı içkili olduğundan dediyi sözləri dəqiq xatırlamır, lakin dəqiq bilir ki, Nəsrəddin və Mayis onu alçaldırmışlar. Mübahisə zamanı Təqsirləndirilən şəxs masadan qalxıb bir dəfə onun alın nahiyəsinə yumruq vurmuş, o, müvazinətini itirib yerə yıxılmışdır. Nəsrəddin onu vurduqdan sonra qardaşı ilə birlikdə çıxıb getmişlər. Çayın qırağına düşüb 103 təcili tibbi yardım xidmətini yığmış, təcili tibbi yardım maşını gəlmiş və onu Astara rayon mərkəzi xəstəxanaya aparmışlar. Astara rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərib onu evə buraxmışlar, səhəri gün isə Lənkəran rayon mərkəzi xəstəxanaya getmişdir. Hər iki xəstəxanada ona baxıb zərbə nəticəsində alın nahiyyəsinə sümüyün əzildiyini bildirmişlər. Hazırda sağalmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1994-cü ildə Rusiya Federasiyasına getmiş, 2003-cü ildən həmin dövlətin vətəndaşlığını qəbul etmiş, arada Azərbaycan Respublikasına gəlib-getmiş, 2023-cü ilin fevral ayından isə Astara rayonu, Şahağacı kəndində yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum olunmuş, Astara rayon məhkəməsinin hökmü ilə 27 aprel 2021-ci il tarixdə 04 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 avqust 2021-ci il tarixdə cəzasını çəkib qurtararaq azadlığa çıxmışdır. Hazırda Astara rayonu, Şahağacı kəndində evi var, evlidir, üç övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, Fəzləddin həmkəndlisidir, Fəzləddin spirtli içki aludəçisidir, onunla qərəzli münasibəti yoxdur. 11 aprel 2023-cü il tarixdə, saat 21 radələrində namaz qıldıqdan sonra çay içmək üçün qardaşı Mais Hüseynov ilə Astara rayonu, Şahağacı kəndində Qismətə məxsus kafeyə getmiş, orada stol arxasında oturub çay içib söhbət edib domino oynamışlar. Həmkəndlisi Dani adı dedikləri X9 da onların yanma gəlmiş, birlikdə çay içib domino oynamışlar. Saat 22-,30-da FəzləddinSəmədovun çayxanaya daxil olub pivə sifariş verdiyini görmüş, Fəzləddin spirtli içki alüdəçisi olduğundan, Fəzləddinin onun oturduğu masaya gəlməsini istəmədiyinə görə özünü Fəzləddini görməmiş kimi aparmışdır. Fəzləddin pivə alıb çayxananın digər otağına getmişdir. Daha sonra Fuad Məmmədov çıxıb evinə getmişdir. Saat təxminən 23 radələrində çayxanada qardaşı Mayis və ondan başqa heç kim qalmamışdır. Bu vaxt həmkəndlisi Zərərçəkmiş şəxs onların masasına yaxınlaşıb onlarla görüşmüş və görüşən zaman qardaşı Mayisə ayaq üstə görüşməməsi ilə bağlı iradını bildirmişdir. X10 cavab verməmiş, Fəzləddin sərxoş vəziyyətdə olmuş və qardaşına atmaca sözlər deməyə başlamışdır. Fəzləddini özlərindən uzaqlaşdırmaq üçün Fəzləddini dilə tutub həmkəndli, qohum olduqlarını demiş və problem yaratmamasım xahiş etmişdir. Lakin Fəzləddinə onun dediyi sözlər xoş gəlməmiş və Fəzləddin aqressivləşib onunla kobud danışmağa başlamış, yəni ki, Fəzləddin onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Fəzləddin onun ünvanına nalayiq ifadələr işlədib, çölə dəvət etmiş, lakin Fəzləddinə mübahisə etmək istəmədiyini, çölə çıxmayacağmı demişdir. Bu zaman Fəzləddin yenə də onun ünvanına nalayiq ifadələr işlədib, üzərinə gəlmişdir. Fəzləddinin onu döymək istədiyini görüb Fəzləddinin üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Fəzləddin özü onu məcbur etmişdir ki, onunla mübahisə etsin. Əməlindən peşmanlıq çəkir və zərərçəkmiş şəxslə barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur. O, barəsində olan cinayət işinin icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 147 nömrəli ekspert rəyindən görünür ki, “Zərərçəkmiş şəxs bədəni üzərində - alın nahiyəsində əzilmiş yara bərk küt əşyanın təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə 11 aprel 2023-cü ilə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.” İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Astara rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Şahağacı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində yaşayır və himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və X5 adlı övladları var. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Şahağacı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs ərizədə göstərmişdir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar