Məhkəmə qərarları › İş №1(018)-143/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-143/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-143/2024 24.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara Vəkil Bürosunun vəkili Müdafiəçi ştirakları ilə, xx.xx.1984-cü il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş ; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,142 qram metamfetamin psixotrop maddəsini sellofan bükümdə qablaşdırıb əynində olan şalvarın sağ kiçik cibində yerləşdirərək saxlamış, 21 avqust 2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “Scania” markalı, 77FR808/99ZE808 qeydiyyat nişanlı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedərkən İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Gömrük İdarəsinin “Cənub Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, ailəlidir və bir azyaşlı uşağı vardır. Təqribən 10 (on) ildir ki, sürücü işləyir. O adətən beynəlxalq yük daşımalar ilə məşğul olur. İdarə etdiyi “Scania” markalı “77FR808/99ZE808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ona məxsus deyil, sadəcə sürücü işləyib getdiyi ölkəyə görə haqq alır. Sonuncu dəfə idarə etdiyi yük nəqliyyat vasitəsi ilə yük gətirmək məqsədi ilə İran İslam Respublikasına getmiş, İran İslam Respublikasında təqribən 11 gün qaldıqdan sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə “qarışıq mallar” yükü yükləyib Gürcüstan Respublikasına aparmaq üçün yola düşmüşdür.Bir müddətdir ki, narkotik vasitə və psixotrop maddə metamfetamin qəbul edir. İranda qaldığı müddətdə İran İslam Respublikasının Astara şəhərində adını bilmədiyi İran İR vətəndaşından 150 rial metamfetamin almış və əynindəki şalvarın sağ kiçik cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə İran Azərbaycan sərhədini keçib Astara Gömrük İdarəsinin Cənub-Astara postunun ərazisinə daxil olmuş, idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüş, gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o heç bir qadağan olunmuş predmetin olmadığını bildirmişdir. Sonra gömrük işçisi onun idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmiş, yoxlama zamanı nəqliyyat vasitəsindən hər hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra idarə etdiyi “Scania” markalı “77FR808/99ZE808” nömrəli yük nəqliyyat vasitəsi rentgendən keçirilmiş və hər hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Ardınca gömrük əməkdaşı hal şahidlərinin iştirkaı ilə onun üzərində şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı əynində olan şalvarın sağ kiçik cibindən 1 (bir) ədəd sellofan bükümdə əvvəlcədən qoyduğu metamfetamin aşkar edilərək götürülmüşdür. Hazırda etdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Bir daha belə hərəkətlərə yol verməyəcəyini ailəli olmasını bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi, 1-ci bölmənin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ildən gömrük orqanlarında xidmət edir. Hazırda DGK Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə o iş bölgüsünə əsasən İdarənin Cənub-Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı “77FR808/99ZE808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına yükü müşaiyət edən “2018/93” nömrəli İnvoysa və ******* nömrəli CMR əsasən “qarışıq mallar” yükü apararkən, saat təqribən 22 radələrində Astara Gömrük İdarəsinin Cənub-Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Təqsirləndirilən şəxs sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparmışdır. Üzərində əşyalarında və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində onda mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğu üçün, idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən heç bir hüquqpozma predmeti aşkar edilməmişdir.Daha sonra AR Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ kiçik cibindən 1 (bir) ədəd sellofan büküm aşkar etmişdir. Sonra həmin bükümə hal şahidlərinin iştirakları ilə baxış keçirmiş və baxış zamanı bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə olduğu məlum olmuşdur. Yoxlama başa çatdıqdan sonra Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ kiçik cibindən içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə olan 1 (bir) ədəd büküm aşkar olunmuşdur. Aşkar edilmiş həmin 1 ədəd bükümü hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Astara şəhərində yaşayır, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Astara Gömrük İdarəsi yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. xx.xx.2024-cü il tarixdə Astara Gömrük İdarəsinin yanında yük nəqliyyat vasitəsindən yük boşaldan zaman saat təqribən 22 radələrində bir nəfər gömrük əməkdaşı, adını və vəzifəsini sonradan öyrəndiyi Astara Gömrük İdarəsinin inspektoru Şahid1 onu və onunla ilə birlikdə fəhləlik edən Şahid2 Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət edərək Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı “77FR808/99ZE808” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini və onların da hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Onlar gömrük əməkdaşının qeyd etdiyi əvvəlcədən tanımadıqları Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin yanına gəlmişlər. Gömrük əməkdaşı onların və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun idarə etdiyi “Scania” markalı “77FR808/99ZE808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ balaca cibindən 1 (bir) ədəd büküm aşkar edilmişdir. Baxış zamanı bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddə olduğu məlum olmuşdur. Həmin şəxs maddənin ona məxsus olmasını ,İrandan aldığı və unudaraq cibində qalmasını etiraf etmişdir.Həmin büküm gömrük əməkdaşları tərəfindən götürülmüş,qablaşdırılmış və möhürlənmişdir. Sonda bu barədə sənədləşmə aparılmış və onlar da sənədi imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla yoxlayb təhlil etmişdir. İş materiallarında olan : “Astara” Gömrük İdarəsində tərtib edilmiş (iş vərəqi 17-19) xx.xx.2024-cü il tarixli «şəxsi yoxlama aparılması» barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmamışdan əvvəl ona hüquq və vəzifələri izah edilməklə gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədiyi və ya gömrük orqanından gizlətdiyi hər hansı predmetinin olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ kiçik cibindən 1 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfitaminə oxşar maddə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş (iş vərəqi 34-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 19/618 nömrəli ekspert rəyində tədqiqata təqdim edilmiş üzərində “1 ədəd büküm…” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,142 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. ( Tədqiqatdan sonra qalıq 0,092 qram) qaldı. İş materiallarına əlavə olunmuş (iş vərəqi 120-121), «Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli, 24297013 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,142 qram metamfetamin psixotrop maddəsi maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,092 qram psixotrop maddə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (İş vərəqi 115-116) “Respublika Narkoloji Mərkəzi” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6468 nömrəli ekspert rəyində müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabionidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş, (iş vərəqi 137-142) «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli, ********* nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Astara Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacağında saxlanılan “Scania” markalı, “77FR808/99ZE808” qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə üzrə idarə etmək səlahiyyətli olan şəxsə təhvil verilmişdir. İş materillarına əlavə olunmuş (iş vərəqi 47-48) «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materillarına əlavə olunmuş (iş vərəqi 111-112) «təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə» xx.xx.2024-cü il tarixli, 2qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.2 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini nəzərə alaraq onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qərarın icrası Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş (iş vərəqi 81-82) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsivasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun psixotrop maddə olan metamfetamini Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Gömrük İdarəsinin “Cənub Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 206.2ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir: «Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır». İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarında olsa da, 0,142 qram metamfetamin psixotrop maddəsini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyi baxımından da düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cinayətlərin məcmusu üzrə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmasını və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,092 qram təşkil edən metamfetamin psixotrop maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən psixotrop maddə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İ saylı Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,092 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar