Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-145/2023 21.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3, tərcüməçi X2 və Təqsirləndirilən şəxs iştirakı ilə, - xx xxxx 1994-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, ailəli, orta təhsilli, yük avtomobili sürücüsü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikası Levoşinski rayonu Kakamaxe kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi 0,025 qram metamfetamin psixotrop maddəsini idarə etdiyi “Renault” markalı, O497BK05/AC182366 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında, sürücü və sərnişin oturacaqlarının arasındakı şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan saxlanc yerində, üzərində “Valerianı ekstrakt 20 mq” yazılmış şüşə flakonun içərisində və eyni vaxtda eyni mənbədən əldə etdiyi 1 konvalyutda, ümumi təsiredici maddəsinin miqdarı 1,2 qram təşkil edən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən 8 həb preqabalini isə nəqliyyat vasitəsinin kabinasındakı şəxsi əşyalarından ibarət çantanın içərisində saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 27 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama nəticəsində qeyd edilən psixotrop maddə və güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Rusiya Federasiyası vətəndaşı olmaqla sürücü işləyir. Beynəlxalq yük daşımaları ilə məşğul olaraq idarə etdiyi yük nəqliyyat vasitəsi ilə xarici ölkələrə yük daşımaqla məşğul olur. Dağıstan Respublikasında yerləşən “Tiqr Trans” firmasına məxsus “Renault” markalı, O7BK05/AC182366 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə etmişdir. Həmin nəqliyyat vasitəsi çalışdığı şirkətə məxsus olmuşdur, həmin nəqliyyat vasitəsi ilə tutulmamışdan iki ay əvvəl bir dəfə də Azərbaycandan keçməklə İran İslam Respublikasına gedib-qayıtmışdır. 04 iyun 2023cü il tarixdə idarə etdiyi “Renault” markalı, O7BK05/AC182366 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daxil olmuş, məqsədi İran İslam Respublikasına üyüdülmüş qarğıdalı yükü aparıb İranın Astara şəhərində təhvil vermək olmuşdur. 05 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının “Astara” Gömrük postunu keçmiş, Astara limanında daşıdığı üyüdülmüş qarğıdalı yükü boşaldılmışdır. Sonra geriyə qayıtmaq üçün yük növbəsində gözləmiş, növbəsinin çatmağı 17 gün çəkmişdir. Belində, onurğa sütununda aşağıdan 2-ci və ondan əvvəlki fəqərələrdə 0,50 və 0,40 santimetrlik iki yırtıq olduğu üçün belində şiddətli ağrılar yaranmışdır. İranın Astara şəhərində yük gözlədiyi vaxt, dəqiq xatırlamadığı tarixdə ağrıları təkrar başlamış, orada çayxanada yanındakı şəxslərdən biri nə narahatlığı olduğunu soruşmuş, belində ağrılar olduğunu bildirmişdir. Həmin şəxs yaxınlıqda aptek olduğunu və oradan dərman ala biləcəyini bildirmişdir. Buna görə də bir taksiyə əyləşib gömrüyün yaxınlığında rus apteki deyilən aptekə gedərək, rus dilində bilən satıcıya belində yırtıq səbəbindən şiddətli ağrılar olduğunu, ağrıkəsici dərman verməsini bildirmişdir. Satıcı ona bir konvalyutda preqabalin və bir şüşə qabın içərisində ağ rəngli, tozşəkilli maddə verib, ağrıları olduqda qəbul etməyini demişdir. İranda olduğu müddət ərzində aptekdən aldığı həbləri qəbul etmiş və ağrıları kəsmişdir. Şüşə flakonda olan maddəni isə qəbul etməmiş, idarə etdiyi nəqliyyat vasitəsində oturacaqların arasındakı saxlanc yerinə qoymuşdur. Növbə ona çatdıqda gömrüyün yaxınlığında yerləşən terminalda idarə etdiyi yük avtomobilinə Rusiya Federasiyasının Krasnodar şəhərinə daşımağı üçün bibər yükü yüklənmiş və Rusiya Federasiyasına getmək üçün yola düşmüşdür. 27 iyun 2023-cü il tarixdə İran-Azərbaycan dövlət sərhədini keçib, Azərbaycan Respublikası «Astara» Gömrük idarəsinin gömrük postuna daxil olmuşdur. Bir qədər növbə gözlədikdən sonra idxal yoxlama xəttinə daxil olmuşdur. Bu zaman gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq, idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər-hansı predmetin olub-olmamasını soruşmuşdur. Gömrük əməkdaşına idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmet olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinin kabinasına gömrük inspektoru tərəfindən hal şahidlərinin iştrakı ilə gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında – sərnişin və sürücü oturacağının arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindən üzərində “Valerianı ekstrakt 20 mq” yazısı olan 1 (bir) ədəd şüşə flakonda ağ rəngli maddə, həmçinin nəqliyyat vasitəsinin kabinasında olan paltar çantasının içərisindən bir konvolutda 8 həb, üzərində “preqabalin 150” yazılmış dərman preparatı aşkar edilmişdir. Sonra üzərində şəxsi yoxlama aparılmış, idarə etdiyi nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilmiş, başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Sonda idarə etdiyi “Renalut” markalı “O497BK 05/AC182366” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş, içərisində ağ rəngli maddə olan 1 ədəd şüşə flakon və 1 ədəd konvolutda 8 həb üzərində “preqabalin 150” yazılmış dərman preparatı onun və hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülmüş, Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən otaqda ağ rəngli maddə elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 0,2 qram olduğu məlum olmuşdur. Bu barədə sənədlər tərtib edilmiş, sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Hazırda etdiyi əmələ görə peşmanlıq hissi keçirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzi, 1-ci bölmənin böyük inspektoru vəzifəsində xidmət edir. 27 iyun 2023-cü il tarixdə iş bölgüsünə əsasən yük nəqliyyat vasitələrinin idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 16 radələrində şəxsiyyəti sonradan ona məlum olan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, O7BK05/AC182366 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuşdur. Mal müşayiət sənədlərinə əsasən həmin nəqliyyat vasitəsində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına bibər yükü daşınmışdır. Sürücü Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq, üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş, qadağan edilmiş, gömrük nəzarətinə bəyan edilməli mallar, narkotik vasitələr, psixotrop maddələr olub-olmadığını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Sürücü üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində belə mallar olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə doğurduğu üçün idarə etdiyi nəqliyyat vasitəsinə “Braun” ləqəbli kinoloji xidmət iti tətbiq edilmiş və it nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, O7BK05/AC182366 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirmək qərarına gələrək kinoluq Şahid2 və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirməyə başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında, sərnişin və sürücü oturacağının arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan saxlanc yerindən üzərində “Valerianı ekstrakt 20 mq” yazılmış şüşə flakonun içərisində ağ rəngli, metamfetamin psixotrop maddəsinə oxşar şübhəli maddə, nəqliyyat vasitəsinin içərisinə olan sürücü Təqsirləndirilən şəxs məxsus paltar çantasının içərisindən 1 konvalyutda 8 həb üzərində “preqabalin 150” yazılmış dərman preparatı aşkar edilərək tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış və idarə etdiyi nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamadan keçirilmiş, lakin başqa hüquqpozma halları aşkar edilməmişdir. Yoxlamalar bitdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, O7BK05/AC182366 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş şüşə flakonda olan şübhəli maddə xidməti otaqda elektron tərəzidə çəkilmiş və çəkisinin təxminən 0,2 qram olduğu müəyyən edilmişdir. Bundan sonra 1 konvalyutda 8 həb üzərində “preqabalin 150” yazılmış dərman preparatı və üzərində “Valerianı ekstrakt 20 mq” yazılmış şüşə flakonun içərisində ağ rəngli, metamfetamin psixotrop maddəsinə oxşar şübhəli maddə qablaşdırılaraq götürülmüş, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsində göstərdiy xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 27 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Astara Gömrük İdarəsinin qarşısında olan zaman gömrük əməkdaşı Şahid1 ona və onunla birlikdə orada olan Familə yaxınlaşaraq, bir yük avtomobili sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. Onlar gömrük əməkdaşının xahişini qəbul edərək yoxlamanın aparılacağı yerə getmişlər. Orada gömrük əməkdaşı onları şəxsiyyəti sonradan onlara məlum olan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs təqdim edərək, aparılacaq yoxlamalarda hal şahidi kimi iştirak edəcəklərini bildirib, onlara hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, O7BK05/AC182366 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gömrük əməkdaşı tərəfindən xidməti itlə aparılmış yoxlama zamanı it nəqliyyat vasitəsinin kabinasına reaksiya vermiş və kabina gömrük əməkdaşları tərəfindən ətraflı yoxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında, sərnişin və sürücü oturacağının arasında yerləşən saxlanc yerindən üzərində “Valerianı ekstrakt 20 mq” yazılmış şüşə flakonun içərisində ağ rəngli, şübhəli maddə, nəqliyyat vasitəsinin içərisində olan, sürücü Təqsirləndirilən şəxs məxsus paltar çantasının içərisindən 1 konvalyutda 8 həb üzərində “preqabalin 150” yazılmış dərman preparatı aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində gömrük əməkdaşı tərəfindən şəxsi yoxlama aparılmış, üzərindən heç bir şey aşkar edilməmişdir. Yoxlamalar bitdikdən sonra aşkar edilmiş şüşə flakonda olan şübhəli maddə xidməti otaqda elektron tərəzidə çəkilmiş və çəkisinin təxminən 0,2 qram təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra 1 konvalyutda 8 həb üzərində “preqabalin 150” yazılmış dərman preparatı və üzərində “Valerianı ekstrakt 20 mq” yazılmış şüşə flakonun içərisində ağ rəngli, şübhəli maddə gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, sənədlər tərtib edilmiş, onlar da sənədləri imzalamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. “Astara” Gömrük İdarəsində tərtib edilmiş 27 iyun 2023-cü il tarixli «malların və nəqliyyat vasitələrinin yoxlanılması» barədə protokoldan görünür ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında – sərnişin və sürücü oturacağının arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindən üzərində “Valerianı ekstrakt 20 mq” yazılmış 1 ədəd şüşə flakonda ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə, həmçinin nəqliyyat vasitəsinin kabinasında olan paltar çantasının içərisindən 1 ədəd konvalyutda 8 kapsula üzərində “preqabalin 150” yazılmış dərman preparatı aşkar edilərək götürülmüş, xidməti otaqda ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 0,2 qram olduğu məlum olmuşdur.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2023-cü il tarixli, 6/3559 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 203700 №-li bir ədəd polietilen paketdəki, üzərində “Valerianı ekstrakt 20 mq” yazısı olan bir ədəd şüşə flakonda təmiz çəkisi 0,025 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “Pregabalin 150” göstəricisi olan 1 (bir) ədəd konvalyutda ümumilikdə 8 (səkkiz) ədəd göy-narıncı rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,2 qram olduğu müəyyən edilmişdir. Üzərindəki göstəriciyə əsasən bir ədəd kapsulada preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (İ Siyahı) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,025 qram, tədqiqata sərf edildi – 0,010 qram, qalıq – 0,015 qram qaldı. “Preqabalin 150” həblərinin sayı – 8 ədəd, tədqiqata sərf edildi – 1 ədəd, qalıq – 7 ədəd həb qaldı.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 tərəfindən verilmiş 22 iyul 2023-cü il tarixli, 4666 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Asadlaeviçdə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan preqabilindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı psixotrop maddə olan metamfetamindən istifadə etmə halları aşkar olunmadı. Narkotik vasitələrə aid olan sintetik narkotik vasitə metadondan sui istifadə etmə nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
4. «Sübutların qiymətləndirilməsi haqqında» 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1 və 240.1-ci maddələrinin tərkibi olmadığı üçün həmin maddələrlə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsivasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, O497BK05/AC182366 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,025 qram təşkil edən metamfetamin psixotrop maddəsi üzərində “Valerianıekstrakt 20 mq” yazılmış şüşə flakonun içərisində olmuş, yəni bir qəbildən olan malların digər şəklə salınmaqla gömrük nəzarətindən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs qeyd edilən maddənin psixotrop maddə olmasından məlumatlı olması və birbaşa qəsdlə həmin maddəni qeyd edilən şüşə flakonun içərisində saxlamaqla Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsi təsdiq olunur. «Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 163 saylı qərarına əsasən Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədi ilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. Təqsirləndirilən şəxs ifadələrində preqabalin dərman preparatının həkim tərəfindən resept əsasında ona təyin edildiyini bildirsə də, həmin həbləri gömrük nəzarətinə bəyan etməmiş, nə gömrük nəzarətindən keçərkən, nə də ibtidai istintaq dövründə həmin xüsusatları təsdiq edən müvafiq tibbi sənədləri təqdim etməmişdir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da, təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. 2005-ci il 28 iyun tarixli, 961- İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı”na əsasən metamfetamin psixotrop maddəsi 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi 0,025 qram təşkil etməklə, qanunvericiliyin tələblərinə əsasən şəxsi istehlak miqdarından artıq olmadığından əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına bəyan edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)-476/2023 saylı, 28 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 27 iyun 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 27 iyun 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,015 qram təşkil edən metamfetamin psixotrop maddəsi və 7 (yeddi) həb “Preqabalin 150” həbləri təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ona məxsus 200 ABŞ dolları, 3400 Rusiya rublu və 470 İran rialı saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər-hansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri Təqsirləndirilən şəxs təhvil verilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd “Apple İphone” markalı mobil telefonların Təqsirləndirilən şəxs qohumlarına qaytarılmasını nəzərə alır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 27 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,015 qram təşkil edən metamfetamin psixotrop maddəsi və 7 (yeddi) həb “Preqabalin 150” həbləri məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmiş 200 ABŞ dolları, 3400 Rusiya rublu və 470 İran rialı Təqsirləndirilən şəxs təhvil verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov