Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-146/2023 03.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, ikinci qrup əlil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 0,839 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 iyun 2023-cü il tarixdə, saat 20:30-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Şahağacı kəndi ərazisində saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi - 0,839 qram olan psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Şahağac kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı uşağı var. Özü ikinci qrup əlildir, fərdi qaydada fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Astara Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 dekabr 2022-ci ildə vaxtından əvvəl cəzadan azad edilib azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra təxminən üç ay narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş, 2023-cü ilin mart ayından başlayaraq psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. 28 iyun 2023-cü il tarixdə, səhər saatlarında yuxudan oyandıqda bədənində ağrılar olduğundan psixotrop maddə olan metamfetamin almaq məqsədi ilə evdən çıxmış və piyada Astara rayonu Qamışlı kəndi istiqamətində getmişdir. Saat 10 radələrində Qamışlı kəndində bir nəfər şəxslə rastlaşmış, həmin şəxsi xarici görünüşündən narkomana oxşatmış və söhbət əsnasında həmin şəxsə “şüşə”, yəni metamfetamin istədiyini demişdir. Həmin şəxs üzərində metamfetamin olduğunu deyib, hansı məbləğdə almaq istədiyini soruşmuşdur. Həmin şəxsə iyirmi manat məbləğində metamfetamin istədiyini demiş, həmin şəxs ondan gözləməyini istəmiş və beş dəqiqə keçdikdən sonra 1 ədəd sarı rəngli sellofan büküm gətirib ona vermişdir. Baxdıqda bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və həmin şəxsə iyirmi manat pul verərək, yaşadığı kəndə gəlmişdir. Aldığı bükümdən bir dəfə istifadə etmiş, həmin gün, yəni 28 iyun 2023-cü il tarixdə şam yeməyini yedikdən sonra evi tərk edərək kənd mərkəzinə yola düşmüşdür. Evi tərk edərkən aldığı metamfetamin də üzərində olmuş, yaşadığı kənddə yol kənarında piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmışdır. Avtomobildən düşən mülki geyimli şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirib, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra polislər avtomobilləri ilə onu Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmüş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi çağırılmışdır. Daha sonra isə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başlanarkən təhqiqatçı üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyini təklif etmiş, həmin təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini, 1 ədəd alışqanı, şalvarın sol yan cibindən isə 5 manatlıq pul əskinası və 10 qəpiklik dəmir pulu təqdim etmişdir. Bundan sonra təhqiqatçı üzərində şəxsi axtarış aparsa da, təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,91 qram olması müəyyən edildikdən sonra 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Müdafiəçi və şəxsi axtarışda iştirak edən digər şəxslər onunla birlikdə zərfin üzərində imzalarını çəkmişlər. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslər onunla birlikdə protokolu imzalamışlar. Həmçinin şəxsi axtarışın sonunda 5 manat 10 qəpik pul və alışqanı ona qaytarılmışdır. Törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. İkinci qrup əlil olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 iyun 2023-cü il tarixdə Astara rayonun Şahağacı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq üzərində gəzdirməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq, şöbə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişlər. 28 iyun 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və həmin gün saat 20:30 radələrində Astara rayonun Şahağacı kəndində Təqsirləndirilən şəxs yol kənarında durduğu zaman əməliyyat qrupu üzvləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Lakin, həmin vaxt küçədə şəxsi axtarış keçirilməsi mümkün olmadığından, Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinə gətirmişlər. Əliyev X2 rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə və ya psixotrop maddə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli sellofan büküm çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içində şüşə, yəni psixotrop maddə metamfetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd alışqan, şalvarının sol yan cibindən isə 5 manat və 10 qəpik pul çıxarıb masa üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin kütlədən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həmin sellofan bükümə baxış zamanı içində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. İçində psixotrop maddə olan metamfetaminə bənzər kütlə iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, alışqan, 5 manat 10 qəpik pul isə sahibinə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 iyun 2023-cü il tarixdə Astara rayonun Şahağacı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq üzərində gəzdirməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin tədbirdə o da əməliyyat-axtarış qrupunun tərkibində iştirak etmişdir. Belə ki, 28 iyun 2023-cü il tarixdə keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və həmin gün saat 20:30 radələrində Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində yol kənarında durduğunu görüb saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Lakin, həmin vaxt küçədə axtarış keçirilməsi üçün normal şərait olmadığından, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi mümkün olmamış, ona görə də Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinə gətirmişlər. Əliyev X2 rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə və ya psixotrop maddə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içində psixotrop maddə metamfetamin vardır. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd alışqan, şalvarının sol yan cibindən isə 5 manat və 10 qəpik pul çıxarıb masa üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin kütlədən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həmin sellofan bükümə baxış zamanı içində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofan büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Psixotrop maddə olan metamfetaminə bənzər kütlə götürülmüş, alışqan, 5 manat 10 qəpik pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə psixotrop maddə metamfetamindir, öz istifadəsi üçün üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, həmin psixotrop maddəni 28 iyun 2023-cü il tarixdə səhər saatlarında, Astara rayonun Qamışlı kəndində tanımadığı şəxsdən 20 manata almışdır. Şəxsi axtarışın sonunda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. 28 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə, saat 21:25-dən saat 21:40-dək Astara rayon polis şöbəsində xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd alışqan, şalvarının sol yan cibindən isə 5 manat və 10 qəpik pul çıxarıb təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, sellofan bükümə baxış zamanı içində spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzidə ölçülərək çəkisinin 0,91 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir.
2. Məhkəmə-kimyəvi ekspertizasının 29 iyun 2023-cü il tarixli, 19/691 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) bükümdə kütlə ...» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 0,839 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət olan maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 0,839 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,789 qram heroin qaldı.
3. Məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2023-cü il tarixli, 693 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin, ƏƏSMN-nin İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 iyul 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 1(018)-168/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli 23 iyun 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məcəlsinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzası 06 (altı) ay azaldılmış, 23 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin məhkumluq hazırda ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab edildiyindən və cinayət qanunvericiliyinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edildiyi müddətdən 02 (üç) il keçmədiyinə görə onun məhkumluğu ödənilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM, mad. 18.1). İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 01 (bir) azyaşlı uşağı var. İş materiallarında olan Tİbbi-Sosial ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan göürünr ki, Təqsirləndirilən şəxs QİÇS xəstəsi olmaqla, ikinci qrup əlildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ikinci qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin resedivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətin residivi zamanı təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış xalis çəkisi 0,789 qram qalmış metamfetamin psixotrop maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. İş materiallarında olan 28 iyun 2023-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə tutulmuş, 29 iyun 2023-cü il tarixdə isə azad edilərək, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (28 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (28 iyun 2023-ci il tarixdən 29 iyun 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut kimi Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,789 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov