Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-15/2023 30.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxx 1962-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1966-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”-nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidməti tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli, 03/13 nömrəli balıqovlama bileti və 17 yanvar 2022-ci il tarixli 30/29 nömrəli balıqovlama biletlərinin 4-cü və 5-ci bəndlərinin tələblərini pozaraq, yəni həmin balıqovlama biletinə əsasən Xəzərin dənizinin Astara rayonu akvatoriyasının ərazi sularından (Astara rayonu Kələdəhnə kəndi istiqaməti) özüüzən nəqliyyat vasitəsi sayılan 01 ədəd bort nömrəsi ACA-4488 saylı olan motorlu qayıqdan istifadə etməklə Siyənək- 0.15 ton, Kütüm-0.15 ton, Külmə-0.05 ton, Kefal-0.2 ton olmaqla axçalı balıq torları-5 ədəd xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi və xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə kimi, siyənək torları-5 ədəd xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi icazə verildiyi halda qadağan edilmiş ov alətindən istifadə etməklə qanunsuz balıq tutmaq məqsədi ilə 28 sentyabr 2022-ci il tarixində, Xəzər dənizinin Astara rayonu Kələdəhnə kəndi istiqamətində yerləşən sahilinə gələrək özlərinə məxsus “Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayıqdan istifadə edərək dənizin su sahəsinə girib orada özləri ilə gətirdikləri balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd toru dənizdə quraraq evlərinə qayıtmış, bundan bir həftə sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Xəzər dənizinin sahilinə gələrək özlərinə məxsus “Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayıqdan istifadə etməklə dənizə daxil olaraq qurduqları torlar vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrinədək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 (on bir) manat təşkil edən 130 ədəd külmə və hər biri 220 ( iki yüz iyirmi) manat təşkil edən 2 ədəd nərə balığı balıqlarını xeyli miqdarda, yəni ümumulikdə 1870 (bir min səkkiz yüz ) manat ziyan vurmaqla qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”-nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 03/13 nömrəli balıqovlama bileti və xx.xx.2022-ci il tarixli 30/29 nömrəli balıqovlama biletlərinin 4-cü və 5-ci bəndlərinin tələblərini pozaraq, yəni həmin balıqovlama biletinə əsasən Xəzərin dənizinin Astara rayonu akvatoriyasının ərazi sularından (Astara rayonu Kələdəhnə kəndi istiqaməti) özüüzən nəqliyyat vasitəsi sayılan 01 ədəd bort nömrəsi ACA-4488 saylı olan motorlu qayıqdan istifadə etməklə Siyənək- 0.15 ton, Kütüm-0.15 ton, Külmə-0.05 ton, Kefal-0.2 ton olmaqla axçalı balıq torları-5 ədəd xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi və xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə kimi, siyənək torları-5 ədəd xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi icazə verildiyi halda qadağan edilmiş ov alətindən istifadə etməklə qanunsuz balıq tutmaq məqsədi ilə 28 sentyabr 2022-ci il tarixində, Xəzər dənizinin Astara rayonu Kələdəhnə kəndi istiqamətində yerləşən sahilinə gələrək özlərinə məxsus “Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayıqdan istifadə edərək dənizin su sahəsinə girib orada özləri ilə gətirdikləri balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd toru dənizdə quraraq evlərinə qayıtmış, bundan bir həftə sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Xəzər dənizinin sahilinə gələrək özlərinə məxsus “Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayıqdan istifadə etməklə dənizə daxil olaraq qurduqları torlar vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrinədək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 (on bir) manat təşkil edən 130 ədəd külmə və hər biri 220 ( iki yüz iyirmi) manat təşkil edən 2 ədəd nərə balığı balıqlarını xeyli miqdarda, yəni ümumulikdə 1870 (bir min səkkiz yüz ) manat ziyan vurmaqla qanunsuz tutmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Astara və Lənkəran rayonları ərazisində fəhləlik etməklə ailəsini dolandırır. 28 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində balıq tutmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Xəzər dənizinin Astara rayonu, Kələdəhnə kəndi istiqamətində Dənizinin sahilinə gəlmişlər və orada onlara məxsus olan Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA- 4488 saylı qayıqdan istifadə edərək özləri ilə gətirdikləri jilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd torları dənizdə quraraq evlərinə qayıtmışlar. 05 oktyabr 2022-ci il tarixdə təxminən saat 08 radələrində balıqçı yoldaşı Təqsirləndirilən şəxs2 ilə qurduğları torları yığmaq məqsədi ilə yenidən Xəzər dənizinin Astara rayonu Kələdəhnə kəndi istiqamətində olan sahilinə gələrək özlərinə məxsus olan Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayıqdan istifadə edərək dənizə girib, qurduqları torları yığmışlar. ağa başlamışlar. Məlum olmuşdur ki, 130 ədəd külmə balığı və 2 ədəd nərə növünə aid balıq ovlamışlar. Həmin gün saat 13 radələrində ovladıqları balıqlarıda yığıb dənizdən sahilə çıxan zaman 3 nəfər polis əməkdaşı onlara məxsus olan Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA- 4488 saylı qayığa yaxınlaşaraq qayıqda olan balıqovlama vasitəsi sayılan sintetik sapdan toxunmuş torlara və Xəzər dənizindən ovladıqları balıqlara baxış keçirmişlər. Onlar tərəfindən qayıqda istifadəsi qanunla qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 12 ədəd tor və ovlanması qadağan edilmiş biri doğranmış halda olan 2 ədəd nərə balığı, 130 ədəd isə külmə balığı balıqları aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin onlara məxsus olan balıqovlama vasitələrini, ovladıqları balıqlarla birlikdə Su NPİ-nin Lənkəran şəhərində yerləşən X17 Şöbəsinə dəvət etmişlər. Lənkəran XPŞ-də polis əməkdaşları onlara məxsus balıqovlama vasitələrinə və Xəzər dənizindən ovladıqları balıqlara vidəokamera vasitəsi ilə baxış keçirmişlər. O və Təqsirləndirilən şəxs2 bir daha polis şöbəsində bildirmişdilər ki, onların Xəzər dənizində balıq ovu etmək üçün rəsmi icazələri var və üzərlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən balıqovlama bilətini polis əməkdaşlarına təqdim etmişlər. Polis şöbəsinin həyətində onlara məxsus olan balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1.5 metr, gözlərinin ölçüsü 24x24 mm. olan 12 ədəd torlar vasitəsi ilə Xəzər dənizinin Astara rayonunun, Kələdəhnə kəndi ərazisində yerləşən sahilindən tutduqları balıqları sayarkən məlum olmuşdur ki, 130 ədəd külmə və 2 ədəd nərə balığı balıqlarını qanunsuz olaraq ovlayıblar. Polis əməkdaşları bu barədə müvafiq protokol tərtib etmişlər. Hazırda cinayət törətdiyini başa düşür. Əməlindən peşiman olmuşdur. Lakin maddi vəziyyəti imkan vermədiyindən vurduğu ziyanı tam ödəyə bilməmişdir. İmkan edib vurduğu maddi ziyanı hissə-hissə ödəyəcəkdir. Ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, Astara və Lənkəran rayonları ərazisində fəhləlik etməklə ailəsini dolandırır. 28 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində balıq tutmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Xəzər dənizinin Astara rayonu, Kələdəhnə kəndi istiqamətində yerləşən sahilinə gəlib, onlara məxsus olan Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayıqdan istifadə edərək, özləri ilə gətirdikləri jilka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd torları dənizdə quraraq evlərinə qayıtmışlar. 05 oktyabr 2022-ci il tarixdə təxminən saat 08 radələrində balıqçı yoldaşı Təqsirləndirilən şəxs1 ilə qurduğları torları yığmaq məqsədi ilə yenidən Xəzər dənizinin Astara rayonu Kələdəhnə kəndi istiqamətində olan sahilinə gələrək, özlərinə məxsus olan Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayıqdan istifadə edərək dənizə girib qurduqları torları yığmışlar. Məlum olmuşdur ki, 130 ədəd külmə balığı və 2 ədəd nərə növünə aid balıq ovlamışlar. Həmin gün saat 13 radələrində ovladıqları balıqlarıda yığıb dənizdən sahilə çıxan zaman, özlərini təqdim edən 3 nəfər polis əməkdaşı onlara məxsus olan Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayığa yaxınlaşaraq qayıqda olan balıqovlama vasitəsi sayılan sintetik sapdan toxunmuş torlara və Xəzər dənizindən ovladıqları balıqlara baxış keçirmişlər. Bu zaman qayıqda istifadəsi qanunla qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 12 ədəd tor və ovlanması qadağan edilmiş biri doğranmış halda olan 2 ədəd nərə balığı, 130 ədəd isə külmə balığı balıqları aşkar edilmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, Xəzər dənizində balıq ovlamaq üçün onların rəsmi icazəsi yəni balıqovlama bileti var. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 və onu həmçinin onlara məxsus olan balıqovlama vasitələrini, ovladıqları balıqlarla birlikdə Su NPİ-nin Lənkəran şəhərində yerləşən X17 Şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmişlər. Burada polis əməkdaşları onlara məxsus balıqovlama vasitələrinə və Xəzər dənizindən ovladıqları balıqlara vidəokamera vasitəsi ilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 və o bir daha polis şöbəsində bildirmişlər ki, onların Xəzər dənizində balıq ovu etmək üçün rəsmi icazələri var və üzərlərində saxladıqları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən balıqovlama bilətini polis əməkdaşlarına təqdim etmişlər. Polis şöbəsinin həyətində onlara məxsus olan balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1.5 metr, gözlərinin ölçüsü 24x24 mm. olan 12 ədəd torlar vasitəsi ilə Xəzər dənizinin Astara rayonunun, Kələdəhnə kəndi ərazisində yerləşən sahilindən tutduqları balıqları yenidən sayarkən məlum olmuşdur ki, 130 ədəd külmə və 2 ədəd nərə balığı balıqlarını qanunsuz olaraq ovlayıblar. Polis əməkdaşları bu barədə müvafiq protokol tərtib etmişlər. Hazırda cinayət törətdiyini başa düşür. Əməlindən peşiman olmuşdur. Lakin maddi vəziyyəti imkan vermədiyindən vurduğu ziyanı tam ödəyə bilməmişdir. İmkan edib vurduğu maddi ziyanı hissə-hissə ödəyəcəkdir. Ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. 05 oktyabr 2022-ci il tarixdə saat 08:00 radələrində X13 idarəsinin X17 şöbəsinin əməkdaşları Xəzər dənizinin, Astara rayonunun, Kələdəhnə kəndi istiqamətində olan sahilində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfimizdən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan Yamaha markalı mühərriklə təchiz edilmiş, alüminium materialdan hazırlanmış 1 ədəd qayıq, jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd tor, həmin torlarla tutduğu 130 ədəd külmə və 2 ədəd nərə balığı balıqları aşkar edilib götürülmüşdür. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, maddi durumları ağır olduğu üçün ailələrinə qida əldə etmək məqsədi ilə Xəzər dənizinin, Astara rayonunun, Kələdəhnə kəndi istiqamətində özlərinə məxsus olan Yamaha markalı mühərriklə təchiz edilmiş qayıqdan istifadə etməklə dənizə daxil olaraq, jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd tor vasitəsi ilə 130 ədəd külmə və 2 ədəd nərə balığı balıqlarını qanunsuz tutmuşlar. Məlum olmuşdur ki, onların vurduğu ziyanın məbləği hər biri 11 (on bir) manat təşkil edən 130 ədəd külmə və hər biri 220 ( iki yüz iyirmi) manat təşkil edən 2 ədəd nərə balığı balıqları olmaqla, cəmi 1870 (bir min səkkiz yüz ) manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, X13 İdarəsinin X17 şöbəsinin polis nəfəri vəzifəsində işləyir, polis serijantıdır. 05 oktyabr 2022-ci il tarixdə saat 08:00 radələrində X13 idarəsinin X17 şöbəsinin əməkdaşları ilə birlikdə Xəzər dənizinin, Astara rayonunun, Kələdəhnə kəndi istiqamətində olan sahilində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfimizdən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan Yamaha markalı mühərriklə təchiz edilmiş, alüminium materialdan hazırlanmış 1 ədəd qayıq, jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd tor, həmin torlarla tutduğu 130 ədəd külmə və 2 ədəd nərə balığı balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-nə gətirmişlər. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, maddi durumları ağır olduğu üçün ailələrinə qida əldə etmək məqsədi ilə Xəzər dənizinin, Astara rayonunun, Kələdəhnə kəndi istiqamətində özlərinə məxsus olan Yamaha markalı mühərriklə təchiz edilmiş qayıqdan istifadə etməklə dənizə daxil olaraq, jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd tor vasitəsi ilə 130 ədəd külmə və 2 ədəd nərə balığı balıqlarını qanunsuz tutmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, əlavə olaraq bildirmişlər ki, rəsmi icazələrinin olmasına baxmayaraq icazədən kənar, yəni qadağan edilmiş ov alətlərindən istifadə etməklə qanunsuz balıq tutmuşlar. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “Samsung” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən şahidlər X8 və X9 oğlu da ifadələrndə şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə, ifadələrində onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, balıqçılarla işləyir. Əsas vəzifəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən balıqçılara Xəzər dənizində balıqların ovlanması üçün balıqovlama biletlərin verilməsində köməklik etməkdir. 05 oktyabr 2022-ci il tarixində Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhhərəm oğlu istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş torlarla balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhhərəm oğlundan 12 ədəd jilka adlandırılan sintetik sapdan toxunmuş uzunluqları 35 metr, eni 1.5 metr gözlərinin ölçüləri 24x24 mm olan torlar, 130 külmə, 2 ədəd nərə balığı balıqları aşkar edilərək götürülmüşdür. Təxminən 2021-ci ilin dekabr ayında Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhhərəm oğluna Xəzər dənizində balıq və digər su bioresurslarının ovlanılması üçün balıqovlama biletinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. 05 yanvar 2022-ci il tarixndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidməti tərəfindən onun adına 03/13 nömrəli və 30/29 nömrəli balıqovlama bileti verilmişdir. Həmin balıqovlama biletlərində Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhhərəm oğlunun adları balıqçı kimi qeyd olunmuşdur. Həmin balıqovlama biletində Balıq və digər su bioresurlarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü ilə Xəzər dənizi üçün müəyyən edilmiş kvota çərçivəsində siyənək və axçalı balıqların sənaye ovuna eləcədə kapron sapdan toxunmuş torlara balıqların ovlanmasına icazə verilmişdir. Həmin balıqovlama biletini Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhhərəm oğlunun təqdim edən zaman bir daha onlara bildirmişdir ki, balıqovlama biletində qeyd olunan balıq ovlama vasitələrindən yəni kapron sapdan toxunmuş torlardan eləcədə adları balıqovlama biletində qeyd olunan balıq növlərini icazə verilmiş limitdə ovlaya bilərlər. Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhhərəm oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş “ Balıq və digər bioresursları ovunun Qaydalarını kobud şəkildə pozaraq onlara balıqovlama biletlərində göstərilmiş ov alətlərinin növünü və miqdarını yəni qadağası qanunla qadağan edilmiş jilka adlanan sintetik sapdan toxunmuş 12 ədəd tordan eləcədə adı balıqovlama biletində olmayan balıqları qanunsuz olaraq ovlamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 xidmətinin 31 oktyabr 2022ci il tarixli, 21/684 saylı məktubundan görünür ki, X10 xx.xx.2021-ci il tarixli və xx.xx.2021ci il tarixli ərizələrinə müvafiq olaraq X2 Xidməti tərəfindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli 645 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2022-ci il üçün “ Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü” ilə Xəzər dənizi üçün müəyyən edilmiş kvota çərçivəsində siyənək və axçalı balıqların sənaye ovuna kvotalar ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”-nın 5-ci bəndinə müvafiq olaraq X14 tərəfindən təqdim edilmiş siyahılarda və ona verilmiş xx.xx.2022-ci il tarixli 03/13 nömrəli balıqovlama biletində Təqsirləndirilən şəxs1, xx.xx.2022-ci il tarixli 30/29 nömrəli balıqovlama biletində isə Təqsirləndirilən şəxs2 adları balıqçı kimi keçir. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2021-ci il tarixli rəydən görünür ki, Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz olaraq ovlanmış, 130 ədəd külmə və 2 ədəd nərə balığı balıqlarına görə balıq ehtiyyatlarına ümumilikdə 1870 (bir min səkkiz yüz yetmiş) manat maddi ziyan dəymişdir. Cinayət işinin materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən protokoldan məlum olur ki, 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA- 4488 saylı qayıq, 12 ədəd hər birinin uzunluğu 35 metr, eni 1.5 metr, gözlərinin ölçüsü 24x24 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 130 ədəd külmə balığı və 2 ədəd nərə balığı balıqları, hadisə yerinə baxış zamanı çəkilmiş 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 05 oktyabr 2022-ci il tarixli müvafiq aktına əsasən "xxxx" MMC-yə təhvil verilməsi və həmçinin digər maddi sübutlar olan balıqovlama vasitələrini isə məhkəməyədək saxlanması üçün Lənkəran XPŞ-nin sübutların saxlanc otağında təhvil verilmiş, 01 ədəd DVD diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 17 noyabr 2022-ci il tarixli tələbnamələrindən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 17 noyabr 2022-ci il tarixli tələbnamələrindən məlum olur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin materialına əlavə edilmiş qərarlardan məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 256.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddədə nəzərdə tutulan itiham elan edilmiş və həmin tarixdə barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materialına əlavə edilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materialına əlavə edilmiş Astara şəhər İƏD nümayəndəliyinin arayışından məlum olur ki, Ağayev X5 şəhəri, Əzizbəyov küçəsi ev 4 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Cinayət işinin materialına əlavə edilmiş Astara şəhər İƏD nümayəndəliyinin arayışından məlum olur ki, Ağayev X7 şəhəri, şəhəri, S.Vurğun küçəsi ev 56 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Cinayət işinin materialına əlavə edilmiş bank qəbzlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurduqları 1870 (bir min səkkiz yüz yetmiş) manat ziyandan 500 (beş yüz) manat pul ödəmişlər. Bütün bu sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Xəzərin dənizinin Astara rayonu akvatoriyasının ərazi sularından (Astara rayonu Kələdəhnə kəndi istiqaməti) özüüzən nəqliyyat vasitəsi sayılan 01 ədəd bort nömrəsi ACA-4488 saylı olan motorlu qayıqdan istifadə etməklə Siyənək-0.15 ton, Kütüm- 0.15 ton, Külmə-0.05 ton, Kefal-0.2 ton olmaqla axçalı balıq torları-5 ədəd xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, siyənək torları-5 ədəd xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi icazə verildiyi halda qadağan edilmiş ov alətindən istifadə etməklə, 05 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrinədə Xəzər dənizinin Astara rayonu Kələdəhnə kəndi istiqamətində yerləşən sahilinə gələrək özlərinə məxsus “Yamaha-48” markalı mühərriklə təchiz edilmiş, 01 ədəd Proqress-4 DP-37 tipli, bort ACA-4488 saylı qayıqdan, özləri ilə gətirdikləri balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 35 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 24x24 mm olan 12 ədəd tordan istifadə edərək, ayrı-ayrılıqda hər biri 11 (on bir) manat təşkil edən 130 ədəd külmə və hər biri 220 ( iki yüz iyirmi) manat təşkil edən 2 ədəd nərə balıqlarını, xeyli miqdarda, yəni ümumulikdə 1870 (bir min səkkiz yüz ) manat ziyan vurmaqla qanunsuz tutmaları tam təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Onların cinayət məsuliyyətindən kənarda qalması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqında toplanmış materiallar, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin ifadələri, ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbayjan Respublikası Cinayət Prossesual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsindən məlum olur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsindən məlum olur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərindən səmimi peşmanlıq hissi keçirmələrini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmalarını, hər ikisinin müsbət xasiyyətlənmələrini, vurduqları ziyanın bir hissəsini-500 Manatı ödəmələrini təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə onun müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tütülmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə əsas cəza ilə birlikdə, həm də Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, əlavə cəza – dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə onun müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tütülmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə əsas cəza ilə birlikdə, həm də Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, əlavə cəza – dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda Astara şəhərində qeydiyyatda olmaqla, qeydiyyatda olduqları ünvanda yaşamaqla, Astara və Lənkəran rayonları ərazisində fərdi əmək fəaliyyəti ilə məşğul olurlar. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara şəhərində yerləşən fərdi yaşayış evlərini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət prosessual qanunvericiliyin göstərilən normalarına əsasən təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın bir hissəsi ödənildiyindən, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkının mülki iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 1370 (bir min üç yüz yetmiş) manat pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli məhkumun həmin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin olunsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada cinayətlə vurulmuş ziyandan ödənilməmiş qalan 1370 (bir min səkkiz yüz yetmiş) manat pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov