Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-150/2023 13.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəx: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləmiş, Masallı rayonun Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi 1 konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 4 həb narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Tramadol 100” göstəricili güclü təsir edən maddəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynində olan şalvarın sol ayağının qatlanmış balaq hissəsində gizlətmiş və 27 07.2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “Daf” markalı, 90XK194/44ZA363 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin X1 1-ci bölməsinin yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və üzərində şəxsi yoxlama aparılan zaman qeyd edilən həblər saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 iyul 2023-cü il tarixdə İran islam Respublikasından Azərbaycan Respublikasına yük gətirmək üçün İran İslam Respublikasına getmiş, təxminən 11 gün İran islam Respublikasında yük olmadığı üçün gözləməli olmuş, 27 iyul 2023-cü il tarixdə Bakı şəhərinə “gül kələmi” yükü aparmaq lazım olduğunu bildirdiklərindən özü də onlarla razılaşmış və İran İslam Respublikasının Astara şəhərində yerləşən “Pəyanə” adlı terminalda idarə etdiyi yük avtomobilinə “gül kələmi” yükünü yükləyib yola çıxmışdır. Qara ciyərində şiş olduğundan və 7 il olar ki, bu xəstəlikdən əziyyət çəkdiyindən ağrıları olduğu zaman güclü ağrı kəsicilərdən istifadə etmişdir. İran İslam Respublikasında olarkən yenə həmin ağrıları tutmuş və 17 iyul 2023-cü il tarixdə İran islam Respublikasının Astara şəhərində yerləşən bir aptekə girərək ağrıkəsici istəmiş, aptekdə işləyən şəxs ona Azərbaycan pulu ilə 1 manat müqabilində üzərində “Tramadol 100” yazısı olan 1 konvalyutda 10 həb dərman vermiş və həmin dərmanın Azərbaycan Respublikasında qadağan olduğunu və əgər ora aparacaqsa diqqətli olmağını bildirmişdir. İran İslam Respublikasında olarkən fərqli vaxtlarda həmin 10 həbdən dördünü istifadə etmiş, ikisini isə orada çayxanada çay içərkən tanımadığı bir iranlıya pulsuz vermiş, çünki, həmin iranlı çayxanada söhbət əsnasında güclü ağrıları olduğunu ona bildirmiş, bu səbəbdən də iki həb dərmanı ona vermişdir. Qalan 4 həbi isə Azərbaycan Respublikasına gələrkən İran islam Respublikası ilə Azərbaycan Respublikası arasında yerləşən neytral zonada gömrükdə onları aşkar edib götürə bilməsinlər deyə əyninə geyindiyi açıq-qəhvəyi rəngli şalvarın qatlanmış ətəyində gizlətmişdir. 27 iyul 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “Daf” markalı, “90XK194/44ZA363” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhədini keçib Astara gömrüyünə daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və nəqliyyat vasitəsini yük avtomobilləri üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, özü isə gömrük əməkdaşına qadağan olunmuş, gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük işçisi 2 nəfər hal şahidinin iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini bildirmiş, bu məqsədlə 2 nəfər hal şahidi dəvət edərək həmin hal şahidlərinin və onun iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı onun idarə etdiyi yük avtomobilindən qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Daha sonra onu şəxsi yoxlama otağına aparıb hal şahidlərinin iştirakı iiə üzərində şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı əyninə geyindiyi şalvarın sol ayağının balağının qatlanmış hissəsindən 4 həbdən ibarət üzərində Tramadol 100” yazısı olan 1 ədəd konvalyutu aşkar etmişlər. Yoxlama tam başa çatdıqdan sonra gömrük işçiləri onun üzərindən aşkar olunmuş həmin konvalyutu onun və hal şahidlərinin iştirakı ilə götürmüş və qablaşdıraraq möhürləmişlər. Sonda bu barədə protokol tərtib edilmiş, özü də həmin protokolu imzası ilə təsdiq etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 göstərdi ki, 27 iyul 2023-cü il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirən zaman, saat 20 radələrində yük müşayiət sənədlərinə əsasən İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə “gül kələmi” yükü gətirən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, “90XK194/44ZA363” dövlət qeydiyyat nişanlı yük avtomobili idxal yoxlama xəttinə daxil olmuş, sürücü ilə şifahi şəkildə sorğusual apararaq üzərində və ya yük nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, olduğu halda isə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə təqdim ediləsi hər hansı bir predmetin olmadığını bildirmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə doğurduğu üçün hal şahidlərinin iştirakı ilə onun idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirmək, üzərində isə şəxsi yoxlama aparmaq qərarına gəlmişdir. Odur ki, iki nəfər dəvət edərək onlara İran İslam Respublikasından Azərbaycan Respublikasına yük gətirən bir Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparacağı və nəqliyyat vasitəsinə gömrük baxışı keçirəcəyi barədə məlumat verərək qeyd edilən şəxsi yoxlamada və gömrük baxışında hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. X5 və X11 adlı şəxslər Təqsirləndirilən şəxs üzərində aparılacaq şəxsi yoxlamada və nəqliyyat vasitəsinə keçiriləcək gömrük baxışında iştirak etməyə razılıq verdikdən sonra onlara hal şahidi qismində hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. İlk əvvəl həmin hal şahidlərinin və yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs iştiraklari ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı “90XK194/44ZA363” dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük baxışı keçirmiş, lakin yük avtomobilindən hər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cümaddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmiş, şəxsi yoxlama zamani Təqsirləndirilən şəxs əynində olan açıqqəhvəyi rəngli şalvarın qatlanmış ətəyindən gömrük nəzarətindən gizlədilmiş, içərisində 4 həb olan üzərində "Tramadol 100'yazısı olan 1 ədəd konvalyut aşkar etmişdir. Yoxlama tam başa çatdıqdan sonra olunmuş həmin konvalyut tərəfindən hal şahidlərinin və Təqsirləndirilən şəxs iştiraki iləgötürülmüş. Əməliyyat və Təhqiqat şöbəsinin xidməti otağına gətirilərək araşdirma ilə əlaqədar qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Sonda protokol ucadan oxunaraq tanış olmaları üçün Təqsirləndirilən şəxs və hal şahidlərinə təqdim etmiş və onlar da protokolla tanış olub öz imzaları ilə düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X11 onunla birlikdə orada fəhləliklə məşğul olan Hüseyn Məmmədliyə yaxınlaşaraq İran İslam Respublikasından gələn bir yük avtomobilini yoxlayacağını, sürücüsünün üzərində isə şəxsi yoxlama aparacağını bildirib həmin yoxlamalarda onların hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar da gömrük əməkdaşına etiraz etməmiş və gömrük əməkdaşı ilə birlikdə yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə getmişlər, ilk əvvəl onlara hüquq və vəzifələrinin nədən ibarət olduğu izah olunmuş, daha sonra gömrük əməkdaşı onların və yük avtomobilinin sürücüsünün iştirakı ilə “Daf” markalı, “90XK194/44ZA363” dövlət qeydiyyat nişanlı yük avtomobilini yoxlamağa başlamış, lakirı avtomobildən heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Sonra gömrük əməkdaşı onların iştirakı ilə şəxsi yoxlama otağında Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamış və Təqsirləndirilən şəxs əyninə geyindiyi açıq-qəhvəyi rəngli şalvarın qatlanmış ətəyinin içərisindən 4 həb olmaqla üzərində “Tramadol 100” yazısı olan 1 ədəd konvalyut aşkar olunmuşdur. Sonda nəqliyyat vasitəsinin və sürücünün üzərinin yoxlanmasına dair protokollar tərtib edilmiş və onlar da protokollarla tanış olub onları imzalamışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş X5 da şahid X7 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsinin 28 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4066 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Gpmrük Komitəsi N 203699” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen paketdə bir ədəd üzərində “Tramadol 100” yazısı olan konvalyutda ümumilikdə 04 ədəd ağ rəngli dairəvi formalı həblər-tramadol tərkibli dərman preparatıdır, təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı - 0,4 qramdır. Tramadol 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir.İlkin tədqiqat zamanı 04 ədəd həbin tərkibində ümumilikdə 0,4 qram tramadol təsiredici maddəsi müəyyən edilmiş, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 03 ədəd həbin tərkibi İ qram təşkil etmişdir (bir həb - 0,1 qram). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin ekspertlərinin verdiyi 03 avqust 2023-cü il tarixli, 4930 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əzimov X6 Şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda durmur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının X9 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşmanlıq çəkməsini və altmış üç yaşında olmasını Azərbaycan Respublikası CM-nin və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir.” Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələriinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 03 ədəd həb “Tramadol 100” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 03 ədəd həb “Tramadol 100” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-150/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-150/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver