Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-150/2024 24.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, qanuni nümayəndələri Qanuni nümayəndə1 və Astara Rayon İcra Hakimiyyətinin başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Qanuni nümayəndə2, Müdafiəçilər Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xx xxx 2009-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, 09 sentyabr 2024-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və xx xxxxx 2009-ci ildə Lənkəran rayonu, Türkəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Türkəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, 09 sentyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 sentyabr 2024-cü il tarixdə, təxminən saat 12 radələrində Astara rayonu, Şiyəkəran kəndində Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə daxil olub, əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 həmin evin qonaq otağının pəncərəsini açdıqdan sonra qanunsuz yaşayış sahəsi olan mənzilə daxil olmaqla yataq otağında olan rəfdən Zərərçəkmiş şəxs məxsus 585 əyarlı, 1,52 qram çəkisində 160 (yüz altmış) manat dəyərində 01 ədəd qızıl üzüyü, 585 əyarlı, 2,01 qram çəkisində 300 (üç yüz) manat dəyərində 01 ədəd qızıl üzüyü, 585 əyarlı, 1,13 qram çəkisində 130 (yüz otuz) manat dəyərində 01 ədəd qızıl klonu və 585 əyarlı, 1,70 qram çəkisində 210 (iki yüz on) manat dəyərində 01 ədəd qızıl klonu qəsdən gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 sentyabr 2024-cü il tarixdə, təxminən saat 12 radələrində Astara rayonu, Şiyəkəran kəndində Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə daxil olub, əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya uyğun olaraq həmin evin qonaq otağının pəncərəsini açdıqdan sonra Təqsirləndirilən şəxs1 qanunsuz yaşayış sahəsi olan mənzilə daxil olmaqla yataq otağında olan rəfdən Zərərçəkmiş şəxs məxsus 585 əyarlı, 1,52 qram çəkisində 160 (yüz altmış) manat dəyərində 01 ədəd qızıl üzüyü, 585 əyarlı, 2,01 qram çəkisində 300 (üç yüz) manat dəyərində 01 ədəd qızıl üzüyü, 585 əyarlı, 1,13 qram çəkisində 130 (yüz otuz) manat dəyərində 01 ədəd qızıl klonu və 585 əyarlı, 1,70 qram çəkisində 210 (iki yüz on) manat dəyərində 01 ədəd qızıl klonu qəsdən gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri,hadisə yerinə baxış protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi və vəkilinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 5 ildən artıq müddətdir ki, tanıyır. Astaraya gəldiyi gündən bəri Təqsirləndirilən şəxs2 onların evində qalmışdır. Təxminən 2 ay əvvəl Bakı şəhərində işlədiyi avtoyuma məntəqəsinin yanındakı restoranda işləyən Emiş adlı şəxsdən 150 manat miqdarında borca pul almışdır. Həmin şəxs 150 manat pulu sentyabr ayında geri alaçağını bildirmişdir. Borca götürdüyü pulu əldə edə biməmişdir. 08 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs2 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək pulu geri qaytarmalı olduğunu demişdir. O da hazırda pulunun olmadığını və gözləməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilə birlikdə görüşüb dayısı Elsəvər Rəcəbovun evinin qarşısında oturmuşlar. Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib pulu necə verəcəyini danışan zaman, dayısıgilin evində bəlkə satmaq üçün bahalı bir əşyasının olacağını yaxud pul olacağını demişdir. Təqsirləndirilən şəxs2 da ona başqa yollarının olmadığını demişdir. Həyətdəki 1 mərtəbəli evin giriş qapısına tərəf olan pəncərisinə tərəf getmişdirlər.Ətrafda heç kəsin onları görmədiyinə əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 əli ilə pəncərəni açmışdır. O da tək evə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 da kiminsə gəlib-gəlməyəcəyinə baxmaq üçün evin həyətində gözləmiş, evə girib digər yataq otağına keçmişdir. Oradakı dolabı açaraq balaca şəffaf sellofonun içərisində 02 ədəd qızıl üzük və 02 ədəd klon olduğunu görmüşdür. Onları götürüb evi tərk edərək,həyətdən çıxmışdırlar. Qonşuluqda olan Elxangilin həyətinə gedib sonuncunu yanlarına çağırmışdırlar. Elxana qızılları göstərmiş, qızıl olub-olmadığına baxması üçün vermişdir. Elxan da həmin qızılları həyətdə divara sürtmüş, qızıla oxşadığını bildirmişdir. Yenidən qızılları götürüb cibinə qoymuşdur.Daha sonra polis əməkdaşları gəlib onu şöbəyə aparmışdırlar. Sonra da Təqsirləndirilən şəxs2 eyni qaydada şöbəyə aparmışdırlar. Onlar polis əməkdaşlarına hər şeyi səmimi şəkildə etiraf etmişdirlər.Oğurlu borclarını qaytarmaq üşün etdiklərini ,başqa heç bir cinayət hadisəsi törətmədiklərini bildirmişdir.Daha sonra təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini ,ziyanın tam ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin və vəkilin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayon Türkəkəran kəndində yaşayır və orada işləyir. Təxminən 5 ildən artıq müddətdir ki, Astara rayon sakini Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətləri olmuşdur. Bakı şəhərində onların işlədikləri avtoyuma məntəqəsinin yanındakı restoranda işləyən Emiş adlı şəxsdən Məhəmməd 150 manat miqdarında borca pul almışdır. Təqsirləndirilən şəxs1 pulu sentyabr ayında geri qaytarmağını istəmişdir. Təqsirləndirilən şəxs1 pulu dediyi vaxtda verəcəyini demişdir. 08 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Emiş Təqsirləndirilən şəxs1 zəng edərək borcu qaytarmağını istəmişdir. Təqsirləndirilən şəxs1 da ona hazırda pulunun olmadığını və ödəməsini xahiş etmişdir. Sonuncu da gözləyə bilməyəcəyini və gün ərzində pulu çatdırmalı olduğunu demişdir. Onlar ikisi həmin vaxt Təqsirləndirilən şəxs1 dayısı Elsəvər Rəcəbovun qonşuluğunda yaşayan dostu Elxanın evinin qarşısında oturmuşdurlar. Onlar məsləhətləşib Təqsirləndirilən şəxs1 pulu necə verəcəyini danışan zaman, Təqsirləndirilən şəxs1 dayısıgilin evində bəlkə satmaq üçün bahalı bir əşyasının olacağını yaxud pul olacağını demişdir.Həyətdəki 1 mərtəbəli evin giriş qapısına tərəf olan pəncərəsinə getmişdirlər. Ətrafdan onları heç kəsin görmədiyinə əmin olduqdan sonra əli ilə pəncərəni açmışdır. Təqsirləndirilən şəxs1 evə tək daxil olmuşdur. O da kiminsə gəlib-gəlməyəcəyinə baxmaq üçün evin həyətində gözləmişdir. Təxminən 5 dəqiqə sonra həmin pəncərədən geri qayıtmışdır Təqsirləndirilən şəxs1 ona balaca şəffaf sellofonun içərisində 02 ədəd qızıl üzüyü və 02 ədəd qızıl klonu göstərərək bunları götürdüyünü demişdir. Sonra Elxangilin həyətinə gedib sonuncunu yanlarına çağırmışdırlar. Təqsirləndirilən şəxs1 Elxana qızılları göstərərək,qızıl olub-olmadığına baxması üçün vermişdir. Elxan da həmin qızılları həyətdə divara sürtərək qızıla oxşatdığını demişdir. Təqsirləndirilən şəxs1 yenidən qızılları götürüb cibinə qoymuşdur. Elxan onlara hardan tapdıqlarını soruşmuşdur. Onlar isə Elxana hardan tapdıqlarını deməmişdirlər.Sonra ikisi birlikdə yaşadıqları evə getmişdirlər. Oğurladıqları əşyalar da Təqsirləndirilən şəxs1 cibində olmuşdur. Biraz keçdikdən sonra polis əməkdaşları onlara gəlmişdirlər. Əvvəlcə Təqsirləndirilən şəxs1 şöbəyə aparmışdırlar. Sonra da onu eyni qaydada şöbəyə aparmışdırlar. Onlar polis əməkdaşlarına hər şeyi səmimi şəkildə etiraf etmişdirlər. Onlar həmin əşyaları satıb ilk öncə Təqsirləndirilən şəxs1 Bakı şəhərində yaşayan Emiş adı ilə şəxsə olan 150 manat borcunu vermək istəmişdirlər. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, yetkinlik yaşına çatmadığını, vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Astara rayonu, Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun yoldaşının bacısı oğludur. Təqsirləndirilən şəxs1 uşaqlıqdan onun himayəsində böyümüşdür. Aralarında həmişə münasibətlər yaxşı olmuşdur. 08 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində oğlu Sahil ilə birlikdə evdən çıxıb Pensər bazarına getmişdirlər. Evin giriş qapısını bağlasa da, həyətin giriş qapısını açıq qoymuşdur. Küçədə Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 görmüşdürlər. Təxminən saat 13 radələrində evə geri qayıtmışdır. Evdəki yataq otağındakı 2 dolabın qapısının açıq olduğunu görmüş, onları bağlamışdır. Həmin vaxt ağlına heç bir şey gəlməmişdir. Saat təxminən 15:45 radələrində həmin otağa getmiş, dəsmal götürən zaman qızıl-zinət əşyaları olan dolabın qapısını açmışdır. Orada gizlətdiyi 02 ədəd qızıl üzüyünü və 02 ədəd klonunu görməmişdir. Evi nə qədər axtarsa da tapa bilməmişdir. Ondan sonra oğlu Sahil Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng vurub məlumat vermiş, polis əməkdaşları gəlib evinə baxış keçirtmişdirlər.Biraz sonra Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 oğurladıqlarını müəyyən etmişdirlər. Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 həmin gün saat 11 radələrində bazara gedən zaman küçədə görmüşdür. Ona ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra qızıllarının qaytarıldığını bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki,. Hazırda Astara rayonu, Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. Məhəmməd uşaqlıqdan yaşadıqları evdə böyümüşdür. Aralarında həmişə münasibətiləri yaxşı olmuşdur. 10 yaşı tamam olduqdan sonra anasıgillə Bakı şəhərinə yaşamağa getmişdir. Həmin vaxtdan sonra da arabir rayona istirahət üçün gəlibgetmişdir.. 08 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində anası Zərərçəkmiş şəxs ilə birlikdə evdən çıxıb Pensər bazarına getmişlər. Evin giriş qapısını bağlasalar da, həyətin giriş qapısını açıq qoymuşlar. Onlar küçədə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 görmüşlər. Anası Zərərçəkmiş şəxs təxminən saat 13 radələrində evə geri qayıtmışdır. O isə işləri olduğundan kənddə qalmışdır. evə qayıtdıqdan sonra anası ona evdəki dolabda gizlətdiyi 02 ədəd qızıl üzüyünün və 02 ədəd klonun olmadığını demiş, evi nə qədər axtarsalar da tapa bilməmişlər. Bu səbəbdən Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng vurub məlumat vermiş, polis əməkdaşları gəlib evlərinə baxış keçirtmişlər. Anası Zərərçəkmiş şəxs ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir.Daha sonra polislərdən oğurluq edənlərin Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir.Bir müddət sonra anasına dəyən ziyan qaytarılmışdır. Məhkəmə iclaslnda təqsirlənirilən şəxslərin səmimi etirafları nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan şahid X4 ifadəsi elan edilərək tədqiq edilmişdir.Şahidin ifadəsi təqsirləndirilən şəxslərin ifadələrinə oxşar olmuşdur. İş materialİarında olan digər sübutlar : İş materiallarında olan (iş vərəqi 106-111) Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli ifadələrinin yerində yoxlanılması haqqında protokolundan görünür ki, o ifadəsində qeyd olunan Astara rayonu,Şiyəkəran kəndində yerləşən evə qanunsuz daxil olub, gizli olaraq Zərərçəkmiş şəxs məxsus 02 ədəd qızıl üzük və 02 ədəd qızıl klonu oğurladığı yeri göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə edilən (Səh 19-21) 09 sentyabr 2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan məlum olur ki, iki ədəd qızıl üzük və iki ədəd qızıl klon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən iki hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs2 götürülmüş və zərfdə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan (iş vərəqi 24) xx.xx.2024-cü il tarixli X1 rəyindən görünür ki,.Qeyd olunan əyarı 585 olan,çəkisi 1.52 qram olan 01 ədəd qızıl üzüyün xx.xx.2024-cü il tarixinə orta bazar qiyməti 160 manat, qeyd olunan əyarı 585 olan,çəkisi 2.01 qram olan 01 ədəd qızıl üzüyün xx.xx.2024-cü il tarixinə orta bazar qiyməti 300 manat,qeyd olunan əyarı 585 olan,çəkisi 1.13 qram olan 01 ədəd qızıl klounun xx.xx.2024-cü il tarixinə orta bazar qiyməti 130 manat, qeyd olunan əyarı 585 olan,çəkisi 1.70 qram olan 01 ədəd üzüyün xx.xx.2024-cü il tarixinə orta bazar qiyməti 210 manatdır. İş materiallarında olan (iş vərəqi 120-125) xx.xx.2024-cü il tarixli tanınma protokolundan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş zinət əşyalarından Təqsirləndirilən şəxs2 götürülmüş özünə məxsus iki ədəd üzük və iki ədəd klonu tanımışdır. İş materiallarına əlavə edilən (Səh 100) 10 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan məlum olur ki, iki ədəd qızıl üzük və iki ədəd qızıl klon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan digər sənədlər: İş materiallarında olan (iş vərəqi 28) xx.xx.2024-cü il tarixli, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan (iş vərəqi 67-68) xx.xx.2024-cü il tarixli, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan (iş vərəqi 129) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (iş vərəqi 130) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (iş vərəqi 61-63) xx.xx.2024-cü il tarixli, 282 nömrəli “qətimkan tədbiri seçmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında » qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 135) Astara rayon İHB-nın Şiyəkəran kənd inzibati dairəsinin nümayəndəsi Elşad Məcidovun təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə şikayət xarakterli materilları daxil olmamışdır. İş materiallarında olan (iş vərəqi 98) xx.xx.2024-cü il tarixli, 286 nömrəli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 151) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli Astara RPŞ-nin İstintaq Bölməsinə təqdim etdiyi ərizədən görünür ki,hazırda qızıl-zinət əşyalar müəyyən olunmuş və ona məxsus olan qızıllar geri qaytarılmışdır. Həmin şəxslərdən şikayətçi deyildir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli Astara Rayon Məhkəməsini təqdim etdiyi ərizədən görünür ki, hazırda qızıl-zinət əşyalar müəyyən olunmuş və ona məxsus olan qızıllar geri qaytarılmışdır.Həmin şəxslərdən şikayətçi deyildir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, mütəxəssis rəyi, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduğu bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmələri tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cəza tədbiri seçərkən məhkəmə hesab edir ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk məhkumluğunu, yetkinlik yaşına çatmayan olmasını, səmimi etirafını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olduğunu, ilk məhkumluğunu, yetkinlik yaşına çatmayan olmasını, səmimi etirafını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, səmimi etiraflarını, zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə o azadlıqların məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd qızıl üzük və iki ədəd qızıl klon sahibi Zərərçəkmiş şəxs istifadəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia ,məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 585 əyarlı, 1,52 qram çəkisində 160 (yüz altmış) manat dəyərində 01 ədəd qızıl üzüyü, 585 əyarlı, 2,01 qram çəkisində 300 (üç yüz) manat dəyərində 01 ədəd qızıl üzüyü, 585 əyarlı, 1,13 qram çəkisində 130 (yüz otuz) manat dəyərində 01 ədəd qızıl klonu və 585 əyarlı, 1,70 qram çəkisində 210 (iki yüz on) manat dəyərində 01 ədəd qızıl klon zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-150/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-150/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver