Məhkəmə qərarları › İş №1(018)-151/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-151/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-151/2024 24.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Astara rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni -0,524 qram çəkidə narkotik vasitə heroini və -1,435 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 17 sentyabr 2024-cü il tarixdə saat 18:51-də Astara şəhəri, Qum küçəsində yerləşən, Qum qəbiristanlığının ərazisində olan zaman saxlanılaraq üzərində aparılan yoxlama zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindəki siqaret qutusunun içində 01 bükümdə təmiz çəkisi -0,524 qram olan narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi -1,435 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, təxminən 8 ildir ki, narkotik vasitələrdən istifadə etmiş, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün və oğurluq etdiyi üçün məhkum olunmuş, 17 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Astara şəhəri, Məscidin yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər, daha sonra üzərində qanunsuz əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər, bu təklifdən sonra üzərində olan 0.2 qram heroini onlara təqdim etmişdir. Narkotik vasitəni kimdən aldığını demədiyi üçün narkotik vasitələrin satışı ilə məşğul olmasında ittiham edilməkdən qorxmuş, bu səbəbdən sonradan narkotik vasitələrin miqdarı polis əməkdaşları tərəfindən çoxaldılarkən eyni maddənin sanksiyası həddində cəza veriləcəyini düşünərək etiraz etməmişdir. Adətən narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmiş, lakin heç bir zaman narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Hazırda əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, DİN-nin Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddələri və narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmış, daha sonra 17 sentyabr 2024-cü il tarixdə, saat 18:51 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə Təqsirləndirilən şəxs Astara şəhəri Qum küçəsində yerləşən Qum qəbristanlığının həyətində dayandığı zaman saxlamışlar, daha sonra özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncuya üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması barədə sual vermişlər, Nurlan da bu zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunun içərisində ayrı-ayrı bükümlərdə olan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinə bənzər kütlələri çıxararaq onlara təqdim etmiş, həmin bükümlərdə olan maddələrin metamfetamin və heroin olduğunu bildirmiş, daha sonra sıfırlanmış elekton tərəzidə psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan heroinə bənzər kütlələr tərəziyə qoyularaq çəkilmiş, metamfetaminin çəkisinin 1,84 qram və heroinin çəkisinin 0,72 qram olması müəyyən edilmiş, zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imzalar edilmiş və 84 saylı möhürlə möhürlənmiş, bundan sonra onlar Nurlan ilə birlikdə Astara RPŞ-yə gəlmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, daha sonra X3 üzərindən aşkar edilmiş bükümün qablaşdırıldığı zərfi yenidən açmış, bükümə yenidən baxış keçirilmiş, bükümə baxış keçirilən zaman orada o, Nurlan, müdafiəçi və Nəhmət Babayev iştirak etmişlər, bükümə yenidən baxış keçirilən zaman psixotrop maddə olan metamfetaminin çəkisinin 1,8 qram, narkotik vasitə olan heroinin çəkisinin 0,7 qram olması müəyyən edilmiş, boş zərfdə qablaşdırılmış və möhürlənmiş, bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən heç bir əlavə qeyd edilmədən imzalanmışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid4, Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:51-dən saat 18:57-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan göy rəngli idman şalvarının sol yan cibindən boş 01 ədəd siqaret qutusunda 02 ədəd ayrı bükümlərdə olan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin bənzər kütlə aşkar edilərək götürülmüş, həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra, narkotik vasitə olan heroinin 0,72 qram, pxisotrop maddə olan metamfetaminin isə 1,84 qram olması müəyyən edilmiş və qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 19:55-dən saat 20:10-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunun içərisində ayrıayrı bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminə bənzər kütlənin qablaşdırıldığı 01 ədəd zərf açılmış, baxış keçirilmiş, həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra, narkotik vasitə heroinin 0,72 qram, psixotrop maddə olan metamfetaminin 1,84 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman qeydə alınmış videogörüntü olan 01 ədəd “DVD” diskə baxış keçirilmək üçün “BENQ” markalı kompyüterə daxil edilmiş, “My computer” pəncərəsində “Nurla Həbibov mp4” adlı videogörüntü açılmış, 05 dəqiqə 46 saniyədən ibarət olan video görüntünün 01:31 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sol yan cibindən siqaret qutusunun içərisindəki ayrı-ayrı bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinin aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin bükümlərin psixotop maddə metamfetaminin və narkotik vasitə olan heroinin özünə məxsus olduğunu deməsi qeydə alınmış, sonradan videogörüntü də əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə verilmiş 18 sentyabr 2024-cü il tarixli, 19/666 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə heroinə bənzər kütlə və bir bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı....” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -0,524 qram olan məddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; 1 ədəd bükümdə 1,435 qram ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. (tədqiqatdan sonra qalıq heroin 0,474 qram, qalıq metamfetamin 1,385 qram). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məcburi tibbi yoxlama” üzrə verilmiş 20 sentyabr 2024-cü il tarixli, 712 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulunundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan 05 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,474 qram narkotik vasitə heroin və 1,385 qram psixotrop maddə metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə saat 19:40-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Astara rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(018)-65/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmağa başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Həbibov X1 Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 31 may 2024-cü cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 04 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi -0,524 qram olan narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi -1,435 qram olan psixotrop maddə metamfetaminin əslin 0.2 qram heroin olması və Qum qəbristanlığının yanında deyil də Məscidin yanında tutulması barədə verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi sübutları şübhə altında qoymaq, vəziyyətini yüngülləşdirmək məqsədi güdür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, qanunsuz saxlanması və daşınması kimi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixortop maddə olan metamfetamini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-in 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-in 5.1ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-in 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-in yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəzadan vaxtından əvvəl şərti azad edildiyi gündən iki il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alınmalıdır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin, Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 04 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində, yəni 17 sentyabr 2024-cü il tarixdə yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin əvvəllər də CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasını və azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, məhkumluğunun ödənilmədiyini, cəzadan vaxtından əvvəl şərti azad edilərək cəzanın çəkilməmiş hissəsi ərzində yenidən həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinin 7(002)-645/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-207/2022 saylı hökmü ilə təyin edilmiş və 31 may 2024-cü cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilərkən qalan 04 ay 28 gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilərək ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs oğlu 17 sentyabr 2024-cü il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,474 qram narkotik vasitə heroin və 1,385 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 04 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(099)-207/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 ay 28 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,474 qram narkotik vasitə heroin və 1,385 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 02 ədəd DVD disk disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar