Məhkəmə qərarları › İş №1(018)-154/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-154/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-154/2024 24.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sirius Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1979-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, İran İslam Respublikası, Ərdəbil şəhəri, Sina dairəsi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən xeyli miqdarda, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 0,34 qram təşkil edən üzərində “M40” yazısı həkk olunmuş 8 bütov həb və 1 ədəd ½ hissə həb qırıntısı metadon narkotik vasitəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək 1 bükümdə əyninə geyindiyi şalvarın sağ kiçik cibində yerləşdirib saxlamış, idarə etdiyi “Volvo” markalı, 90AG888/27AA618 qeydiyyat nişanlı yük avtomobili ilə gələrək İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış, 25 sentyabr 2024-cü il tarixdə, saat 04 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində yük maşınları üçün nəzərdə tutulmuş idxal xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə üzərinə keçirilmiş şəxsi yoxlama nəticəsində sözügedən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, təxminən 20 ildir ki, Volvo” markalı, 90AG888/27AA618 nömrəli yük maşınını idarə etməklə sürücü işləyir və ailəsinin dolanışığını bu yolla təmin edir. Uzun müddətdir ki, miqrendən, şiddətli baş ağrılarından əziyyət çəkir. İlk dəfə 6 ay əvvəl İranda apteklərin birindən baş ağrıları zamanı istifadə etmək üçün 10 həb metadon adlı həblərdən almışdır və ara-sıra baş ağrıları şiddətli olanda yarım həb istifadə etmişdir. Sonuncu dəfə sentyabr ayının əvvəlləri baş ağrısı olanda metadon həblərindən yarım həbi istifadə etmişdir. Qalan tableti isə, şalvarının cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə “sabun” yükü daşınması barədə sifariş aldığı üçün Bakı şəhərinə gəlməli olduğundan, Astara gömrüyünə gəlmişdir. Gömrükdə hüquq və vəzifələri ilə bağlı bildiriş verildiyindən hüquq və vəzifələri ilə tanış olmuş, daha sonra, şifahi şəkildə sorğu-sual edildikdə sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində və üzərində hər hansı qadağan edilmiş və gömrük orqanına bəyan edilməli olan hər hansı predmet olubolmadığını soruşulmuş, o da, nə nəqliyyat vasitəsində, nə də üzərində heç bir qadağan edilmiş və ya bəyan edilməli olan predmetlərin olmadığını bildirmişdir. Bundan sonra, maşınına yoxlama keçirəcəklərini bildirmişlər. Bir qədər sonra, gömrük əməkdaşı iki nəfər şəxs çağırmış, həmin şəxslərin hal şahidi olduqlarını demişdir. Bundan sonra, nəqliyyat vasitəsini hal şahidlərinin və onun iştirakı ilə yoxlamağa başlamışdır. Yoxlama nəticəsində heç bir qadağan edilən predmet aşkar edilməmişdir. Bundan sonra, gömrükçü ona üzərində də şəxsi yoxlama keçirəcəyini demişdir. Bunu deyib yaxınlıqda olan şəxsi yoxlama otağına getmişdilər. Orada hal şahidlərinin iştirakı ilə bir daha ondan üzərində qadağan edilən və ya bəyan edilməli olan hər hansı predmet, narkotik, psixotrop, digər dərman və ya başqa predmetlər olub-olmadığını soruşmuşdur. O da üzərində bəyan edə biləcəyi heç nəyin olmadığını bildirmişdir. Bundan sonra, üzərində şəxsi yoxlama keçirilmişdir və nəticədə əyninə geyindiyi qəhvəyi rəngli şalvarın sağ tərəfindəki kiçik cibindən bir bükümdə 8 tam və bir ədəd yarımçıq metadon həbləri aşkar edilmişdir.. Daha sonra, yoxlama haqqında sənədlər tərtib edilmişdir. Tərcüməçinin iştirakı ilə sənədlərlə tanış olmuş və imzalayıb təsdiq etmişdir. Əməlindən peşman olduğunu,bu həblərin İranda açıq satışda olduğunu,bunu bəyan etməli olduğunu bilmədiyini, ilk dəfə belə səhfə yol verdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində 13 yaşlı övladının olmasını, ailədə yeganə qazanc gətirən olmasını, ürək xəstəlikdən əziyyət çəkdiyini, nəzərə alaraq nisbətən aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, X5 yükləmə-boşaltma işlərində günəmuzd fəhlə işləyir. xx.xx.2024-cü ildə saat 04 radələrində gömrük əməkdaşı Şahid1 onu və onunla birlikdə işləyən Şahid3 yük idxal xəttinə dəvət edərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. Onlar gömrük əməkdaşının xahişini qəbul edərək birlikdə həmin yerə getmişlər. Şəxsi yoxlama zamanı İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Yousefalının əynindəki şalvarın sağ kiçik cibindən bir büküm aşkar edilmişdir. Həmin bükümü açıb baxdıqda içərisində həblər olduğunu görmüşdür. Həblərin sayı 8 ədəd tam və bir ədəd yarım olmuşdur. Həblər qəhvəyi rəngdə olmuş və üzərində “M40” yazısı olmuşdur. Baxış başa çatdıqdan sonra aşkar edilmiş həblər gömrük əməkdaşı tərəfindən qablaşdırılmış,möhürlənmiş ,protokol tərtib edilmiş, onlar gördüklərini imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsi ondan öncə dindirilən Şahid2 ifadəsinə oxşar olmus və işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, təhsil məzuniyyətində olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə şahidin teleqrammını və təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edərək tədqiq edilməsini mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Astara keçid məntəqəsində xidmətdə olarkən saat 04 radələrində əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “90AG888/27AA618” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə postun yoxlama xəttinə daxil olmuşdur. Həmin nəqliyyat vasitəsinin yük müşayiət sənədlərini yoxlayarkən məlum olmuşdur ki, H.X7 Respublikasından Azərbaycana “sabun” yükü gətirirmiş. İdxal xəttinə daxil olan bütün yük nəqliyyat vasitələrinin diqqətlə yoxlanılması həyata keçirildiyi üçün nəqliyyat vasitəsinə əsaslı gömrük yoxlaması tətbiq etməli imiş. Təqsirləndirilən şəxs əcnəbi olduğuna görə olduğuna görə əvvəlcə ona gömrük məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair yazılı bildirişin fars dilinə tərcümə edilmiş nüsxəsini təqdim etmişdir ki, oxuyub hüquqları və vəzifələri ilə tanış olsun. Sonra, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində və ya üzərində qadağan edilən, gizlətdiyi, bəyan etmədiyi hər hansı predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin, eləcə də hər hansı dərman vasitələrinin, valyuta vəsaitlərinin, qızıl məmulatlarının, silah-sursat və kimi malların və bir sıra digər predmetlərin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə, cavabında nə üzərində, nə də idarə etdiyi nəqliyyat vasitəsində gizlətdiyi və bəyan etmədiyi heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra, yoxlama zamanı iştirak üçün postun yaxınlığında günəmuzd işlərdə çalışan Famil və Tofiq adlı şəxsləri hal şahidi qismində iştirak etmələri üçün dəvət etmişdir. Onları Təqsirləndirilən şəxs təqdim etdikdən sonra, bir daha Təqsirləndirilən şəxs bəyan etməli olduğu və ya gizlədilən nələrsə varsa təqdim etməyi təklif etmişdir. O isə, olmadığını bildirmişdir. Sonra, nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. O qeyd etmişdir ki, nəqliyyat vasitəsinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə oyatdığından onun üzərində şəxsi yoxlama keçirmək qərarına gəlmişdir. Bu barədə aidiyyəti üzrə məruzə edərək hal şahidlərinin iştirakı ilə şəxsi yoxlamaya başlamışdır. Şəxsi yoxlamaya başlamazdan əvvəl bir daha Ghorbanidən üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrüyə bəyan etməli olduğu hər hansı qanunsuz predmetin olub-olmadığını soruşmuşdur və varsa təqdim etməyi təklif etmişdir, amma o, bir daha üzərində də bəyan etməli olduğu və gizlədilmiş heç bir predmet olmadığını bildirmişdir. Bundan sonra, onun üzərində şəxsi yoxlama keçirməyə başlamışdır və şəxsi yoxlamanın nəticəsində Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ kiçik cibində gömrük nəzarətindən gizlədilmiş formada 1 büküm aşkar etmişdir. Həmin bükümə baxış keçirəndə isə bükümün içərisində qəhvəyi rəngli 8 ədəd tam həb və bir ədəd yarımçıq həb aşkar edilmişdir. Həmin həblərin üzərində M40 yazısı oxunurdu. Bundan sonra, aşkar olunmuş həmin predmetlər qablaşdırılmışdır və onun tərəfindən götürülmüşdür. Daha sonra, təhqiqat şöbəsinin “Astara” gömrük postunun inzibati binasında yerləşən xidməti otağına gətirilmişdir. Araşdırma ilə əlaqədar yoxlama barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs oxunmuşdur, Təqsirləndirilən şəxs tərcüməçinin köməkliyi ilə protokolla tanış olub yekunda imzası ilə təsdiq etmişdir. Sürücü protokolu imzaladıqdan sonra, hal şahidləri, tərcüməçi, o və digər gömrük əməkdaşı protokolu təsdiqləyib imzalamışdılar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla yoxlayb təhlil etmişdir. İş materiallarında olan : «Astara» Gömrük İdarəsində tərtib edilmiş (iş vərəqi 18-20 )“Şəxsi yoxlama aparılması haqqında” (səh 18-20) 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əyninə geyindiyi qəhvəyi rəngli şalvarın sağ kiçik cibində gömrük nəzarətindən gizlədilmiş formada 1 (bir) ədəd büküm aşkar edilmiş, həmin bükümə baxış zamanı 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində “M40” yazılı olan 8 (səkkiz) ədəd həb və 1 (bir) ədəd həb parçası olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş (səh 54-55) 25 sentyabr 2024-cü il tarixli qərarla məhkəmə fiziki kimyəvi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 26 sentyabr 2024-cü il tarixli, 6/4707 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş polietilen paketdə olan üzərində “M-40” göstəricisi olan 8 ədəd qəhvəyi rəngli, dairəvi formalı həbsə və ½ hissə həb hissəsində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,34 qram olduğu təsdiqini tapmışdır. Aparılmış tədqiqatdan sonra qalıq 7 həb təşkil etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X8 tərəfindən verilmiş (səh 196-198) 14 oktyabr 2024-cü il tarixli, 6807 saylı narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik opioidlərdən istifadə etmə halları istisna olunmur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyat alınması məsləhət görülür. «Astara» Gömrük İdarəsində tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki (səh 47), İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 4(004)-878/2024 saylı qərarından görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 25 sentyabr 2024cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, (səh-167) İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 1 azyaşlı uşağı vardır . İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ürək xəstəlikdən əziyyət çəkir və mütəmadi dərmanlar qəbul etməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, səmimi etirafı, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Qanunvericiliyə istinadlar: Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cinayətlərin məcmusu üzrə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş əməldən səmimi peşmanlıq hissi keçirməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ürək xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ürək xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunuda müstəsna hal hesab edir Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 62.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan faktiki halların məcmusu müstəsna hal hesab edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hazırkı iş üzrə hesab edir ki, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qanuna uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəlinin 25 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alır və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalmış – 7 həb metadon narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, (səh 227-235) Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd “Samsung” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin 2 (iki) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə edilməli əşya mövcud deyil. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 7 həb metadon narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 200 ABŞ dolları, 220 Azərbaycan manatı, 2 (iki) milyon 300 (üç yüz) min iran tüməni pul və 4 (dörd) ədəd bank kartı ona qaytarılmış hesab edilsin. Cinayət işinə əlavə olunmuş 2 (iki) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar