Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-155/2023 10.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4, onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxxx 1983-cü il tarixdə Astara rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işləməyən, Astara rayonu Kakalos kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə saat 19:50 radələrində Astara rayonu Kakalos kəndində ara yolda Zərərçəkmiş şəxs ilə arasında baş verən mübahisə zamanı onun baş nahiyəsinə mobil telefonla bir dəfə qəsdən vururaraq sonuncuya sol gicgah nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 128-ci maddəsi üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Astara rayonu Kakalos kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır və əvvəllər onunla aralarında qərəzli münasibət olmamışdır. 25 oktyabr 2023-cü il tarixdə saat 19:50 radələrində Astara rayonu kəndarası yol ilə yaşadığı evə gedərkən, X2 həmkəndlisi Şahid söhbət etdiklərini görmüşdür. Nazxanım Səmədovanın qızının barəsində xoşagəlməz sözlər söyləməsinə görə onunla aralarında mübahisə baş vermişdir. Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söymüş, o, da Zərərçəkmiş şəxs “sən məni niyə söyürsən” dediyini, o, da ona “əcəb edirəm səni söyürəm” demiş, onun bu hərəkətlərinə dözməyib, onun yaxasından tutub onu itələyib yerə yıxmış, əlində olan “Redmi” markalı mobil telefonu onun baş nahiyəsinə vurmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayonu Separadi kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, Astara rayonun Kakalos kəndinə yaşayan bacısı X5 evinə qonağ gəlmiş, axşam saat 19:30 radələrində bacısının qonşusu olan Məryəm ilə küçədə söhbət edərkən həmən vaxtı Kakalos kənd sakini əvəllər yaxın münasibətdə olduğu Ramilə öz oğlu Əli ilə birlikdə onların yanından keçmiş, Ramilə onun yanına çatan zaman Məryəmlə salamlaşmışdır. Sonra Ramilə onun haqda Məryəmə bir söz deməsinə görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Ramilə onu küçə söyüşləri ilə söymüş və qarın nahiyəsinə təpik zərbəsi vurmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona görə də Təqsirləndirilən şəxs haqqında qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 da şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş 23 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Astara rayon Deqədi kəndində, Rübabə Cəbiyevanın ailəsi ilə birlikdə yaşadığı evin daxilində baş vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 Lənkəran rayonlararası MTE və PA zona mərkəzindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 268 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində- sol gicgah nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 02 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Astara rayon İHB-nın Astara rayonu Kakalos kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Astara rayon İHB-nın Astara rayonu Kakalos kənd İƏD üzrə nümayəndəliyinin arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Astara rayonu Kakalos kəndində yaşayır, himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə saat 19:50 radələrində Astara rayonu Kakalos kəndində ara yolda Zərərçəkmiş şəxs ilə arasında baş verən mübahisə zamanı onun baş nahiyəsinə mobil telefonla bir dəfə qəsdən vururaraq sonuncuya sol gicgah nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməsi təsdiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında toplanmış materiallar, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144-cü (Sübutların yoxlanılması), 145-ci (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, qadın olmasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, islah işləri cəzası təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs qadın olmasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun hesab edərək onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsini təqsirləndirilən şəxsin islah edilməsi baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-155/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-155/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver