Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-157/2023 11.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakları ilə xx xxxxxx 1981-ci ildə Astara rayonu, Siyəkəran kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Astara rayonu, Siyəkəran kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində, Astara rayonu Şiyəkəran kəndində birlikdə yaşadıqları evdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ailə daxili münasibətlər zəmində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs şüşə boşqabla Zərərçəkmiş şəxs başına zərbə vuraraq sonuncuya sol gicgah nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində yenidən birlikdə yaşadığları Astara rayonu Şiyəkəran kəndində yerləşən evdə ailə daxili münasibətlər zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı əri Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədərək bədəninin müxtəlif nahiyəsinə yumruq zərbəsi vuraraq döymüş və əlindəki şüşə boşqabı başına vuraraq ona xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Onun haqqında cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində birlikdə yaşadığları Astara rayonu Şiyəkəran kəndində yerləşən evdə ailə daxili münasibətlər zəmində aralarında mübahisə yarandığını mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək onun bədəninin müxtəlif nahiyəsinə yumruq zərbsi vuraraq və əlindəki şüşə boşqabı başına vuraraq ona xəsarət yetirmişdir. Əməlindən peşmanlıq çəkir və zərərçəkmiş şəxslə barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur. O, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 289 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində-sol gicgah nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətbərk küt əşyanıntəsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan Astara rayon Mərkəzi xəstəxanasından təqdim olunmuş arayışda Nəsirov X1 ruhi-əsəb kabinetində dispanser qeydiyyatinda durmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Siyəkəran kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmisdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxs X5 ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-157/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-157/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver