Məhkəmə qərarları › İş №1(018)-158/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-158/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-158/2023 29.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, Astara rayonu Səncərədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən kustar üsulla hazırlanmış 5.6 mm kalibrli, revolver sistemli, yivsiz 01 ədəd odlu silahı və zavod üsulu ilə hazırlanmış, pistonlan yandan alışan, 5,6 mm kalibr olmaqla həmin silahda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 04 ədəd patronları və şəxsi istehlak miqdarından artıq miqdarda -0,380 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 08 iyul 2023-cü il tarixdə, saat 19:30da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Astara şəhəri Azərbaycan küçəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd odlu silah onun əynində olan boz rəngli cins şalvarın sağ yan tərəfində kəmərlə bədəni arasından, döyüş sursatı hesab olunan 04 ədəd patron həmin şalvarın sol yan cibindən, 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi: - 0,380 qram olan psixotrop maddə metamfetamin bəmin şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, silah və narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar, təqsirli deyil. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib üstündə aşkar edilmiş silahın və psixotrop maddənin ona məxsus olmaması barədə göstərdikləri onun tərəfindən törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə etmək məqsədilə uydurulmuşdur.Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, işin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Astara rayonu Səncərədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, evlidir, himayəsində 2 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. 3 il müddətdir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir, narkotik vasitələrdən istifadə etmədiyi vaxtlarda bədənində güclü ağrılar olur, 07 iyul 2023-cü il tarixdə, saat 09 radələrində Astara rayonu Səncərədi kəndində yerləşən yaşadığı evdən çıxaraq narkotik vasitə əldə etmək məqsədilə avtobus vasitəsilə Lənkəran şəhəri Kiçik Bazar adlanan əraziyə yola düşmüş. Lənkrəan şəhəri Kiçik Bazar adlanan əraziyə çatdıqdan sonra əvvəllər narkotik vasitə əldə etdiyi adını bilmədiyi və yalnız üzdən tanıdığı şəxsə narkotik vasitə əldə etmək istədiyini bildirmiş, həmin şəxs bir qədər gözləməli olduğunu ona “şüşə" adlanan psixotrop maddə olan metamfetamin gətirəcəyini bildirmiş və təxminən 15 dəqiqə keçdikdən sonra geri qayıdaraq bir bükümdə psixotrop maddə olan metamfetamini vermiş, həmin şəxsə 10 manat ödədikdən sonra ərazini tərk edərəkavtobus vastəsilə Astara rayonuna geri qayıtmış, təxminən 8 ay öncə yəni 2022-ci ilin dekabr ayında Astara rayon sakini soyadını bilmədiyi İdrak adlı şəxslə görüşərkən İdrak üzərində olan tapancam göstərmiş və onu Astara rayonu Sım kəndi ərazisində meşədə yerdən tapdığını bildirmiş, onun da silahlara marağı olduqca yüksək imiş və bu səbəbdən də İdrakdan həmin tapancanı ona verməsini xahiş etmiş, İdrak onun xahişini qəbul edərək üzərində daşıdığı tapancanı və həmin tapancaya aid olan 4 ədəd patronu cibindən çıxarıb hədiyyə olaraq bağışlamış, həmin vaxtdan bəri o, həmin tapancanı sadəcə maraq üçün üzərində gizlədərək gəzdirmiş, İdrak adlı dostu bir neçə gün öncə vəfat etmiş, 08 iyul 2023-cü il tarixdə saat 19 radələrində Astara şəhəri, Azərbaycan küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, oııu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər, o, dərhal polislər üzərində olan narkotik vasitəyə görə ona yaxınlaşmasını başa düşmüş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmiş, polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçi Allahverən Əbilovun iştirakıyla videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmiş, o, əynində olan boz rəngli cins şalvarın sağ yan tərəfində kəmərlə bədəni arasında saxlayaraq gəzdirdiyi 1 ədəd barabanlı tapançanı, həmin şalvarın sol yan dibindən 4 ədəd patronu, həmin şalvarın sol arxa cibindən 01 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə olan metam.fetam.ini çıxarıb masanın üzərində qoymuş, daha sonra təhqiqatçı üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, masanın üzərinə qoyduğu 01 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə olan metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,48 qram olması müəyyən edilmiş, polis əməkdaşlarının apardıqları şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd barabanlı tapanca, həmin tapancaya aid 04 ədəd patronu Astara rayon sakini dostu İdrak adlı şəxsdən hədiyyə olaraq aldığını, həmin tapancadan heç vaxt atəş açmadığım, maraq üçün üzərində daşıdığını və satışı ilə məşğul olmadığını, 01 ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetamini Lənkəran şəhərində Kiçik Bazardan yalnız üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmiş, bundan sonra masanm üzərinə qoyduğu 01 ədəd barabanlı tapanca, həmin tapancaya aid 04 ədəd patron və 01 ədəd şəffaf sellofan bükümündə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra üzərmə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmış, şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd şəffaf sellofanda olan psixotrop maddə metamfetamini 07 iyul 2023-cü ildə saat 10 radələrində Lənkəran şəhərində Kiçik Bazardan yalnız üzdən tanıdığı adım bilmədiyi şəxsdən 10 manata almış və öz istifadəsi üçün üzərində daşımış, şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd barabanlı tapanca, həmin tapancaya aid 04 ədəd patronu -022-ci ilin dekabr ayında Astara rayon sakini dostu İdrak adlı şəxsdən Astara şəhəri razisində hədiyyə olaraq almış, həmin tapancadan heç vaxt atəş açmamış, sadəcə silahlara marağı olduğu üçün əldə edərək üzərində daşımış, həmin kütlədən kiməsə verməmiş, həmçinin satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Astara RPŞ-nin CAB-nin, əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyul 2023-cü il tarixdə Astara rayonu Səncərədi kəndində qeydiyyatda olmaqla orada yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması, eləcə də qanunsuz olaraq odlu silah saxlaması və daşıması və həmin tarixdə, axşam saatlarında Astara şəhərində olacağı barədə şöbənin əməkdaşı Həsən Ağayevin icraatına məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, 08 iyul 2023-cü tarixdə, təxminən saat 19 radələrində şöbənin digər əməkdaşları - Həsən Ağayev və Nəhrnət Məmmədov ilə birlikdə avtomobillə Tofiqin olacağı Astara şəhəri, Azərbaycan küçəsinə getmiş, həmin küçədə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüş və dərhal yaxınlaşaraq özünü təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq odlu silah daşımaqda şübhəli olduğunu və bu səbəbdən üzərində şəxsi axtarış keçirməli olduğunu bildirərək onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, sonra isə Mahir Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə iştirakçıların iştirakı ilə videoçəkilişlə Tofiqin üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı X13 üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Tofiq da əynində olan boz rəngli cins şalvarın sağ yan tərəfində kəmərlə bədəni arasında saxlayaraq gəzdirdiyi 1 ədəd barabanlı odlu silahı, şalvarın sol yan cibindən həmin silaha aid 4 ədəd patronu, həmin şalvarın sol arxa cibindən isə 01 bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, daha sonra təhqiqatçı Tofiqin üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanımla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, bundan sonra təhqiqatçı i (bir) bükümdə şəffaf sellofana baxış keçirdikdə onun içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar etmiş, Tofiqin üzərindən aşkar olunan odlu silah, patronlar və psixotrop ıııaddə kütləsi onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmiş, daha sonra təhqiqatçı Mahir Tahirli tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, iştirakçılar həmin protokolu imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Astara RPŞ-nin CAB-nin, əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyul 2023-cü il tarixdə Astara rayonu Səncərədi kəndində qeydiyyatda olmaqla orada yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlannı əldə etməsi, saxlaması və daşıması, eləcə də qanunsuz olaraq odlu silah saxlaması və daşıması və həmin tarixdə, axşam saatlarında Astara şəhərində olacağı barədə icraatına məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarm icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, 08 iyul 2023-cü tarixdə, təxminən saat 19 radələrində şöbənin digər əməkdaşları - Fəqan Nurəlizadə və Nəhmət Məmmədov ilə birlikdə avtomobillə Tofıqin olacağı Astara şəhəri, Azərbaycan küçəsinə getmiş, həmin küçədə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüş və dərhal yaxınlaşaraq özünü təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq odlu silah daşımaqda şübhəli olduğunu və bu səbəbdən üzərində şəxsi axtarış keçirməli olduğunu bildirərək onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, sonra isə Mahir 'Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə iştirakçıların iştirakı ilə videoçəkilişlə Tofıqin üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı X14 üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Tofiq da əynində olan boz rəngli cins şalvarm sağ yan tərəfində kəmərlə bədəni arasında saxlayaraq gəzdirdiyi 1 ədəd barabanlı odlu silahı, şalvarın sol yan cibindən həmin silaha aid 4 ədəd patronu, həmin şalvarın sol arxa cibindən isə 01 bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, daha sonra təhqiqatçı Tofıqin üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, bundan sonra təhqiqatçı bir bükümdə şəffaf sellofana baxış keçirdikdə onun içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar etmiş, Tofıqin üzərindən aşkar olunan odlu silah, patronlar və psixotrop maddə kütləsi onun və digər şəxslərin İştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı Mahir Tahirli tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş edilmədən həmin protokol imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 və X6 şahid X4 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 iyul 2023-cü il tarixli, 19/713 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindənaşkar edilmiş bir bükümdə kütlə ekspertizaya taqdim olunmaq üçün” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi; -0,380 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun arixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan lespublikasınm ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin iyahısma" daxildir (Siyahı İ). Rəyin qeyd hissəsindən isə görünür ki, metamfetaminin iımımi təmiz çəkisi 0,380 qramdır, cəmi tədqiqata 0,05 qram sərf edilmiş və 0,330 [ram metamfetamin qalıq qalmışdır. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi ərəfindən verilmiş məhkəmə-ballistik ekspertizası üzrə 10 iyul 2023-cü il tarixli, 3/1083; 3/1084 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim sdilmiş 01 ədəd silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kaiibrli, revolver sistemli,Yivsiz odlu silahdır, atəş açmaq üçün yararlıdır, odlu silah hesab edilir. Tədqiqata əqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kaiibrli olmaqla, həmin kalibrə malik "T03-8" ("T03-8M"), "103- 11", T03-16", "T03-21-İ", "T03-18", "T03-29" və s. modelli idman-ov tüfəng və carabinlərində, "T03-35" markalı idman tapançalarında və s., həmçinin tədqiqata təqdim edilmiş silahda istifadə edilmək üçün nəzərdə utuimuş patronlardır - döyüş sursatıdırlar, atəşə yararlıdırlar. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloj i ekspertizası’ üzrə verilmiş 10 yui 2023-cü il tarixli, 720 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Bayramov fofiq Sultan oğlunda opioidlərin və stimulyatorlarm qəbulu nəticəsində yaranan ısılılıq sindromu (polİnarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtivacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə-ballistik və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcələrinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 25 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Bayramov fofiq Sultan oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ARCM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənməmişdir. İş materiallarında olan Astara RİHB-nın Səncərədi kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 71 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Səncərədi kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla X1 qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Qaradağ Rayon Məhkəməsinin 1(002)-76/2020 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 05 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 1(002)-76/2020 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Astara rayon İcra və Probasiya Şöbəsinin 05 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-76/2020 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. xx.xx.2023-cü tarixə məhkum tərəfindən çəkilməmiş cəza müddəti 02 il 01 ay 05 gün təşkil edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 11.07 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd kustar üsülla hazırlanmış 5.6 mm kalibrli, revolver sistemli, yivsiz odlu silah və zavod üsulu ilə hazırlanmış yandan alışan 04 ədəd 5.6 kalibrli patronlar və ekspertiza təhqiqatından sonra qalıq çəkisi - 0,330 qram olan psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-76/2020 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 05 (beş) gün hissəsi qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 08 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd kustar üsülla hazırlanmış 5.6 mm kalibrli, revolver sistemli, yivsiz odlu silah, zavod üsulu ilə hazırlanmış yandan alışan 04 ədəd 5.6 kalibrli patronlar və ekspertiza təhqiqatından sonra qalıq çəkisi - 0,330 qram olan psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar