Məhkəmə qərarları › İş №1(018)-159/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-159/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-159/2023 24.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, - xx xxxx 1967-ci ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikası vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, İran İslam Respublikası Sabzevar şəhəri Razi küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan bir ədəd beşbarmaq alətini qanunsuz olaraq əldə edib, idarə etdiyi “Scania” markalı, “95D845-10/95D846-10” dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında, ön panel üzərində olan, kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezinin altında saxlamış, 08 avqust 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi yük avtomobili ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına “arpa səmənisi” yükü apararkən, Astara Gömrük İdarəsində keçirilmiş yoxlama zamanı həmin bir ədəd soyuq silah hesab olunan beşbarmaq aləti onun idarə etdiyi “Scania” markalı, “95D845-10/95D846-10” dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında, ön panel üzərində olan, kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezinin altında aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, İran İslam Respublikası Sabzevar şəhəri Razi küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqribən otuz ildir ki, sürücü işləyir, ölkələrarası yük daşımaları ilə məşğul olur. İdarə etdiyi “Scania” markalı, “95D845-10/95D846-10” dövlət nömrə nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edir. 2023-cü ilin avqust ayında Rusiya Federasiyasında “arpa səmənisi” yükü vurub İran İslam Respublikasına yola düşmüşdür. 08 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına “arpa səmənisi” yükü apararkən, saat 16 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi birinci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş ixrac yoxlama xəttin daxil olmuşdur. Burada bir gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq, üzərində və idarə etdiyi avtomobildə qanunla dövriyyəsi qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış, habelə gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış mallar - narkotik vasitələr, silah sursat, qızıl və digər zinət əşyaları, psixotrop və ya güclü təsir edən dərman peraparatlarının olub-olmadığını soruşmuşdur. Gömrük əməkdaşına üzərində və idarə etdiyi “Scania” markalı, “95D845- 10/95D84610” dövlət nömrə nişanlı yük avtomobilində həmin predmetlərin olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi “Scania” markalı, “95D845/95D846” dövlət nömrə nişanlı yük avtomobilinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı idarə etdiyi “Scania” markalı yük avtomobilinin kabinasında, ön panel üzərində olan, kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezinin altından bir ədəd qızılı rəngli beşbarmaq aşkar edilmişdir. Gömrük yoxlaması başa çatdıqdan sonra idarə etdiyi “Scania” markalı yük avtomobilinin kabinasında aşkar edilmiş bir ədəd qızılı rəngli beşbarmaq, sənədləşdirmə aparılmaqla gömrük əməkdaşları tərəfindən götürülmüş və araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Gömrük əməkdaşı həmin beşbarmağın kimə məxsus olmasını soruşmuş, o da özünə məxsus olmadığını bildirmişdir. Gömrük yoxlaması zamanı idarə etdiyi “Scania” markalı “95D845/95D846” dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında, ön panel üzərində olan, kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezinin altından aşkar edilmiş bir ədəd qızılı rəngli beşbarmaq onun idarə etdiyi yük avtomobilindən aşkar olunmasını təsdiq edir. Avtomobili etibarnamə ilə idarə edir, idarə etdiyi avtomobili ondan əvvəl başqa sürücülər də idarə etmişlər. Beşbarmağın Azərbaycan Respublikası ərazisində soyuq silah kateqoriyasına aid olmasından xəbəri olmamış, yaşadığı İran İslam Respublikasında beşbarmağı avtomobildə saxlamaq qanunla qadağan edilməmiş, hər hansı bir beşbarmağın avtomobilində olmasını, olduğu təqdirdə həmin beşbarmağın gəzdirilməsinin Azərbaycan Respublikasında qadağan olunması barədə ümumiyyətlə düşünməmişdir. Hazırda etdiyi əməldən peşmanlıq hissi keçirir. İlk dəfədir ki, belə bir cinayətə yol verir. Ailədə yeganə qazanc gətirən şəxs olmasını və xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara Gömrük İdarəsinin baş müfəttişi vəzifəsində xidmət edir. 08 avqust 2023-cü il tarixdə iş bölgüsünə uyğun olaraq Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin yük maşınları üçün nəzərdə tutulmuş ixrac yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı “95D845-10/95D846-10” dövlət nömrə nişanlı yük avtomobili ilə Astara gömrüyünə daxil olmuşdur. Yükü müşayiət edən sənədlərə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına “arpa səmənisi” yükü aparmışdır. 08 avqust 2023-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi birinci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş ixrac yoxlama xəttinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual edərək, üzərində və ya idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış predmetlər, yəni narkotik vasitə, psixotrop maddə, silah-sursat, qızıl və digər zinət əşyaları, dərman preparatları və digər predmetlərin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində və ya idarə etdiyi yük avtomobilində qeyri-qanuni predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “95D845/95D846” dövlət nömrə nişanlı yük avtomobilinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı “95D845/95D846” dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında, ön panel üzərində olan, kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezinin altından bir ədəd qızılı rəngli beşbarmağa oxşar alət aşkar etmişdir. Yoxlama zamanı avtomobildə başqa hər hansı bir qanunsuz əşya aşkar etməmişdir. Gömrük yoxlaması başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “95D845-10/95D846-10” dövlət nömrə nişanlı yük avtomobilindən aşkar edilmiş bir ədəd qızılı rəngli beşbarmağa oxşar alət müvafiq qaydada sənədləşdirmə aparılmaqla tərəfindən götürülmüş və araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Həmin beşbarmağın kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sual verdiyi zaman Təqsirləndirilən şəxs ilk öncə tutulmuş, sonra bildirmişdir ki, avtomobilindən aşkar edilmiş beşbarmaq özünə məxsus deyil, avtomobili etibarnamə əsasında idarə edir, ola bilsin ki, özündən əvvəlki sürücü həmin beşbarmağı avtomobilə qoyub unutmuşdur. Təqsirləndirilən şəxs dedikləri ona inandırıcı gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 08 avqust 2023-cü il tarixdə Astar Gömrük İdarəsinin qarşısında olan zaman gömrük əməkdaşı Şahid1 onu və onunla birlikdə orada olan Hüseyni çağıraraq bildirdi ki, Astara Gömrük İdarəsi ixrac yük xəttində bir yük maşınına yoxlama tətbiq edəcək, buna görə ona və Hüseynə həmin yoxlamada hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Razılaşıb yoxlama xəttinə gəlmişlər, orada gömrük əməkdaşı Şahid1 İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxsı sorğu-sual edib, daha sonra idarə etdiyi “Scania” markalı “95D845-10/95D846-10" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı “95D845/95D846” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasında, ön panel üzərində olan, kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezinin altından bir ədəd qızılı rəngli beşbarmağa oxşar alət aşkar edilmişdir. Həmin alətdən başqa avtomobildən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “95D845-10/95D846-10” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş bir ədəd qızılı rəngli beşbarmağa oxşar alət gömrük işçiləri tərəfindən götürülmüş, sonda bu barədə sənədləşmə aparılmış, o da həmin sənədləri imzalamışdır. Məhkəmə icasında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş «Astara» Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş “malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 08 avqust 2023cü il tarixli protokoldan görünür ki, 08 avqust 2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “95D845-10/95D846-10” dövlət nömrə nişanlı yük avtomobilə qanunvericiliyə uyğun olaraq gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı avtomobilin kabinasında, ön panel üzərində olan, kiçik əşyalar qoyulması üçün nəzərdə tutulmuş boşluqdakı rezinin altından 01 (bir) ədəd qızılı rəngli beşbarmağa oxşar alət aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “95D845- 10/95D846-10” dövlət nömrə nişanlı yük avtomobilindən aşkar edilmiş qızılı rəngdə “beşbarmağ”a oxşar predmet müvafiq qaydada sənədləşdirmə aparılmaqla araşdırma ilə əlaqədar götürülmüş və qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 3-16-16/2- 3/1293 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet - kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucuəzici xassəyə malik soyuq silahdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini qismən etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayət əməlini qismən etiraf etməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1 ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs sürücü kimi müxtəlif ölkələrə yük daşımaqla ailəsinin dolanışığını təmin edir. Əgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilərsə, onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılacaqdır. Bu isə onun iş fəaliyyətinə mənfi təsir göstərməklə, özünün və ailəsinin maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaqdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 20 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd kustar üsulla hazırlanmış soyuq silah hesab olunan beşbarmaq maddi sübut kimi tanınmış və Astara rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, maddi sübut olan və Astara rayon polis şöbəsinin saxlama kamerasına saxlanılan soyuq silah hesab olunan beşbarmaq məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəksin və cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsinin saxlama kamerasına saxlanılan kustar üsulla hazırlanan, soyuq silah hesab olunan 01 (bir) ədəd beşbarmaq məhv edilsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar