Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-16/2023 31.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – X5 və X2, Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi X7, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1997-ci ildə Astara rayonu Kijəbə qəsəbəsində kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran Dövlət Universitetinin Gəmiçilik fakultəsinin birinci kurs tələbəsi, subay, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə; 20 fevral 2003-cü ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə 29 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yerləşən Elektrik Stansiyasının yaxınlığında həmkəndliləri Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs arxadan qollarını tutaraq yerə yıxmış, Təqsirləndirilən şəxs1 isə özü ilə gətirdiyi soyuq silah hesab edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə qəsdən vurmaqla, Zərərçəkmiş şəxs sol yanaq (üz), sol əlin V barmaq nahiyələrində kəsilmiş yaralar, sağ said nahiyyəsində sıyrıq yaralarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sol yanaq (üz) nahiyəsindəki çapıq (kəsilmiş yara) toxuması vaxt keçdikcə öz gedişi boyu və eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarət olduğu üçün sifətin silinən xəsarəti kimi başa düşülən, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə 29 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yerləşən Elektrik Stansiyasının yaxınlığında həmkəndliləri Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs1 ilə aralarındakı razılaşmaya əsasən Zərərçəkmiş şəxs arxadan qollarını tutaraq yerə yıxmış, Təqsirləndirilən şəxs1 isə özü ilə gətirdiyi soyuq silah hesab edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol sifət nahiyyəsinə qəsdən vurmaqla sonuncuya, sol yanaq (üz), sol əlin V barmaq nahiyyələrində kəsilmiş yaralar, sağ said nahiyyəsində sıyrıq yaralarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sol yanaq (üz) nahiyyəsindəki çapıq (kəsilmiş yara) toxuması vaxt keçdikcə öz gedişi boyu və eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarət olduğu üçün sifətin silinən xəsarəti kimi başa düşülən, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayon Ərçivan qəsəbəsində yaşayır. X3 Gəmiçilik fakultəsinin birinci kurs tələbəsidir. 29 avqust 2022-ci il tarixdə, saat 10 radələrində universitetdə dərsdə olmuşdur. Həmin vaxt tələbə yoldaşları “Teleqram” saytına baxarkən Ərçivan qəsəbəsində yaşayan bir qızla bir oğlanın çılpaq görüntüləri olan videosunun olduğunu demişlər. Tələbə yoldaşlarından mobil telefonu alıb həmin videogörüntüyə baxan zaman qızın onun bibisi qızı X6 olduğunu görmüşdür. Bibisi qızı ilə intim görüntüsü yayılan oğlan isə həmkəndlisi Baldadaş adlı şəxs olmuşdur. Həmin videoya baxandan sonra tələbə yoldaşlarına heç bir söz deməyib Lənkərandan Astara rayonu Ərçivan qəsəbəsinə qayıtmışdır. Həmin vaxt Mənsurə Hüseynovanın əmisi oğlu Təqsirləndirilən şəxs2 zəng edib, olanlar barədə ondan soruşarkən Elnur da həmin videoya özü indi baxdığını demişdir. Bundan sonra Elnurla görüşmüş, təklif etmişdir ki, Baldadaşı çağırıb bu barədə onunla söhbət etsinlər. Buna görə də Baldadaşın qardaşı Rəmziyə zəng etmişdir. Qardaşına Baldadaşın etdiyi hərəkətlər barədə məlumat verib və Baldadaşla görüşməyin, bu barədə söhbət etməyin zəruri olduğunu bildirmişdir. Həmin gün, saat 16 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yerləşən Elektrik Stansiyasının yaxınlığında Baldadaşla görüşmüşlər. Görüş zamanı Baldadaşa “nəyə görə Mənsurə ilə olan videonu “Teleqram saytında paylaşmısan?” deyə soruşmuşdur. Baldadaş isə cavabında həmin videonu yaymadığını, Mənsurənin özü onu evinə çağırdığını bildirmişdir. Bu zaman Baldadaşla arasında sözlü mübahisə başlamışdır. Baldadaş Mənsurə barəsində nalayiq ifadələr işləimişdir. Həmin vaxt Elnur Baldadaşı arxadan qollarını tutub yerə yıxmış, o da evdən gətirdiyi mətbəx bıçağını cibindən çıxardıb Baldadaşın sol yanağına vurmuşdur. Baldadaş əllərindən çıxıb qaçmağa başlamış, orada olan Baldadaışn qardaşı Rəmzi mübahisəyə qarışmamışdır. Həmin vaxt orada olan digər şəxslər onlara iradlarını bildirərək düzgün etmədiklərini demiş və sonra gedib polisə təslim olmalarını bildirmişlər. O da Elnurla birlikdə Astara rayon polis şöbəsinə gələrək etdiyi hərəkət barədə məlumat verib hadisə vaxtı istifadə etdiyi bıçağı təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxs, həmkəndlisi və qohumu olan Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona görə də cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayon Ərçivan qəsəbəsində yaşayır. 29 avqust 2022-ci il tarixdə, saat 12 radələrində yaşadıqları evdə olmuşdur. Onun mobil telefonunda “Teleqram” saytına baxanda əmisi qızı Mənsurənin həmkəndlisi Baldadaş adlı şəxslə yarıçılpaq formada video görüntüsünü görmüş və bu barədə heç kimə deməmişdir. Təxminən 30 dəqiqə sonra qohumu Tərlan ona zəng edib, həmin videogörüntü barədə ona bildirmiş, həmin video görüntünü təzə gördüyünü Tərlana bildirmişdir. Daha sonra Tərlanla vədələşərək görüşmüşdür. Tərlan ona demişdir ki, Baldadaşı çağırıb bu barədə onunla söhbət edək, əgər videonu özü yayıbsa, onu tənbeh etsinlər. Bundan sonra Tərlan Baldadaşın qardaşı Rəmziyə zəng etmiş, Rəmziyə Baldadaşın etdiyi hərəkətlər barədə məlumat verib və Baldadaşla görüşməyin, bu barədə söhbət etməyin vacib olduğunu bildirmişdir. Həmin gün, saat 16 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yerləşən Elektrik Stansiyasının yaxınlığında Baldadaşla görüşmüşlər. Görüş zamanı Baldadaşa “nəyə görə Mənsurə ilə olan videonu “Teleqram saytında paylaşmısan?” deyə soruşmuşdur. Baldadaş isə cavabında həmin videonu yaymadığını, Mənsurənin özü onu evinə çağırdığını bildirmişdir. Bu zaman Baldadaşla arasında sözlü mübahisə başlamışdır. Baldadaş Mənsurə barəsində nalayiq ifadələr işlətmişdir. Həmin vaxt əsəbləşərək Baldadaşın arxadan qollarını tutub yerə yıxmış, Tərlan isə özü ilə gətirdiyi mətbəx bıçağını cibindən çıxarıb Baldadaşın sol yanağına vurmuşdur. Bundan sonra Baldadaş əllərindən çıxıb qaçmağa başlamışdır. Həmin vaxt oraya gələn şəxslər onlara iradlarını bildirərək düzgün etmədiklərini bildirb gedib polisə təslim olmalarını tapşırmışdır. Bundan sonra o, Tərlanla birlikdə Astara rayon polis şöbəsinə gələrək etdiyi hərəkət barədə məlumat vermişlər. Hazırda zərərçəkmiş şəxs, həmkəndlisi və qohumu olan Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona görə də cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi X11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Mənsurə Hüseynova ilə münasibəti olmuşdur. Mənsurə ilə zərərçəkmiş şəxs birbirləri ilə evlənmək istəmiş, lakin Mənsurənin valideyinləri buna razı olmamışlar. Lakin, buna baxmayaraq başqası ilə ailə quran Mənsurə Baldadaşla münasibətini davam etdirmişdir. 25 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Mənsurənin Bakı şəhərində yaşadığı evə gedib onunla görüşmüş, Baldadaş evində Mənsurə ilə sevişən zaman Mənsurə öz telefonu ilə həmin anı çəkmişdir. Sonra Baldadaş oradan çıxıb Astara rayonuna, yaşadığı Ərçivan qəsəbəsinə qayıtmışdır. X10 zəng edərək demişdir ki, qaynanası Ülviyyə mobil telefonunu zorla onun əlindən alıb telefona baxanda onların çəkilmiş video və fotoşəkillərini görmüşdür. Mənsurənin qayınanası evlərinə gəlib onunla bu haqda danışmış və Mənsurəni atası evinə aparmışdır. Mənsurənin qohumları çağırdığına görə 29 avqust 2022-ci il tarixdə saat 16 radələrində qardaşı Rəmzi ilə birlikdə Astara rayonun Ərçivan qəsəbəsində yerləşən Elektirik stansiyasının yaxınlığına getmişlər. Həmin vaxtı Mənsurənin qohumları Tərlan və Elnur da orada olmuşlar. Aralarında olan söhbət mübahisəyə çevrilmiş, bu zaman Elnur əllləri ilə arxadan onu tutmuşdur. Tərlan əlində olan bıçaqla onun sifətinin sol nahiyyəsinə vurmuş, Tərlana sol əli ilə müqavimət göstərən zaman Tərlanın əlində olan bıçaq onun sol əlinin beşinci barmağını kəsərək xəsarət almışdır. Onun sifətindən qan axmağa başlamış, əlləri ilə Elnuru itələyib oradan qaçmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barışmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkən şəxsə dəyən zərəri tamamilə ödəmişlər. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsini və barələrində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 02 sentyabr 2022-ci il tarixli, 316 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – sol yanaq (üz), sol əlin V barmağı nahiyyələrində kəsilmiş yaralar, sağ said nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sol yanaq (üz), sol əlin V barmağı nahiyylərində kəsilmiş yaralar iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən, digər xəsarət isə bərk küt əşyanın təsirindən törənmişlər, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə, yəni 29 avqust 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində sol yanaq (üz) nahiyyəsindəki çapıq (kəsilmiş yara) toxuması vaxt keçdikcə öz gedişi boyu və eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarət olduğu üçün sifətin silinən xəsarəti kimi başa düşülməlidir. İş materiallarına əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 3/1435 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən 17 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən 17 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından sonuncu onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından sonuncu onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi X11 tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəyən zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsini və barələrində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı çıxışında tərəflərin barışdıqlarının, şikayət vermiş şəxsə cinayətlə vurulan ziyanın ödənilməsinin nəzərə alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələrini və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini, Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi X11 ifadəsini, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməli səmimi etiraf etmələrini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışmalarını, ona vurmuş olduqları ziyanı ödəmələrini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onların cinayət məsuliyyətindən azad edilməsi və barələrində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsinin saxlama kamerasına saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X4, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 40.2.2, 43.3, 175, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilsin.
3. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin.
4. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsinin saxlama kamerasına saxlanılan 01 (bir) ədəd bıçaq məhv edilsin.
5. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X4, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin.
6. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Hakim: Zamin İbrahimov