Məhkəmə qərarları › İş №1(018)-16/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-16/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-16/2024 23.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 və tərcüməçi X2 iştirakları ilə xx xxxxxxx 1995-ci il tarixdə Tacikistan Respublikasının Düşənbə şəhərində doğulmuş, Tacikistan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tacikistan Respublikasının Düşənbə şəhərində pasport qeydiyyatında olan, 18 noyabr 2023cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında baxaraq MÜƏYYƏNETDİ: Tacikistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfidən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada ölkə ərazisinə keçə bilmədiyindən, Azərbaycan Respublikasına hava yolu ilə gəlməyə maddi imkanı olmadığından, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək üçün 15 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» nömrəli hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən 9-cu sərhəd zastavasının 6-cı sahəsinin xidməti ərazisindən piyada hərəkət edərək, mühəndis-texniki çəpərinin dəmir materialdan olan məftillərinin üzərindən keçməklə, İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikası istiqamətində keçmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «N» nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən 15 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Astara rayonu Sım kəndi ərazisində saxlanılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən 2013-cü ildə rəsmi qaydada dövlət sərhədindən keçməklə Tacikistan Respublikasından Rusiya Federasiyasının İrkutsk şəhərinə getmiş və orada atasının yanında işləmişdir. Rusiya Federasiyasında yaşadığı vaxt həm də oranın vətəndaşlığını qəbul etmişdir. Hazırda həm Tacikistan Respublikasının, həm də Rusiya Federasiyasının vətəndaşıdır. Ona görə də rus dilində sərbəst danışıb və oxuya bilir. Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında müharibə başladıqdan sonra işləri zəifləmiş və Rusiya Federasiyasında müharibə ilə əlaqədar səfərbərlik elan olunduğundan onu da müharibəyə aparacaqlarından qorxaraq saxlanılmasından təxminən bir ay əvvəl rəsmi qaydada adına rəsmiləşdirilmiş Rusiya Federasiyası pasportu ilə İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Orada bir müddət qalaraq yaşamış, lakin, özünə normal iş tapa bilmədiyimdən fikirləşmişdir ki, yaşamaq və işləmək üçün Azərbaycan Respublikasına getsin. Belə ki, Rusiya Federasiyasında yaşadığı zaman eşitmişdir ki, Azərbaycan Respublikasında yaşamaq üçün gözəl yerlər vardır. Buna görə də qərara gəlmişdir ki, qanunsuz yolla Azərbaycan Respublikasına getsin. Belə ki, pandemiya səbəbindən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında quru sərhəddən piyada hərəkətə icazə verilmədiyi ona məlum olmuşdur. Beləliklə də, qanunsuz yolla dövlət sərhədindən keçib İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmək üçün mobil telefonunda olan “Google Map” proqramından istifadə etməklə İran İslam Respublikası ilə Azərbaycan Respublikası sərhədinə gəlmiş, 15 noyabr 2023-cü tarixdə, saat 11 radələrində qarşısına çıxan əyilmiş vəziyyətdə olan dəmir materiallı məftillərdən ibarət maneə çəpərinin üzərindən atlayıb keçməklə dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla, tək olaraq keçib Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası əraizinə qanunsuz yolla daxil olduqdan sonra bir qədər hərəkət etdikdən sonra qarşısına kənd çıxmışdır. Kənd ərazisində bir qədər hərəkət etdiyi zaman ona biri mülki geyimdə, digəri isə hərbi formada olmaqla iki nəfər şəxs yaxınlaşaraq ondan kim olduğunu, hansı məqsədlə ərazidə olduğunu, həmin əraziyə necə gəlməsi ilə maraqlanmışlar. Həmin vaxt o, sonunculara işləmək və yaşamaq məqsədilə dövlət sərhədindən qanunsuz yolla keçib İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra sərhədçilər tərəfindən sərhəd zastavasına aparılmış, bir qədər sonra isə dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazini sərhədçilərə göstərmişdir. 15 noyabr 2023-cü ildə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlməkdə məqsədi Azərbaycan Respublikasında yaşamaq və işləmək istəyi olmuşdur. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin «N» nömrəli hərbi hissənin Əməliyyat-axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 noyabr 2023-cü il tarixdə «N» nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığında həmin sərhəd komendantlığının əməliyyat müvəkkili baş leytenant Şahid2 ilə birlikdə xidməti fəaliyyətlə məşğul olduqları zaman Astara rayonu, Sım kəndi ərazisində bir nəfər fars və rus dillərində danışan naməlum şəxsin olması ilə bağlı məlumat daxil olmuşdur. H əmin məlumatın dəqiqləşdirilməsi məqsədilə getdikləri zaman Astara rayonu, Sım kəndi ərazisində həqiqətən də bir nəfər naməlum şəxsin olmasını aşkar edib həmin şəxslə hansı məqsədlə ərazidə olduğu, olduğu yerə necə gəldiyi barədə söhbət etməyə başlamışlar. Aparılan filtirasiya işləri nəticəsində həmin şəxsin Tacikistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması müyyən edilmişdir. O, 15 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində dövlət sərhədindən qanunsuz yolla keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyini səmimi olaraq etiraf edərək dövlət sərhədini qanunsuz yolla keçdiyi «N» nömrəli hərbi hissənin 9-cu sərhəd zastavasının 6-cı sahəsini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 29 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, «N» nömrəli hərbi hissə komandiri polkovnik Xalid Əliyevin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə «N» nömrəli hərbi hissənin 9-cu sərhəd zastavasının 6-cı sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdikdən sonra Tacikistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazini əli ilə göstərmiş, həmin yer 9cu sərhəd zastavasının 6-cı sahəsi olmuş, qeyd olunan sahədə maneə çəpərinin ətrafında yerləşən kolluqların əzilməsi aşkar edilmiş, Təqsirləndirilən şəxs əzilmələrin həmin ərazidən keçdiyi zaman onun tərəfindən edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Giriş-Çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, Tacikistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsi tərəfindən məhdudiyyət tətbiq edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, Tacikistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədinin «N» nömrəli hərbi hissəsinin 9-cu sərhəd zastavasının 6-cı sahəsindən dövlət sərhədini qaçaq yolla İİR-dan Azərbaycan Respublikası istiqamətində keçməsinə hər hansı bir şəxsin köməklik göstərmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş sorğuya cavabda göstərilmişdir ki, Tacikistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə aparılmış filtirasiya tədbirləri zamanı sonuncu, Azərbaycan Respublikasına gəlməkdə məqsədinin işləmək olduğunu bildirmişdir. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham tam sübuta yetmişdir. Onun əməlində cinayət tərkibi vardır və düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-nin 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Tacikistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar