Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-161/2023 18.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi və dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, onun vəkili Müdafiəçi, tərcüməçi X3 iştirakları ilə xx xxx 2003-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, subay, orta təhsilli, sürücülük fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikası Karabudakkent rayonu, Karabudakkent kəndi, Qamzatov küçəsi, ev 25-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 18 sentyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 02 ədəd kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahı və 01 ədəd zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən qısa tiyəli xəncəri qanunsuz olaraq əldə edib, idarə etdiyi “Volvo” markalı, “O951XE-05/MA9924-23" dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsində saxlayaraq daşımış, 03 avqust 2023-cü il tarixdə, saat 13 radələrində idarə etdiyi yük avtomobili ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçərkən Astara Gömrük İdarəsində tətbiq edilmiş yoxlama zamanı həmin 02 ədəd kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah və 01 ədəd zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan qısa tiyəli xəncər onun idarə etdiyi “Volvo” markalı “O951XE-05/MA9924-23" dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsindəki sürətlər panelinin üzərində olan qara rəngli bel çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4-cü hissəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2003-ci ildə Rusiya Federasiyasında anadan olmuş, hazırda Rusiya Federasiyası Dağıstan Respublikası, Karabudakkent rayonu, Karabudakkent kəndi, Qamzatov küçəsi ev 25 qeydiyyatda olmaqla orada yaşayır. Təqribən 2 il olar ki, sürücü işləyir, İran İslam Respublikasından Rusiya Federasiyasına, və ya əksinə yük avtomobili ilə müxtəlif yüklər daşıyır. Hazırda idarə etdiyi “Volvo" markalı “O951XE-05/MA9924-23" dövlət nömrə nişanlı yük avtomobili Rusiya Federasiyasında fəaliyyət göstərən “Yuq Trans” şirkətinə məxsusdur və həmin avtomobili etibarnamə əsasında idarə edir. 03 avqust 2023-cü il tarixdə İran İslam Respublikasında “Təzə bibər” yükünü idarə etdiyi avtomobilinə yükləyib Rusiya Federasiyasına yola düşmüşdür. 03 avqust 2023-cü il tarixdə İran-Azərbaycan sərhədini keçərək Azərbaycan ərazisinə, Astara Gömrük idarəsinin gömrük postuna daxil olmuşdur. Həmin gün saat 13 radələrində növbə ona çatmış və idarə etdiyi “Volvo” markalı “O951XE-05/MA9924-23" dövlət nömrə nişanlı yük avtomobilini yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi ondan idarə etdiyi avtomobildə daşınması qadağan edilən, yaxud məhdudlaşdırılan hər hansı predmet olub-olmaması haqda soruşmuş, cavabında üstündə, yaxud idarə etdiyi avtomobildə belə predmetlərin olmadığını bildrimişdir. Bundan sonra həmin gömrük işçisi hal şahidlərinin iştirakı ilə yük avtomobilində yoxlama aparmış və yoxlama zamanı idarə etdiyi yük avtomobilinin kabinasında, sürətlər panelinin üzərində olan qara rəngli bel çantasının içərisində 1 ədəd qara rəngli beşbarmaq, 1 ədəd üzərində kəsici-deşici hissəsi olan alışqan və 1 ədəd gümüşü rəngli barmağa taxılan deşici alət aşkar edilmişdir. Gömrük əməkdaşı həmin əşyalara baxdıqdan sonra əşyaları götürmüşdür. Sonra aşkar edilmiş 1 ədəd qara rəngli beşbarmaq, 1 ədəd üzərində kəsici-deşici hissəsi olan alışqan və 1 ədəd gümüşü rəngli barmağa taxılan deşici alət onun və hal şahidlərinin iştirakı ilə gömrük işçiləri tərəfindən götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə sənədləşmə aparılmış, o, da həmin sənədlərlə tanış olub imza etmişdir. Həmin əşyalar ona məxsus olmaqla İran İslam Respublikasının Astara şəhərindən almışdır. Suvenirlərə marağı olduğu üçün həmin əşyaları almış və özü ilə gətirmişdir. Beşbarmağın və digər predmetlərin Azərbaycan Respublikasında soyuq silah kateqoriyasına aid olmasından, həmçinin Azərbaycan Respublikasında qadağan olunduğundan xəbəri olmamışdır. Hazırda əməlindən peşman olmuşdur. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, 2016-ci ildə gömrük orqanlarına xidmətə qəbul olunmuş və hal-hazırda xidmətini Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin böyük inspektoru vəzifəsində davam etdirir. 03 avqust 2023-cü il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirirmiş. Həmin gün, saat təqribən 13 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “O951XE-05/MA9924-23" dövlət nömrə nişanlı yük avtomobili ilə Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual edərək, üzərində və ya idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış narkotik vasitə, psixotrop maddə, silahsursat, qızıl və digər zinət əşyaları, dərman preparatları və digər predmetlərin olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs üstündə, yaxud idarə etdiyi avtomobildə belə predmetlərin olmadığını bildirmiş, özünü şübhəli aparmağa başlamışdır. Odur ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs avtomobilinə yoxlama aparmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “O951XE-05/MA9924-23" dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında, sürətlər panelinin üzərində olan qara rəngli bel çantasının içərisində 1 ədəd qara rəngli beşbarmağa oxşar alət, 1 ədəd üzərində kəsicideşici hissəsi olan alışqan və 1 ədəd gümüşü rəngli barmağa taxılan deşici alət aşkar etmişdir. Gömrük yoxlaması başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd qara rəngli beşbarmağa oxşar alət, 1 ədəd üzərində kəsici-deşici hissəsi olan alışqan və 1 ədəd gümüşü rəngli barmağa taxılan deşici alət müvafiq qaydada sənədləşdirmə aparılmaqla götürülmüş, araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 5 gün əvvəl həmin əşyaları İran İslam Respublikasının Astara şəhərində bazardan suvenir kimi almış, onların Azərbaycan Respublikası ərazisində soyuq silah hesab edildiyini bilməmişdir. Cinayət işinin məhkəmə baxışında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Astara Gömrük İdarəsi rejim zonasında yük avtomobillərindən yükləmə-boşaltmalarında fəhləlik etməklə günəmuzd işləyir. 03 avqust 2023-ci il tarixdə, saat təqribən 13 radələrində Astara Gömrük İdarəsi əməkdaşı Şahid onu və onunla birlikdə fəhləlik edən X4 yanına çağıraraq bildirmişdir ki, bir yük avtomobilini yoxlayacaq, onlara da həmin yoxlamada hal şahidi qismində iştirak etməyi təklif etmiş, onlar da razılaşaraq yoxlama xəttinə gəlmişlər. Daha sonra gömrük əməkdaşı Şahid onların iştirakı ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yük aparan Rusiya Federasiyası vətəndaşı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “O51XE05/MA992423” dövlət nömrə nişanlı yük avtomobilinə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlamadan öncə Şahid sürücü Təqsirləndirilən şəxslə sorğu sual aparmış, sonra avtomobilə yoxlama aparmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo’’ markalı “O51XE05/MA992423” dövlət nömrə nişanlı yük avtomobilinin kabinasında sürətlər panelinin üzərində olan qara rəngli bel çantasının içərisində 1 ədəd qara rəngli beşbarmağa oxşar alət, 1 ədəd üzərində kəsici-deşici hissəsi olan alışqan və 1 ədəd gümüşü rəngli barmağa taxılan deşici alət aşkar edilmişdir. Gömrük yoxlaması başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarəti zamanı idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd qara rəngli beşbarmağa oxşar predmet onun iştirakı ilə götürülmüş, qablaşdırılaraq möhürlənmiş, bu barədə sənədləşmə aparılmış, o da həmin sənədlərlə tanış olub imza etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 03 avqust 2023-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokoldan məlum olur ki, 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Təzə bibər” yükü aparan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “O951XE- 05/MA9924-23" dövlət qeydiyyat nişanlı yük avtomobili ilə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş, Təqsirləndirilən şəxs ilə şifahi sorğusual apararaq Gömrük məcəlləsinin 99.2.6 və 99.7-ci maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo" markalı “051XE05/MA992423” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməmiş predmetlərin olmadığını bildirmiş, yoxlama zamanı X2 idarə etdiyi “Volvo" markalı “051XE05/MA992423” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasındakı sürətlər panelinin üzərində olan qara rəngli bel çantasının içərisində 1 (bir) ədəd qara rəngli beşbarmağa oxşar alət, 1 (bir) ədəd üzərində kəsici-deşici hissəsi olan alışqan və 1 (bir) ədəd gümüşü rəngli barmağa taxılan deşici alət aşkar edilmişdir. Aşkar edilmiş soyuq silaha oxşar alətlər müvafiq qaydada sənədləşdirmə aparılmaqla götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “O951XE-05/MA9924-23" dövlət qeydiyyat nişanlı yük avtomobilindən başqa heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama saat 12:50-də başlanmış, saat 13:20-də bitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 11 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1250 saylı rəyində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır.”, “Tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan qısa tiyəli xəncərdir, soyuq silah hesab edilir.”, “Tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır.” Adı çəkilən Mərkəzin 11 avqust 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 64 (altmış dörd) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən protokoldan götünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Volvo" markalı “051XE05/MA992423” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasındakı sürətlər panelinin üzərində olan qara rəngli bel çantasının içərisində 1 (bir) ədəd qara rəngli beşbarmağa oxşar alət, 1 (bir) ədəd üzərində kəsici-deşici hissəsi olan alışqan və 1 (bir) ədəd gümüşü rəngli barmağa taxılan deşici alət soyuq silah işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs adına tərtib etdiyi tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə ittiham verilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 02 ədəd kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahı və 01 ədəd zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən qısa tiyəli xəncəri qanunsuz olaraq əldə edib, idarə etdiyi “Volvo” markalı, “O951XE-05/MA9924-23" dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsində saxlayaraq daşımış, 03 avqust 2023-cü il tarixdə, saat 13 radələrində idarə etdiyi yük avtomobili ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçərkən Astara Gömrük İdarəsində tətbiq edilmiş yoxlama zamanı həmin 02 ədəd kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah və 01 ədəd zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan qısa tiyəli xəncər onun idarə etdiyi “Volvo” markalı “O951XE- 05/MA9924-23" dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsindəki sürətlər panelinin üzərində olan qara rəngli bel çantasının içərisindən aşkar edilərək götürülməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törötməyən cinayət əməli törətməsini, cinayət əməlini etiraf etməklə, peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, Azərbaycan Respublikası Cinayət Məcəllənin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ctimai işləri cəzası təyin edilməlidir. Çünki, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun hesab edərək onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsini təqsirləndirilən şəxsin islah edilməsi baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü madəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan olan, Astara RPŞ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan bir ədəd predmet -1 (bir) ədəd qara rəngli beşbarmağa oxşar alət, 1 (bir) ədəd üzərində kəsici-deşici hissəsi olan alışqan və 1 (bir) ədəd gümüşü rəngli barmağa taxılan deşici alət, vurucu-əzici xassəyə malik soyuq silah məhv edilsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(018)-161/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-161/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver