Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-164/2023 16.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü ildə Astara rayonu Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Astara rayonu Pensər kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda –0,769 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, 10 may 2023-cü il tarixdə saat 16 radələrində Astara rayonu Pensər kəndində piyada hərəkətdə olarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd rəngli gödəkcəsinin sol iç cibindən şəffaf sellofana bükülmüş vəziyyətdə 04 ədəd tünd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,193 qr; -0,256 qr; -0,168 qr və 0,152 qram olmaqla ümumi təmiz çəkisi –0,769 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayonu Pensər kəndində yaşayır. Uzun müddətdir narkotik vasitə istifadəçisidir. 08 may 2023-cü il tarixdə Astara rayon Pensər kəndində olan zaman tanımadığı şəxsdən özünün istifadəsi üçün 50 manata 5 bükümdə narkotik vasitə heroin almışdır. Həmin bükümlər şəffaf sellofanın içərisində olmuşdur. Həmin bükümlərdən birini özü tək istifadə etmişdir. Qalanını isə gödəkcəsinin cibində gəzdirmişdir ki, istəyəndə istifadə etsin. 10 may 2023-cü il tarixdə saat 16 radələrində Astara rayon Pensər kəndində yoldan keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etməklə onu saxlamışlar. Daha sonra isə onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü onu polis şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmişdir. Astara RPŞ-də ona hüquq və vəzifələri izah edilmiş və o, təhqiqatçı tərəfindən şühbəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə etməklə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilən zaman onlara üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan gödəkcənin sol iç cibindən 1 ədəd şəffaf sellofanın içərisində 4 (dörd) ədəd bükümdə tünd göy rəngli kağıza bükülmüş kütlələri təqdim etmişdir. Həmin 4 (dörd) ədəd şəffaf sellofan bükümünün içərisinə baxış keçirilən zaman həmin bükümün içərisindən toz şəklində narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükümlərdə heroin olduğunu bildirmiş, həmin 4 (dörd) ədəd bükümdəki kütlələr elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsindən ötrü 1 ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçi və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır, himayəsində 2 nəfər azyaşlı uşaq vardır və Hepatit C virusu xəstəsidir. Bütün bunları nəzərə alıb məhkəmədən ona mümkün qədər yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Çünki ailədə yeganə qazanc gətirən şəxsdir, ondan başqa heç kəs ailəyə qazanc gətirmir. Tutulduqdan sonra nə qədər alçaq iş tutduğunu başa düşmüş, birdəfəlik narkotik qəbul etməkdən uzaqlaşmışdır, bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdir ki, o, Astara rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Astara rayon Pensər kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin gəzdirməsi barədə məlumat aldıqdan sonra onun saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar şöbənin digər əməkdaşları ilə birlikdə onun olduğu yeri müəyyən etmişlər. Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 16 radələrində Astara rayonu Pensər kəndi ərazisində yolun kənarında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edəndən sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə şübhəli olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. Həmin vaxt küçədə gediş-gəlişin çox olması səbəbindən şəxsi axtarışın Astara rayon polis şöbəsinin inzibati binasında keçirmək üçün onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq onun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Sonra həmin vəkilin də iştirakı ilə video görüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibindən şəffaf sellofanın içərisində 4 ədəd göy rəngli ağız büküm aşkar olunmuşdur. Həmin bükümlərin içərisində narkotik vasitə heroinə oxşar kütlə olması aşkar olunduqdan sonra təhqiqatçı tərəfindən həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və həmin protokola imza etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə, onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara Rayon Polis Şöbəsinin rəis müavinin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 10 may 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 10 may 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə Astara RPŞnin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs əynində olan tünd rəngli gödəkcənin sol iç cibindən şəffaf sellofanın içərisində 4 bükümdə tünd göy rəngli kağıza bükülmüş heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 11 may 2023-cü il tarixli 19/531 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “Astara rayon Pensər kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri: -0,193 qr; -0,256 qr; -0,168 qr və 0,152 qram olmaqla ümumi təmiz çəkisi –0,769 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir(İ siyahı) Narkotik vasitə olan heroinintəmiz çəkisi-0,769 qram olmuş, tədqiqata sərf edildi 0,2 qram, qalıq 0,569 qram təşkil edir. Adı çəkilən Mərkəzin 11 may 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmş) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 18 may 2023-cü il tarixli, 546 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs poioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,769 qram olan, tədqiqatdan sonra qalan 0,569 qram narkotik vasitə olan heroin və şəxsi axtarış aparılarkən və evə baxış keçirilərkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diski, işin faktikihallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,569 qram narkotik vasitə olan heroin saxlanılması üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 01 ədəd DVD diski cinayər işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 05 avqust 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuş, 12 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyinə görə həbsdən azad olunmuşdur. Cinayət işində olan Astara RİH başçısının Astara rayonu Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Lənkəran Mərkəzi Rayon Xəstəxanasının 2229 nömrəli Çıxarışından məlum olur ki, Rəhimov X3 C virusu xəstəsidir. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” 25 iyun 2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi iləəlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəlləəsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaaşdırılması növündəədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Azad Ramazanovun himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini, Hepatit C virusu xəstəsi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirənhalları – himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini, Hepatit C virusu xəstəsi olmasını habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, Astara və Lənkəran rayonlarının ərazisində fəhləlik etməklə dolanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 12 may 2023-cü iltarixdə “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixə kimi olan 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət 04 (dörd) gün çıxılmaqla, qalan azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış təmiz çəkisi 0,569 qram narkotik vasitə heroin təşkil edir. Məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasınıda müzakirə edərək belə nəticəyəgəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhvetmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini, narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınmasını, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Cinayət işiüzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1cimaddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Pensər kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,569 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diskin cinayət işinəəlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinəödənilsin. Hökmün icrası Astara rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-164/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-164/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver