Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-165/2023 20.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəlmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxx 1987-cı ildə Astara rayonu Ojakəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Ojakəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 15 avqust 2023-cü il tarixdə tərəfimdən qəbul edilmiş qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək Astara rayonu Kijəbə qəsəbə sakini Zərərçəkmiş şəxs Seytəddin oğlu ilə gizli nömrə ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq özünü qardaşı Araz Nəsirov kimi təqdim etməklə onun etibarmı qazandıqdan sonra övladının “serebral iflic” xəstəliyindən əziyyət çəkməsini qeyd edərək təcili pul lazım olduğunu və tez müddətdə geri qaytaracağını yalandan vəd verib aldadaraq Astara rayonu Ojakəran kəndində yerləşən ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs ona məxsus “4169 7385 6681 1034” saylı "xxxx" ASC-nin debit kartına xx.xx.2023-cü il tarixdə saat 14:16-da 500 manat, xx.xx.2023-cü il tarixdə saat 15:11-də 200 manat və istintaqa məlum olmayan vaxtlarda, müxtəlif məbləğlərdə göndərdiyi ümumilikdə 3920 (üç min doqquz yüz iyirmi) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə etibarından sui-istifadə edərək dələduzluq etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu Ojakəran kəndində yerləşən fərdi yaşayış evi yandığından və təzə ev tikmək üçün bir qədər materiallar aldığı üçün maddi cəhətdən olduqca vəziyyəti zəif imiş və bu səbəbdən də ona pul lazım olmuş, onunla uzaq qohumluğu olan Astara rayonu Ojakəran kənd sakini Zərərçəkmiş şəxs borc pul almaq qərarına gəlmiş, daha sonra isə Zərərçəkmiş şəxs borc verməyəcəyini düşünüb, İkraməlini aldadaraq pul almaq qərarına gəlmiş, lakin bunu necə edəcəyini bilməmiş, Zərərçəkmiş şəxs birbaşa olaraq özü üçün pul istəsə İkraməlinin ona pul verməyəcəyini düşünmüş, çünki İkraməli onun uzaq qohumu olduğu üçün digər şəxslərə borclu olduğunu bildiyi üçün ona heç vaxt pul verməzmiş, o, İkraməlidən pulu digər etibar etdiyi şəxslərin adından almağı düşünmüş və bu niyyətlə Rusiya Federasiyasında yaşayan qardaşı Araz Nəsirovun adından zəng edərək guya qardaşı Arazın övladının ağır xəstə olduğunu bildirərək İkraməlidən borc pul almaq qərarına gəlmiş, 04 mart 2023-cü il tarixdə özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən “Azercell”-in gizli zəng xidmətindən yararlanaraq Zərərçəkmiş şəxs telefon nömrəsinə zəng etmiş, səsi qardaşı Arazın səsi ilə oxşarlıq təşkil etdiyi üçün özünü X7 kimi təqdim edərək guya övladının serebral iflic xəstəliyindən əziyyət çəkdiyini və təcili müalicə olunması üçün pula ehtiyacı olduğunu qeyd etmiş, İkraməli ondan nə qədər pula ehtiyacı olduğunu soruşduqda 2500 manat pul lazım olduğunu demiş və həmin pul hazır olduqda qardaşı Şahinə, yəni özünə verməli olduğunu demiş, İkraməli isə ona cavabında başqa şəxslərdən götürərək 2500 manat pul borc verə biləcəyini qeyd etmiş, İkraməli bir neçə gün sonra telefonla zəng edərək 400 manat pulu vermək üçün onu yaşadığı kənddə marketin yaxınlığına çağırmış və əlbəəl 400 manat pul borca qardaşı Araz Nəsirova göndərməsi üçün vermişdir. Daha sonra 05 mart 2023-cü il tarixdə Astara rayonu Ojakəran kəndində yerləşən “Bol” marketin içərisində qardaşı Araz Nəsirovun kartına göndərəcəyini deyərək İkraməlini aldatmaqla 500 manat, daha sonra 600 manat və 120 manat olmaqla cəmi 820 manat pulu özünə məxsus **********811034 saylı "xxxx" ASC-nin debet kartına “Million” ödəmə terminalı vasitəsilə, ardınca 800 manat pulu Astara şəhərində yerləşən “Şindan” restoranın qarşısında İkraməlidən əlbəəl almış, bundan başqa, xatırlamadığı müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla əlavə olaraq 1400 manat pulu qardaşı Araz Nəsirovun adından yalan danışmaqla Zərərçəkmiş şəxs almış, Zərərçəkmiş şəxs aldatmaqla ələ keçirdiyi pulları öz şəxsi tələbatına xərcləmiş, beləliklə Zərərçəkmiş şəxslə qardaşı Araz Nəsirovun adından telefon vasitəsilə əlaqə saxlayaraq İkraməlinin etibarını qazanmaqla qardaşı Arazın övladının xəstə olması adı ilə aldadaraq İkraməliyə məxsus ümumilikdə 3920 manat pulu ələ keçirmiş, Zərərçəkmiş şəxs müəyyən məbləğdə pullar alaraq İkraməliyə bu pulun müqabilində hər hansı bir vəd verməmişdir. Sadəcə Zərərçəkmiş şəxs aldadaraq İkraməliyə məxsus pulu dələduzluq yolu ilə ələ keçirərkən əvvəlcədən heç bir şəxslə əlbir olmamışdır. Əlavə olaraq bildirdi ki,aldığı bütün məbləği birdəfəlik ödəmək imkanı yoxdur, lakin hesab edir ki, işləyib ppul qazanaraq İkraməlidən aldığı bütün məbləği ödəməlidir. Zərərçəkmiş şəxs həmin puldan 1000 manat təklif etmiş, Zərərçəkmiş şəxs isə pulu almayıb borcunu birdəfəlik ödəməyi tələb etmişdir. Himayəsində 2 azyaşlı uşağın olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə zərərçəlmiş şəxs: Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə gizli nömrə ilə telefon zəngi gəlmiş, həmin zəngdə danışan şəxs özünü həmkəndlisi və tanıdığı Araz Nəsirov kimi təqdim edərək həyəcanlı şəkildə təcili pul lazım olduğunu və uşağının ağır xəstə, yəni serebral iflic xəstəliyindən əziyyət çəkdiyini, ölüm vəziyyətində olduğunu və təcili 5000 manat pul borc lazını olduğunu demişdir. Özünün də azyaşlı nəvəsi serebral iflic xəstəsi olduğundan nəvəsinin müalicəsi üçün yığdığı pulu Araza verə biləcəyini demişdir. Telefonda danışan özünü Araz kimi təqdim etmiş şəxs Rusiya Federasiyasında yaşadığı üçün həmin pulu qardaşı Şahinə verməli olduğunu demiş və Arazla razılaşmış, bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq, onu qardaşına çatmalı pulu verməsi və guya öz qardaşına məxsus bank kartına göndərməsi üçün tələsdirmişdir. O, hissə-hissə olmaqla ümumilikdə 1700 manat pulu Astara rayonu Ojakəran kəndində yerləşən “Bol” marketin içərisində olan ödəmə terminalından qardaşına göndərməsi üçün Təqsirləndirilən şəxs vermiş, bir neçə gün sonra isə Astara şəhərində “Şindan” restoranın yaxınlığında əlbəəl 800 manat, bundan əlavə dəqiq xatırlamadığı müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla cəmi 2420 manat pulu qardaşı Araz Nəsirova çatdırması və uşağını müalicə etdirməsi üçün Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs qardaşı Araz Nəsirovun uşağının xəstə olması və müalicəsi üçün təcili pul lazım olduğu üçün ondan ümumilikdə 3920 manat pulu almış və bir müddət sonra isə telefonların heç birinə cavab verməmiş, tanışları vasitəsilə Araz Nəsirovla əlaqə saxlamağa çalışmış və Təqsirləndirilən şəxs onu qardaşının adından yalan danışaraq aldatmaqla ona məxsus 3920 manat pulu ələ keçirməsini müəyyən etmişdir. Şahindən verdiyi pulları geri tələb etdikdə, Şahin, bundan imtina edərək telefonlar zənglərinə cavab verməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona borcundan 900 manat ödəməyi təklif edir, o, borcunun hamısını birdəfəlik ödəməyi istəyir. Hazırda Təqsirləndirilən şəxs onu aldadıb aldığı pulu ödəmədiyinə görə haqqında qanuna müvafiq tədbir görülməsini tələb edir. İş materialında olan 30 aprel 2023-cü il tarixli “Qəbzə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs, xx.xx.2023-cü il tarixdə saat 14:16-da Astara rayonu Ojakəran kəndində yerləşən marketdən 416973******1034 saylı "xxxx" ASC-nin debit kartına 500 manat, xx.xx.2023-cü il tarixdə saat 15:11 -də Astara rayonu Ojakəran kəndində yerləşən marketdən 416973******1034 saylı "xxxx" ASC-nin debit kartına 200 manat pul köçürmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X6 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Astara RİHB-nın Kİcəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2023-ci il tarixli 1401 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Ojakəran kəndində yaşayır və himayəsində xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 adlı övladları var. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun himayəsində iki azyaşlı övladlarının olmasını, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsinə cəhd etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən tutularaq Astara RPŞ-nin MSY-nə təhvil verildiyi üçün, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə dayandırılmış icraat istintaqın davam etdirilməsi üçün təzələnmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyinin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 3920 (üç min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti tutulub ona verilməsini tələb etmişdir. Ona görə də, iş üzrə mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs 3920 (üç min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti tutulub Zərərçəkmiş şəxs verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq o cümlədən iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-nin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1091.1 və 1091.2-ci maddələrinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət bir günü iki gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Ojakəran kəndi ünvanında yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 3920 (üç min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti tutulub Zərərçəkmiş şəxs verilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-165/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-165/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver