Məhkəmə qərarları › İş №1(018)-168/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-168/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-168/2023 06.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, nümayəndəsi X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1952-ci ildə Astara rayonu, Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, Astara rayonu Siyakü kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qaynı oğlu X2 onun oğlu X1 Yasamal RPİ-yə şikayət etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Astara rayonu Siyakü kənd tam orta məktəbin yaxınlığında yerləşən «Oba» marketin arxasında ictimai qaydanı kobud surətdə pozaraq uca səslə nalayiq söyüşlər söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozan, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək özü ilə gətirdiyi ağac parçasını silah qismində istifadə edib Zərərçəkmiş şəxs sol bazu və kürək nahiyyələrinə bir neçə dəfə vuraraq kürək, sol bazu nahiyyələrində qançırlar ilə müşayət olunan sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirilməklə və Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Tranzit” markalı, 99-UV- 832 dövlət qeydiyyat nişanlı avtomobilin kapot və sol qapının yuxarı hissəində quraşdırılmış plasmas qurğuya həmin ağac parçası ilə vuraraq zədələyib Zərərçəkmiş şəxs 150 manat maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində Seyfulla ilə birlikdə Astara rayonu Sığəloni kəndində yaşayan qardaşı Fərhadın evinə gedərkən maşını nəvəsi Mahsun idarə etmiş, əri Seyfulla həmin vaxt qabaq, özü oğlu İsmayıl ilə arxada oturmuşdur. Siyakü kənd orta məktəbinin yaxınlığında maşından düşüb piyada yollarına davam etmişlər. Həmin vaxt onun və əri Seyfullanın əlində rahat yeriyə bilmələri üçün özləri ilə götürdükləri ağac parçası olmuşdur. Qaynı oğlu Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Tranzit” markalı, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobili ilə onların üstünə gəlmişdir. O, da həmin vaxt əsəbiləşdiyi üçün həmin vaxt onların üstünə idarə etdiyi avtomobillə gələn Familin avtomobilinə əlində olan ağac parçası ilə onun avtomobilinə bir neçə dəfə vurmuşdur. Famil də maşınla əri Seyfullanı vurub yerə yıxmışdır. Zərbənin təsirindən Seyfulla yerə yıxılmış, Famil isə maşını saxlamadan oradan uzaqlaşmışdır. Həmin vaxt o, əlində olan ağac parçası ilə onun maşınına vurub qapının üzərində olan plasmas qurğunu vurub sındırmışdır. Famil maşını sürüb getmiş, o da Seyfullanın yerdə huşsuz vəziyyətdə olduğunu görüb bərk qorxduğu üçün qışqıraraq kömək çağırmışdır. Bir qədər sonra ora oğlu İsmayılla nəvəsi Mahsun gəlmişdir. Onlar köməklik edərək Seyfullanı yerdən qaldırıb Mahsunun idarə etdiyi “Mercedes” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə mindirib Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada Seyfullaya tibbi yardım göstərildikdən sonra məlum olmuşdur ki, həmin hadisə nəticəsində əri Seyfullanın sol topuğu sınmışdır. Nə onun, nə də ailə üzvlərinin Famillə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Lakin Familin atası, yəni onun qaynı Zikrulla ilə ədavətləri olmuşdur. Famil idarə etdiyi maşınla əri Seyfullanı vurub oradan uzaqlaşarkən o, əlində olan ağac parçası ilə Familin maşınına vurub qapının üzərindəki plasmas qurğunu vurub sındırmışdır.Hazırda törətdiyi əməldən peşmandır, yaşlı olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X3 onun doğma əmisidir. Əmisi Seyfulla ilə ailəsi arasında uzun müddətdir ədavət vardır. 19 yanvar 2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi “Ford Tranzit” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qızı X9 kənd orta məktəbinə aparmaq üçün “Oba” marketin arxasında onu düşürüb yola saldıqdan sonra əmisi Seyfulla və onun arvadı Sürəyya əmisi oğlu İsmayılın idarə etdiyi “Mercedes” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobildən düşüb ona tərəf gəlmişdir. Həmin vaxt hər ikisinin əlində paya olmuşdur. Sürəyya heç bir səbəb olmadan onun üzərinə hücum çəkib əlindəki paya ilə maşınına vurmuşdur. Sürəyya maşınına vurduqdan sonra əlindəki paya ilə onu da vurmaq istəyəndə özünü qorumaq üçün sol qolunu qabağa vermişdir. Həmin vaxt Sürəyya paya ilə onun sol bilək nahiyyəsinə vurub xəsarət yetirmişdir. Sürəyyanın onu vurduğunu görüb maşınına minib oradan uzaqlaşmaq istəmişdir. Bu zaman Sürəyya əlindəki paya ilə onun kürək nahiyyəsinə də bir dəfə zərbə vurmuşdur. O, maşınına mindikdən sonra maşınını hərəkətə gətirmişdir ki, oradan uzaqlaşsın. Seyfulla isə onun qabağından çəkilməyərək ünvanına nalayiq sözlər işlətmişdir. Həmin vaxt Sürəyya əlindəki paya ilə maşınına vurmağa davam etmişdir. O nə əmisi Seyfullanı, nə də əmisi arvadı Sürəyyanı vurmamışdır. Seyfulla onu söyə-söyə ona tərəf gələrkən ayağı büdrəyib yerə yıxılmışdır. Yaranmış səs-küyə məktəbdə təhsil alan çoxasayı uşaqlar toplaşmışdır. Seyfullanın yerə yıxılmağını fürsət bilib maşını manevr etdirərək yanından keçib getmiş, dərhal DİN-in 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra oradan birbaşa yaşadığı evinə getmişdir. Mübahisə təxminən 5- 10 dəqiqə müddətində davam etmiş və həmin vaxt orada həmkəndliləri İrşadov Cəmil, Lətifli Elvin və adlarını bilmədiyi şəxslər olmuşdur. Hadisə vaxtı kürək və sol bilək nahiyyəsindən və kürək nahiyyəsindən xəsarət almışdır. İdarə etdiyi “Ford Tranzit” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə isə təxminən 150 manat maddi ziyan dəymişdir. Hazırda barışmamışlar, təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulan cəzanın verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs nümayəndəsi X4 bildirdi ki, hazırda barışıq olmayıb və təqsirləndirilən şəxs barəsində həbs cəzasının verilməsini xahiş edirlər. Məhkəmədə şahid qismində dindrilmiş X3 ifadəsində göstərdi ki, 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində həyat yoldaşı Sürəyya ilə birlikdə Astara rayonu Sığəloni kəndində yaşayan qaynı Fərhadın evinə nəvəsi Mahsun idarə etdiyi «Mercedes» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı, oğlu İsmayıla məxsus avtomobildə yola düşmüşlər. Oğlu İsmayıl da avtomobildə olmuş, onlar Astara rayon polis şöbəsinə gedirmişlər. O, həyat yoldaşı Sürəyya ilə Sığəloni kəndinin girişində «Oba» marketin arxasında avtomobildən düşmüşlər. Oğlu İsmayılla nəvəsi Mahsun isə yollarına davam etmişlər. Həmin vaxt qardaşı oğlu Zərərçəkmiş şəxs idarə etdiyi «Ford Transit» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə olduqları yerə gəlib uşağını maşından düşürmüşdür. Famil uşağını düşürdükdən sonra sola doğru manevr etdirən zaman maşınının qabaq sağ tərəfi ilə onu vurmuşdur. Maşın onun qarın nahiyyəsinə dəymiş, zərbənin təsirindən 3-4 metr kənara yıxılmışdır. Famil də maşını saxlamadan çıxıb getmişdir. Zərbədən sonra onun huşu getmiş, ayılanda isə özünü Lənkəran şəhər xəstəxanasında olduğunu görmüşdür. Həmin hadisə nəticəsində sol ayağının topuq və diz nahiyyəsindən xəsarət almışdır. Həmin vaxt əllərində əsa olsa da, onu döyməmişlər. Lakin həmin vaxt həyat yoldaşı Sürəyya əlindəki əsanı Familin maşınına tərəf tullayıb vurmuşdur. Həmin əsanı, yəni ağac parçasını yeriyərkən müvazinətlərini qorumaq üçün özləri ilə gəzdirmişlər, hadisədən sonra həmin ağac parçalarını xatırlamadığı yerə tullamışdır. Həmin xəsarəti də ona Famil yetirmişdir. Həmin vaxt Famil onun və həyat yoldaşının gəldiyini və əllərində ağac parçası olduğunu görüb qorxduğu üçün oradan qaçmaq istəyərkən avtomobili manevr etdirərək bilmədən onu avtomobillə vurmuşdur. Qardaşı oğlu Famil haqda şikayəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, X3 və Zərərçəkmiş şəxs tanıyır, onlar həmkəndliləridir.19 yanvar 2023-cü il tarixdə saat 08:00 radələrində mağazada olarkən yaxınlıqda qəssabxanada işləyən Cəmil qışqıraraq demişdir ki, “Familin maşınını vurdular”. Həmin vaxt Cəmilin baxdığı istiqamətdə baxanda “Oba” marketin arxasında Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Tranzit” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə onun əmisi Seyfullanın arvadı Sürəyyanın əlində olan ağac parçası ilə vurduğunu görmüşdür. Həmin vaxt Sürəyya əlindəki ağac parçası ilə Famili də vurmuşdur. Həmin vaxt məktəblilərin mağazaya gələn vaxtı olduğu üçün hadisə yerinə getməyib kənardan izləmişdir. Sürəyya Famili vurarkən o, avtomobilinə minərək oradan uzaqlaşmışdır. Həmin mübahisə təxminən 5 dəqiqə müddətində davam etmiş və həmin zaman orada kimlərin olduğunu bilməmişdir. Həmin hadisə zamanı Famili konkret olaraq Seyfullaın arvadı Sürəyya əlindəki ağac parçası ilə vurmuşdur. Bundan başqa Sürəyya əlindəki ağac parçası ilə Familin “Ford Tranzit” markalı, avtomobilinə vurub zədələmişdir. Seyfullanın həmin vaxt Zərərçəkmiş şəxs və avtomobilinə əlində olan ağac parçası ilə vurmasının və ya onu hədələməsinin şahidi olmamışdır. Həmin vaxt Familin əmisi Seyfullanı nə əllə, nə də avtomobillə vurmasının şahidi olmamışdır. Əgər Famil həmin vaxt idarə etdiyi “Ford Tranzit” markalı avtomobil ilə Seyfullanı vursaydı, ən azından avtomobilin maneəyə dəyərək dayandığının şahidi olarmış və ya orada olan şəxslərin reaksiyasından bunu bilərmiş. Seyfullanın hansı şəraitdə xəsarət aldığını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 şahid X6 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş materialında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol kürək, sol bazu nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materialında olan “Avtoservis 907”-nin xx.xx.2023-cü il tarixli, 067006 saylı aktından görünür ki, “Ford Tranzit” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Astara RİHB-nın Siyakü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Siyakü kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun 71 (yetmiş bir) yaşının tamam olmasını və əməlindən səmimi peşmanlıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin eilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs 1952-ci ildə anadan olmaqla 71 yaşında qadın olması və yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətinə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün ümumi rejimli çəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza- sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs 71 (yetmiş bir) yaşının tamam olmasını, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmanlıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 01 (bir) il sınaq müddəti tədbiq edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 01 (bir) il sınaq müddətinin əvvəli hökmün qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Astara rayon Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar