Məhkəmə qərarları › İş №1(018)-169/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-169/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-169/2023 06.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəx: Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə İran İslam Respublikasının Karaj şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləmiş, İran İslam Respublikası, Karaj şəhəri, Xomneyi küçəsi, ev 193 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum rayan mənbədən əldə etdiyi üzərində “Tromodol 100” yazısı həkk olunmuş bir ədəd konvolyutda tərkibindəki təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən 3 həb narkotik İstələrə və ya psixotrop maddələrə aid olmayan tromodol güclü təsir edən maddəsini malların s*ar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Azərbaycan Respublikasının nzisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kodisioner” J daşıdığı “Volvo” markalı, 71AB679/71AB680 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda, alətlər panelinin altındakı kiçik əşyaların qoyulması üçün zavod konstruksiyasında nəzərdə tutulmuş qutunun arxasındakı boşluqda gizlədib İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən 26 avqust 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astar rayonunun inzibati ərazisində yerləşən Rəsmləşdirmə özinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük zarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 13 radələrində gömrük nəzarəti qaydasında nəqliyyat vasitəsinə keçirilmiş yoxlama zamanı qeyd olunan həblər aşkar edilərək gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasına ‘Kondisioner” yükü apararkən tranzit qaydada Azərbaycan Respublikası ərazisinə - “Astara gömrüyünə daxil olmuşdur. “Astara” gömrüyündə növbə ona çatdıqda o, idarə etdiyi “Volvo' markalı “71AB679/71AB680” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olubolmamasını soruşmuş, o, isə öz növbəsində onda qadağan olunmuş, gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük işçisi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmiş və bu məqsədlə 2 nəfər şahid dəvət edərək onların iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında sürücü və sərnişin oturacağının ön hissəsində alətlər panelinin altındakı kiçik əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşiyin arxa hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş formada üzərində “Tramadol 100” yazısı əks olunmuş 1 ədəd konvalyutda 3 ədəd ağ rəngli həb formasında dərman preparatını gömrük əməkdaşı aşkar etmişdir. Daha sonra onun üzərində şəxsi yoxlama aparmış, həmçinin nəqliyyat vasitəsi “Astara” Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra nəqliyyat vasitəsində aşkar olunmuş 1 ədəd konvalyut gömrük işçiləri tərəfindən onun və hal şahidlərin iştirakı ilə götürülmüşdür. Yoxlama zamanı idarə etdiyi “Volvo” markalı “71AB679/71AB680” qeydiyyat nişanlı yük vasitəsinin kabinasında sürücü və sərnişin oturacağının ön hissəsində alətlər panelinin altındakı kiçik əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşiyin arxa hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş formada aşkar edilmiş üzərində “Tramadol 100” yazısı əks olunmuş 1 ədəd konvalyutda 3 ədəd ağ rəngli həblərin ona məxsus olduğunu bildirmişdir. Həmin həbləri İranda aptekdən almışdır. Sümük əyriliyi olduğuna görə ayaqlarının hər ikisində dəmir qoyulduqdan sonra ayaqlarında şiddətli ağrılar olduğuna görə güclü təsir edən dərmanlardan istifadə edir. Təxminən bu ilin avqust ayının ortalarında aptekdən 4 ədəd Tramadol deyilən həb almışdır. Birini ağrıları çoxalanda istifadə etmiş, digər 3-nü isə ağrıları olanda istifadə etməyi üçün saxlamışdır. Ağrıları olan vaxtlarda tramadol və digər güclü təsir edən maddələrdən istifadə edir. Əməldən səmimi peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə gömrük əməkdaşı Ayxan Heydərov onu və onunla birlikdə fəhləlik edən Famil Məmmədov çağıraraq, Astara Gömrük İdarəsinin idxal yük fcdində İrandan gələn yük maşınına yoxlama tətbiq ediləcəyi üçün yoxlamada hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. X14 İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “71AB679/71AB680” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etdi. Yoxlama zamanı nəqliyyat .qitəsinin kabinasında sürücü və sərnişin oturacağının ön hissəsində alətlər panelinin -dakı kiçik əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşiyin arxa hissəsindəki rs uqdan gömrük nəzarətindən gizlədilmiş formada üzərində “Tramadol 100” yazısı əks .'muş bir ədəd konvalyutda üç ədəd ağ rəngli həb aşkar edildi. Daha sonra X14 İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində, heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “71AB679/71AB680” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasından gizlədilmiş yerdən aşkar edilmiş üzərində "-tramadol 100” yazısı əks olunmuş bir ədəd konvalyutda 3 üç ədəd ağ rəngli həb və gömrük nəzarətinə təqdim olunmuş müxtəlif pul əskinasları və telefon gömrük işçiləri tərəfindən götürülmüşdür. Sonda bu barədə müvafiq sənədləşmə aparıldı və həmin sənədlər onlar tərəfindən imzalanmışdır. İş üzrə şahid X8 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdi ki, xx.xx.2023-ci il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirərkən saat 13 nələrində iran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına yükü müşaiyət edən “22663” saylı CMR-ə və “M230996” nömrəli İnvoysa əsasən “kondisioner” yükü aparan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “71AB679/71AB680” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. İlk öncə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə şifahi sorğu- sual apararaq onun üzərində, əl yüklərində və idarə etdiyi “Volvo” markalı “71AB679/71AB680” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış predmetlərin olub olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində onun üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və eləcə də gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması tədbiq etmiş, yoxlama zamanı “Volvo” markalı “71AB679/71AB680” qeydiyyat Eanlı yük nəqliyyat vasitəsinin kabinasında sürücü və sərnişin oturacağının ön hissəsində atlər panelinin altındakı kiçik əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşiyin arxa ^səsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş formada üzərində “Tramadol 100” sözləri əks olunmuş bir ədəd konvalyutda üç ədəd ağ rəngli həb aşkar etmişdir. Daha sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində, heç bir hüquqpozma predmeti aşkar olumamışdır. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “71AB679/71AB680” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında gizlətdiyi yerdən aşkar olunmuş üzərində “Tramadol 100 ” yazısı olan bir ədəd konvolutda üç ədəd ağ rəngli həb gömrük nəzarətinə təqdim olunmuş müxtəlif pul əskinasları və telefon araşdırma ilə əlaqədar hal şahidlərinin iştirakı ilə götürülərək Əməliyyat və Təhqiqat şöbəsinin xidməti rağında araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 27 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4562 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Gpmrük Komitəsi N 203696” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen paketdə bir ədəd tərində “Tramadol 100” yazısı olan konvalyutda ümumilikdə 03 ədəd ağ rəngli dairəvi krmalı həblər-tramadol tərkibli dərman preparatıdır, təsir edici maddəsi tramadol hidroxloridin ümumi miqdarı - 0,3 qramdır. Tramadol 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir.İlkin tədqiqat zamanı 03 ədəd həbin tərkibində ümumilikdə 0,3 qram tramadol təsiredici maddəsi müəyyən edilmiş, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 02 ədəd həbin tərkibi İ qram təşkil etmişdir (bir həb - 0,1 qram). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin ekspertlərinin verdiyi 22 sentyabr 2023-cü il tarixli, 19/51-*89 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Kayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, lakin keçmişdə güclü təsiredici maddələrdən istifadə etməsi istisna olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsm məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan fars dilindən azərbaycan dilinə tərcümə edilmiş şəxsiyyət vəsiqələrin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Yekta Salehi və xx.xx.2023-cü il təvəllüdlü Mohammadhassan Salehi adlı iki azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı övladının olmasını və əməlindən səmimi peşmanlıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir.” Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələriinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 02 ədəd həb dərman kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 26 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 02 ədəd həb dərman kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar