Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-17/2024 23.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Astara Vəkil Bürosunun vəkilləri - Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, qanuni nümayəndələr - Qanuni nümayəndə1 və Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxx 2006-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, yetkinlik yaşına çatmamış, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə; xx xxxx 2006-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, yetkinlik yaşına çatmamış, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə; xx xxx 1998-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 20 noyabr 2023-ci il tarixdə, saat 16 radələrində Astara rayonu, Deqədi kəndi ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 160 manat olmaqla, ümumi qiyməti 320 (üç yüz iyirmi) manat olan 2 baş qoyunu gizli talayıb, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 21 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Astara rayonu Deqədi kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus qiyməti 150 manat olan 1 baş qoyunu və qiyməti 100 manat olan 1 baş quzunu gizli talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 21 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Astara rayonu Deqədi kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus, qiyməti 150 manat olan 1 baş qoyunu və qiyməti 100 manat olan bir baş quzunu gizli talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı xx xxxx 2006-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 qazanc əldə etmək məqsədi ilə vədlər verməklə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 20 noyabr 2023-ci il tarixdə, saat 16 radələrində Astara rayonu Deqədi kəndi ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus hər birinin qiyməti 160 manat olmaqla, ümumi qiyməti 320 (üç yüz iyirmi) manat olan 2 baş qoyunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları xx xxxx 2006-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 qazanc əldə etmək məqsədi ilə vədləri verməklə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 21 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Astara rayonu, Deqədi kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus qiyməti 150 manat olan 1 baş qoyunu və qiyməti 100 manat olan 1 baş quzunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2006-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. Hazırda on yeddi yaşı var. Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla, ailəsi ilə həmin ünvanda yaşayır. Rəsmi olmasa da, Lənkəran şəhərində avtoyuma məntəqəsində dostu Təqsirləndirilən şəxs2lə birlikdə işləyir. 20 noyabr 2023-cü il tarixdə, səhər 08 radələrində Raufla birlikdə avtoyuma məntəqəsinə getmiş və oranı açıb işlərinə başlamışlar. Həmin gün, təxminən saat 13-14 aralığında uşaqlıqdan tanıdıqları və qonşuları olan Təqsirləndirilən şəxs3 ona zəng etmiş və onla işi olduğunu bildirmişdir. Zəngdən təxminən 15-20 dəqiqə sonra Əyyub idarə etdiyi “Vaz-2106” markalı avtomobillə onların yanına gəlmişdir. Əyyub avtomobildən düşmüş, onunla və Raufla görüşmüş və onu tək kənara çəkib söhbət etməyə başlamışlar. Əyyub ona Astara rayonuna qoyun oğurlamağa getməyi təklif etmişdir. Əvvəlcə razılaşmamış, ancaq Əyyub ona oğurlayacaqları qoyunları yaxşı qiymətə sata biləcəklərini və yaxşı pul qalacağını bildirmiş, o da borcları olduğundan, pula ehtiyacı olduğundan Əyyubun təklifi ilə razılaşmışdır. Həmin təklifi Əyyub Raufa da etmiş, lakin Rauf avtoyuma məntəqəsində qalacağını demiş, müştəri gələcəyi təqdirdə işləyəcəyini bildirmişdir. Əyyub elə avtoyuma yerindən oğurlayacaqları qoyunların ayaqlarını bağlamaq üçün göy rəngli, uzunluğu təxminən bir metr olan iki ədəd ip götürmüşdür. Sonra Əyyubla avtomobilə əyləşib Astara istiqamətinə yola düşmüşlər. Onlar təxminən saat 16:30 radələrində Astara rayon Deqədi kəndi adlanan yerə çatmışlar. Əyyub avtomobili kəndin içərisindəki yolun kənarında saxlamış və avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra ətrafa baxmış, heç kəsin onları görmədiyindən əmin olduqdan sonra Əyyub sahədə otlayan qoyun sürüsünə yaxınlaşmış, bir baş qoyunun ayağından tutub ona tərəf gətirmişdir. Həmin vaxt avtomobilin kənarında dayanmışdır ki, kimsə onu görməsin. Qoyunu ayağından tutub saxlamış, Əyyub qoyunu ona verdikdən sonra gedib yenə bir baş qoyun tutmuşdur. Onlar, ümumilikdə 2 baş qoyun oğurlamış və həmin qoyunların ayağını özləri ilə götürdükləri göy rəngli iplə bağlayaraq, avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt ətrafda heç kim olmadığından onları görən olmamışdır. Onlar avtomobilə əyləşib Lənkəran rayonuna yola düşmüşlər və avtoyuma yerinə getmişlər. Orada olan zaman Əyyub ona oğurladıqları qoyunları satmağa adam olduğunu bildirmiş və ondan həmin adamla danışmağını istəmişdir. O da Əyyubun mobil nömrəsi ilə verdiyi nömrəyə zəng vurmuş, ancaq həmin adamın nə adını bilməmiş, nə də ki tanımamışdır. Onunla telefonda danışan zaman babasının 2 baş qoyununu satdığını deyərək qoyunları almasını təklif etmişdir. O da Lənkəran rayon Türkəkəran kəndində yaşadığını bildirmiş və qoyunları ora gətirməyini istəmişdir. O və Əyyub avtomobilə əyləşib həmin ünvana getmişlər. Onlar Türkəkəran kəndinə çatmış və telefonda danışdığı adamla görüşmüşlər. Orada olan zaman həmin adamın adının Rahib olduğunu bilmiş, ancaq Əyyubun Rahibi əvvəlcədən tanıyıb-tanımadığını bilməmişdir. Onlar Rahiblə razılaşmış və 2 baş qoyunu 210 manata ona satmışlar. Rahib onlara həyətdə gözləməklərini bildirmiş, gedib evdən pulu gətirmiş, Rahib pulu ona vermiş və avtomobilə əyləşib oradan çıxmışlar. Avtomobillə hərəkətdə olan zaman Əyyub pulu ondan almış, həmin puldan ona 60 manat pul vermiş, yerdə qalan 150 manatı da özünə götürmüşdür. Təklifin Əyyub tərəfindən edildiyinə görə onun özünə çox pul götürməsinə etiraz etməmişdir. Əyyub onu gətirib avtoyuma məntəqəsinə qoyaraq getmiş, o və avtoyumada onu gözləyən Rauf avtoyumanı bağlamış və Lənkəran rayon Sütəmurdov kəndində yerləşən evlərinə getmişlər. Növbəti gün, yəni 21 noyabr 2023-cü il tarixdə, səhər saatlarında o və Rauf gedib avtoyumanı açıb işlərinə başlamışlar. Təxminən günorta saat 15 radələrində Əyyub ona zəng edib birazdan yanlarına gələcəyini bildirmiş, təxminən 25-30 dəqiqə sonra yuxarıda qeyd etdiyi avtomobillə yanlarına gəlmişdir. Əyyub ona və Raufa dünən getdikləri yerə gedib yenə qoyun oğurlamağı təklif etmiş, onlar da razılaşmış və avtoyuma yerini bağlayıb Əyyubun idarə etdiyi avtomobilə əyləşərək Astara rayon Deqədi kəndinə yola düşmüşlər. Avtomobili Əyyub idarə etmiş, Rauf ön oturacaqda, o isə arxa oturacaqda əyləşmişdir. Onlar Deqədi kəndinə çatdıqda təxminən saat 17 radələri olmuşdur. Əyyub avtomobili kəndin içərisindən keçən yolun kənarında saxlamış və avtomobildən aşağı düşmüşlər. Daha sonra Əyyub çöl sahəsində otlayan sürüdən avtomobilə 3-5 metr yaxın olan bir baş qoyunu dərhal qucağına alıb avtomobilin arxa yük yerinə qoymuş, həmin vaxt o Raufla avtomobilin yanında dayanmış, sonra Əyyub qoyunları onlara tərəf qovalamış, həmin vaxt Əyyub Raufdan sürünün içərisində olan bir baş quzunu götürüb avtomobilin yük yerinə qoymağını istəmiş, Rauf da sürünün içərisindən 1 baş quzunu götürüb avtomobilin yük yerinə qoymuş və onlar avtomobilə əyləşib Lənkərana yola düşmüşlər. Yolda olan zaman Rahibə zəng vurmuş və babasının ona verdiyi 1 baş qoyunu və 1 baş quzunu satdığını, onun almaq istəyib-istəməməsini soruşmuş, Rahib də evdə olduğunu, həmin heyvanlara baxdıqdan sonra fikrini deyəcəyini və evdə gözlədiyini bildirmiş, o da birazdan onun yanında olacaqlarını bildirmişdir. Sonra onlar Lənkəran rayon Türkəkəran kəndində yaşayan Şahid1 Ağalı oğlunun evinə çatmış və Rahibin həyətində həmin 1 baş qoyunu və 1 baş quzunu avtomobilin yük yerindən götürüb yerə qoymuşlar. Rahib qoyunu alacağını bildirmiş, ancaq quzunun balaca olduğunu bildirib almaq istəməmiş, onlar da Rahibə ikisinə bir yerdə 150 manat verib almasını təklif etmiş, Rahib də razılaşmış və pulu Əyyuba vermişdir. Onlar Rahiblə sağollaşıb avtomobilə əyləşmişlər və avtomobilin içərisində həmin pulu bölüşdürmüşlər. Əyyub ona və Raufa ayrı-ayrılıqda 30 manat pul vermiş, qalan 90 manatı isə özünə götürmüşdür. Əyyub onunla Raufu Sütəmurdov kəndində yerləşən “Xəzər-Lənkəran” stadionun yanında avtomobilindən düşürmüş və çıxıb getmişdir. Onlar da piyada evə tərəf getmişlər. Zərərçəkmiş şəxs2 məxsus 2 baş qoyunu 20 noyabr 2023cü il tarixdə, saat 16 radələrində Əyyubla birlikdə Astara rayon Deqədi kəndi ərazisindəki yol kənarında yerləşən otlaq sahəsindən oğurlamışlar. Həmin oğurluğa getməyi ona Əyyub təklif etmiş, oğurluq hadisəsini ikisi törətmiş, kimsə onlara köməklik etməmişdir. Zərərçəkmiş şəxs1 məxsus 1 baş qoyun və 1 baş quzunu 21 noyabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Rauf və Əyyubla birlikdə Astara rayon Deqədi kəndi ərazisindəki yol kənarında yerləşən otlaq sahəsindən oğurlamışlar. Belə ki, Əyyub həmin gün, saat 15 radələrində ona və Raufa Astara rayon Deqədi kəndində qoyun oğurlamağa getməyi təklif etmiş, onlar da razılaşmış və bu hadisədə üçündən başqa kiminsə günahı olmamışdır. Həmin oğurluqların hər ikisini ona və Raufa Əyyub təklif etmişdir. Belə ki, Əyyub 20 və 21 noyabr 2023-cü il tarixlərdə ona və Raufa qazanc əldə edəcəklərini vəd verərək Astara rayonunda kəndlərin birində qoyun oğurlamağa getməyi təklif etmişdir. Əyyubla uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Əyyub onun 17 yaşının olduğunu bilmişdir. Onlar 20 noyabr 2023-cü il tarixdə və 21 noyabr 2023-cü il tarixdə qoyunları oğurladıqdan sonra Lənkəran rayonu Türkəkəran kəndində yaşayan Şahid1 Ağalı oğluna satarkən ona həmin qoyunların oğurluq olması barədə heç bir məlumat verməmişlər. Rahibə qoyunların babasına məxsus olduğunu demişdir. Zərərçəkmiş şəxs2 iki qoyununu oğurlardıqlarına görə vurmuş olduqları 320 (üç yüz iyirmi) manat maddi ziyanı və Zərərçəkmiş şəxs1 məxsus bir baş qoyunu və bir baş quzunu oğurladıqlarına görə vurmuş oduqları 250 (iki yüz əlli) manat məbləğində maddi ziyanı digər təqsirləndirilən şəxslərlə birlikdə tam olaraq qaytarmışlar. Belə ki, həmin qoyunlar satdıqları şəxsdən, yəni Şahid1 götürülərək sahiblərinə qaytarılmışdır. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmışlar, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Özü hazırda yetkinlik yaşına çatmamış şəxsdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2006-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. Hazırda on yeddi yaşı olmaqla yetkinlik yaşına çatmamışdır. Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Lənkəran şəhərində avtoyuma məntəqəsində qeyri rəsmi olaraq işləyir. 20 noyabr 2023-cü il tarixdə, səhər 08 radələrində işlədiyi avtoyuma məntəqəsinə getmiş və oranı açıb işinə başlamışdır. Onunla birlikdə işləyən və məktəb vaxtı bir sinifdə oxuduğu Təqsirləndirilən şəxs1 da onunla bir yerdə olmuşdur. Həmin gün, saat 13-14 aralığında uşaqlıqdan tanıdıqları və qonşuları olan Təqsirləndirilən şəxs3 Yusifə zəng edib onla işi olduğunu bildirmiş və zəngdən təxminən 15-20 dəqiqə sonra Əyyub idarə etdiyi “Vaz-2106” markalı avtomobillə onların yanına gəlmişdir. Avtomobildən düşmüş, onlarla görüşmüş və Yusifi tək kənara çəkib söhbət etməyə başlamışlar. Əyyubla Yusif bir neçə dəqiqə söhbət etdikdən sonra onun yanına gəlmişlər. Əyyub ona Astara rayonuna qoyun oğurlamağa getdiklərini, onun da getməyini təklif etmiş, ancaq o, avtoyuma məntəqəsini yeni açdıqlarına görə tez bağlayıb getmək istəmədiyini bildirib, həmin oğurluqda iştirak etməkdən imtina etmişdir. Əyyub və Yusif də onun gəlmədiyini görüb Əyyubun avtomobilinə əyləşərək çıxıb getmiş, o da öz işlərinə davam etmişdir. Axşam saat 18 radələrində Yusif və Əyyub onun yanına qayıtmışlar. Onlardan nə etdiklərini soruşduqda, Əyyub ona Astara rayonu Deqədi kəndində yolun kənarında iki baş qoyun oğurladıqlarını və qoyunların hazırda avtomobilin yük yerində olduğunu bildirmişdir. O da həmin vaxt öz işləri olduğundan başı qarışıq olmuşdur. Ona görə də onların avtoyuma yerindən çıxıb getmələrindən xəbəri belə olmamışdır. Bir müddətdən sonra Əyyub və Yusif yenidən avtoyumaya gəlmişlər və Yusif ona qoyunları aparıb Lənkəran rayon Türkəkəran kəndində yaşayan Əyyubun tanışı Rahib adlı şəxsə 210 manata satdıqlarını bildirmişdir. Bu söhbətdən sonra Əyyub yanlarından getmiş və onlar da avtoyumanı bağlayıb Lənkəran rayon Sütəmurdov kəndində yerləşən evlərinə getmişlər. Ertəsi gün, yəni 21 noyabr 2023-cü il tarixdə həmişəki saatda Yusiflə gedib avtoyuma məntəqəsini açıb işlərinə başlamışlar. Təxminən günorta saat 15 radələrində Əyyub Yusifə zəng edib birazdan yanlarına gələcəyini bildirmiş, təxminən 25-30 dəqiqə sonra yuxarıda qeyd etdiyi avtomobili ilə yanlarına gəlmişdir. Əyyub onunla Yusifə dünən getdikləri yerə gedib yenə qoyun oğurlamağı təklif etmiş, Yusiflə Əyyubun əvvəlki oğurladıqları qoyunları satdıqdan sonra yaxşı pul qaldığını bildiyindən və onların pula ehtiyacı olduqlarından onunla razılaşmışdır. Avtoyuma yerini bağlayıb Əyyubun idarə etdiyi avtomobilə əyləşərək Astara rayon Deqədi kəndinə yola düşmüşlər. Avtomobili Əyyub idarə etmiş, o ön oturacaqda, Yusif isə arxa oturacaqda əyləşmişdir. Onlar Deqədi kəndinə çatdıqda saat 17 radələri olmuşdur. Əyyub avtomobili kəndin içərisindən keçən yolun kənarında saxlamış və avtomobildən aşağı düşmüşlər. Əyyub çöl sahəsində otlayan sürüdən avtomobilə 3-5 metr yaxın olan 1 baş qoyunu dərhal qucağına almış, avtomobilin arxa yük yerinə qoymuşdur. O və Yusif avtomobilin yanında dayanmışlar. Sonra Əyyub qoyunları onlara tərəf qovalamış, həmin vaxt Əyyub ondan sürünün içərisindən 1 baş quzunu götürüb avtomobilin arxa yük yerinə qoymağını istəmiş, o da sürünün içərisindən 1 baş quzunu götürmüş və avtomobilin yük yerinə qoymuşdur. Daha sonra onlar avtomobilə əyləşib Lənkəran istiqamətinə yola düşmüşlər. Onlar yolda hərəkətdə olan zaman Yusif əvvəlki qoyunları satdığı Lənkəran rayon Türkəkəran kəndində yaşayan Şahid1 Ağalı oğluna zəng edərək, yenə satdıqları 2 baş qoyunlarının olduğunu, qoyunların babasına məxsus olduğunu bildirmiş və ondan istəyib-istəmədiyini soruşmuşdur. Rahib də evdə olduğunu və gözlədiyini bildirmişdir. Onlar da Rahibin yaşadığı ünvana getmişlər və həyətində həmin 1 baş qoyunu və 1 baş quzunu avtomobilin arxa yük yerindən götürüb yerə qoymuşlar. Rahib qoyunu alacağını bildirmiş, ancaq quzunun balaca olduğunu bildirib almaq istəməmiş, onlar da Rahibə ikisinə bir yerdə 150 manat verib almasını təklif etmiş, Rahib də razılaşmış və pulu Əyyuba vermiş və Rahiblə sağollaşıb avtomobilə əyləşmişlər. Onlar avtomobilin içərisində həmin pulu bölüşdürmüşlər. Əyyub ona və Yusifə ayrıayrılıqda 30 manat pul vermiş, qalan 90 manatı isə özünə götürmüşdür. Əyyub onunla Yusifi Sütəmurdov kəndində yerləşən “Xəzər-Lənkəran” stadionun yanında avtomobilindən düşürmüş və çıxıb getmişdir. Onlar da piyada evə tərəf getmişlər. Zərərçəkmiş şəxs1 məxsus 1 baş qoyun və 1 baş quzunu 21 noyabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Yusif və Əyyubla birlikdə Astara rayon Deqədi kəndi ərazisindəki yol kənarında olan otlaq sahəsindən oğurlamışlar. Belə ki, Əyyub həmin gün, saat 15 radələrində ona və Yusifə Astara rayon Deqədi kəndində qoyun oğurlamağa getməyi təklif etmiş və onla Yusif də razılaşmış, oğurluğu üçü etmişdir. Həmin oğurluqların hər ikisini ona və Yusifə Əyyub təklif etmişdir. 20 noyabr oğurluğunda iştirak etməkdən imtina etsə də, 21 noyabr oğurluğunda iştirak etmişdir. Əyyubla uzun müddətdir ki, bir-birlərini tanıdığından, Əyyub onun 17 yaşının olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 məxsus bir baş qoyunu və bir baş quzunu oğurladıqlarına görə vurmuş oduqları 250 (iki yüz əlli) manat məbləğində maddi ziyanı digər təqsirləndirilən şəxslərlə birlikdə tam olaraq qaytarmışlar. Belə ki, həmin qoyunlar satdıqları şəxsdən, yəni Şahid1 götürülərək sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs1 ilə barışmışlar, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Özü hazırda yetkinlik yaşına çatmamış şəxsdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. Sərnişin daşımaq üçün **-BH-*** dövlət qeydiyyat nişanlı, “Vaz-2106” markalı avtomobili icarəyə götürüb işlədir. 20 noyabr 2023-cü il tarixdə də icarəyə götürdüyü avtomobillə Lənkəran şəhərində olmuşdur. Həmin vaxt borcları olduğundan pula ehtiyacı olmuş, avtomobildə tək oturub sərnişin gözləyən zaman tez vaxtda rahat pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Oğurluğu etməsinin Lənkəran şəhərində çətin olacağını düşünmüş və Astara rayonunda çərəz paylamaq üçün getdikdə Deqədi kəndi ərazisindəki yolun kənarında sahibi yanlarıda olmayan qoyun sürüləri yadına düşmüş, gedib ordan rahatlıqla qoyun oğurlaya biləcəyini fikirləşmişdir. Ancaq ora tək yox, özü ilə kömək üçün adam götürməli olduğuna görə həmkəndlisi Təqsirləndirilən şəxs1 zəng edib onunla işi olduğunu və harada olduğunu soruşmuşdur. Yusif də ona Lənkəran şəhəri “Bazar ərazisi” adlanan yerdə avtoyuma məntəqəsində olduğunu bildirmişdir. Yusifə birazdan yanına gələcəyini bildirmiş və heç yana getməməyini demişdir. Avtomobilə əyləşib Yusifin yanına getmiş, Yusifin yanına çatan zaman onun yanında Raufu da görmüş, Rauf və Yusif avtoyuma yerini birlikdə işlətmişlər. Yusif və Raufla görüşmüş və Yusifi tək kənara çəkib onunla söhbət etməyə başlamış, Yusifə Astara rayonuna qoyun oğurlamağı təklif etmiş və Yusif də onlar razılaşmışdır. Onlar vaxt itirmədən Raufun yanına qayıtmış, o, Raufa da təklif etmiş, Rauf isə avtoyuma yerində qalacağını və müştərilər gələcəyi təqdirdə işləyəcəyini bildirmişdir. Yusif və Raufun ondan yaşca balaca olduqlarını və yetkinlik yaşına çatmadıqlarını bilmişdir. Elə avtoyuma yerindən oğurlayacaqları qoyunların ayaqlarını bağlamaq üçün göy rəngli, uzunluğu təxminən bir metr olan 2 ədəd ip götürmüş, daha sonra Yusiflə oraya getdiyi “Vaz-2106” markalı avtomobilə əyləşmiş və Astara istiqamətinə yola düşmüşlər. Onlar saat 16:30 radələrində Astara rayon Deqədi kəndinə çatmışlar. Avtomobili kəndin içərisindəki yolun kənarında saxlamış və avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra ətrafa baxmış və heç kəsin onları görmədiyindən əmin olduqdan sonra sahədə otlayan qoyun sürüsünə yaxınlaşmış, 1 baş qoyunun ayağından tutmuş və Yusifə tərəf gətirmişdir. Yusif avtomobilin kənarında dayanmış, qoyunu ayağından tutub saxlamış, qoyunu Yusifə verdikdən sonra gedib yenə 1 baş qoyun tutmuşdur. Onlar ümumilikdə 2 baş qoyun oğurlamış və həmin qoyunların ayağını özləri ilə götürdükləri göy rəngli iplə bağlayaraq avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt ətrafda heç kim olmadığından onları görən olmamış və avtomobilə əyləşib Lənkəran rayonuna yola düşərək avtoyuma yerinə getmişlər. Onlar orada olan zaman Yusifə diş texniki kimi tanıdığı Rahibin həyətində qoyun saxladığını, oğurladıqları qoyunları ona təklif edə biləcəklərini demiş, Yusifə Rahibin mobil nömrəsini vermiş, Yusif zəng etmiş, Yusif onunla telefonda danışan zaman babasının 2 baş qoyununu satdığını deyərək qoyunları almasını təklif etmişdir. Rahib də Yusifə Lənkəran rayon Türkəkəran kəndində yaşadığını bildirmiş və qoyunları ora gətirməyini istəmişdir. Yusif ona Rahibin gözlədiyini bildirmiş və onlar da avtomobilə əyləşib Rahibin yaşadığı evə getmişlər. Onlar Türkəkəran kəndinə Rahibin yaşadığı evə çatmış və onun həyətində görüşmüşlər. Onlar Rahibə avtomobilin yük yerindəki 2 baş qoyunu göstərmişlər və Rahib də onlara 2 baş qoyunuda alacağını bildirmişdir. Onlar Rahiblə 210 manat qiymətə razılaşmışlar, Rahib onlara həyətdə gözləmələrini bildirmiş, gedib evdən pulu gətirmiş, Rahib pulu Yusifə vermiş və avtomobilə əyləşib oradan çıxmışlar. Onlar avtomobillə hərəkətdə olan zaman pulu aralarında bölmüşlər. Onun pula çox ehtiyacı olduğundan 150 manat götürmüş, Yusifə isə 60 manat pul vermişdir. Daha sonra Yusifi aparıb avtoyuma məntəqəsinə qoymuş və evə getmişdir. Ertəsi gün, yəni 21 noyabr 2023-cü il tarixdə, günorta saat 15 radələrində Yusifə zəng edib birazdan avtoyuma yerinə gələciyini bildirmiş, təxminən 25-30 dəqiqə sonra yuxarıda qeyd etdiyi avtomobil ilə avtoyuma yerinə çatmışdır. Yusif və Raufa dünən getdikləri Astara rayonu Deqədi kəndindən yenə qoyun oğurlamağı təklif etmiş, Yusif və Rauf da onunla razılaşaraq avtoyuma yerini bağlayıb onun avtomobilə əyləşmiş və Astara rayon Deqədi kəndinə yola düşmüşlər. Avtomobili idarə etmiş, Rauf ön oturacaqda, Yusif isə arxa oturacaqda əyləşmişdir. Deqədi kəndinə çatdıqda saat 17 radələri olmuş, avtomobili kəndin içərisindən keçən yolun kənarında saxlamış və avtomobildən aşağı düşmüşlər. Avtomobildən düşən kimi yaxınlıqdakı çöl sahəsində otlayan sürüdən avtomobilə 3-5 metr yaxın olan bir baş qoyunu dərhal qucağına almış, avtomobilin arxa yük yerinə qoymuş, sonra isə qoyunları Rauf və Yusifə tərəf qovalamış, Rauf və Yusif avtomobilin arxa tərəfində dayanmış, o, Raufdan sürünün içərisində olan 1 baş quzunu götürüb avtomobilin yük yerinə qoymağını istəmiş, Rauf da sürünün içərisindən 1 baş quzunu götürüb avtomobilin yük yerinə qoymuş və avtomobilə əyləşib Lənkərana yola düşmüşlər. Yusif yolda olan zaman Rahibə zəng vurmuş, babasının ona verdiyi 1 baş qoyunu və 1 baş quzunu satdığını, onun almaq istəyib-istəməməsini soruşmuş, Rahib də evdə olduğunu, həmin heyvanlara baxdıqdan sonra fikrini deyəcəyini və onları evdə gözlədiyini bildirmiş, Yusif də birazdan onun yanında olacaqlarını bildirmişdir. Onlar Lənkəran rayon Türkəkəran kəndində yaşayan Rahibin evinə getmişlər, Rahibin həyətində həmin 1 baş qoyunu və 1 baş quzunu avtomobilin yük yerindən götürüb yerə qoymuşlar, Rahib qoyunu alacağını bildirmiş, ancaq quzunun balaca olduğunu bildirib almaq istəməmişdir. Onlar da Rahibə ikisinə bir yerdə 150 manat verib almasını təklif etmişlər, Rahib də razılaşmış, pulu ona vermiş, onlar Rahiblə sağollaşıb avtomobilə əyləşmişlər. Onlar avtomobilin içərisində həmin pulu bölüşdürmüş, Yusif və Raufa ayrı-ayrılıqda 30 manat pul vermiş, qalan 90 manatı isə özünə götürmüşdür. Daha sonra Rauf və Yusifi Sütəmurdov kəndində yerləşən “Xəzər-Lənkəran” stadionun yanında düşürmüş və sonra taksi fəaliyyəti üçün işə başlamışdır. Zərərçəkmiş şəxs2 məxsus 2 baş qoyunu 20 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində Yusiflə birlikdə Astara rayon Deqədi kəndi ərazisində yerləşən otlaq sahəsindən, yol kənarından oğurlamışdır. Həmin oğurluğa getməyi Yusifə özü təklif etmiş və onlar oğurluq hadisəsini ikisi törətmiş, kimsə onlara köməklik etməmişdir. Zərərçəkmiş şəxs1 məxsus 1 baş qoyun və 1 baş quzunu 21 noyabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Rauf və Yusiflə birlikdə Astara rayon Deqədi kəndi ərazisindən, yol kənarındakı otlaq sahəsindən oğurlamışlar. Belə ki, həmin gün, saat 15 radələrində Yusif və Raufa Astara rayon Deqədi kəndində qoyun oğurlamağa getməyi təklif etmiş, onlar da razılaşmış və bu hadisədə üçündən başqa kiminsə günahı yoxdur. Hər iki oğurluq zamanı o, ətrafa baxmış və heç kimin onu görmədiyindən əmin olduqdan sonra oğurluq hadisələrini törətmişdir. Oğurluqların hər ikisini Yusif və Raufa özü təklif etmişdir. Yusif və Raufa rahat yolla qazanc əldə edəcəyi vədi vermiş və onlarda onun təklifi ilə razılaşmışlar. O, Rauf və Yusifi uzun müddətdir ki, tanıdığından 18 yaşlarının tamam olmadığını bilmişdir. Zərərçəkmiş şəxs2 iki qoyununu oğurlardıqlarına görə vurmuş olduqları 320 (üç yüz iyirmi) manat maddi ziyanı və Zərərçəkmiş şəxs1 məxsus bir baş qoyunu və bir baş quzunu oğurladıqlarına görə vurmuş oduqları 250 (iki yüz əlli) manat məbləğində maddi ziyanı digər təqsirləndirilən şəxslərlə birlikdə tam olaraq qaytarmışlar. Belə ki, həmin qoyunlar satdıqları şəxsdən, yəni Şahid1 götürülərək sahiblərinə qaytarılmışdır. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmışlar, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Özü hazırda yetkinlik yaşına çatmamış şəxsdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özlərinin və zərərçəkmiş şəxsin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Astara rayonu Burzubənd kəndində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Şəxsi təsərrüfatında 7 baş qoyunu vardır. Hər gün saat 08 radələrində qoyunları qonşu kəndləri olan Deqədi kəndindəki otlaq sahəsinə otlamaq üçün buraxır və axşam çağlarında da gedib qoyunları sahədən götürüb yaşadığı evin həyətinə gətirir. Otlaq sahəsində də qoyunlara nəzarət etməyi heç kimə tapşırmamış, ona görə ki, bugünədək heç bir qoyunu oğurlanmamış, bu səbəbdən də nəzarətsiz qoymaqdan narahat olmamışdır. 20 noyabr 2023-cü il tarixdə yenə eyni qaydada 7 baş qoyunu aparıb otlaq sahəsinə otlamaq üçün buraxmış və öz işlərini həll etmək üçün oradan çıxıb getmişdir. Axşam saat 5 radələrində qoyunları götürmək üçün sahəyə getmiş və sahəyə daxil olduqda qoyunların sayının az olduğunu hiss edib onları saymış və 2 baş qoyunun əskik olduğunu görmüşdür. Əvvəlcə elə bilmişdir ki, qoyunları qonşuların heyvanlarının sürüsünə qatışmış və dərhal qonşulardan bir-bir maraqlanmağa başlamışdır. Bütün ətrafdakı qonşulardan soruşduqdan sonra heç kimin sürüsünün arasında olmadığını bilmiş və artıq qoyunları tapa bilmədiyindən oğurlandığını fikirləşmiş və şikayət etmək üçün Astara rayon polis şöbəsinə gəlmişdir. Oğurluq hadisəsi 20 noyabr 2023-cü il tarixdə Astara rayonu Deqədi kəndində yerləşən otlaq sahəsində baş vermiş və həmin vaxt oğurluq hadisəsini görən olmamışdır. Ona ümumilikdə 320 manat məbləğində ziyan dəymişdir. Qoyunlar ayrı-ayrılıqda çəkisi 10 kiloqram və bir yaşları olmuşdur. Astara rayon polis şöbəsində aparılan təhqiqat zamanı onun iki baş qoyunlarının Lənkəran rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlandığı ona məlum olmuşdur. Ona məxsus hər birinin qiyməti 160 manat olmaqla, ümumi qiyməti 320 (üç yüz iyirmi) manat olan 2 baş qoyun polis tərəfindən ona qaytarılmışdır. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə digər zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq təqsirləndirilən şəxslərin ona vurduqları ziyanı tam həcmdə ödədiklərini, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şkayət və tələblərinin olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Astara rayonu Ojakəran kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Sürücülük edir və eyni zamanda mal-qara təsərrüfatı ilə məşğul olur. Hər gün şəxsi təsərrüfatımda olan 23 baş qoyunu Deqədi kəndində yerləşən otlaq sahəsinə otlamaları üçün buraxır. 21 noyabr 2023-cü il tarixdə səhər saat 9 radələrində eyni qaydada 23 baş qoyunu Deqədi kəndindəki otlaq sahəsinə buraxmış və şəxsi işlərini həll etmək üçün getmişdir. Həmin tarixdə, saat 16 radələrində Astara rayonu Suparibağ kəndindən Deqədi kəndi istiqamətinə getmiş. Deqədi kəndinə çatdıqda saat 17 radələri olmuşdur. Otlaq sahəsinin yaxınlığında avtomobilini saxlayan zaman qəhvəyi rəngli “Vaz- 2106” markalı avtomobilə 2 şəxsin 1 baş qoyunu avtomobilin arxa yük yerinə qoyduqlarını və arxa yük yerində isə 1 baş qoyunun olduğunu görmüşdür. Həmin 2 şəxsdən başqa 1 şəxsdə avtomobilin içərisində oturmuşdur. Həmin şəxslərdən biraz uzaq olduğundan həmin şəxslərin kim olduğunu və avtomobilin dövlət qeydiyyat nişanını görə bilməmişdir. Belə ki, həmin avtomobilə qoyduqları qoyunun ona məxsus olduğunu həmin an fikirləşmədiyindən, onlara yaxınlaşmamışdır. Avtomobilindən düşmüş və otlaq sahəsinə getmişdir. Orada səhər otlamaq üçün qoyduğu 23 baş qoyunu saymış, 1 baş qoyunun və 1 baş quzunun olmadığını bilmişdir. Bilmişdir ki, biraz qabaq 3 nəfərin götürdüyü qoyunlar onun qoyunlarıdır və dərhal DİN-nin “102” xidməti zəng-mərkəzinə baş vermiş hadisəylə bağlı məlumat vermişdir. Oğurluq hadisəsi 21 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Astara rayonu, Deqədi kəndində yerləşən otlaq sahəsində baş vermişdir. Uzaq məsafədə olduğundan tam olaraq onların kim olduğunu bilməmiş və ətrafda heç kəs olmamışdır. Ona ümumilikdə 250 manat məbləğində ziyan dəymişdir. Belə ki, 1 baş qoyunun çəkisi 10 kiloqram, yaşı 1 və qiyməti 150 manat olarmış və 1 baş quzunun çəkisi 7 kiloqram, 7 aylıq və qiyməti isə 100 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Türkəkəran kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Diş texniki işləməklə əlavə olaraq mal-qara satışı ilə məşğul olur. 20 noyabr 2023cü il tarixdə Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən evində olan zaman tanımadığı mobil nömrədən ona zəng gəlmiş, həmin nömrəyə cavab vermiş, zəng vuranın adının Yusif olduğunu və Lənkəranda yaşadığını bildirmişdir. O isə Yusifə tanımadığını və nə lazım olduğunu soruşmuşdur. Yusif onun təsərrüfatla məşğul olduğunu bildiyini və hazırda babasına məxsus 2 baş qoyunu satmaq istədiyini demiş və ona qoyunları almağı təklif etmişdir. Yusifə hazırda yuxarıda qeyd etdiyi ünvanında olduğunu və onu gözlədiyini bildirmişdir. Biraz keçdikdən sonra 2 nəfər şəxsin dövlət qeydiyyat nişanını xatırlamadığı qəhvəyi rəngli “Vaz-2106” avtomobillə yaşadığı evin həyətinə gəldiklərini görmüş və həyətə düşüb onları qarşılamışdır. Onunla telefonda danışan Yusif ona yaxınlaşmış və adının Yusif olduğunu bildirmişdir. Yusifin yanında gələn Əyyubu qiyabi olaraq tanımışdır. Yusif və Əyyub avtomobilin yük yerindən 2 baş qoyunu götürüb yerə qoymuş və o da qoyunlara baxdıqdan sonra alacağını bildirmişdir. Yusiflə həmin qoyunlar üçün 210 manat pula razılaşmış və onlara həyətdə gözləmələrini bildirib gedib evdən pulu götürmüşdür. Evdən 210 manat pulu götürmüş və gəlib Yusifə vermişdir. Daha sonra Yusiflə Əyyub onla sağollaşıb gəldikləri avtomobilə əyləşmiş və çıxıb getmişlər. Ertəsi gün 21 noyabr 2023-cü il tarixdə axşam radələrində Yusif ona zəng vurub yenə babasına məxsus 1 baş qoyun və 1 baş quzu satdığını demiş, o da evdə olduğunu, həmin heyvanlara baxdıqdan sonra fikrini deyəcəyini bildirmişdir. Biraz keçmiş Yusifgil dünən gəldikləri avtomobillə həyətinə gəlmişlər. O gələnlərlə görüşmüş və Yusiflə Əyyubun yanında tanımadığı, ancaq adını orda bildiyi Rauf adlı şəxs də olmuşdur. Onlar avtomobilin yük yerindən heyvanları götürüb yerə qoymuşlar. Qoyuna baxıb alacağını bildirmiş, ancaq quzunun balaca olduğunu bildirmişdir. Yusifgil də ona ikisinə bir yerdə 150 manata verəcəklərini bildirmişlər və o da razılaşmış və Əyyuba 150 manat pulu vermişdir. Sağollaşıb öz işlərini həll etmək üçün evdən çıxıb getmişdir. O, Əyyubu Lənkərandan qiyabi olaraq tanyırmış, amma heç vaxt münasibətləri olmamışdır. Yusifi 20 noyabr 2023-cü il tarixdən, Raufu isə 21 noyabr 2023cü il tarixində qoyunları satmaq üçün gətirdikləri vaxt tanımışdır. O, oğurluqla bağlı hər hansısa bir məlumatı olmamışdır. Belə ki, Yusif ona 20 noyabr 2023-cü il tarixdə və 21 noyabr 2023-cü il tarixdə satdığı qoyunlar və quzunun babasına məxsus olduğunu demişdir. Sonradan polis əməkdaşları onun həyətinə gəlmiş, həmin şəxslərdən aldığı qoyunları götürərək sahiblərinə qaytarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Lənkəran şəhərində evakuator xidməti ilə məğul olur, həm də özünə məxsus 3 avtomobili Lənkəran şəhəri ərazisində gündəlik taksi fəaliyyəti ilə məşğul olan şəxslərə etibarnamə əsasında icarəyə verir. Təqsirləndirilən şəxs3 tanıyır, lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nə tanıyır, nə də ki, görmüşdür. Təxminən 2 il bundan əvvəl Təqsirləndirilən şəxs3 “Vaz-2106” markalı avtomobili alan zaman tanış olmuş və o vaxtdan bəri də onu görməmişdir. Təxminən 25 gün əvvəl Bakı şəhərində olan zaman, ona tanımadığı nömrədən zəng gəlmiş, o da telefona cavab verəndə həmin şəxs ona Əyyub olduğunu və 2 il bundan əvvəl ona “VAZ 2106” markalı avtomobilini satdığını bildirmişdir. O da Əyyubu tanımış və nə lazım olduğunu soruşmuşdur. Əyyub da ona işsiz olduğunu, pula ehtiyacı olduğunu əsas gətirib taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil icarəyə götümək istədiyini bildirmişdir. Əyyuba özünə məxsus qəhvəyi rəngli **-BH-*** dövlət qeydiyyat nişanlı “Vaz-2106” markalı avtomobilinin olduğunu və həmin avtomobili ona icarə verə biləcəyini demişdir. Əyyubda onunla razılaşmış və avtomobili ondan götürmüşdür. Avtomobili müvəqqəti verdiyindən ona sürmək üçün etibarnamə verməmişdir. Əyyuba avtomobili verdikdən sonra Əyyub ondan gündüz vaxtlarda avtomobildə səyyar formada çərəz satmaq istədiyini və icazə olub-olmadığını soruşmuşdur. Əyyuba heç bir problem olmadığını, ancaq avtomobildən ehtiyatla istifadə etməsini bildirmişdir. Əyyub hər gün icarə haqqı olan 15 manat pulu onun kartına vurduğundan, daha Əyyuba zəng edib avtomobillə maraqlanmamışdır. 24 noyabr 2023-cü il tarixdə Əyyuba zəng etmiş, ancaq telefonu bağlı olduğundan əlaqə saxlaya bilməmişdir. Sonradan öyrənmişdir ki, Əyyub digər iki şəxslə birlikdə Astara rayonundan qoyun oğurlamışlar. Əyyubun icarəyə verdiyi avtomobili ilə oğurluq etdiyini bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. İş materiallarında olan «hadisə yerinə baxış keçirilməsi haqqında» 22 noyabr 2023cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayonu, Deqədi kəndində yerləşən otlaq sahəsidir, həmin otlaq sahəsi düzənlik ərazidə yerləşir, otlaq sahəsinin bir tərəfi Astara rayonu Kijəbə qəsəbəsindən Deqədi kəndinə gedən yol ilə, digər tərəfi isə ağaclarla əhatələnmiş, otlaq sahəsinin ətrafı çəpərlənməmişdir. Astara rayonu, Ojakəran kənd sakini Zərərçəkmiş şəxs1 təsərrüfatına məxsus 1 baş qoyunun və 1 baş quzusunun naməlum şəxslər tərəfindən 21 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində oğurlandığını bildirmiş, dərhal DİN-in “102” xidmətinə zəng vurub məlumat vermişdir. İş materiallarında olan «hadisə yerinə baxış keçirilməsi haqqında» 24 noyabr 2023cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayonu, Deqədi kəndində yerləşən otlaq sahəsidir, həmin otlaq sahəsi düzənlik ərazidə yerləşir, otlaq sahəsinin bir tərəfi Astara rayonu Kijəbə qəsəbəsindən Deqədi kəndinə gedən yol ilə, digər tərəfi isə ağaclarla əhatələnmiş, otlaq sahəsinin ətrafı çəpərlənməmişdir. Astara rayonu, Burzubənd kənd sakini Zərərçəkmiş şəxs2 təsərrüfatına məxsus 2 baş qoyunun naməlum şəxslər tərəfindən 20 noyabr 2023-cü il tarixdə oğurlandığını bildirmiş, 24 noyabr 2023-cü il tarixdə Astara rayon polis şöbəsinə ərizə ilə hadisə barədə məlumat vermişdir. İş materiallarında olan «Əşyanın götürülməsi haqqında» 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 3 baş qoyunu və 1 baş quzunu təqdim edərək 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda çəkisi 10 kiloqram və yaşı 1 olan 2 baş qoyunu 210 manat məbləğindəki pula aldığını bildirmiş, 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çəkisi 10 kiloqram və yaşı 1 olan 1 baş qoyunu və çəkisi 7 kiloqram olan 1 baş quzunu 150 manat məbləğindəki pula almışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, oğurlanan 3 baş qoyun və 1 baş quzu Şahid1 satılmış, sonuncu 25 noyabr 2023-cü il tarixdə 3 baş qoyunu və 1 baş quzunu istintaqa könüllü sürətdə təqdim etmişdir. İş materiallarında olan «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, tanıyan Zərərçəkmiş şəxs1 tanınma üçün ona təqdim edilmiş heyvanlara baxdıqdan sonra təqdim olunan 4 baş qoyundan 1 baş qoyun və 1 baş quzu ona məxsus olmasını, 21 noyabr 2023-cü il tarixdə Astara rayonu, Deqədi kəndi ərazisində yerləşən otlaq sahəsindən oğurlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 tanıdığı 1 baş qoyun və 1 baş quzu Lənkəran rayonu, Türkəkaran kənd sakini Şahid1 təqdim etdiyi və tərəfindən götürülmüş heyvanlardır. İş materiallarında olan «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, tanıyan Zərərçəkmiş şəxs2 tanınma üçün ona təqdim edilmiş heyvanlara baxdıqdan sonra təqdim olunan 4 baş qoyundan 2 baş qoyunu ona məxsus olmasını, 20 noyabr 2023-cü il tarixdə Astara rayonu, Deqədi kəndi ərazisində yerləşən otlaq sahəsindən oğurlanasını bildirmişdir. Zərərçəkmiş şəxs2 tanıdığı 2 baş qoyun Lənkəran rayonu, Türkəkaran kənd sakini Şahid1 təqdim etdiyi və tərəfindən götürülmüş heyvanlardır. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, hər birinin çəkisi ayrıayrılıqda 10 kiloqram və 1 yaşları olan qoyunların bir başının 20 noyabr 2023-cü il tarixinə orta bazar qiyməti 160 manat olmaqla, cəmi qiyməti 320 manat, çəkisi 10 kiloqram və 1 yaşı olan bir baş qoyunun 21 noyabr 2023-cü il tarixinə orta bazar qiyməti 150 manat və çəkisi 7 kiloqram və 7 ayında olan bir baş quzunun 21 noyabr 2023-cü il tarixinə orta bazar qiyməti 100 manatdır. İş materiallarında olan təhvil-təslim haqqında qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus 02 (iki) baş qoyunu 25 noyabr 2023-cü il tarixdə təhvil almışdır. İş materiallarında olan təhvil-təslim haqqında qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus 01 (bir) baş qoyun və 01 (bir) baş quzunu 25 noyabr 2023-cü il tarixdə təhvil almışdır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barədə belə bir nəticəyə gəlir ki, onun törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetmişdir. Odur ki, ona qanunda nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir.
1. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 04 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran rayonu İHB-nın Sütəmurdov kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran rayonu İHB-nın Sütəmurdov kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Nuriyev X2 rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla, həmin kənddə anasına məxsus fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin etməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə tam barışıq əldə etməsini və Cinayət Məcəlləsinin 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ilk dəfə olaraq qəsdən az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. 24 noyabr 2023-cü il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 26 noyabr 2023-cü il tarixli «qətimkan tədbiri seçmək haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu (24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək) 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 hazırda Lənkəran rayonu Sütəmirdov kəndində fərdi yaşayış evində yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Lənkəran rayonu Sütəmirdov kəndində fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayonu Sütəmirdov kəndinedə yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir.
2. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 01 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran rayonu İHB-nın Sütəmurdov kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran rayonu İHB-nın Sütəmurdov kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Baxşiyev X3 rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla, həmin kənddə valideynlərinə məxsus fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin etməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə tam barışıq əldə etməsini və Cinayət Məcəlləsinin 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ilk dəfə olaraq qəsdən az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. 24 noyabr 2023-cü il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 26 noyabr 2023-cü il tarixli «qətimkan tədbiri seçmək haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu (24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək) 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 hazırda Lənkəran rayonu Sütəmirdov kəndində fərdi yaşayış evində yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Lənkəran rayonu Sütəmirdov kəndində fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayonu Sütəmirdov kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir.
3. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 01 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran rayonu İHB-nın Sütəmurdov kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Lənkəran rayonu İHB-nın Sütəmurdov kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Baxşiyev X4 rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla, həmin kənddə valideynlərinə məxsus fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin etməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə tam barışıq əldə etməsini və Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ilk dəfə olaraq qəsdən az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs3 bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 03 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 01 dekabr 2023-cü il tarixdə tutulmuş, 03 dekabr 2023-cü il tarixdə isə azad edilərək, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulduğu müddət (01 dekabr 2023-cü il tarixdən 03 dekabr 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut kimi tanınan, ümumilikdə 4 (dörd) baş qoyunun zərəçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu (24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək) 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayonu Sütəmurdov kəndində fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu (24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək) 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayon Sütəmurdov kəndində fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulduğu müddət (01 dekabr 2023-cü il tarixdən 03 dekabr 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov